Qədim alban məbədləri (3)

 

Əvvəli ötən saylarımızda Bayan məbədi

 

Daşkəsən rayonunun Bayan kəndində Çiçərvəng məbədinin yanında yerləşir. Daşkəsən şəhərindən təxminən 20 kilometr aralıdadır. Digər məbədlər kimi bu məbədin üzərində yerləşən alban xaç daşı başqa dini əşyalar ermənilər tərəfindən oğurlanaraq aparılmışdır.

 

Bideyiz məbədi

 

Azərbaycanın Şəki rayonunun Bideyiz kəndində yerləşən qədim alban məbədidir. Məbəd XI əsrdə ərazidə yaşayan albanlar tərəfindən tikilib. Ölkə əhəmiyyətli məbəd hazırda qəzalı vəziyyətdədir.

 

Çaldaşməbədi

 

Abidə Gədəbəy rayonunun Çaldaş kəndində şəxsi həyətyanı sahədə yerləşir Qafqaz Albaniyasının maddi irsinə aiddir. IX-XI əsrlərə aid olduğu güman edilən bu alban məbədinin dam örtüyü tamamilə dağılıb. Məbədin 1-1,5 metr hündürlüyündə divarları, alt hissəsi bu günəcən qalıb. Qədim alban mədəniyyətinin nümunəsi olan bu məbəd hazırda memarlar alimlər tərəfindən öyrənilir.

 

Kürmükməbədi (I-III əsrlər)

 

Albaniya dövrünə aid olan hazırda yaşayış sahəsindən xeyli uzaqlıqda, əhalisini tamamilə azərbaycanlılar təşkil edən Əmbərçay kəndi ərazisində yerləşən Kürmük məbədi fəaliyyət göstərmir ölkə əhəmiyyətli tarixi abidədir. Kürmük məbədi 1892-ci ildə Çar Rusiyası tərəfindən alban kilsəsinin bazası əsasında rus kilsəsi kimi bərpa edilmişdir. Lakin buna baxmayaraq, alban kilsəsinin qalıqları ətrafda açıq-aydın nəzərə çarpır. Yerli əhali tərəfindən ziyarətgah kimi qəbul edilən bir neçə il öncə təmir olunmuş kilsəyə ildə iki dəfə - may noyabr aylarında dini mərasim keçirmək üçün insanlar toplaşır. Mərasimə gələnlərin əksəriyyətini yerli, müsəlman azərbaycanlılar təşkil edirlər.

 

Qax rayonundakı təpələrdən birində yerləşən məbəd erkən orta əsr alban məbədlərindən biridir öz adını eyniadlı çaydan götürmüşdür.Kürmüksözünün mənasını iki sözün birləşməsi kimi izah edirlər: “kürazğın, dəlisov muq” Hun tayfalarından birinin adıdır. XIX əsrdən etibarən bu məbəd həmçinin Müqəddəs Georgiy kilsəsi kimi məşhurdur.

 

Kürmük məbədinin maraqlı tarixi var. Abidə ildə günün sayı qədər məbəd tikdirən alban hökmdarı Cavanşirin dövründə ucaldılmışdır. Hələ qədimdən insanlar Kürmük dağında qeyri-adiliyi ilə seçilən böyük daş topasını ziyarət etmişlər. İllər keçsə , bu ənənələr bu gün qorunub saxlanılır. Ziyarətdən sonra niyyət tutulur, qurbanlar kəsilir.

 

Yenidənqurma işləri tamamlandıqdan sonra 2005-ci ildə məbədin açılışı olmuşdur.

 

Ləkitkilsəsi (IV-VI əsrlər)

 

Ləkit məbədi Qax rayonunun eyniadlı kəndinin 1 km uzaqlığında yerləşən qədim alban kilsəsidir. Məbəd alban memarlığının ən gözəl nümunələrindən biridir. İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV-VI əsrlərə aid edirlər. Ləkit məbədi Cənubi Qafqaz tetrakonxlarının təşəkkül tapması üçün əsas olmuşdur. Kilsə qədim zərdüşt məbədi əsasında yaradılmışdır. Məbədin elmi cəhətdən öyrənilməsi bərpa işləri XX əsrin 40-cı illərində P.D.Baranovskinin rəhbərliyi ilə aparılmışdır. Məbədin ətrafı meşəlikdən təmizlənmiş dağılmaqda olan divarlardan biri möhkəmləndirilmişdir.

