“Tolerantıq deyə öz mövqelərimizi də başqasına güzəştə gedə bilmərik”

 

Bəli, bu gün ölkəmiz, sözün həqiqi mənasında, dünyada tolerantlığa nümunə olan bir məmləkətdir. Artıq bu fakt bütün dünyada qəbul olunub. Hətta bəzi dünya dövlətləri Azərbaycanın bu sahədəki təcrübəsindən yararlanmaqda maraqlıdır.

Ölkəmizdə xalqımızın milli mentalitetindan, adət-ənənələrindən irəli gələrək dini tolerantlıq daha qabarıq şəkildə özünü göstərir. Statistik məlumatlara görə, əhalimizin 96 faizi müsəlmandır. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri əsrlərdir ki, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Bu gün ölkəmizdə 2050-dək məscid, 10-dan çox kilsə, 10-a qədər sinaqoq fəaliyyət göstərir. Hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, Bakıda erməni kilsəsi qorunub saxlanılır. Təkcə elə bu fakt xalqımızın tolerantlığının daha bir bariz nümunəsidir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı daha da sürətləndi. Azərbaycan dünyaya inteqrasiya edən ölkə oldu, amma bununla yanaşı, biz öz milli-mənəvi dəyərlərimizi qorumağa çalışdıq. Bu bir həqiqətdir ki, qloballaşma prosesinin sürətlə getdiyi belə bir zəmanədə hər bir xalq, hər bir mədəniyyət özünü qoruma instinktini işə salır. Qloballaşma milli adət-ənənələri, milli xüsusiyyətləri tədricən qlobal formaya çevirir. Təbii ki, belə bir şəraitdə ən yaxşı yol milli xüsusiyyətlə qloballaşmanın göstərdiyi təsiri uzlaşdırmaqdır.

yazıq ki...

Bu gün respublikamızda dini durum sabitdir. Bu məmləkətdə dini ayrı-seçkiliyi təşviq edən qruplar yoxdur. Təbii ki, bu məsələdə xalqımıza məxsus mənəvi dəyərlərin müstəsna rolu vardır. Onu da qeyd edək ki, tolerantlıq heç başqalarına güzəştə getmək deyil, tolerantlıq öz mövqeyini, öz xüsusiyyətlərini qoruyaraq başqalarına hörmətlə yanaşmaqdır.

yazıq ki, bu gün İslamın içəridən zəiflədilməsinə cəhdlər edilir. Hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Sirr deyil ki, hazırda din pərdəsi altında fəaliyyət göstərən xeyli qruplaşmalar var. Bu yerdə Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədrinin iştirakı ilə keçirilən bir tədbirdə Komitənin sədri Mübariz Qurbanlının dediyi sözlər yadıma düşdü: “İslami dəyərlər insanlığa xidmət edən dəyərlərdir. Lakin bu dəyərlərdən siyasi, iqtisadi maraqlar üçün istifadə həmin dəyərlərdən uzaqlaşmaq deməkdir. Ona görə Azərbaycanda islami dəyərlərin təbliğində dini maarifçiliyə geniş yer ayrılıb”. Bu istiqamətdə Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm Dini Məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bütün bu işlər milli-mənəvi dəyərlərin qorunması istiqamətində ulu öndər Heydər Əliyevin müəyyən etdiyi konseptual yolun icrası üçün çox böyük rol oynayır.

Siyasətimiz bundan ibarətdir

Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, din, milli-mənəvi dəyərlərin qorunması sahəsində ardıcıl siyasət həyata keçirir.Azərbaycanda dinlərarası münasibətlər ən müsbət şəkildə tənzimlənir”, - deyən ölkə başçısı bildirir: “Bunu Azərbaycan xalqı qeyd edir, görür. Eyni zamanda Bakıya, Azərbaycana gələn bütün xarici qonaqlar da bunu qeyd edirlər ki, Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlər ən yüksək səviyyədə təmin edilir. Bu da bizim çox böyük sərvətimizdir ölkəmizin gələcəkdə uğurlu, təhlükəsiz inkişafı üçün əsas şərtdir. Bundan sonra da Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bizim dövlət siyasətimiz bundan ibarətdir. Milli, etnik, dini müxtəliflik bizim böyük sərvətimizdir bizim üçün güc mənbəyidir”.

