Türk elləri: Teleut türkləri (2)

 

ƏZIZ MUSTAFA,

Teleutların ənənəvi yaşayış evləri alançıqlardan ( alaçıqlardan) ibarət idi.

 

Alançıqlar konusvari şəkildə inşa edilirdi. Alançıqların daxilində qadınlar kişilər üçün otaqlar ayrı idi. Teleutların qədimdə istifadə etdikləri ənənəvi geyimləri, demək olar ki, qalmayıb. Yalnız onların kostyumlarında milli əlamətləri əks etdirən bəzi elementlər saxlanılıb. Amma Teleut türklərinin qadınlarında milli ənənələr müəyyən qədər qorunub saxlanılıb. Qadınlar ən çox çitdən ya kətandan tikilən şarovar (şalvar), uzun donlar, ipək xalatlar isti kürklər geyinirlər. Qadınlar bəzək əşyaları kimi qızıldan, gümüşdən misdən hazırlanan müxtəlif bəzək məmulatlarından istifadə edirlər.

 

Teleutların ən sevimli yeməkləri tutmaş (qoyun ətindən hazırlanan bulyon), kan (qoyun ya at ətindən xüsusi resept üzrə hazırlanan kolbasa), ət şorbası digərləridir.  Teleut türkləri ənənəvi olaraq ayran, qatıq pendirdən istifadəyə daha çox üstünlük verirlər.

 

 Yeri gəlmişkən, onu da deyək ki, uluslar vaxtı ilə teleutları birləşdirən əsas idarəetmə formalarından idi. Uluslarda rəhbərlik irsən keçirdi. Rəhbərlikdə həmçinin tayfaların xüsusi hörmətə malik ağsaqqalları (uktu-ən yaxşı adamlar) da təmsil olunurdular.

 

 

 

 Teleut türklərində din adət-ənənələr

 

Teleutların ənənəvi dini şamanizm idi. Şamanların (kamanların) təsəvvürünə görə, kainat bir neçə təbəqədən ibarətdir. Göy isə 17 qatdan ibarətdir. Onlarda göydə məskunlaşan ruhlar- ulgenlər yaşayırlar.

 

Rusların bölgəni işğal etməsindən sonra teleutların bir hissəsi missionerlər tərəfindən xristianlaşdırıldı. Bu prosesi sürətləndirmək üçün xristian missionerlər 19-cu əsrdə teleutlar yaşayan ərazilərdə ilk məktəblər açdılar. Nəticədə 20-ci əsrdə teleutlar arasından  təhsil görmüş ziyalılar, müəllimlər, ölkəşünaslar keşişlər yetişdi.

 

 Teleutların toy mərasimləri, demək olar, bütün türk xalqlarında olduğu kimidir. Teleutlarda qız ailəsinə nişan aparma adəti var. Bundan əlavə, onlarda qız qaçırma da geniş yayılıb. Teleutlarda qızlar üçün başlıq (yaraşdıq) alma adəti yayılıb. Digər türk xalqları ilə müqayisədə vaxtilə Teleut türklərində nisbətən yaşlı ( 14-16 yaş) qızları 10-12 yaşlı oğlanlarla evləndirmək adəti vardı. Bu, onların özünəməxsus yerli həyat tərzlərindən irəli gəlirdi.

 

Teleutlar mifik gənc, yaraşıqlı xeyirxah olan ilahə May-eneni( Umay-Humay) uşaqların himayədarı hesab edirlər. Yenicə anadan olan uşağın beşiyə qoyulması mərasimi gecə ay çıxanda, özü yaşlı adamların iştirakı ilə həyata keçirilirdi.

 

Bu, körpənin sağlam, pis ruhlardan, xəstəliklərdən, pis gözlərdən, şərdən qorunması sağlam  böyüməsi üçün edilirdi.

 

 Yas mərasimləri Teleut türklərində iki yerə bölünürdü. Xristianlığı qəbul edən teleutlar ölü üzərində dini mərasim həyata keçirəndən iki gün sonra onu dəfn edirlər. Müsəlman teleutlar isə öz dini qayda-qanunlarına əsasən ölülərini dəfn edirlər.

 

 

 

Teleut türklərində folklor

 

Teleutların “Altay KuuçunKoziyka İ bayan-Sluadlı iki eposu var. Eposu nağılçılar ( kayçı) simli şertme-komıx adlı musiqi alətinin sədaları altında söyləyirlər. Teleutlarda həmçinin Teleut-Cunqar müharibəsinə həsr edilən qəhrəmanlıq mahnıları var.