 

Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Belə ki, Musa Kalankatlı məhz bu hökmdarın dövründə Albaniyada xristianlığın geniş təbliğ edilməsi, digər dinlərin isə təqib edilməsi haqqında məlumat verir. Belə bir dövrdə Qafqaz Albaniyasında bir çox əski dinlərə məxsus məbədlər xristian elementləri əlavə edilərək kilsələrə çevrilirdilər.

 

Mütəxəssislər müəyyən etmişlər ki, Ləkit məbədi kilsəyə çevrilərkən onun əsas memarlıq quruluşuna toxunulmamış (özündə güclü bütpərəstlik elementləri əks etdirməsinə rəğmən), yalnız xristian dininin ehkamlarına uyğun olaraq səcdəgah əlavə edilmişdir. Məbədin tikilmə tarixi haqqında isə müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləmişlər. Rus alimi P. D. Baranovski məbədi VII əsrə aid edir. K. M. Məmmədzadə isə bu məbədin Kilsədağ kilsəsindən sonrakı dövrdə, təxminən VI əsrin ortalarında inşa edildiyini  qeyd edir.

 

Mahrasaməbədi (III-IV əsrlər)

 

Şəmkir çayı ətrafındakı şəhər xarabalığında müasir dövrə qədər salamat qalmış abidələrdən biri Mahrasa məbədidir. Abidənin adına əsaslanaraq, demək olar ki, Mahrasa məbədi yarandığı ilkin mərhələdə göy cismlərinə etiqad olunan müqəddəs yer kimi tanınmışdır. Hətta IV əsrin əvvəllərində Albaniyada xristianlığın yayılmasına baxmayaraq, Mahrasa atəşpərəsliyin möhtəşəm məbədlərindən biri kimi fəaliyyət göstərmişdir. Mahrasasözünün elmi təhlili bu fikri təsdiq edir. Belə ki, sözün kökü olanmahhəm farsca, həm türkcə “ay” deməkdir. Rəsadisə göy cismləri müşahidə olunan yerə deyilir. İki söz birləşməsindənMahrəsadyaranır. Sözün sonunda gələn “d” səsi çətin ifadə olunduğuna görə məbədMahrasaadlandırılmışdır.

 

Azərbaycanın Gəncə, Kəlbəcər başqa ərazilərində mahrasaadını daşıyan abidələrimiz vardır. Bu abidələrdə aya sitayiş izləri, divar təsvirləri qeydə alınmışdır. Qeyd etmək lazımdır ki, I əsrdə yaşamış yunan coğrafiyaşünası Strabon Albaniyanın dağlıq hissələrində möhtəşəm ay məbədlərinin tikilməsi haqqında geniş məlumat vermişdir. Ay məbədləri Albaniyada xristianlığın yayıldığı zamana qədər fəaliyyət göstərmişdir. GədəbəydəkiMahrasaməbədi Albaniyanın Girdiman vilayətinin mərkəzi məbədlərindən biri olmuşdur. Tarixi məlumatlara görə, İran şahı II Xosrovun yaxın qohumu Mehran 30 min ailə ilə birlikdə buraya gəlmiş, məbəddə yaşayan 12 nəfər kahini öldürmüş məbədə sahib olmuşdur.  Mehranilər xristianlığı qəbul etdikləri üçün bura sonradan rekonstruksiya olunaraq xristian kilsəsinə çevrilmişdir. Gədəbəyin başqa ərazilərində bir çox xristian kilsələri inşa edilmişdir. Xristian kilsələrinin tikintisində yunan əsirlərindən istifadə olunmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Xəyalə Sadıqova

Zaman.-2015.-23 avqust.-S.13.