Millətlərarası etnik münasibətlərdə tolerantlıq

 

Bu mövzunun aktuallığı onunla bağlıdır ki, bazar iqtisadiyyatı şəraitində millətlərarası mənasibətlərın vəziyyəti inkişaf situasiyası tamamilə dəyişmişdir.

 

 

SSRİ-nin dağılması əksər əhaliyə təkcə maddi tərəfdən neqativ təsir göstərmədi, həm özüylə bir sıra, o cümlədən bir tip dövlət quruluşundan digərinə keçidlə bağlı problemlər gətirdi. Bəzi postsovet respublikalarında ayrı-ayrı gənclər qruplarında nasionalizm, şovinizm halları özünü göstərməyə başladı. Belə qruplar yerli olmayan xalqları fiziki cəhətdən məhv etməkdən ötrü hazır vəziyyətdə dayanmışdılar. Bu cür neqativ hadisələr daha çox millətin nümayəndəsi yaşayan Moskva şəhərində özünü bariz şəkildə göstərdi. Eyni zamanda milli ənənələrə, adətlərə, dini dünyabaxışına dözümlülüklə yanaşmaq münasibətinin yaradılması cəhdləri edilmişdir.

 

***

 

Tolerantlıq problemi onun həyata keçirilməsi praktikası, belə çıxır ki, yalnız XX əsrin son on illiyində etniklərarası münasibətlərdəki problemlərdən doğulmamışdır. Müxtəlif mədəniyyətlərin təmsilçiləri arasında bu həmişə mövcud olmuşdur. Müasir situasiyalarda qəbul edilməsi nöqteyi-nəzərindən baxılmasını tələb edən onun həllində müəyyən təcrübə qazanılmışdır. Ziddiyyətli bazar münasibətləri şəraitdə etniklərarası münasibətlərin formalaşması probleminin həll edilmə xüsusiyyətlərinin sosioloji baxımdan öyrənilməsi çox aktualdır.

 

Şübhəsiz , sosializmin təsdiqi prosesində formalaşan milli mənasibətlərin inkişafı təcrübəsini nəzərə almaq lazımdır. Bu mərhələdə millətin yaxınlaşması çiçəklənməsi konsepsiyası həyata keçirilirdi. Bir tərəfdən milli fəhlə, kəndli ziyalı sinfinin formalaşması üçün mühüm səylər göstərilirdi. Müxtəlif millət xalqların mənəvi dəyərlərinin ayrı-ayrı elementlərinin inkişaf etdirilməsi siyasəti fəal şəkildə həyata keçirilirdi. Bu, əsrlər boyu SSRİ ərazisində yaşayan xalqların həyatında formalaşan ənənələrin qorunması saxlanmasında xüsusilə özünü göstərirdi. Əgər birbaşa kommunist ideyalarına zidd deyildisə, onda partiya hökümət onların həyata keçirilməsinə mane olmurdu. Digər tərəfdən, vahid təhsil sahəsi, millətlərarası ünsiyyət dili, iqtisadi, siyasi, elmi s. fəaliyyətlərin formalaşmasında rus mədəniyyətinin aparıcı rolu saxlanmışdı.

 

Bu ya digər etnos nümayəndələrinin sosial mobilliyinin özü onlar tərəfindən yalnız rus dilini yaxşı bilmələrilə təyin edilmir, həm bütünlüklə rus mədəniyyəti, əxlaqi, estetik birinci növbədə rus etnosunda tarixi olaraq formalaşan əmək normaları ilə təyin edilirdi. Tolerantlıq insanı zəhmətkeş kütlələrə məxsus olduğu sinfi maraqlar əsasında formalaşırdı. Zəhmətkeşlərin bərabərliyi müxtəlif etnik icma nəmayəndələrinin bərabərliyi kimi çıxış edirdi. Ona görə bir yerdə yaşayan daim qarşılıqlı mənasibətlərdə olan məxtəlif xalqlar arasında yalnız məişət səviyyəsində lokal konfliktlər qeyd olunurdu.

 

***

 

Sovet dövrü həm müxtəlif xalqların nəmayəndələrinin geniş miqrasiya prosesi ilə xarakterizə olunurdu. Hər regionda yaşayan əhalinin tərkibinin əsasında 20-30 milliyyətin nümayəndəsini tapmaq olardı.

