“Bakı-2015” I Avropa
Oyunları dünyaya Azərbaycanın
tolerantlıq mesajı oldu
Azərbaycanda hökm sürən tolerantlıq və multıkulturalizm tarix boyu bu ərazilərdə müxtəlif dillərə və dinlərə mənsub olan xalqların birgə qardaşcasına yaşamasında önəmli rol oynayıb və oynamaqda davam edir.
Bu baxımdan Azərbaycanda hər il keçirilən çoxsaylı beynəlxalq tədbirlər ölkəmizdəki tolerantlıq və multikulturalizm şəraiti ilə xarici qonaqların, rəsmi dövlət nümayəndələrinin, tanınmış elm və ictimai xadimlərin yaxından tanış olmasına imkan verməkdədir. Qətiyyətlə demək olar ki, Azərbaycandakı tolerantlıq və multikulturalizm şəraitinin beynəlxalq səviyyədə təbliğində, ölkəmizin imicinin artırılmasında belə tədbirlərin əvəzsiz xidmətləri var. Məsələnin digər tərəfinə gəlincə, Azərbaycana gələn hər hansı xarici ölkə nümayəndəsi, rəsmi və ya qeyri-rəsmi dövlət təmsilçisi, ilk növbədə, ölkəmizdəki tolerantlıq mühiti ilə tanış omaq, Azərbaycan təcrübəsi ilə onun dünyanın digər ölkələrində təbliği və həyata keçirilməsi ilə maraqlanır. Təbii ki, bu da olduqca qürurvericidir. Çünki sivil dünyamızda özlərini daha yüksək səviyyədə inkişaf etmiş, mədəniyyəti, elmi, demokratik nailiyyətləri ilə öyünən supergüc dövlətlər deyil, məhz ərazi və əhali baxımdan kiçik gənc müstəqil dövlət olan Azərbaycan tolerantlıq və multikulturalizm sahəsində dünyaya örnək olan model yarada və onu bəşəriyyətin sivil gələcəyi üçün taleyüklü olacaq önəmli faktorlardan birinə çevirə bilib. Bu baxımdan qeyd etdiyimiz kimi, Azərbaycanda hökm sürən tolerantlıq bu gün dünyanın bir çox dövlətləri üçün uğurlu modelə çevrilib və bunu ölkəmizi sevməyən, ona düşmən münasibət bəsləyən ölkələr belə etiraf etməyə məcbur olublar. Tolerantlıq və multikulturalizm sahəsində belə bir sivil inkişaf modelinin mədəniyyətlərin və sivilizasiyaların qovşaq mərkəzi rolunu oynayan Azərbaycandan qaynaqlanması ölkəmizin həyatında tarixi bir hadisə, onun sivil inkişafa verdiyi əvəzsis töhfə hesab edilir. Halbuki Azərbaycan dünyada tolerantlıq nümunəsinə çevrildiyi bir vaxtda Qərbdə geniş təzahür tapmağa başlayan islamofobiya, qatı millətçilik, irqi ayrı-seçkilik kimi mənfi tendensiyalara qarşı əsas mübarizə silahına çevrilib.
I Avropa Oyunları dünyaya tolerantlığımızın nümayişinə çevrildi
Azərbaycanda özünü göstərən və tarix boyu xalqımızın şüurunda möhkəm yuva salaraq onun qan yaddaşının önəmli strukturlarından birinə çevrilən tolerantlıq və multikulturalizmin bəşəri əhəmiyyət daşıdığını ölkəmizdə keçirilən I Avropa Oyunları da bir daha sübut etdi. Bu müstəvidə də I Avropa Oyunları çərçivəsində Azərbaycana gələn çoxsaylı qonaqlar və idmançılar, mətbuat orqanları, turistlər ölkəmizdəki tolerantlıq və multikulturalizmdən heyrətə düşdüklərini gizlətmədilər.
Elə ölkəmizdə mövcud olan tolerant dəyərlərin Avropada yayılmasında Avropa Oyunlarının da böyük əhəmiyyəti oldu.
Məsələyə münasibət
bildirən millət vəkili Gövhər Baxşəliyeva mətbuata
verdiyi açıqlamasında bildirib ki, bu
idman oyunları Avropanın bir daha Azərbaycanda mövcud olan yüksək
tolerantlıq dəyərləri ilə tanış
olmasına, onun Qərbdə
yayılmasına və belədə ölkəmizin imicinin daha da
artmasına stimul vermiş
oldu. Onun sözlərinə
görə, Avropa Oyunları zamanı
ölkəmizə çoxlu sayda qonaqlar gəldi. Onlar arasında
6 min idmançı, 2 minə
yaxın jurnalist və on minlərlə azarkeş də var idi. Gövhər Baxşəliyeva deyir ki, həmin insanlar idman yarışlarının keçirildiyi
müddətdə Azərbaycanın
həyatı, burada mövcud olan reallıqlarla yaxından tanış oldular, Azərbaycanda yüksək səviyyədə
inkişaf etmiş
tolerant mühitin olduğunun
əyani şəkildə
şahidlərinə çevrildilər.
