Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsindəki xidmətləri

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dövlət-din münasibətlərinin yeni istiqaməti formalaşıb, respublikamızda dini tolerantlığın daha da inkişaf etdirilməsində hüquqi baza yaradılıb.

 

Müstəqil respublikamızın ilk dövrlərində dini ənənələrimizin bərpası möhkəmləndirilməsi, Azərbaycan dövlətinin din siyasətinin qarşısında duran əsas vəzifələrdən biri olub. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin, millətlərarası dinlərarası dialoqun genişlənməsi üçün əlverişli şərait yaradılıb, bu sahədə beynəlxalq hüquq normalarına uyğun qanunvericilik bazası bərqərar olub. Bu sahədə ulu öndər Heydər Əliyev tərəfindən yaradılan müdrik siyasi-mənəvi xətt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir zənginləşdirilir. Ulu öndər hələ 1994-cü ildə Təzəpir məscidində dindarlar qarşısında çıxış edərkən ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra milli, dini ənənələrimizin möhkəmləndirilməsindən bəhs edərək deyib: “Azərbaycan müstəqil dövlətdir. Azərbaycan xalqı öz milli azadlığına, müstəqilliyinə nail olmuşdur. Bu milli, mədəni, dini ənənələrimizin bərpasına şərait yaratmışdır. Biz bu şəraitin möhkəmlənməsi üçün bundan sonra da çalışacağıq əmin ola bilərsiniz ki, prezident kimi mən bu yolda əlimdən gələni əsirgəməyəcəm”.

 

Dövlət-din münasibətlərinin düzgün tənzimləndiyi Azərbaycanın bu sahədə digər ölkələrə nümunə ola biləcəyini irəli sürən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsindəki rolundan bəhs edərək deyib: “Heydər Əliyev həzrətlərinin əsasını qoyduğu dövlət-din münasibətləri özünəməxsus bir örnək kimi təkcə bizim ölkə üçün deyil, bütün dünya üçün nümunə ola bilər. Bizim bu gün bir araya gəlməkdə əsas məqsədimiz Azərbaycan gerçəkliklərini öyrənmək yaymaqdır. İnşallah, bu ali məqsədə birlikdə nail olacağıq”. A. Paşazadə müstəqil Azərbaycan dövlətinin yaranmasında, Azərbaycanda din siyasətinin dövlət-din münasibətlərinin formalaşmasında H. Əliyevin rolunu şərh edərək, deyib: “Müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində nüfuzunun artmasında Heydər Əliyev həzrətlərinin müstəsna xidmətləri olmuşdur. O, hakimiyyətə yenidən qayıtdıqdan sonra ölkəmizdə dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanmasında daha yüksək səviyyədə bərqərar olunması istiqamətində böyük işlər görülmüş, dini icmaların fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradılmışdır. Bu məqsədyönlü fəaliyyətin nəticəsi olaraq, Azərbaycanda mövcud dinlərin nümayəndələri öz ayinlərini sərbəst yerinə yetirir, tam hüquqlu vətəndaşlar kimi ölkənin ictimai həyatında yaxından iştirak edirlər”.

 

***

 

Məlumdur ki, Azərbaycan dövləti dünyəvi dövlətdir. Bu baxımdan din dövlətdən dövlət dindən ayrıdır. Bütün bunlar Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. Məsələn, Azərbaycan Konstitusiyasının 7-ci maddəsinin 1-ci bəndində göstərilib: “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”. Konstitusiyanın 18-ci maddəsi isə din dövlət münasibətlərinə həsr olunub. Burada göstərilib:

 

I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

 

II. İnsan ləyaqətini alçaldan ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması təbliği qadağandır.

 

III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

 

Buradan göründüyü kimi, dinin dövlətdən ayrı, eyni zamanda, bütün dini etiqadların qanun qarşısında bərabər olması, dövlət təhsil sisteminin dünyəvi xarakter daşıması Konstitusiyada qeyd olunub. Ulu öndər dövlət ilə dini qurumlar arasındakı münasibətlərin hüquqi əsaslarını belə şərh edib: “Azərbaycan öz Konstitusiyasına görə, həm dünyəvi bir dövlətdir. Dövlət ilə dini qurumlar arasındakı münasibətlər Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəaları ilə, “Dini etiqad azadlığı haqqındaqanunla digər qanunvericilik aktları ilə tənzimlənir. Biz dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli mentalitetimizin bir fenomeni ayrılmaz bir hissəsi kimi qəbul edirik”.

 

Konstitusiyanın 48-ci maddəsində isə dini etiqad vicdan azadlığının hüquqi məsələləri aşağıdakı kimi təsbit olunub:

 

I. Hər kəsin vicdan azadlığı vardır.

 

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək yaymaq hüququ vardır.

