Mədəniyyətlər dialoqunun
müasir problemlərinin həlli yolu qloballaşmadan keçir
Dünyada sülhün qorunması, multikulturalizm, tolerantlıq,
bəşəriyyətin tərəqqisi,
beynəlxalq əməkdaşlıq
kimi məsələlərin
milli dəyərlər
sistemimizin prioritetlərinə
çevrilməsi nəticəsində
mədəniyyətlərarası empatiya probleminə diqqətin artması şübhə doğurmur.
Qloballaşma proseslərinin inkişaf etdiyi müasir dünyada müxtəlif dövlətlər və onların xalqları arasında qarşılıqlı
münasibətlər ildən
ilə genişlənir
və daha da mürəkkəb vəziyyət alır. Çağdaş cəmiyyətdə sosial cəhətdən fəal
həyat tərzi olan hər bir
şəxs digər mədəniyyət təmsilçiləri
ilə effektiv ünsiyyət qura bilmək üçün
ilk növbədə, öz
mədəniyyətinin əsaslarını
bilməli, sonra isə qarşı tərəfin dəyərlərini
öyrənməli və
anlamağa çalışmalıdır.
Bəs bu anlama qabiliyyəti
nəyə əsaslanır?
Son illərdə aparılan
tədqiqatlara görə,
qarşılıqlı anlaşmanın
əsasını mədəniyyətlərarası
dialoq təşkil edir. Mədəniyyətlər dialoqu anlayışı
tarixən inkişaf etmiş və zamanla yeni-yeni məzmunlar kəsb etmişdir.
Müxtəlif mədəniyyət təmsilçilərinin
ünsiyyəti
Müasir dövrümüzün elmi
paradiqmasında mədəniyyətlər
dialoqu dedikdə müxtəlif mədəniyyət
təmsilçilərinin ünsiyyəti
və bir-birinin dəyər sisteminə nüfuz etməsi başa düşülür. Mədəniyyətlər dialoqunun müasir problemlərinin həlli yolu qloballaşmadan keçir. Məhz bunun nəticəsində
qarşılıqlı təsir
və qarşılıqlı
anlaşma mümkündür.
Qloballaşma prosesində bəzən
“yad” sosial-mədəni
dəyərlərin rədd
edilməsi, bir sıra hallarda doğma dəyərlərini
yenidən qiymətləndirilməsi,
hətta onlardan imtina edərək, digər insanların sosial-mədəni dəyərlərinin
nümunə kimi qəbul edilməsi baş verə bilər.
İnsanı görmədən onun
emosional halını
tam dəqiq hiss etmək
qabiliyyəti
Son illər artıq
cəmiyyətdə, digər
mədəniyyətləri anlamaq və hiss etmək, “yad” dünya qavrayışlarının
incəliklərini öyrənmək,
özünü digər
mədəniyyət təmsilçilərinin
yerinə qoya bilmək zərurəti yaranıb. Mütəxəssislərin fikrinə görə,
yuxarıda sadaladığımız
xüsusiyyətlər “empatiya”
anlayışını səciyyələndirir.
Lüğətdə “empatiya”
(yunanca “em” daxili, “patiya” hiss, dərd, iztirab) - özünü başqa insanın və ya canlının yerində hissetmə bacarığı, başqasının
dərdinə şərikolma
hissidir. “Empatiya”,
eyni zamanda başqa insanın emossional halını onun mimikasından və hərəkətlərindən
duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən
onun emosional halını tam dəqiq
hiss etmək qabiliyyətini
nəzərdə tutur.
Araşdırmalara görə, yeni
doğulmuş körpələrdə
yüksək səviyyədə
müşahidə olunan
empatiya, uyğun şərtlərdə sürətlə
itirilən qabiliyyətdir.
Effektiv mədəniyyətlərarası qarşılıqlı təsir
konteksti
Qloballaşma dövründə “empatiya”
termini dar psixoloji çərçivədən çıxıb
və geniş mənada istifadə olunur. “Mədəni empatiya”, “etno-mədəni
empatiya” və yaxud “mədəniyyətlərarası
empatiya” dedikdə effektiv mədəniyyətlərarası
qarşılıqlı təsir
kontekstindəki empatiya
başa düşülür.
Müxtəlif insanların yaşadıqları
mədəni mühitin
nəzərə alınması,
fərqli mədəniyyət
nümayəndələrinə qarşı qərəzli
münasibət şəklində
özünü büruzə
verən subyektiv qavrayışların kontrol
altına alınması
etno-mədəni empatiyanın
xüsusiyyətlərindən sayılır.
