Mədəniyyətlər toqquşması, yoxsa mədəniyyətlər dialoqu?

 

Mədəniyyətlərin bir-birlərinə olan təsirləri mövzusunda müsəlmanların yanaşma düşüncələri necədir?

 

 Bu sualın cavabı İslamın iki təməl mənbə əsasında: Qurani-Kərimdə peyğəmbərimizin (sallalahu aleyhi səlləm) sünnəti səviyyəsində açıq şəkildə ortaya qoyulmuşdur. Qurani-Kərimdə: “Ey insanlar! Doğrusu. Biz sizi bir erkək bir dişidən yaratdıq. bir-birinizlə tanış olmağınız üçün sizi millətlərə qəbilələrə ayırdıq. Mütləqdir ki, Allah yanında ən dəyərli ən üstün olanınız təqvaca üstün olanınızdır. Şübhəsiz ki Allah biləndir, xəbəri olandır” (Hucurat,49/13) məalındakı ayətlə insanların fərqli millətlərə ayrılmasının yeganə səbəbinin dialoq quraraq bir-birlərini tanımaları olduğu, insanların qövm ya milliyyət olaraq bir-birilərindən üstün olmadığı, üstünlüyünün təqvada olduğu açıq-aşkar şəkildə ifadə edilmişdir.

 

Samuel Hantington (Samuel P. Huntington) 1993-cü ildəSivilizasiyaların toqquşmasınəzəriyyəsini ortaya atdıqda bu elmi mühitdə ciddi müzakirələrə səbəb olmuş, akademik səviyyədə bir o qədər qəbul olunmamışdır. Hantington bu nəzəriyyənin ana fikrini belə ifadə edir: “Mənim fərziyyəm budur ki, bu yeni dünyada mücadilənin əsas səbəbi, ideologiya iqtisadiyyat olmayacaq. Bəşəriyyət arasındakı böyük bölünmələr hakim mübarizə qaynağı sivilizasiyalar olacaq. Milli dövlətlər, dünyadakı hadisələrin yenə ən güclü iştirakçıları olacaq, ancaq qlobal mübarizə fərqli mədəniyyətlərə mənsub millətlər arasında meydana gələcək. Sivilizasiyaların toqquşması, qlobal siyasi istiqamətini müəyyən edəcək”. Hantington soyuq müharibənin bitib, Sovetlər İttifaqının dağılması ilə dünyada ciddi dəyişikliklərin yaşandığı müddət ərzində, qısacası gələcəkdə dövlətlərin siyasi iqtisadi səbəblərlə deyil, mədəniyyət fərqlilikləri səbəbi ilə toqquşacağı nəzəriyyəsini irəli sürməkdədir.

 

Hantingtonunsivilizasiyaların toqquşmasınəzəriyyəsini müdafiə edərkən diqqətə çatdırmağa çalışdığı məsələ, Xristian-Qərb mədəniyyəti ilə Müsəlman-Şərq mədəniyyəti arasında tarixin fərqli vaxtlarında, siyasi, iqtisadi dini səbəblərlə meydana gələn toqquşmalardır. O, bunu belə ifadə edir: “Qərb İslam mədəniyyəti arasındakı fay qırıqları boyunca cərəyan edən mübarizə, 1400 ildir ki davam etməkdədir. İslamın meydana çıxmasından sonra, qərb şimala istiqamətlənən İslam dalğası, ancaq 732-ci ildə Fransa daxilindəTours”da sona çatmışdır. Xaçlılar 11-ci əsrdən 13-cü əsrə qədər müəyyənuğur”larla Xristianlıq Xristian idarəsini gətirməyə təşəbbüs etmişdilər”.

 

Hantington bu ifadələrlə akademik bir fəaliyyətə çox da yaraşmayan bir üslubla, özündən əvvəlki oriantalist fikir insanlarının istifadə etdiyi arqumentləri istifadə edir. Yenə başqa bir bölmədə, Orta şərq ölkələri üçünQərbin İran körfəzindəki hərbi varlığı, qarşıya qoyulmaz hərbi üstünlüyü onların öz müqəddəratlarını təyin etmə mövzusundakı kifayətsizliklərindən irəli gələn təhqir edilmişliyin bəslədiyi xəyal qırıqlığı, yerini tədricən artan qəzəbə verdi. İslam qanlı hüdudlara sahibdir”,-deyir. O bu bölmədə hansı millətdən olursa olsun, bir elm adamının tərəfsiz olması lazım olduğunu unudaraq, müsəlman ölkələrini kiçik görmək xətasına düşmüşdür.

 

Hantingtonun nəzəriyyəsi tərəfsiz bir şəkildə incələməyə tabe tutulursasivilizasiyaların toqquşmasıfərziyyəsinin tarixi, iqtisadi sosioloji mövqedən böyük yanlışlar özü-özlüyündə təzadlardan ibarət olduğunu görmək olar.

