Biz sülhün, əmniyyətin əsgərləriyik

 

Bəşər tarixinə nəzər yetirəndə bir həqiqətin şahidi olursan ki, hər bir səmavi dinin gəlişi ilə insanlıq tarixində yeni bir mərhələ açılıb və xalqlar hər gələn yeni dini müəyyən qədər milliləşdirərək, daha doğrusu, özününküləşdirərək yanlış anlamlara qapı açıblar.

  bütün bu proseslərdən sonradoğmalar”, “ögeylər”, “bizimkilər”, “sizinkilər” mərhələsi başlayıb. Tarix baxımından ilk səmavi din sayılan və Həzrəti-Musa (ə.s.) ilə gələn yəhudilik dinini bu iddianın ən bariz nümunəsi kimi göstərmək olar. Təsəvvür edirsinizmi, hazırda bu din mənsublarının, demək olar ki, hamısı elə bu xalqın nümayəndələridir, yəni yəhudilərdir. Halduki, din bir qövmə deyil, bütün Adəm oğullarına gəlmişdir. Əgər sən onu milli mənfəətlərin çərçivəsinə almağa çalışarsansa, onda o dində səndən başqa kimsə olmaz.  

Xristian dinində mənzərə bir qədər fərqlidir. Belə ki, bu dinin ehkamlarına görə, Allah anlayışı bir növ aradan qaldırılmışdır. Kimlərsə bu iddianı bir qədər yanlış saya bilərlər, olsun. Amma özünüz düşünün, əgər insanın günahını insan bağışlayırsa, demək bu anlayışda müəyyən qədər ciddi problemlər var. Bu dinə görə, anadan doğulan hər kəs günahkardır o, xaç suyuna girdikdən sonra təmizlənir ya günahın olur olsun, kilsəyə get, keşişlə aranı düzəlt, o da səni təmizləsin. İslam pəncərəsindən bu məsələyə baxdıqda isə tamamən fərqli mənzərə görünür. Doğrudur, insan günahlarının böyük əksəriyyəti öz həmcinsinə, yəni insana qarşı işlənmiş günahlardır sən kimin haqqını tapdalamısansa, ondan da halallıq almalısan. Amma bir ali həqiqət var ki, nəhayətdə, son məqamda insanı bağışlayan insan deyil, Allahdır. Elə məsələlər var ki, insanlar bir-birindən şikayətçi olmazlar, amma onlar Allah qarşısında günahkar olurlar. Götürək dövrümüzdə çox geniş yayılmış şəhvət zinasını. Hər iki tərəf razılıq əsasında illər uzunu zina ilə məşğul olurlar, həm bir-birindən şikayətçi deyillər, amma Allah qarşısında hər ikisi günahkardır. Həm o günahı bağışlayıb-bağışlamamaq haqqı ancaq Allah-Təalaya məxsusdur. Yenə kimlərsə təəccübünü gizlətməyəcək: “Niyə?” Burda anlaşılmayacaq var ki?! Zina ilə məşğul olan qadına da, kişiyə o hissi o imkanı verən Allahdır. Allah-Təala verdiyi hər bir neməti, əmanəti ancaq doğru istiqamətdə, halallıq çərçivəsində istifadə etməyi buyurur. Şəhvət Allahın verdiyi bir nemətdir bu nemət olmasaydı, Adəm övladının soyu tükənərdi. Başqa nümunələr göstərmək olar, məsələn, qumar kimi. Amma bizim söhbətimizin əsas mövzusu bu olmadığı üçün mətləbə keçmək istəyirik. Bir qədər yuxarıda haqqında danışdığımızbizimkilər”, “sizinkilərbir çox müsəlmanların İslam anlayışında da özünü göstərməkdədir. Əgər tarixi qaynaqlara diqqət yetirsəniz, Rəsulullah dövründə ardınca davam edən bu mərhələdə müsəlman ümmətinin qədər oxşar olduğu aydın görünəcək. Çünki o dönəmdə hər şey Quran Rəsulullahın həyatı əsas alınaraq həll edilirdi. Tarixin sonrakı mərhələlərində isə milli, daha doğrusu, məhəlli zehniyyət məsələyə müdaxilə etdiyi üçün hər şey mahiyyətini, rəngini dəyişdi. Ona görəmillisözünü bu məqam üçün işlətməyi doğru hesab eləmirik ki, islam terminologiyasında bu sözün ifadə etdiyi mənaümmət”in ifadə etdiyi mənaya çox yaxındır. Ümmət” “millət”dən, sadəcə, peyğəmbəri ilə üstündür. Yoxsa hər ikisinin əhatə dairəsi eynidir. Xalqisə daha aşağı, daha kiçik mənanı ifadə edir. Eyni dinə girən xalqlar bir milləti təşkil edirlər. İslam terminologiyasına görə, bütün müsəlmanlar əslində bir millətin fərdləridir. Sənin xalq olaraq öz dilin, öz mədəniyyətin ola bilər, amma üst anlamda sən İslam mədəniyyətinin daşıyıcısısan. Amma qədər üzücü haldır ki, bu gün bir çox dini məsələlərdə bir qədər öncə bəhs etdiyimiz xalq mədəniyyəti özünü ən yüksək səviyyədə göstərir. Çox uzaq getməyək, elə öz ölkəmizdə məscidlərin minarələrinə baxmaqla onun hansı məzhəbdən olan müsəlmanlar tərəfindən inşa edildiyini anlamaq mümkündür. Klassik müsəlman xalqları kimi tanınmış ərəblərin bir cür minarəsi var, farsların bir cür minarəsi var, türklərin isə bir başqa cür minarəsi. Bu gün bu xalqların hər biri əksəriyyət etibarilə fərqli məzhəbin daşıyıcısıdır. Ərəblər daha çox vəhhabi-sələfi, farslar şiə-cəfəri, türklər isə hənəfi-sünni məzhəbinə mənsubdurlar. Məsələ təkcə minarələrlə tamamlansaydı, dərd vardı ki?! Həyata baxışın, demək olar ki, hər sahəsində bu fərqi görmək mümkündür. Biz bir kitabın, bir peyğəmbərin məktəbindən keçmiş insanlarıq, hamımız müsəlmanıq, amma təsəvvür edin ki, bu qədər ortaqlarımız olduğu halda, amma fərqli zaman dilimlərində, fərqli coğrafiyalarda bu din fərqli anlamlarla qəbul edilir. Xəlqi özəlliklər dinə yerləşdikcə ümmət içərisində fərqliliklərin görünməsi qaçılmaz olur. Amma bir əsas həqiqət var ki, bizim kitabımız, yəni Qurani-Kərim bu zamana qədər həmişə eyni olub, ikinci varianti olmayıb bundan sonra da belə olacaq. Quranda Allah-Təala (c.c.) buyurur ki, bu kitabı biz endirdik qiyamətə qədər onun mühafizi bizik. Bu bəyan onu deməyə əsas verir ki, kimsə Quranın doğruluğuna şübhə eləməsin, şübhə edən dindən çıxar, çünki Allahın vədinə inanmamış olur.