 

 Ümumiyyətlə, digər türk xalqlarında olduğu kimi, Teleut türklərində günəş şərqin, ay da qərbin simvolu idi. Təbii olaraq zaman keçdikcə bütün bu düşüncə sistemləri dəyişikliyə uğramışdı. Məsələn, Teleut türklərinə aid bir əfsanədə ay şimalın, günəş cənubun simvolu idi. Bu sıralama göyün ən üst qatında dayananGöy qartalı”nın duruşuna görə aparılmışdı. Deyilənlərə görə, bu qartalın sol qanadı ayı, sağ qanadı da günəşi örtürdü. Bu vəziyyətdə qartalın başı şərqə baxmalı idi. Bu duruş da türk mifologiyasına uyğun bir sıralama idi. Yenə eyni əfsanəyə görə ay, qaranlıqlar gecələr diyarı olan şimalın, günəş işıqlığın hökm sürdüyü gündüzlər diyarı olan cənubun simvolu idi.

 

 Yeri gəlmişkən, onu da deyək ki, teleutlar   Altayda yaşayan digər türk etnoslarındaGünəş şərqin simvolu idi”. Onların düşüncəsinə görə, günəşin doğduğu istiqamət çox əhəmiyyətli idi. Əsasən cəhətlərin adlandırılmasında istifadə olunan ifadələr həmişə günəşlə əlaqədar idi. Məsələn, “Günəşin batışı” “Günəşin doğuşukimi. Göytürklər cəhətləri təyin edəndə üzlərini şərqə, yəni günəşin doğduğu tərəfə çevirərdilər. Bunun üçün şərqəilgerü”, yəniirəlidemişdilər. Oğuz xan dastanında da səhərə, dan yerinin sökməsinə  günəşin çıxmasına böyük bir əhəmiyyət verilmişdi. Bütün həyat o günlə günəşlə başlayırdı. Günəş batandan sonra isə hər şey dayanırdı. Belə bir anlayış atlı türklər döyüş sistemi ilə yaşayan millətlər üçün normal qəbul edilməlidir. Teleutlar yaşayan ərazilərdə və Altay bölgəsində məskunlaşan türk şamanlarının qapıları da daim şərqə açılırdı. Halbuki normal olaraq türk xalqları günəşi görə bilmək üçün qapılarını cənuba tərəf açırdılar. Görünür ki, dini və mənəvi bir vəzifəsi olan şaman bu ümumi qaydaları pozur və köhnə din sistemi ilə gedirdi. İstər teleut, istər yakut türklərinin, istərsə də Altay türklərinin yaradılış dastanlarında, Cənnətlə həyat ağacı da şərq tərəfdə idi.

 

 TeleutAltay türklərinin inancına görə isə, “Böyük Tanrı Ülgen zirvəsi ay ilə günəşə toxunan bir dağda yaşayırdı. Bəzi rəvayətlərə görə isə, Tanrı Ülgen ay ilə günəşdən daha da yuxarıda idi. Onun taxtı, çox uzaqlardakı ulduzların üstündə qurulmuşdu. Əsasən ay və günəşi yaradan da yenə Tanrı Ülgen idi. Günəşin qırıntılarından meydana gələn və insanlara daim yaxşılıq gətirən bir Tanrı da vardı. Bu Tanrının adı “Suylaidi. Bu Tanrı insanları daim qoruyur və onların göy altında rahatlıq və sabitlik  içində yaşamalarını təmin edirdi. (Mənbə https://turkmedeniyyeti.wordpress.com/2014/09/16/sibir-turkl%C9%99rinin-mifologiyasinda-ay-gun%C9%99s-v%C9%99-ulduzlar/ Amal Ədəbiyyat və İncəsənət dərgisi).

 

Teleutların dini dünyagörüşünü özündə əks etdirən bir əfsanə də onlar arasında geniş yayılıb. Bu əfsanədə deyilir ki, çox qədim zamanlarda Altayın mərkəzi hesab edilən Aarça dağında bütün dağların sahibi xeyirxah Altay ruhu və həyat yoldaşı Təbiət ilahəsi Umay (Humay) yaşayırdılar. Onların altı oğluiki qızı varmış. Çox səmimi bir ailəymiş bu ailə. Altay sahibinin( xeyir ruhu)  idarə etdiyi dağların ruhları baş tanrı Ülgenə daim təşəkkürlər edərdilər.

