“Bu, bizim tolerantlıqdan imtina etməyimiz demək deyil

 

Əvvəli ötən sayımızda Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər.

 

 Bunun sübutlarından biri Azərbaycanın inkişafıdır ki, burada ölkənin milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina isə bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıdurmaya, milli dini münaqişələrə aparan yoldur.

 

Ancaq təəssüf ki, son zamanlar dünyanın müxtəlif regionlarındakı müsəlmanları ekstremist, tolerantlıq prinsiplərini tapdalayan insanlar kimi göstərməyə çalışan bəzi qüvvələr var. Belələrinə İslamın humanizmdən uzaq din kimi qələmə verilməsi hallarına bəzi Qərb ölkələrində tez-tez rast gəlinir. Belə münasibəti İslam dininə, bütün müsəlman dünyasına onun tərkib hissəsi kimi Azərbaycan xalqına qarşı ən azı ədalətsizlik hesab etmək olar. Mənəviyyata, əxlaq, din məsələlərinə dair bir neçə kitabın müəllifi, təhsil üzrə ekspert Nazim Əkbərovla da söhbətimiz elə bu mövzudadır.

 

Tolerantlıq əxlaqının mənbələri...

 

- Nazim müəllim, etiraf edək ki, bu gün dünya çox qarışıb... Əgər belə demək mümkünsə, bu labirintdən çıxış yolu varmı?

 

- Bəli, həqiqətən , dünya bu gün o qədər qarışıq, o qədər çıxılmaz labirinti xatırladır ki, tolerantlıqdan bəhs etmək bəzən adama gülünc görünə bilir, lakin bizim milli mənəvi dəyərlərimiz, əxlaqımız olursa olsun, tolerantlığı ön səfə çəkməyi tələb edir biz belə davranırıq. Bəziləri bizi qınaya bilər, amma biz inandığımız həqiqətlərdən vaz keçməməliyik.

 

Tolerantlıq birbaşa dini fərqlilikləri nəzərə aldığı bunların ortaq, müştərək olanları üzərində təsis edildiyindən biz dini tələbləri nəzərdən qaçıra bilmərik. Bəziləri din adı çəkmədən dəyərlərdən bəhs etməyə çalışsa da, dəyərlər həmişə bu ya başqa dinlə bağlı olmuş, bağlıdır həmişə bağlı olacaq. Din olmadan dəyər dəyər deyildir.

 

- Bəlkə, bizim iliklərimizə, damarlarımıza hopmuş tolerantlıq əxlaqının mənbələrinə nəzər salaq?

 

- Dinimizdə xoşgörü əsas prinsip təşkil edir. Elə dinimizin adının İslam olması bu dinin xoşgörülü, xoşməramlı olmasını göstərmirmi? İstəyirnsinizsə, dinimizinqapısındaniçəri bir-iki addım atıb nələrin qiymət kəsb etdiyinə baxaq: Quranın ilk surələrindən Ali-İmrana nəzər yetirək: “O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər” (Ali-İmran, 134).

 

Buradakımüttəqilərtəqva sahibləri, yəni dinin əmrlərinə əməl etməklə qalmayıb, şübhəli şeylərdən uzaq duranlar deməkdir.

 

Daha sonra: “... Yaxşılıq etməkdə pis əməllərdən çəkinməkdə əlbir olun, günah görməkdə düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Maidə, 2)

 

Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!”( Hucurat, 10)

 

Bunlar başqa daha bir aləm ayələr bizə xoşməramlılığı, tolerantlığı təlqin edir hətta şərtlərini belə təqdim edir. Bunlardan da bir neçəsinə nəzər yetirəkmi?

 

- Lap yerinə düşərdi...

 

- Tolerant olmağın şərtləri bunlardan ibarətdir: nəfsini müdafiə etməmək: “Özünüzü bəyənib təmizə çıxarmayın” (Nəcm, 32). İkincisi, insanların qüsurlarını örtmək, gizlətmək: Həz. Peyğəmbərimiz bir hədisində belə buyurur: “Kim bu dünyada bir qulun eyibini örtərsə, Allah da onun eyibini qiyamətdə örtər” (Müslim, Birr, 12; Əhməd b. Hənbəl, Müsnəd, VI, 145).

