Modernizm yoxsa, faşizm?
Günümüzdəki intellektual insanların üzərində
fikir mübadiləsi apardıqları ortaq bir meydan var:
modernizm. Özü-özlüyündə
geniş dəyərləri
birləşdirən bu
qavram bir az da acı bir tale yaşayır. Modernizm daim təhlil
və tənqid edilir. Bununla bağlı yazılan
yazıların təsiri
altında məsələyə
münasibətdə bəzən
biz də müasirliyə
müxalif oluruq.
Amma bu anlayışı ittiham edərkən diqqətdən qaçırdığımız
bir şey də var. İstəsək
də, istəməsək
də, bəyənsək
də, bəyənməsək
də Nyuton və Kopernikin kəşfləri ilə,
Dekart və Kantın yazdıqları ilə maarifçilik fəlsəfəsi - modernizm
meydana çıxdı.
Modernizm hazırda bəşəriyyəti
uçuruma aparmaqda ittiham edilsə də, meydana çıxdığı ilk dövrlərdə
olduqca mütərəqqi
idi. Çünki o, özünə görə əxlaqi zəminlərə əsaslanaraq,
ictimai təkliflə çıxış edirdi.
Modernizm
daxili ziddiyyətlərlə
doludur
Modernizm dilə gəlsə, özü belə düşdüyü vəziyyətə
çaşbaş qalacaq
və nəyə məruz qaldığını
izah edə bilməyəcək. Çünki modernizm həyatımıza
daxil olarkən, onun fəlsəfi və mədəni bir təməli vardı. Amma indi yaşadığı
proseslər onun
fundamental fəlsəfəsini darmadağın etməkdədir.
Modernizm anlamadığı, dərk
edə bilmədiyi bir mərhələ yaşayır. Bir tərəfdən,
davamlı olaraq mutasiyaya məruz qalan maarifləndirmə düşüncəsi, digər
tərəfdən, ona
qarşı cəmiyyətdə
artmaqda olan müxalifət, intellektual
insanların haqlı olaraq modernizmi tənqid etmələri bu qavramın təməllərini sarsıtmaqdadır.
Necə deyərlər, modernizm insanların ixtiyarından
çıxmaqda və
nəzarətsiz şəkildə
yoluna davam etməkdədir.
Bir vaxtlar modernizm həyəcanlı
bir inkişaf yoluna qədəm qoydu, ancaq indi
özü öz sürətinə nəzarət
edə bilmir. Artıq çağımızın
ən dahi insanları belə, onunla ayaqlaşa və onun sağlam
təhlilini belə apara bilmirlər. Modernizmin çatlaqları dərinləşməkdə
davam edir, bir vaxtlar özünün
irəli sürdüyü
fəlsəfəni belə
alt-üst etməkdədir.
Bəli, tarix özünəməxsus
şəkildə inkişaf
edir. Modernizmin maarifçilik düşüncəsi
qlobal iddialarla ortaya çıxmışdı.
Amma, düzü, bu iddialar özünü doğrultmadı. Bunun səbəbi
isə maarifçiliyə
söykənən modernizmin
yaşadığı problemlərdir.
Bəzi
adamlar müasirləşməyə
haqq qazandırmağa
çalışsalar da,
buna nail
ola bilmədilər. Bir zamanlar modernizmi müdafiə edənlər
də onu yarı yolda qoydular. Günahkar ya onun özü idi, ya da insanlar.
Ancaq bu bir gerçək idi ki, hər
dəfə modernizmin
öhdəsindən gələ
bilmədiyi yeni məsələlər ortaya
çıxırdı. Bu problemlərin ən böyüyü isə I Dünya müharibəsindən
sonra ortaya çıxaraq sürətlə
inkişaf edən faşizm idi.
Laurens E. Kahon “Modernizm dalanı” adlı əsərində müasirləşmənin
həm bəslədiyi,
həm də onun özünə maneçilik törədən
faşizmi ittiham edərək belə bir sual ortaya
qoyurdu: “Avropalılar necə oldu ki, min cür əziyyətlə əldə
etdikləri azadlıqlarını
öz əlləri ilə yox edirlər?
Necə olmuşdu ki, faşizm mülki, demokratik, iqtisadi və elmi yöndən
inkişaf etmiş Avstriyada və Almaniyanın Avstriya ilə qonşu olan bölgələrində
meydana çıxmışdı?”
Bu suala cavab hələ də tapılmayıb. əksinə,
modernizmdə meydana çıxan çatlar sürətlə böyüməkdə
davam edir.
Qərbə nə oldu?
