Türk elləri: Teleut türkləri (1)

 

ƏZIZ MUSTAFA,

 

Tarixin siyasi səhnəsindən silinib getməkdə olan azsaylı xalqlardan biri Teleut türkləridir.

 

  Teleutlar özlərini madar, madar kiji, bayam-nacam, telengettər, payattar, tadarlar adlandırırlar. Qeyd edək ki, madar sözü Azərbaycan dilində istəkli, əziz mənasında işlədilir bunun teleutların özlərini adlandırdıqları madar sözü ilə eyni məna daşıması şübhə doğurmur. 2002-ci ildə Rusiya Federasiyasında keçirilən siyahıyaalma zamanı teleutların sayı 2650 nəfər olub. Onlardan 2534 nəfəri Kemerovo ( Kəmər oba) vilayətində yaşayır. Teleut türkləri, adətən, kənd yerlərində yaşayırlar. Hazırda 2000 nəfər Teleut türkü Kemerovo vilayətindəki Belovsk Quryevsk rayonlarındakı Bekovo, Çeluxoyevo, Verxovskaya, Şanda Novo Baçatı kəndlərində yaşayırlar. Bundan əlavə, Teleut türkləri Ob Basseynində yerləşən Böyük Kiçik Baçat çayları ətrafında, Kemerovo vilayətinin Novokuznetsk Altay Respublikasının Şebalinsk rayonunda yaşayırlar.

 

 Teleut türklərinin tarixi dili

 

 Teleut dili Altay türk dillərinin qırğız-qıpçak (hakas) ailəsinə aiddir. Dilçilərin bir hissəsi Teleut dilini Cənubi Altay (Altay) dillərinin dialektlərindən biri hesab edirlər. İş orasındadır ki, Teleut dili yalnız Kemerova vilayətində deyil, həm Altay Respublikasında ( Şebalinsk rayonu, Katun çayı onun qolu olan Sema çayı boyunca), Altay ölkəsində Novosibirsk vilayətində geniş yayılıb.

 

 Teleutların tarixi eramızdan bir neçə min il əvvəllərə gedib çıxır. Müasir Teleut türklərinin əcdadları olan qədim türk tayfası Tele eramızdan min illər bundan əvvəl Mərkəzi Asiyada yaşayırdılar. Onlar tarix boyu türklərin etnik, dil cəhətdən formalaşmasında mühüm rol oynayıblar azadlıqsevər xalq kimi tanınırlar. Bununla belə, eramızın 391-ci ilində teleutlar tabqaçların, 403-cü ildə isə jujanların əsarəti altına düşdülər. Lakin teleutlar tezliklə əsarətdən xilas ola bildilər. 480-cı ildə teleutlar Qaoçanı ələ keçirdilər orada Çinlə müttəfiq olan Qaoqyuy dövlətini qurdular. Sonrakı əsrdə teleutlar eftalitlərin ( hunlar) hücumuna məruz qaldılar onların əsarəti altına düşdülər. 6-cı əsrin əvvəllərində Teleut türkləri knyaz Mivotunun rəhbərliyi altında jujanları məğlub edərək, onların xanını öldürdülər. Amma sonra onlar digər türk etnosu olan türkütlərin hücumuna məruz qalaraq müstəqilliklərini itirdilər. 14-cü əsrdə Teleut türkləri Oyrot ittifaqının yaradılmasında iştirak etdilər. 17-ci əsrin yazılı mənbələrində (1601-ci il) Teleut türkləri kalmıklar adı ilə xatırlanıb. 17-ci əsrdə isə Teleut türklərinin yaşadıqları ərazilər Rusiya tərəfindən işğal edildi. Bundan sonra teleutların bir hissəsi Tomsk onun ətrafına köç etdilər. Həmin dövrdə teleutların bir hissəsi isə Cunqariya ətrafında köçəri halda yaşamaqda davam edirdi. Amma Çin ilə Cunqariya arasında başlanan müharibə Teleut türklərinin daha da parçalanmasına gətirib çıxardı. Nəticədə Teleut türklərinin uluslardan təşkil edilən birləşmələri dağıldı. Bu da onların Volqa çayından başlamış Baykal gölünə qədər uzanan böyük bir əraziyə səpələnməsinə səbəb oldu.  Nəticədə Teleut türklərinin bir hissəsi özlərinə qohum olan xalqlarla qaynayıb-qarışdılar ya yeni bir etnik qrupun formalaşmasında iştirak etdilər. L. P. Potapovun fikrincə, teleutlar Altayda yaşayan bütün xalqların, o cümlədən şimal cənub altaylılarının etnogenezisinin formalaşmasında iştirak ediblər.

 

19-cu əsrdə 20-ci əsrin əvvəllərində teleutlar Baçatsk, Tomsk, Çumışsk Altay etno-ərazi qruplarına bölündülər. Onların hamısını ayrı-ayrılıqda birləşdirən yaxın qohumluq əlaqələri bir eyni dialektdə danışmaları idi. İnkişaf səviyyəsinə görə adıçəkilən Teleut türklərinin müxtəlif qrupları arasında fərqlər var idi. Bu baxımdan teleutların Baçatsk etnik qrupu digərlərindən daha çox inkişaf tərəqqi etmişdi.