 

Günlərin birində yer üzünün şər ruhu Dyer Dütpa Altay sahibinin (xeyir ruhunun) uşaqlarının böyüdüyündə onu öldürəcəklərini, onlardan törəyənlərin isə dünyada bütün şər gücləri aradan qaldıracaqlarını, yer üzündə yalnız yaxşılığı saxlayacaqlarını öyrənir. Şər ruhu  Dyer Dütpa təlaşa düşərək Altay sahibinionun uşaqlarını öldürməyi qərara alır.

 

Amma Altay sahibi şər ruhun pis niyyətindən xəbər tutur və uşaqlarını təhlükəsiz yerdə  saxlayır. Çox sevdiyi oğullarının ruhlarını isə iki daş içinə qoyur və onları özünə yaxın yerdə sağında saxlayır. Heç kimsənin bundan xəbəri olmur. Altay sahibi böyük qızlarını isə daş heykəllərə döndərərək sol tərəfində saxlayırmış.

 

Altay sahibinin həyat yoldaşı Umay isə iki kiçik qızını qoruyub saxlayır. Əfsanəyə görə, Umay qızlarını qorumaq üçün Katun çayına, qızları da bu çayın qollarına dönürlər. Teleutların inanclarına görə, o gündən bəri Altay sahibi yaşadığı dağdan ayrılmadan ailəsinin təhlükəsizliyini qoruyur. Yenə də teleutların inanclarına görə, Altay sahibinin yaşadığı Beluha dağı müqəddəs hesab edilir. Teleutlar arasında yayılan inanca görə, bu dağa yaxınlaşaraq yaxından baxmaqonun zirvəsinə qalxmaq böyük günahdır.

 

 Bu əfsanə Teleut türklərinin xeyir əməllər sahibinə verdikləri böyük qiymət, dünyanı yalnız xeyir işlərin, yaxşılığın xilas edəcəyinə olan sonsuz inamlarını özündə əks etdirir.  Teleut folklorlarının, klassik teleut mahnılarının əsasında da dayanan da budur: dünyanı yalnız xeyir işlər xilas edəcək.

 

Xeyirxahlıq motivionun təbliği teleutların zərb məsələlərində, atalar sözlərində də əsas yerlərdən birini tutur.

 

 Teleutlar günümüzdə folklor ənənələrindən irəli gələn milli pelmen( düşbərə ) bayramı da keçirirlər. Hər il yanvar ayının 15-18-i arasında keçirilən bu folklor bayramında qonaqlar ənənəvi milli pelmen yeməyinə dəvət edilirlər.

 

 

 

Teleut türklərinin faciəsi davam edir

 

Teleut türkləri qeyd etdiyimiz kimi, ruslar tərəfindən güclü assimilyasiyaya məruz qalmaqdadırlar. Nəticədə bir vaxtlar sayları 150-220 min nəfər olan Teleut türklərinin sayı bu gün 2500-3000 nəfər qalıb. Son siyahıyaalmaya görə (2002-ci il), Rusiya Federasiyası ərazisində 2650  nəfər Teleut türkü yaşayır. Onların təxminən 2534 nəfəri Kemerovo vilayətinin sakinidir. Teleut türkləri Kemerovo vilayətinin Çeluxoyevo (505 nəfər), Belovo şəhərində (438 nəfər), Novokuznetsk şəhərində (303 nəfər), Bekovo kəndində (273 nəfər), Verxovskaya kəndində (194 nəfər), Şanda kəndində (177 nəfər), Novobaçatı kəndində ( 140 nəfər), Zareçnoe kəndində (136 nəfər) yaşayırlar. Bundan əlavə, Kemerovo vilayətinə qonşu ərazilərdə də Teleut türkləri dağınıq halda, hər yaşayış məntəqəsində 10-15 ailə yaşamaqdadırlar. Ümumiyyətlə, bu gün Teleut türklərinə Rusiyanın çox hissəsində rast gəlmək olar. Onlar müxtəlif səbəblərdən Rusiyanın hər yerinə səpələniblər. Altayın və türk dünyasının ən qədim və köklü xalqlarından biri olan teleutların assimilyasiyası prosesinin  davam etməsi isə bu xalqın faciəsi deməkdir. Onların bu faciəsinin və tarixin səhnəsindən silinib çıxmasının qarşısını isə yalnız uca Yaradan ala bilər...

 

Əziz Mustafa

Zaman.-2015.-24 aprel.-S.6.