 

Bazar iqtisadiyyatına keçid yalnız sinfi həmrəylik əsasında qurulmuş müxtəlif millət və xalqların keçmiş ittifaqının dağılmasına gətirib çıxarmadı. Müxtəlif etnos nəmayəndələrinə münasibətdə tolerantlığın formalaşması keyfiyyətcə yeni situasiyaya gəldi. Hər şəydən əvvəl yeni əmələ gələn dövlət ərazisində yaşayan müxtəlif etnos nümayəndələrinin dinc yanaşı yaşaması, münaqişəsiz qarşılıqlı münasibətinin əsasını formalaşdırmaq problemi meydana gəldi. Daha post sovet respublikalarında proletariat ideologiyası əsasında müxtəlif xalq və mədəniyyətlərin ittifaqını yaratmaq mümkün deyildi.

 

Müasir qloballaşma şəraitində kiçikböyük xalqlar öz tərəqqisini yalnız öz səylərini birləşdirmək yolu ilə əldə edə bilər. Ölkəmizdə yaşayan xalqların yalnız birləşməsi nəticəsində respublikamızın digər dövlətlərlə yarışda rəqabət gücünü artıra bilər.

***

 

Tolerantlığın sosioloji baxımdan öyrənilməsi problemi olduqca aktualdır, ona görə ki, bu, hər bir ölkənin bütövlüyünün qorunmasında zəruridir. Yaxşı məlumdur ki, doxsanıncı illərin əvvəllərində ayrı-ayrı xalqların iqtisadi, siyasi və mədəni müstəqilliyinin təmin edilməsi problemi heç də həmişə lazımi səviyyədə həyata keçirilə bilməmişdi. Müstəqilliyin ilk illərində bəzi qüvvələr bundan sui-istifadə edərək, kiçik xalqların iqtisadi, siyasi və mədəni müstəqilliyinin artırılması, xüsusi iqtisadi şəraitin yaradılması adı altında öz mənfəətləri naminə müəyyən fəaliyyətlər həyata keçirməyə cəhd göstərdilər. Dağlıq Qarabağda, ölkəmizin cənubunda və şimalında baş verən hadisələr bunun bariz nümunəsidir. O qanlı-qadalı illərdən sonra ölkəmizin bütövlüyünün qorunması istiqamətində aktiv dövlət siyasəti həyata keçirilir. Onun vacib komponenti kimi, etniklərarası tolerantlığın formalaşması və inkişaf etdirilməsi əsas yer tutur, belə ki, bizim çoxmillətli respublikamızın elə bir bölgəsi yoxdur ki, orada məxtəlif xalqların nümayəndələri yaşayıb, fəaliyyət göstəməmiş olsun. Bununla belə, etnik tolerantlığın öyrənilməsi və etniklərarası gərginliyin profilaktikası millətlərarası münasibətlərin xarakteristikası kimi xüsusilə vacib və aktualdır. Real vəziyyət özünün əsas ehtiyaclarının təmin edilməsində böyük çətinliklərlə üzləşən əhalinin müxtəlif təbəqələri arasında qarşılıqlı münasibətlərin yeni formalarının fəal axtarışı ilə xarakterizə olunur. Milliyyətindən asılı olmayaraq, insanlar axtarmaqda, rahat mənzillər əldə etməkdə, öz həyat tərzinin yüksəldilməsində, sağlamlığının qorunmasında, uşaqlarının arzuolunan təhsil almasında və s. böyük çətinliklər yaşayırlar. Ölkənin iqtisadi və mədəni tərəqqisi məsələsinin həll edilməsində birgə səy göstərilməsi çox önəmlidir.

 

***

 

Etnik tolerantlıq, birinci növbədə, şəxsiyyətin və onun sosiallaşmasının formalaşma xüsusiyyətlərilə təyin edilir. Bu prosesdə müxtəlif sosial institutların rolu və şəxsiyyətin sosiallaşmasının təkmilləşdirilməsi problemlərinin aktuallığına həsr olunmuş tədqiqatları xüsusı qeyd etmək lazımdır. Etnik tolerantlıq aspektindən qeyd etmək lazımdır ki, bu problemin daha dərindən öyrənilməsinə vətəndaş sosiologiyasının hələ də ehtiyacı vardır. Müasir şəraitdə müxtəlif sosial subyektlərin qarşılıqlı münasibəti zamanı etnik tolerantlığın vəziyyəti və inkişafı bu tədqiqatın obyekti sayıla bilər.    

 

Azərbaycan

 

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə

 

ni hazırladı:

 

Loğman Məmmədov

Zaman.-2015.-24 aprel.-S.13.