 

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

 

IV. Dini etiqad əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

 

***

 

Azərbaycanda dövlətin din siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin iyununda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Bu komitə ölkəmizdə mövcud olan dini strukturların fəaliyyətinin tənzimlənməsi dövlətin din siyasəti sahəsində müxtəlif funksiyalarını yerinə yetirir. Dövlət komitəsi öz fəaliyyətində hüquqi cəhətdən əsasən Azərbaycan Respublikasının Konstitusiyasına, “Dini etiqad azadlığı haqqındaAzərbaycan Respublikasının Qanununa (1992) digər müvafiq qanun normativ-hüquqi aktlara əsaslanır. Dövlətin din siyasətinə aid olan məsələlərdə dinlə bağlı qanunvericilik aktlarında dini icmaların dini təşkilatların dövlət siyasətinə müdaxilə etməsinə hüquqi cəhətdən imkan verilmir. Bu vəziyyət bir daha onu göstərir ki, Azərbaycan Respublikasında həm nəzəri, həm əməli cəhətdən din dövlətdən, dövlət dindən ayrıdır bu siyasətin formalaşması ulu öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qurulmasında, respublikada dini əmin-amanlığın sabitliyin yaranmasında Heydər Əliyevin mühüm rol oynadığını vurğulayan Moskva Ümumrusiya sabiq Patriarxı II Aleksi Azərbaycanın bu sahədə nümunə göstərməsi ilə bağlı öz fikirlərini şərh edərək deyib: “Azərbaycan qədim dini ənənələrə mədəniyyətə malik bir ölkədir. Bu gün Azərbaycan dini əmin-amanlığa sabitliyə ilham verən örnəkdir. Bunun əsası Azərbaycan Prezidenti Heydər Əliyevin müdrik siyasəti sayəsində qoyulmuşdur. Dünyəvi hakimiyyət ənənəvi dini icmaların konstruktiv fəaliyyəti qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət-din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapmışdır. Belə zənn edirəm ki, bu sahədə Azərbaycanda toplanmış təcrübə diqqətlə öyrənilməli təhlil olunmalıdır”. Buradan göründüyü kimi, dövlət-din siyasətinin formalaşmasında Azərbaycan modelini nümunə kimi göstərən II Aleksi bu siyasətin yaradılmasında Heydər Əliyevin rolunu önə çəkib bu sahədə Azərbaycanda toplanmış təcrübənin öyrənilməsini tövsiyə edib.

 

Heydər Əliyevin din siyasətinin xüsusiyyətlərindən bəhs edən fəlsəfə elmləri doktoru, professor Rafıq Əliyev yazıb: Milli liderimiz Heydər Əliyev göstərirdi ki, din xüsusi, incə sahədir və buna görə dövlətin bu sahədə siyasətini çox ehtiyatla, incə, diplomatik şəkildə, bütün tərəflərin maraqlarını gözləməklə, öz qanunlarımızı və qoşulduğumuz konvensiyaları pozmamaqla həyata keçirmək lazımdır. Ulu öndər qeyd edirdi ki, dünyəvi ateist dövlət demək deyildir. Bu o deməkdir ki, dövlət öz fəaliyyətində şəriəti, yaxud digər dini qanunları deyil, demokratiya qanunlarını rəhbər tutur”. Heydər Əliyev dövlət-din münasibətlərini dindarların maraqlarını gözləməklə, ölkəmizdə qüvvədə olan qanunlar və Azərbaycanın qoşulduğu konvensiyalar əsasında qurulmasını tövsiyə edib. Ulu öndər Heydər Əliyevin dövlətçilik prinsiplərinə sadiq qalan Prezident İlham Əliyev bu gün sabitliyə və tolerantlığa əsaslanan dövlət-din münasibətlərinin möhkəmləndirilməsi üçün əlindən gələni edir.

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunvericiliklə irəli sürülən əsas müddəaları əldə rəhbər tutaraq, dinlərarası münasibətlərin inkişaf etdirilməsi, respulikamızda yaşayan bütün xalqların hüquqlarının qorunması, bütövlükdə dövlət-din siyasətinin uğurla davam etdirilməsi ilə bağlı məsələləri öz çıxışlarında həmişə vurğulayıb. 6 noyabr 2009-cu il tarixində Bakı şəhərində “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğrumövzusunda keçirilən Beynəlxalq konfransda Prezident İlham Əliyev bu haqda deyib: “Azərbaycanda din ilə dövlət ayrıdır. Azərbaycan dünyəvi dövlətdir. Ancaq bununla bərabər, din ilə dövlət birdir. Bu birlik bizi qarşımızda duran amallar ətrafında birləşdirir. O da Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmək, Azərbaycanda sabitliyi daim yüksək səviyyədə saxlamaq, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün əməli tədbirlər görmək, Azərbaycanda dinlərarası münasibətlərin həmişə müsbət istiqamətdə inkişaf etməsini təmin etmək, Azərbaycanda yaşayan bütün xalqların hüquqlarını qorumaq amallarıdır”.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3-4 aprel 2007-ci il tarixində “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına göndərdiyi təbrik məktubunda Azərbaycanda Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində mühüm rol oynadığını vurğulayaraq deyib: “Çoxmillətli və çox konfessiyalı dövlət olan müstəqil Azərbaycan Respublikasının bütöv bir tarixi mərhələsi biləvasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ictimai siyasi həyatın bütün sahələrində, o cümlədən, dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun olaraq tənzimlənməsində, dini etiqadvicdan azadlığının maneəsiz təminatında, dini-mənəvi, əxlaqi-etik dəyərlərin cəmiyyətin prioritet yaşayış normalarına çevrilməsində müstəsna xidmətlər göstərmiş, bu sahədə özündən sonra böyük siyasi irs və dövlətçilik təcrübəsi miras qoymuşdur”.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Elvin Əliyev

Zaman.-2015.-18 aprel.-S.13.