İslamın mahiyyətində, təməlində isə ədalət durur, sülh durur, barış durur. İslam nəinki insana, bütün varlıqlara qarşı ədalətli davranmaq təlimidir; namaz qılsın, ya qılmasın, oruc tutsun, ya tutmasın, sənə toxunmayan, səninlə savaşmayan birisinə müharibə elan etmək haqqını İslam sənə vermir. Əgər tarixi qaynaqlara diqqət yetirsəniz, açıq-aydın görərsiniz ki, İslamın ilk dövrlərində müsəlmanların qatıldıqları müharibələrin hamısı müdafiə xarakterli olub. İslam dünyaya sülh, əmin-amanlıq gətirmək, insana əbədi səadəti qazandırmaq üçündür. Bu dini fərqli mənalarda anlayanlar böyük bir yanlışlıq içindədirlər. Həqiqi İslam Rəsulullahın (s.ə.s.) yaşadığı bizlərə miras qoyub getdiyi həyatdır. Onun əxlaqı Quranın verdiyi əxlaqdır. İslam fərqliliklərin bir araya gəlib ortaq dəyərlər ətrafında birləşmək, yardımlaşmaq, xeyirlərin paylaşılması təlimidir; birliyin, ortaqlığın pozulması deyil. İslam - Allahın bəşər övladı üçün müəyyən etdiyi bəyəndiyi həyat standartıdır, kimsənin bu dini öz düşüncəsinə görə fərqli hallarda izah etməsi doğru deyil.

Bütün problemlər ordan başlayır ki, insanların qavramların daşıdığı məna yükünü düzgün anlamırlar. Daşıdığı bütün mənalar sülh, əmniyyət, barış, yardımlaşma, xeyirxahlıq, əldən tutmaq, paylaşmaq, yaxşılıqlara yönəlmək bu kimi gözəl anlamlar ifadə edən uca dinimizin terrorla, haqsız yerə can almaqla əlaqələndirilməsi ən böyük cinayətdir. Bütün yanlışlar da adların bu cür yanlış mənalarla anlaşılmasından başlayır.

Bir alim yazır ki, bu dinin dərinliklərinə daldıqca nə qədər böyük bir nemət içində olduğunun fərqinə varmağa başlayırsan. Müsəlman olmaq - hər kəsə xeyir verməyə çalışmaqdır. “Cihadsözünü belə yanlış anlayanların sayı az deyil. Cihad - insan öldürmək deyil, qəlbi ölülərin qəlbini diriltməyə çalışmaqdır, yəni insanı haqqa dəvətdir, hidayətə səbəb olmağa can atmaqdır. Hər həyatın sonunda ölüm adlı bir həqiqət var, amma əsas məsələ kimin dünyadan necə köçməsi, son nəfəsini necə təslim etməsidir. Müsəlman olaraq ölmək var, kafir olaraq ölmək var. Hər şey də elə bu iki məfhum arasında həll olacaq.

Biz barışı, sülhü, əmin-amanlığı, xeyirxahlığı əsas alan bir dinin mənsublarıyıq və əsas vəzifəmiz də dinindən, irqindən, cinsindən asılı olmayaraq, hər kəsə xeyir verməyə çalışmaqdır. Allah bu vəzifəni anlamağı və həyatının mərkəzinə yerləşdirməyi bizlərə nəsib eləsin.

 

Əli Çərkəzoğlu

Zaman.-2015.- 5 avqust.- S.13.