 

Üçüncüsü, qəzəbinə qalib gəlmək: “O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər” (Al-i İmran, 134).Güclü adam güləşdə rəqibinə qalib gələn deyildir, əsil güclü qəzəbləndiyi zaman özünə sahib olmağı bacarandır” (Buxari, Ədəb, 76; Müslim, Birr, 107, 108). Dördüncüsü, bağışlayıcı olmaq: “(Ey Nəbi!) Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et cahillərdən üz döndər!” (Əraf,199)

 

Beşincisi: qarğış tökən olmamaq: Həz. Peyğəmbərimiz (s.a.s.) belə buyurur: “Mən lənətləyici olaraq göndərilmədim, Rəhmət olaraq göndərildim”( Müslüm, Birr, 87).

 

Altıncısı, sui-zənn etməmək, yəni başqaları haqqında pis şeylər düşünməmək: “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır”( Hucurat, 12).

 

Yeddincisi, təkəbbür qürurdan çəkinmək, uzaq durmaq: “Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!” (Loğman, 18) Həz. Peyğəmbərimiz (s.a.s.) bu barədə belə buyurur: “Müsəlman qardaşını xor görmək insana pislik olaraq kifayətdir.” (Müslim, Birr, 32)

 

Səkkizincisi, insanları lağa qoymamaq: “Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar (Hucurat, 11).

 

Doqquzuncusu, səbirli olmaq: Qurani-Kərimdə 70-dən çox ayədə səbirdən bəhs edilir. Onlardan birində belə deyilir: “Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir!” (Ənfal, 46) Həz. Peyğəmbərimiz (s.a.s.) : “Heç kəsə səbirdən daha geniş daha xeyirli bir hədiyyə verilməmişdirbuyurmuşdur (Buxari, Zəkat, 50). Bunlar kimi daha çox nümunə göstərmək mümkündür. Amma bunların olması eyni zamanda bizim bu yüksək keyfiyyətlərə, dəyərlərə sahib olmağımız demək deyildir. Əgər biz - insanlar, doğrudan da, səmimiyiksə, riyakarlıq etmiriksə, o zaman ən başda bu dəyərləri mənimsəməliyik, başqa sözlə, özümüzdən başlamalıyıq.

 

Sən mənə toxunma, mən sənə

 

toxunmayım”ı təbliğ edir

 

- Nazim müəlllim, bütün bu söylədiklərinizdən belə nəticəyə gəlmək mümkündür: Qərbin, əgər belə demək mümkünsə, öz tolerantlıq etalonu var.

 

- Tolerantlığın şərti budur: hər kəs ən əvvəl özündən başlasın. Yoxsa biz “Sən tolerant ol, onsuz da mən tolerantamfikrindən imtina etmədikcə tolerantlıqdan danışmağımız başqalarından tolerantlığı gözləməyimiz boş xəyal olar.

 

Bizim tolerantlıq anlayışımızla Qərbin tolerantlıq anlayışı arasında ən mühüm fərq elə buradadır. QərbSən mənə toxunma, mən sənə toxunmayımfəlsəfəsi ilə tolerantlığı anlayır təbliğ edir, yayır. Başqa sözlə, “Mənə toxunmayan ilan yüz il yaşasındüşüncəsindən çıxış edərəkmən edirəmsə edim, sən mənə qarışma, sən edirsən et, mən sənə qarışmayımkimi eqoist, insanın sosial varlıq olduğunu bir kənara qoyub öz mənafeyi naminə yaşayan bir həyat düsturu üzərində qurulmuş tolerantlıq anlayışı içərisindədir. Bizdə isə, “Qonşusu ac ikən özü tox yatan bizdən deyildir,” “Müsəlman - əlindən dilindən başqalarının zərər görmədiyinə əmin olunduğu insandır,” “Bir cana qıymaq, bütün canlılara qıymaq kimidir s. bu kimi yüzlərlə ali əxlaq normaları ilə yaşayan yaşadan bir həyat fəlsəfəsidir tolerantlıq. Amma biz bütün bunları başqalarına tanıda bilmişikmi? Tanıtmaq bir yana, özümüz bütün bunları qədər mənimsəyə bilmişik? Bax, budur məsələ!

 

- Maraqlı söhbətinizə görə sizə təşəkkürümü bildirirəm.

 

Zaman.-2015.-18 avqust.-S.13.