Azərbaycanın tolerantlıq sahəsində
dünyaya örnək
olan ölkə olduğunu, ölkəmizdə
müxtəlif sivilizasiyalara,
mədəniyyətlərə mənsub insanların dinc yanaşı yaşamasını əyani
şəkildə bir daha görən qonaqlar geriyə qayıdandan sonra mətbuata verdikləri açıqlamalarda bu amili xüsusi vurğuladılar. Nəticədə ölkəmizə gələn qonaqlar Azərbaycanın tolerant ölkə
olması barədə
milyonlarla insanlarda müəyyən qədər
təsəvvir formalaşdırmış
oldular.
Beləliklə də, idman oyunlarının ölkəmizdəki
tolerant dəyərlərin Avropaya təsirinin olduğunun da şahidi olduq. Bu müstəvidə də Avropada bir daha
gördülər ki,
müsəlman Şərq
ölkəsi hər iki sivilizasiyanın müsbət dəyərlərini
özündə ehtiva
etməyə qadirdir.
Bütün bunlarla da Azərbaycan həm Şərq dəyərlərini,
həm də Qərb düşüncə
tərzini, modern inkişafını
özündə ehtiva
edən ölkə olmasının parlaq nümayişinə çevrildi. İş orasındadır ki, Bakıda keçirilən
I Avropa Oyunlarına kimi qərbdə bəzi insanlar hələ də elə bilirdilər ki,
Azərbaycan əhalisi
də Misir, Pakistan, İraq əhalisi kimidir. Halbuki bunun belə olmadığını ölkəmizdə
keçirilən I Avropa
Oyunları bir daha təsdiq etdi. Bu oyunlarda
iştirak edənlər
və Bakıya gələn xarici qonaqlar gördülər ki, Azərbaycan əhalisi kifayət qədər modernləşmiş,
qərbləşmiş əhalidir.
Yeri gəlmişkən, onu da deyək ki,
Azərbaycanın sivil
dünyagörüşünə malik olan, dünyanın
digər müsəlman
ölkələrindən fərqli
zehni inkişaf təfəkkürü
ilə fərqləndiyinin
şahidi olan ötən əsrin əvvəllərində ölkəmizə
gələn xarici ölkə vətəndaşları
da bunu heyrətlə
qarşılayırdılar. Onlar çar əsarəti altında olmasına baxmayaraq, Azərbaycan türklərinin özünəməxsus
olan Qərb zehni düşüncəsinə,
təfəkkürünə, eyni zamanda türklərə
xas olan istiqanlılıqlarına, qonaqpərvəliklərinə,
nəhayət, tolerantlıqlarına
heyranlıqlarını gizlədə
bilmirdilər.
Bu baxımdan ötən
əsrin 80-ci illərinin
sonlarında erməni
işğalına məruz
qalan və haqqında Qərbdə həqiqətdənuzaq xoşagəlməz
rəy formalaşdırılan
Azərbaycan haqqında
əsl həqiqətin
üzə çıxmasında,
şübhəsiz ki,
ölkəmizdə keçirilən
I Avropa Oyunları böyük rol oynadı.
Bir sözlə,
Avropa Oyunlarına təşrif buyuranlar Azərbaycanda yüksək
mənəvi dəyərlərin,
Qərbə xas olan sivil inkişafın
və mədəniyyətin
şahidi oldular.
İlk öncə bu müstəvidə I Avropa
Oyunları ilə əlaqədar ölkəmizə
gələnlərin, demək
olar, hamısı Azərbaycandakı dünyaya
nümunə olan tolerantlığa, multikulturalizmə heyran olduqlarını nümayiş
etdirdilər. Avropa ölkələrindən Azərbaycana
gələnlərin buradakı
tolerantlıqla yaxından
tanış olmaları, müxtəlif
dillərdə danışan
və fərqli dinlərə məxsus insanların dünyanın
heç yerində rast gəlinməyən şəkildə qardaş,
bir ailənin üzvü kimi yaşamalarının şahidi
olmaları onlar üçün də ibrətverici dərs ola bilər. Belə ki, günümüzdə
Qərbdə islamofobiyanın,
islam düşmənçiliyinin
önə çıxarıldığı
vaxtda Azərbaycandakı
tolerantlığın bəşəri
inkişafın gələcəyi
üçün nə
qədər önəmli
olduğunu onlara bir daha xatırlada
bilər.
Bu isə olduqca mühüm bir məsələdir. Belə ki, yuxarıda
qeyd etdiyimiz kimi, bir müsəlman
ölkəsində müasir
dəyərlərə mənsub
tolerant insanların görülməsinin
Qərbdəki islamofobiya,
qatı millətçilik
kimi meyillərin arxa plana keçməsində
də mühüm rol oynaya biləcəyi
istisna edilmir.
Belə ki, bəzi Qərb
dairələrində müsəlman
deyəndə, sanki bir terrorçu obrazı canlanır. Buna da səbəb Qərbdə
erməni lobbisinin təsiri və təzyiqi, təhriki altında müəyyən
antiislam, müsəlmanlara
düşmənçilik üzərində
köklənən radikal
qüvvələrin hər
vasitə ilə milli, dini qarşıdurmanı
körükləmələridir. Bu müstəvidə də Azərbaycanda keçirilən
I Avropa Oyunları, zənnimizcə, tolerantlıq,
multikulturalizmin təbliği
baxımından Azərbaycan
kimi müsəlman ölkəsinin bəşər
sivilizasiyasının yaratdığı
ən gözəl dəyərləri özündə
cəmləşdirən sivil,
tolerant bir dövlət
olmasının nümayişinə
çevrildi.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Əziz Mustafa
Zaman.-2015.- 7 avqust.- S.13.