Məlum olduğu kimi, dövlətimizin başçısının 2014-cü il noyabrın 27-də imzaladığı sərəncama əsasən, ölkədə dini maarifləndirmə milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb. Bu yardım ölkəmizdə dini maarifləndirmə işinə milli-mənəvi dəyərlərin təbliğinin daha da gücləndirilməsinə sərf edilir. Mübariz Qurbanlının sözlərinə görə, milli-mənəvi, o cümlədən dini dəyərlər insanlara olduğu kimi çatdırılmalıdır. İcmalar tərəfindən layihələrin reallaşması, dini maarifləndirmə milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi radikalizmlə mübarizədə öz müsbət təsirini göstərəcək.

  “Bu, artıq tolerantlıq olmur

Mübariz Qurbanlının sözlərinə görə, biz iqtisadiyyatda açıq qapı elan etsək , mənəvi aləmdə açıq qapı elan edə bilmərik: “Dünyanın istənilən şirkəti gəlib burada görə bilər. Amma istənilən dini cərəyanın burada yayılmasına imkan verə bilmərik. Baxmayaraq ki, Azərbaycan tolerant ölkədir, ancaq tolerantıq deyə öz mövqelərimizi başqasına güzəştə gedə bilmərik. Tolerantlıq o demək deyil ki, radikal cərəyanlar burada istədiyini edə bilər. Milli-mənəvi dəyərlərimizə müdaxilə ediləndə bu, artıq tolerantlıq olmur. Tolerantlıq dözümlü yanaşma deməkdir. Biz həm xristianlıqdan, həm islamdan gələn radikal cərəyanların qarşısını almalıyıq alırıq da”.

  Azərbaycan həm nümunəvi dövlət-din münasibətləri modelinə malikdir

Bəli, bu gün ölkəmizdə dövlət-din münasibətləri qanun çərçivəsində tənzimlənir. Azərbaycanda dövlət dinin işlərinə müdaxilə etmir, vicdan azadlığı təmin edilir, insanların öz dini inanclarını sərbəst icra etmələrinə hər cür şərait yaradılır. Dövlət həm insanları hər hansı dini inanca zorla yönəltməyin qarşını alır. Dünyəvilik dövlətin dini himayə etməsini inkar etmir. Dövlət dinə kömək edir, məscidlər, kilsələr, sinaqoqlar tikilir, bərpa olunur. Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipləri üzərində qurulub. Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Dövlət-din münasibətləri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə önəmli yerlərdən birini tutur. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə dövlət-din münasibətlərinin milli-mənəvi hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Zəngin mədəni-mənəvi irsi, çoxəsrlik tolerantlıq ənənələri olan Azərbaycan həm nümunəvi dövlət-din münasibətləri modelinə malikdir.

Bütün bunlara baxmayaraq, bəzən bu sahədə bəzi qurumların hesabatlarında Azərbaycanla bağlı bəzi qərəzli fikirlər yer alır. Mübariz Qurbanlının sözlərinə görə, bu cür məruzələr hazırlanarkən yaxşı olar ki, həmin məruzələri hazırlayanlar Azərbaycana gələrək ölkəmizdəki dini vəziyyəti öz gözləri ilə görsünlər, söhbətlər aparsınlar: “Mətbuatda yanlış yayılmış məlumatdan, xüsusilə ölkəmizi qaralama kampaniyasına yönəlmiş dezinformasiyadan istifadə etməsinlər. Azərbaycanda tolerantlıq örnək olduğu bir halda, dini durumla bağlı yanlış informasiyalar yaymaq heç bir məntiqə uyğun gəlmir. Azərbaycanda heç bir dini qrupa qarşı heç bir təzyiq olmayıb. Hər hansı bir tədbir görülsə belə bu, yalnız qanunauyğun şəkildə həyata keçirilir”.

 

Gülər Rəsul

Zaman.-2015.- 6 avqust.- S.13.