“Azərbaycan tolerantlığın və multikulturalizmin təbliği və
inkişafında yüksək nailiyyətlər əldə edib”
Astara Rayon İcra Hakimiyyətinin başçısı
Qəzənfər Ağayevin
rayonda fəaliyyət
göstərən dini
icmaların rəhbərləri
və din xadimləri ilə görüşü
keçirilib.
“Bu gün Azərbaycan
bütün sahələrdə
olduğu kimi, dini və milli-mənəvi
dəyərlərin, tolerantlığın
və multikulturalizmin təbliği və inkişafı sahəsində
yüksək nailiyyətlər
əldə edib. Bütün dünyada
tolerantlığın əsl
nümunəsi kimi Azərbaycanda dini sahədə əldə edilən uğurlar tam şəkildə qəbul
edilir. Bunu son illərdə mədəniyyətlərarası dialoq forumlarının ardıcıl olaraq Azərbaycanda keçirilməsi
açıq-aşkar sübut
edir”. Bu fikirlər Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər
Ağayevin rayonda fəaliyyət göstərən
dini icmaların rəhbərləri və
din xadimləri ilə
keçirilən görüşündə
səsləndirildi. Qəzənfər Ağayev müstəqil
Azərbaycan Respublikasında
tolerantlıq və mədəniyyətlərarası dialoqların aparılması
istiqamətində görülən
işlər barədə
ətraflı söhbət
açıb. İcra
Hakimiyyətinin başçısı
ulu öndər Heydər Əliyevin dini-mənəvi dəyərlərimizin
qorunması, məscidlərin,
tarixi-memarlıq və
dini abidələrin əsaslı təmiri, yenidən qurulması və tikintisi məqsədilə həyata
keçirdiyi genişmiqyaslı
tədbirlər barədə
məlumat verdi, ulu öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezident
İlham Əliyevin rəhbərliyi ilə məscidlər, ziyarətgahlar
və dini abidələrin bərpası,
tikintisi və təmirinin daim diqqət mərkəzində
saxlanıldığını konkret faktlar göstərməklə tədbir
iştirakçılarının diqqətinə çatdırdı.
Astara
Rayon İcra Hakimiyyətinin
başçısı qeyd
etdi ki, Bakıda nadir memarlıq üslubunda yeni tikilən, Qafqazda ən böyük məscid olan Heydər məscidinin açılışında Təzəpir,
Bibiheybət, Əjdərbəy,
Şamaxı Cümə
məscidlərinin və
digər məscidlərin
yenidən qurulduqdan sonra açılış
mərasimlərində ölkə
Prezidenti şəxsən
iştirak edib: “Ölkədə İslam mədəniyyət abidələri
ilə yanaşı, ən qədim alban-xristian məbədləri,
o cümlədən rus-pravoslav
kilsələri və
yəhudi sinaqoqları
əsaslı surətdə
bərpa və təmir edilib, Bakı şəhərində
yeni Roma-katolik kilsəsi və regionun ən böyük sinaqoqu inşa edilərək dindarların istifadəsinə
verilib”.
Qafqaz Müsəlmanları İdarəsinin
Astara rayonu üzrə səlahiyyətli
nümayəndəsi Hacı
İlqar Həsənov,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
bölgə üzrə
şöbəsinin baş
məsləhətçisi Hatəm Gülməmmədov,
Kakalos kənd məscidi dini icmasının sədri Hüseynxan İsayev, Ərçivan qəsəbə
məscidinin axundu Orucəli Feyziyev, Vaqo kənd məscidinin imamı Zaur Abbasov və
başqaları çıxış
edərək dini maarifləndirmə və milli-mənəvi dəyərlərin
təbliği ilə bağlı dini icmalarda görülən işlər barədə məlumat verdilər. Qeyd olundu ki, rayonda
dini mərasim və ayinlərin yüksək səviyyədə
keçirilməsi üçün
hər cür şərait yaradılıb.
Radikal dini cərəyanlara qarşı ictimaiyyətin
fəal köməyi ilə ciddi mübarizə aparılır.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 27 noyabr
2014-cü ildə imzaladığı
sərəncama, əsasən,
ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği
işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək
üçün
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə
2,5 milyon manat vəsait ayrılması dini icmaların fəaliyyətini xeyli canlandırıb: “Rayonumuzun
Şüvi, Pensər,
Sığaloni və Şahağac kəndlərində
fəaliyyət göstərən
dini icmaların təqdim etdikləri layihələr əsasında
müvafiq miqdarda vəsait ayrılıb. Bu dini icmaların
təşkilatçılığı ilə keçirilən dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği
ilə bağlı müxtəlif mövzularda
layihələr çərçivəsində
keçirilən tədbirlər
ictimaiyyət nümayəndələrinin
böyük marağına
səbəb olub.
Rayonda fəaliyyət göstərən
digər dini icmalar tərəfindən
layihələr təqdim
edildikdən sonra onlara da vəsait
ayrılacaqdır”.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər
Ağayev dini icma nümayəndələri
ilə görüşə
həsr olunan tədbiri yekunlaşdıraraq
qeyd etdi ki, burada müzakirə
olunan məsələlərin
geniş ictimaiyyətə
çatdırılması üçün din xadimləri
fəallıq göstərməli,
yas məclislərinin
keçirilməsi zamanı
israfçılığın qarşısı alınmalı,
bununla əlaqədar maarifləndirməyə geniş
yer verilməli, xütbələrdə əsasən
vətənpərvərlik və şəhidlərimizin
qəhrəmanlıqları barədə söhbətlər
aparılmalıdır. Vəhhabilik və
digər yabançı
təriqətlərə qarşı
hamılıqla mübarizə
aparılmalı, dini missionerlərin qarşısı
alınmalı, dini radikalizmə qarşı mübarizə daha da gücləndirilməli,
bu işdə ağsaqqalların və ziyalıların gücündən
səmərəli istifadə
edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Ruslan Abdulov
Zaman.-2015.-14 avqust.-S.13.