 

Teleut türklərinin dili (ləhcə) digər türk etnoslarının dillərindən (ləhcələrindən) yalnız ləhcə fərqi ilə fərqlənir deyən Altay dillərinin öyrənilməsi üzrə məşhur tədqiqatçı alim N. A. Baskakov yazır: “Linqvistik əlamətlərinə görə Teleut dili türk dillərinin Şərq budağının qırğız-qıpçak qrupuna aiddir”.

 

Qeyd edək ki, Rusiya tərəfindən 18-ci əsrdə bölgəyə göndərilən ilk ekspedisiya qrupunda olan D. Q Messerlmidt, İ. Fişer, Q. Miller, P. Pallas Q. Qmelin Teleut dillərinə dair material topladılar.

 

Teleutların dili əsasında 1869-cu ildəQrammatike Altayskoqo yazıka” (Altay dilinin qrammatikası) kitabı nəşr edildi. Teleut türklərinin dillərinin öyrənilməsində ən böyük xidməti məşhur türkoloq alim V. V Radlov göstərdi. O, 1863-1871-ci illərdə Altaya səfər etdi topladığı materialları 1866-cı ildə dərc etdirdi. Radlov bu materiallar əsasında 1882-1883-cü illərdəFonetikaSlovare Tyurkskix yazıkov” (Türk dilləri lüğəti) nəşr etdirdi. Bundan əvvəl hələ 1828-ci ildə Altaya göndərilən ruhani missiyası Teleut türklərinin dili əsasında ilk əlifba hazırladı. Bu missiyanın tərkibində məşhur tədqiqatçılar V. M Verbitski, S. Landışev, M. Qluxaryev-Nevski vardı.  Teleut türklərinin dilində ilk əlifbanı da onlar hazırladılar. İlk Altay dili qrammatikası bölgədəki türk xalqlarının ən uğurlu nümunəsi hesab edilir günümüzdə belə əhəmiyyətini itirməyib. 1884-cü ildə isə V. M. VerbitskiSlovar Altayskoqo i aladaqskoe nareçie tyurkskoqo yazıka”(Türk dillərinin Altay Aladağ ləhcələri lüğəti”) adlı kitabını çap etdirdi. İlk Teleut dili əlifbası kirill əlifbası əsasında yaradılmışdı. Amma ona kiril əlifbasında olmayan Teleut dilinə xas olan bəzi fonemlər əlavə edilmişdi. Bu əlifba ona cüzi əlavələr edilməklə günümüzdə belə işlədilməkdədir. 1931-ci ildə bu əlifba latın əlifbası ilə əvəz edildi. Lakin 1938-ci ildə yenidən kirill əlifbasına qayıdıldı.

 

Bölgədə sonillərdə müəyyən dəyişikliklərin baş verməsinə baxmayaraq, günümüzdə  rus dili Teleutların dilini sıxışdırmaqda davam edir. Teleutlar da daxil olmaqla, bölgədə yaşayan əhalinin 65,1 faizi 1989-cu ildə rus dilində sərbəst danışdıqlarını bildiriblər. Yalnız 1,9 faiz öz ana dilində sərbəst danışdıqlarını bəyan ediblər. Buna baxmayaraq, teleutların 84,3 faizi ana dıllərinin Altay (teleut ) dili olduğunu bildiriblər. Əlbəttə, bölgədə ruslar tərəfindən azsaylı xalqların yeni assimilyasiyası siyasətinin həyata keçirilməsinin qarşısını almaq çox çətindir hazırda bu proses sürətlə davam etməkdədir. Belə vəziyyətdə ümid yerli Teleut türkləri arasından çıxan ziyalıların ana dillərinin qorunub saxlanılması üçün həyata keçirə biləcəyi tədbirlərdən asılı olacaq. Əks halda yaxın 30-40 ildən sonra bölgədə Teleut türkləri rusların içində əriyib gedəcəklər.

 

Teleut türklərinin təsərrüfatı

 

Teleutlarda iki tip təsərrüfat növü, köçəri maldarlıq (dağ-çöl zonalarında) tayqa-çöl ovçuluğu inkişaf edib. Bundan əlavə, 17-18-ci əsrlərdə teleutların bir hissəsi oturaq həyata keçməyə əkinçiliklə məşğul olmağa başladılar. Onlar əsasən arpa, buğda darı əkməklə məşğul olurdular. 19-cu əsrdən başlayaraq, Altayın şimalında yaşayan teleutlar ilxı sürüləri iribuynuzlu mal-qara saxlamağa üstünlük verdilər. Atla dovşan tülkü, kirşələrlə isə ayı, maral, canavar, vəhşi keçi ovuna çıxmaq teleutların ən sevimli peşələrindən biri idi. Teleutlar arasında arı saxlamaq da geniş yayılmışdı. Teleutlar həmçinin kustar şəkildə ağac, metal emalı, həmçinin toxuculuqla da məşğul olurdular.

 

Əziz Mustafa

Zaman.-2015.-23 aprel.-S.6.