 

Min illərlə insanlıq tarixinin, fərqli mədəniyyətlərin bir-birilə olan mədəni bilgi mübadiləsi nəticəsində şəkilləndiyini görməzdən gələn bu nəzəriyyə, xüsusilə 11 sentyabr hadisələrindən sonra meydana çıxan öz mənfəətləri uğrunda dünya xəritəsini dəyişdirmək istəyən bəzi çevrələrin işinə yaramışdır. Necə ki, bu çevrələr, o dönəmlərdə dünya üzərində ciddi planlar cızırdılar o planların önəmli bir bölməsi, müsəlman coğrfiyasındakı ölkələri əhatə edirdi. Bu planların ilk addımı da bu ölkələrə müdaxilə üçün hüquqi bir dayaq formalaşdırmaq işğalı həyata keçiriə biləcək kütlələrə, xalq kütlələrinin dəstəyini təmin etmək idi. Bu şəkildə, Amerika Avropada müsəlman ölkələrin terrorizmi terroristləri dəstəklədiyi, onsuz da əsrlərdir müsəlmanlarla xristianlar arasında bir münaqişə olduğu mövzusu daha çox işləndi təəssüf ki, aparılan təxribat fəaliyyətləri nəticə verdi. Avropa Amerikada xalqın önəmli bir hissəsində, müsəlmanlara qarşı ciddi hökm formalaşdı.

 

Hadisələrin müsəlman

 

gözü ilə dəyərləndirilməsi

 

Mədəniyyətlərin bir-birlərinə olan təsirləri mövzusunda müsəlmanların yanaşma düşüncələri necədir? Bu sualın cavabı İslamın iki təməl mənbə əsasında: Qurani-Kərimdə peyğəmbərimizin (sallalahu aleyhi səlləm) sünnəti səviyyəsində açıq şəkildə ortaya qoyulmuşdur. Qurani-Kərimdə: “Ey insanlar! Doğrusu. Biz sizi bir erkək bir dişidən yaratdıq. bir-birinizlə tanış olmağınız üçün sizi millətlərə qəbilələrə ayırdıq. Mütləqdir ki, Allah yanında ən dəyərli ən üstün olanınız təqvaca üstün olanınızdır. Şübhəsiz ki Allah biləndir, xəbəri olandır” (Hucurat,49/13) məalındakı ayətlə insanların fərqli millətlərə ayrılmasının yeganə səbəbinin dialoq quraraq bir-birlərini tanımaları olduğu, insanların qövm ya milliyyət olaraq bir-birilərindən üstün olmadığı, üstünlüyünün təqvada olduğu açıq-aşkar şəkildə ifadə edilmişdir. Yenə Qurani-Kərimin bir çox yerindəEy iman edənlər!” ifadəsi yerinə; “Ey Adəm oğulları!” yaEy insanlar!” ifadələri istifadə edilərək, Quranın bütün insanlığa xitab etdiyi diqqətə çatdırılmışdır.

 

Peyğəmbər Əfəndimizin (s.a.s) həyatına baxdıqda isə, Onun (s.a.s) fərqli qəbilə millətlərə yanaşmasının da ayələrdə buyurulduğu tərzdə görə bilərik. Onsuz da Onun (s.a.s) həyatında Qurani-Kərimdə ifadəsini görə bilmədiyimiz bir fikir, davranış ya söz tapmaq mümkün deyildir.

 

Peyğəmbərimiz (s.a.s) özünə düşmənçilikdən bir an belə geri çəkilməyən müşriklərə (Allaha şərik qoşanlar) belə eyni xoşgörünü göstərir, qarşı tərəfin bütün hücumlarına baxmayaraq dialoqa üstünlük verirdi. Özünə qarşı edilən çoxlu haqsızlığa baxmayaraq O (s.a.s), müqəddəs Məkkəyə girdiyi zaman heç kimdən intiqam almamış bu tərzdə müqəddəs bir məkanda bir damla qan tökülmədən Məkkə fəth edilmişdir.

 

Əfəndimizin (s.a.s) bu xoşgörüsü sayəsindədir ki, qısa müddətdə Məkkədə müsəlman olmayan qalmamışdır. Əbu Süfyanlar, İkrimələr, Hindlər bu xoşgörü iqlimində müsəlman olmuşdular. Bu xoşgörü dialoq nümunələrini Əfəndimizin (s.a.s) əhli-kitabla olan münasibətlərində görə bilərik. Məsələn, Əfəndimizlə (s.a.s) görüşmək üçün gələn Necran Xristianları, ibadət saatlarının gəldiyini ifadə edirlər onların ibadəti üçün Məscidi-Nəbəvidə məkan vermişdi.

 

Neçə əsr keçməsinə baxmayaraq, Peyğəmbərimizin (s.a.s) bu davranışları nümunə olaraq götürülür, bu nümunə tolerantlıq insana sayğıda əsrlərdir ölçü olaraq bəşəriyyətin faydası üçün əsasdır.

 

İslamın yaşandığı məkanlarda heç bir şəkildə haqsızlıq zülm olmayıb, qeyri müsəlman əhaliyə islami qanunlar çərçivəsində hər bir vətəndaşlıq haqqı da tanınıb. İslamın xüsusilə Afrika qitəsində, İndoneziya Malaziya kimi uzaq nöqtələrə gedilməsində islam orduları deyil, oralara gedən müsəlman tacirlərin islamı təmsil məsələsində həssaslıqla yerli əhali ilə dialoqda olub bu formada islamın incəliklərini yaşayaraq yaşadaraq bu sevgiyə nail olunub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Amil Tağıyev

 

Zaman.-2015.-27 avqust.-S.13.