Dünyanı heyrətləndirən məşhur
müsəlman alimlər: İbn Xəldun
(3)
ƏZIZ MUSTAFA,
İbn Xəldun sultanın Qahirəyə geri dönməsindən sonra faktiki olaraq
onu əvəz eləməli oldu.
Həmin vaxt isə Əmir Teymur şəhər ətrafında mühasirə
halqasını daraltmaqda
davam edirdi. Əmir
Teymurun qoşunu hər an şəhərə
hücum edərək
onu ala və yerləyeksan edə bilərdi. Belə bir vəziyyətdə
İbn Xəldun iki yoldan birini
seçməli idi: O ya düşmənlə
son nəfəsə kimi
döyüşmək, ya
da Əmir Teymurla barışmaq barədə qərar qəbul etməli idi. Əmir Teymurla döyüşmək
mənasız idi.
Çünki onsuz da onunla bacara bilməyəcəkdilər.
Döyüş şəhərin
Teymurun əsgərləri
tərəfindən alınması
və yandırılması,
əhalinin isə qətli ilə nəticələnəcəkdi. Əmir Teymurla bacara
bilməyəcəklərini anlayan İbn Xəldun sonda onun yanına elçilər göndərmək
və elçi heyətində özünün
də iştirak etməsi barədə qərar qəbul etdi. Ətrafındakılar ona belə bir qərar qəbul etməzdən əvvəl Qahirəyə
- sultanla məsləhətləşmək
təklifini etdilər.
İbn Xəldun isə onlara cavabında bildirdi ki, sultanla məsləhətləşmək
yaxşı olardı.
Ancaq vaxt gözləmir. Adamımızı Qahirəyə
göndərmək və
oradan sultanın yeni
qərarını alıb
gətirmək çox
vaxt aparacaq. Bir də biz indiki vəziyyətdə onsuz da Əmir Teymurdan
zəifik və insanları mənasız qırğına verməyə
ehtiyac yoxdur. İbn Xəldun belə hesab edirdi ki,
sultanın özü
də qəbul etdiyi qərardan razı qalacaq.
1400-cü
ildə İbn Xəldun elçi qismində
Əmir Teymurla görüşdü. O, Əmir
Teymurdan Dəməşq
əhalisinə qarşı
qırğınlar törətməməsini
xahiş edərək
bildirdi ki, onlar böyük hökmdarın təbəəliyini
qəbul etməyə
hazırdırlar. Teymur İbn
Xəldunun dərrakəsinə
və ağlına heyran qalmışdı.
Böyük türk hökmdarlarından
olan və tarixdə özündən
sonra şanlı və şərəfli bir iz qoyan
Əmir Teymur iki həftə İbn Xəldundan bölgə ölkələri
barədə məlumat
aldı. Əmir
Teymurun bölgə ölkələri ilə marağını nəzərə
alaraq, İbn Xəldun ona bu ölkələrin tarixi əraziləri, əhalisi, məşğuliyyətləri
haqqında yazılı
şəkildə geniş
məlumat verdi.
Bununla bağlı tarixi mənbələrin verdiyi
məlumata görə,
Hələb, Həma və Xümsü bir-birinin ardınca ələ keçirən
Əmir Teymur 1401-ci ilin yanvar ayında
Şama yaxınlaşdı. Məmlük ordusu məğlub oldu. Sultan Fərəc
şəhəri tərk
edib, Qahirəyə qaçdı. Sağ
qalanlar isə Şam qalasına sığındılar. Şam mühasirədə
olarkən Əmir Teymurun yanına şəhərə aman verməsi üçün
bir heyət gəldi. İbn Xəldun da
bu heyətin tərkibində idi. Əmir Teymur İbn Xəldunu xoş rəftarla qarşıladı.
Əmir Teymurla aralarında Məğribin vəziyyəti,
tarix və digər mövzularda söhbət oldu. Əmir Teymur İbn Xəlduna hörmət göstərmiş,
hətta Misirə geri qayıtmasına icazə vermişdi (Mənbə Gastin Marozzi: “Tamerlan”, “Qanun” nəşriyyatı. Əmir Teymurun vəsiyyətlərı,
“Qanun” nəşriyyatı.
http://az.wikipedia.org/wiki ibn_Xeldun).
Əmir Teymurla keçirdiyi
görüşlər barədə
İbn Xəldun özünün avtobiqrafiyasında
geniş yazıb.
İbn Xəldun avtobioqrafiyasında
Əmir Teymurun Dəməşqi talan etməsi və şəhərdə baş
verən böyük yanğın haqqında da ətraflı məlumat verib.
İbn Xəldun
1401-ci ilin martında Qahirəyə geri döndü. Sonrakı beş ilini
avtobioqrafiyasını və
dünya tarixindən bəhs edən əsərini tamamlamağa
sərf etdi və eyni zamanda
müdəssirlik və
qazılıq vəzifələrini
də yerinə yetirdi. Altıncı dəfə Maliki
qazısı təyin
edilməsindən bir
ay sonra 17 mart 1406-cı ildə
vəfat etdi və Nəsr qapısının yanında
Sufiyyə qəbiristanlığında
dəfn edildi.
İbn Xəldun: böyük şəxsiyyət və ziddiyyətli xarakter
İbn Xəldun saray mühitində fəaliyyətini
davam etdirdiyindən böyük və tarixi şəxsiyyət olmaqla bərabər, həm də siyasi baxımdan ziddiyyətli insan olub. Bu da
onun daim saray mühitində intriqalar içərisində
olmağından və
özünü müdafiə
etmək üçün
rəqiblərini müxtəlif
yollarla aradan qaldırması ilə əlaqədardır.