Müasir dövrün ziyalıları
yüz illər boyunca “Modern Qərbə nə oldu?” sualına cavab tapmağa çalışdılar. Modernizmin çox
çeşidli problemlərinin
olmasına baxmayaraq, bu sualı ortaya
çıxaran əsas
səbəb onun ən üzdəki yarası olan faşizmdir. Alman faşizmindən
İtaliya, İspaniya
Xorvatiya və Yunanıstanadək dərinlərə
sirayət edən və hələ də gündəmdə olan faşizm müasirləşmənin öhdəsindən
gələ bilmədiyi
ən böyük problemlərdəndir. O, fürsət
düşdükcə buynuzunu
göstərməkdədir. Faşizm hələ də dinamizmini qorumaqda davam edir. Bu, 2008-ci ildə Avstriyada
keçirilən seçkilərdə
bir daha özünü göstərdi.
Avstriyada sosialistyönlü bir partiya və xristian demokratyönlü partiyanın qurduğu koalisiyanın seçkidə
iştirak etmələrindən
sonra tükürpərdici
bir nəticə meydana çıxdı. Səsvermədə
sosialistlər 29,4 faiz
səslə qalib gəlsələr də, irqçi olduğunu açıq şəkildə
ortaya qoyan Yorq Hayderin partiyası
və ondan ayrılaraq yeni partiya quran Heynz
Kristian Straşenin partiyası birlikdə 28,5
faiz səs toplamışdılar. Hayder və
Straşe bu ölkəyə köç
edən xaricilərə
qarşı çıxırdılar.
Straşenin partiyasının ən çox siyasi şüar halına gətirdiyi məqam isə ölkədə türklərin
varlığı idi.
Hətta
Straşe Türkiyənin
o dövrkü Baş
Naziri Rəcəb Tayyib Ərdoğanın
“persona-non-qrata” elan edilməsini tələb etmişdi. O, Ərdoğanın
söylədiyi sözlərə
istinad edərək, məscid və minarə rəsmlərinin
fonunda hazırladığı
broşüralarda “Vyana
İstanbul olmayacaq” şüarları yazaraq səs toplayırdı.
Avstriya seçkilərində
də göründüyü
kimi, irqçilik, xaricilərə, xüsusən
də türklərə
olan düşmənçilik
Avropa gəncləri arasında geniş yayılıb. Türklərin hədəfə götürülmələrinin arxasında onların İslam dininə mənsub olmaları dayanır.
Səbəblərindən asılı olmayaraq, inkaredilməz faktdır ki, faşizm Avropanın dərinliklərinə
qədər işləməkdədir. Və faşizm
modernizmin ən ciddi problemi olmaqla yanaşı, həm də onun özünün bəslədiyi, yetişdirdiyi
bir problemdir.
Faşizmin qaynağı nədir?
Əcnəbi düşmənçiliyinin kökündə
siyasi səbəblərlə
yanaşı, daha dərində dayanan və fərqli səbəblər də
var. Məsələn, Almaniyada
neofaşistlər sürətlə
təşkilatlanmaqdadırlar. Siyasətçilər faşizmin leqallaşmasına
və məşhurlaşmasına
imkan verməmək üçün bu problemi ört-basdır etməyə çalışsalar
da, müsəlmanları,
xüsusilə türkləri
öldürmək, məscidləri
yandırmaq kimi cinayət hadisələrinin
irqçilikdən qaynaqlandığı
sirr deyil. Belə bir vəziyyətdə böyüməkdə olan
irqçi qruplar artıq polisin nəzarət edə bilmədiyi düşərgələr
qurur, özəl otellər satın alır və burada faşizmi nəzəri və praktiki baxımdan təbliğ etməkdə
davam edirlər.
Əslində ziyalılar bundan
narahat olurlar, ancaq bunun səbəblərini
izah etməkdə çətinlik çəkirlər:
maariflənmənin, sənaye
inqilabının bütün
müsbət imkanlarından
istifadə edən Almaniya, Avstriya və İtaliya kimi ölkələrin bağrında faşizm niyə bu qədər
inkişaf edə bilir? Məsələ solçuların dediyi “bu, kişilərin
öz kişiliklərini
sübut etmək cəhdindən qaynaqlanır”
kimi dayaz izahlarla başa düşülə bilərmi?
Doğrudanmı, müstəqil, demokrat,
sosialist görünən
müasir cəmiyyət
faşizm toxumları əkməkdədir?
Bu məsələ ciddi
bir problem kimi modernizmin qarşısında
dayanmaqdadır. Baş verənləri müşahidə
etdikdə vəziyyəti
tənqid edənlərə
haqq verməmək mümkün deyil. Belə ki, mənəvi dəyərlərə düşmən
mövqedə dayanaraq,
bəşəriyyəti xilas
etmək iddiası ilə ortaya çıxan modernizm daha böyük cəhalətə, zorakılığa
və faşizmə səbəb olub. Həm daxildən, həm də xaricdən bizi müntəzəm olaraq təhdid edən bu məsələ
üzərində çox
baş sındırmalı
olacağıq. Təbii ki,
əgər buna çözüm tapılacaqsa.
Əlbəttə, biz bilirik ki,
problemin həll yolu tamamilə başqa ünvandadır.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Xəyalə Sadıqova
Zaman.-2015.-19 avqust.-S.13.