Mədəniyyətlərarası ünsiyyətdə
empatik yanaşma həll edicidir
Mədəniyyətlərarası ünsiyyətdə digər
mədəniyyət nümayəndəsinin
davranışını anlamaq
üçün öz
mədəniyyətinin xüsusiyyətlərinin
əvəzinə, qarşı
tərəfin dəyərlər
sistemini nəzərə
almaq lazımdır. Mədəniyyətlərarası ünsiyyətdə empatik yanaşma həll edicidir, yəni başqa bir şəxsin daxili dünyası, duyğuları, düşüncələri,
gözləntiləri və
istəklərinə əqli
və emossional cəhətdən nüfuz
etmək vacibdir.
Müxtəlif mədəniyyətlər
Empatiyanın qarşılıqlı əlaqədə olan üç ünsürü
seçilir: koqnitiv (bilik), emosional (hissi) və kommunikativ (təsirli). Müxtəlif mədəniyyətlər, onların adət-ənənələri,
milli xarakter xüsusiyyətləri haqqında
bilik əskikliyi empatiyanın koqnitiv komponentinin təzahürünə
mane olan əsas amil hesab olunur.
Bu biliklərin formalaşmasında aparıcı
rol ilk növbədə,
orta məktəbin üzərinə düşür.
Məktəblilərin təcrübəsi böyük olmasa da yeniliklərə açıq olmaları peşəkar pedaqoqlar tərəfindən düzgün
məcraya yönəldilməsinə
şərait yaradır.
Şagirdləri mədəniyyətlərarası
yönümlü faktlarla
tanış etmək, bu istiqamətdə yazılmış
əsər və mətnlərin təlim-tərbiyə
prosesinə daxil etmək bilik üfüqlərinin genişlənməsi
üçün zəruridir.
Empatiya mədəniyyətinin formalaşması
Tənqidi düşüncə tərzinə
yiyələnən yeniyetmələr
bənzər mənbələrin
hesabına dünyada sülh problemi və digər mədəniyyətlərə tolerant münasibətin vacibliyini
öyrənə biləcəklər. Ən əsası,
bu bilik emossional empatiya üçün baza rolunu oynayır.
Emossional (hissi, affektiv) komponent, yəni başqasının dərdi
ilə dərdlənmə,
digər insanların problemlərini hiss etmə,
empatiyanın özəyi
sayılır. Lakin emossional və
bilik komponentləri arasında sərt sərhəd çəkmək
düzgün olmaz, çünki hər ikisi ümumi empatiya mədəniyyətinin
formalaşmasında mühüm
yerə sahibdir.
Mədəniyyətlərarası tanışlığınm
ilkin mərhələsi
Mədəniyyətlərarası tanışlığın
ilkin mərhələsində
qavrayış birtərəfli
baş verir: ya doğma dəyərlərə
verilən qiymət hədsiz dərəcədə
yüksəldilir, ya da digər mədəniyyətin
xüsusiyyətlərinə qurban verilir. Bu səbəbdən, hislərin ağır basdığı yeniyetmə
və gəncləri empatiya vasitəsilə digər mədəniyyətlərə
qarşı tolerant münasibətə
yönləndirmək lazımdır.
Mədəniyyətlərarası ünsiyyətin
xüsusiyyəti
Dialoq müqabilinin
düşündükləri, qorxuları və nəzər nöqtəsini
anlamaq istəyi mədəniyyətlərarası ünsiyyətin xüsusiyyətini
təşkil edir. Digər mədəniyyət
təmsilçisinin kommunikativ
davranışını başa
düşmək üçün
o mədəniyyətin xüsusiyyətlərini
nəzərə almaq,
yəni özünü
onun yerinə qoymaq, bir sözlə,
empatik düşünmək
lazımdır. Bu prosesin nəticəsi kimi simpatiya və yardımlaşma hislərinin oyanmasını
saymaq mümkündür.
Müxtəlif mədəniyyətlərə mənsub insanlar arasında anlaşma və tolerantlığa dəstək verir
Empatiya ayrı-seçkilik,
münaqişə hallarını
azaldır, müxtəlif
mədəniyyətlərə mənsub insanlar arasında anlaşma və tolerantlığa dəstək verir. Fitri xüsusiyyətimiz
olan empatiya təlim-tərbiyə sistemindən
keçirilərək şüurlu
keyfiyyətə çevrilməsi,
bunun üçün
isə etno-mədəni
pedaqogika (tolerantlıq
pedaqogikası) kimi elm
sahələrinin inkişaf
etdirilməsi əsrimizin
ən mühüm tələblərindən sayıla
bilər. Dünyada sülhün
qorunması, multikulturalizm,
tolerantlıq, bəşəriyyətin
tərəqqisi, beynəlxalq
əməkdaşlıq kimi
məsələlərin milli
dəyərlər sistemimizin
prioritetlərinə çevrilməsi
nəticəsində mədəniyyətlərarası
empatiya probleminə diqqətin artması şübhə doğurmur.
Ruslan Abdulov
Zaman.-2015.- 4 avqust.- S.13.