Tarixi ənənələrdən bəhrələnən
milli siyasətin məntiqi nəticəsi
Araşdırmalar göstərir ki, Azərbaycanın dünyanın
ən tolerant ölkələrindən
biri olmasının mühüm tarixi kökləri var.
Erkən orta əsrlərdə Azərbaycanda xristianlıq
yayılmağa başlayıb. 313-cü ildə Qafqaz Albaniyasında xristianlıq
dövlət dini kimi qəbul edilib. Və nəhayət, Azərbaycanın
ərazisi İslamın
ilk yayıldığı yerlərdən
biri olub. Bu isə o deməkdir
ki, tarixən ölkəmizin ərazisində
müxtəlif dinlərin
nümayəndələri bir
yerdə dinc şəraitdə yaşayıblar.
Onların hüquqları da
həmişə qorunub.
Azərbaycanın bu unikal tarixi irsi onun
sonrakı inkişaf mərhələlərində tolerantlığın,
multikulturalizm siyasətinin
inkişafı üçün
əlverişli şərait
yaradıb.
Mühüm addımlar atılıb
Bu yerdə Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə dövlət
müşaviri xidmətinin
baş məsləhətçisi
Etibar Nəcəfovun bu ilin aprel
ayında ATƏT-in İnsan
Ölçüsü Komitəsinin
Vyanada keçirilən
iclasında Tolerantlıq
və qeyri-ayrı seçkilik: Azərbaycan təcrübəsi mövzusunda
keçirilən tədbirdə
dediyi bu sözləri xatırlatmaq
yerinə düşərdi:
Bu şəraitin reallaşmasında
əsas rolu, sözsüz ki, Azərbaycan dövləti
oynayıb. Daha doğrusu, ölkəmizin
dünyanın ən
tolerant ölkələrindən biri olmasında dövlətin kifayət qədər xidmətləri
olub. Tariximizin müxtəlif mərhələlərində
Azərbaycan dövləti
ölkənin multietnik
və çoxkonfessiyalılığını
qorumağa çalışıb.
O, heç vaxt etnik və dini
azlıqların nümayəndələrini
assimilyasiya etmək məqsədini qarşısına
qoymayıb. Bundan başqa, Azərbaycan
dövləti onların
hüquqlarının qorunması
istiqamətində mühüm
addımlar atıb.
Misal üçün, Azərbaycan
Demokratik Cümhuriyyətinin
İstiqlal Bəyannaməsində
etnik, dini, gender mənsubiyyətindən, sosial
vəziyyətindən asılı
olmayaraq bütün ölkə vətəndaşlarının
siyasi hüquqlarının
qorunmasının vacibliyi
göstərilir. Azərbaycan Demokratik
Cümhuriyyətinin bu
maddəyə əməl
etməsinin bariz nümunəsi kimi, hökumətin tərkibində
nazir kimi, parlamentin tərkibində deputat kimi müxtəlif
xalqların nümayəndələrinin
olmasını güstərmək
olar. Yeri gəlmişkən, Azərbaycan
Milli Şurasının
1918-ci il noyabrın 19-da M. Ə. Rəsulzadənin
sədrliyi ilə keçirilən iclasında
Azərbaycan Parlamentçiliyi
tarixinin çox mühüm qərarları
qəbul olunub. O zaman Azərbaycan Demokratik Respublikası fövqəladə dərəcədə
çətin və mürəkkəb şəraitdə
fəaliyyət göstərməsinə
baxmayaraq, Azərbaycan
Xalq Cümhuriyyəti
son dərəcə demokratik
inkişaf yolu tutub. 19 noyabr tarixli həmin iclasda qeyd olunub
ki, Azərbaycanın əhalisi yalnız azərbaycanlılardan ibarət
olmadığı üçün
Azərbaycan Milli Şurasında qeyri-millətlər
də təmsil olunmalıdır, daha doğrusu, Azərbaycan ərazisində yaşayan
bütün millətlər
parlamentdə təmsil
olunmalıdır. Azərbaycan
Milli Şurası ölkə əhalisinin (2
mln. 750 min nəfər)
hər 24 min nəfərinə
1 nəfər nümayəndə
hesabı ilə 120 nəfərdən ibarət
olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər
erməniləri, 10 nəfər
rusları, 1 nəfər
almanları və 1 nəfər yəhudiləri
təmsil etməli idi. Sayları çox az
olduğu üçün
parlament seçkilərində
iştirak etmək hüquqları olmadığı
halda, gürcülər
və polyaklar da hərəsinə bir deputatla parlamentdə
təmsil olunmalı idilər.Bundan başqa, Azərbaycan Demokratik Cümhuriyyətinin Etnik azlıqların ana dilində təhsil almaq hüquqları qanununda etnik azlıqlara ana dilində təhsil almaq hüququ verilirdi.
Keyfiyyətcə
yeni mərhələyə
qaldırdı
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı
ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması
və inkişafı üçün real şərait
yaratdı. Belə ki, məhz
o, multikulturalizm siyasətinin
əsasını qoydu.
O, Azərbaycanın gələcək
uğurlu inkişafı
üçün dəqiq
ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik
ənənəsini inkişaf
etdirərək, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.