Məsələnin
bu tərəfinə diqqəti cəlb edən, Misirdə hakimlik etmiş olan Məhəmməd
Abdullah İnan bioqrafiyasında
İbn Xəldunun bəzi cansıxıcı
xüsusiyyətləri haqqında
belə yazır: “İbn Xəldun bir opportunist idi. O özünü müdafiə
etmək və rəqiblərini aradan qaldırmaq məqsədi ilə istənilən addımı atırdı.
O, əlinə düşən
imkanlardan məharətlə
rəqiblərinə qarşı
istifadə etməyi bacarırdı.
O, məqsədinə çatmaq üçün
istifadə etdiyi ədalətsiz tədbirləri
özünümüdafiəyə xidmət etdiyini söyləyərək, bununla
özünə haqq qazandırırdı”.
Məhəmməd Abdullah İnan yazır ki, İbn Xəldun
hər zaman qalib gələnin tərəfini tuturdu. Onun sözlərinə
görə, İbn Xəldun öz məqsədinə çatmaq
üçün sarayda
istənilən adamı
qurban verməyə hazır idi.
Rosenthal isə yazır
ki, bütün dahi insanlar kimi
İbn Xəldunun da davranışları və hərəkətləri
çaşqınlıqdan uzaq idi... O özünü
müdafiə etmək
üçün istənilən
vasitəyə əl atmağa hazır idi. O həmçinin qeyd edir
ki, İbn Xəldun bütün zamanların ən böyük şəxsiyyətlərindən
biri olmasına baxmayaraq, şikayətləndiyi
intriqalar, onun öz intriqalarına verilən cavabdan başqa bir şey deyildi.
İbn Xəldun yaradıcılığı İbn
Xəlduna böyük
şöhrət gətirən
onun yazdığı
Kitabul-İber tarixi əsəridir.
İbn Xəldun bu
əsərində dövrün
tarixi, siyasəti, iqtisadyyatı idarə etməyi və tarixin digər məqamlarına aydın şəkildə işıq
salıb.
Kitabın tam adı belədir: “Ərəblərlə ərəb
olmayanların, bərbərlərin
və eyni dövrdəki böyük
qüdrət sahiblərinin
müharibələrinə aid mənbə, xəbərləri
toplayan və rəy bildirən kitab” (Kitâbu’l-Iber ve Dîvânu’l-Mubtede’ ve’l-Haber fî Eyyâmi’l-Arab ve’l-Acem ve’l-Berber ve men ‘Asarahum min zeviyiyî’s-Sultâni’l-Ekber).
Əsər ön söz, giriş və müqəddimə də daxil olmaqla 7 cilddən ibarətdir.
Kitabda ərəb
tarixi ilə yanaşı, fars,
yəhudi, qədim Misir, türk və franklar kimi bir sıra
toplumların tarixindən,
o cümlədən Əməvi
və Abbasilər tarixindən də bəhs olunur.
İbn Xəldun Kitabul-İber tarixi əsərinin əvvəlində yazır:
“Bil ki: tarix elmi millətlər
və qövmlərin
bir-birindən nəql
və rəvayət etməkdə olduğu elmlərdəndir. Tarixi öyrənmək
üçün atlara
üzəngilər, dəvələrə
səmərlər bağlanaraq
(minik heyvanlarına minərək) səfərlərdə
qocalırlar. Xalq və
heç bir şeyə önəm verməyən qafillər belə, tarix öyrənmək istəyirlər.
Hökmdarlar və Yəmən
hökmdarları Kayllar
tarix öyrənmək
üçün bir-biriləri
ilə yarışırlar.
Onu anlamaq cəhətdən alimlər və cahillər bir-birinə bərabərdir. Tarix zahirdən
baxıldığında keçmişdəki
hadisələrin, dövlətlərin
vəziyyətlərinin və
keçən dövrdəki
xəbərlərin o tərəfinə
keçməz. Tarixdə sözlər
istinadlarla nəql olunur və tarixi hadisələrlə
məsələlər zərb
olunur. Məclislər camaatla dolu olduqda tarixi hadisələr nəql edilərək yığıncaqlar
təzələnir, dinləyənlər
xoşlanar və rəğbətlə istirahət
edərlər. Tarix insanların
və qövmlərin
hal və vəziyyətlərinin necə
dəyişmiş olduğunu,
dövlət sərhədlərinin
necə genişlənmiş,
qüvvət və qüdrətlərinin necə
artmış olduğunu,
ölüm və dağılma çağı
gələnə qədər
yer üzünü necə abad etdiklərini bizə bildirir. Bu, tarixin
zahiri mənasıdır.
Tarixin içində gizlənən
məna isə araşdırmaq, düşünmək,
araşdırmaqdan və
varlığın (kainatın)
səbəb və xəstəliklərini diqqətlə
anlamaq, hadisələrin
baş verməsi və gedişatının
səbəb və tərtibini araşdırıb
bilməkdən ibarətdir.
Bax buna görə tarix şərəflidir və hikmətin içinə qərq olmuşdur. Buna görə də tarix hikmət və fəlsəfə elmlərindən biri hesab olunmağa layiqdir (Mənbə Ibn Haldun (1990). Mukaddime.
Istanbul: Milli Egitim Bakanlğı. ss. 4-5. ISBN 975.11.0359-2.
http://az.wikipedia.org/wiki ibn_Xeldun).
Əziz Mustafa
Zaman.-2015.-29 aprel.-S.9.