Bəli,
bu mərhələ siyasi mərhələ idi. Düşünülmüş milli siyasət
kursu, milli azlıqların ən kiçik qayğılarından
tutmuş ciddi sosial problemlərinə qədər bütün məsələlərin həlli
Prezident Heydər Əliyevin iradəsi ilə daha yüksək
səviyyədə həyata
keçirildi. Ümummilli
lider Heydər Əliyevin təşəbbüsü
ilə milli azlıqların ədəbiyyat,
mədəniyyət, dil,
tarix, adət-ənənələrin
və s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan Respublikasının multikulturalizm
siyasətinin əsas müddəaları aydın
şəkildə 4 maddədə
(Maddə 21, bənd
2; Maddə 25, bənd
3; Maddə 44, bəndlər
1, 2; Maddə 45, bəndlər
1, 2.) öz əksini tapdı.
Yeri gəlmişkən,
onu da qeyd
edək ki, Azərbaycan Respublikasının
dünyanın ən
tolerant ölkələrindən birinə çevrilməsində
dövlətin rolu tək hüquqi-normativ sənədlərin qəbul
olunması ilə məhdudlaşmayıb. Etibar Nəcəfovun
sözlərinə görə,
bu istiqamətdə dövlət digər mühüm işlər də gördü. Belə işlər sırasında milli azlıqların siyasi hakimiyyətin bütün
qollarında təmsil
olunmalarını, yüksək
vəzifə tutmalarını,
onların ana dillərində məktəblərin
fəaliyyət göstərməsini,
qəzet və jurnalların nəşr olunmasını, radio verilişlərinin
təşkil olunmasını
və s. göstərmək
olar.
Dövlətin tolerant və qeyri-ayrı seçkilik münasibətini
milli azlıqlarla yanaşı, müxtəlif
dini icmaların nümayəndələrinə münasibətdə də
görmək olar. Azərbaycan
Respublikasının din siyasətinin
əsas xüsusiyyətlərindən,
o cümlədən üstünlüklərindən
biri ölkədə rəsmi qeydiyyatdan keçmiş dini icmalara dövlət tərəfindən eyni münasibətin göstərilməsidir.
Bu icmalara dövlət
hərtərəfli yardım,
o cümlədən maliyyə
yardımı göstərir.
Məsələn, dövlətimizin
başçısı İlham
Əliyevin
2014-cü il noyabrın
27-də imzaladığı sərəncama əsasən,
ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin
təbliği işini
daha da gücləndirmək
məqsədilə dini
icmalara maliyyə yardımı göstərmək
üçün Azərbaycan
Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə
2,5 milyon manat vəsait ayrılıb. Bu
ilin avqust ayının 5-də isə
Prezident Azərbaycanda
dini mədəniyyətin,
tolerantlığın, dinlərarası
və mədəniyyətlərarası
dialoqun təbliğinin
gücləndirilməsini təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının 2015-ci il
dövlə büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Dini mədəniyyətin inkişfı
fonduna 3,0 (üç)
milyon manat ayrılması barədə
sərəncam imzalayıb.
Yeri gəlmişkən,
onu da qeyd
edək ki, Bakıda və bir çox regionlarımızda olan dini məbədlər dövlətin dəstəyi
ilə tikilib və ya bərpa
edilib.
Bu, milli siyasətin məntiqi nəticəsidir
Şübhəsiz ki, Azərbaycan hökumətinin dini icmalara eyni cür
münasibəti dinlərarası
münasibətlərin inkişafına,
müxtəlif dini icmaların bir-biri ilə əməkdaşlıq
etmələrinə səbəb
olan əsas faktorlardandır. Ölkəmizdə müşahidə olunan dinlərarası xoş münasibət dünyanın əksər
ölkələrində yoxdur.
Bu da müasir
dövrdə ölkəmizin
dünyanın ən
tolerant ölkələrindən biri olmasına dair daha bir
əyani göstəricidir.
Dövlətin ölkədə multikultural
mühitin yaradılmasından
söz açanda Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarla
yaradılmış Millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə dövlət
müşaviri xidmətini,
Bilik Fondunu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini də unutmaq olmaz.
Yeri gəlmişkən, ölkə
başçısı İlham
Əliyev deyib: Azərbaycan dövlətinin
din siyasəti dövlətlə
dinin münasibətlərinin
uğurlu siyasətində
özünü bariz şəkildə əks etdirməkdədir. İctimai-siyasi sabitlik, eləcə də xalqımızın
multikulturalizm ənənələri
siyasətimizin əsas
tərkib hissəsini təşkil edir. İlham Əliyev vurğulayıb ki, çoxmillətli və çoxkonfessiyalı
dövlət kimi Azərbaycan Respublikası
bu gün dünya birliyinə hərtərəfli inteqrasiya
siyasəti həyata keçirir, beynəlxalq aləmlə qarşılıqlı
münasibətlərin, üçtərəfli
və çoxtərəfli
əməkdaşlıq əlaqələrinin
inkişafına mühüm
əhəmiyyət verir.
Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi
və hüquqi müstəvidə tənzimlənməsi
prinsiplərinə əsaslanır.
Bir sözlə: Ölkədə mövcud
ictimai sabitlik, vətəndaş həmrəyliyi
və etnik dini dözümlülük
mühiti mütərəqqi
tarixi ənənələrdən
bəhrələnən milli
siyasətin məntiqi
nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Qvami Məhəbbətoğlu
Zaman.-2015.-11 avqust.-S.13.