Cəmiyyəti qorumaq fərdin özünü
qorumaq deməkdir”
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Milli Dəyərlərin Təbliği ictimai birliyi tərəfindən “Milli-Mənəvi Dəyərlərimiz və müasirlik” mövzusunda tədbir keçirilib.
Tədbiri açıq elan edən ictimai birliyin sədri Rövşən Məmmədov ilk növbədə Milli Dəyərlərin Təbliği İctimi Birliyinin milli dəyərlərin təbliğində və qorunub saxlanılmasındakı əhəmiyyətli rolundan bəhs etdi: “Birliyimizin bu tədbiri keçirməkdə məqsədi zəngin milli-mənəvi dəyərlərimizi araşdırmaq, təbliğ etmək və qorunmasına köməklik göstərməkdir. Bugünkü dəyirmi masamızda da, “Milli-mənəvi dəyərlərimiz və müasirlik” mövzusu ətrafında müzakirələr edəcək, dəyərli qonaqlarımızın fikirlərini dinləyəcəyik”.
Sonra AMEA Fəlsəfə
və Hüquq İnstitutu, İdrak nəzəriyyəsi və
elmin fəlsəfəsi
şöbəsinin müdiri,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Füzuli Qurbanov çıxış etdi. Müasirləşmənin
təsiri ilə milli-mənəvi dəyərlərimizin
yavaş-yavaş unudulduğunu
deyən F. Qurbanov bu dəyərlərin qorunmasında xüsusilə
gənc nəslin üzərinə böyük
vəzifə düşdüyünü
də vurğuladı:
“Hər fərdin, hər cəmiyyətin kimliyini, həyat tərzini, adət-ənənəsini
əks etdirən dəyərlər toplusuna
milli-mənəvi dəyərlər
deyilir. Dövlətimizi qorumaq üçün
ilk növbədə dəyərlərimizi
qorumalıyıq. Çünki cəmiyyəti qorumaq fərdin özünü qorumaq deməkdir”.Tədbirin
sonunda jurnalistlərin
sualları cavablandırıldı.
Qeyd edək ki, tədbirdə
AMEA Folklor İnstitutu,
Mifologiya şöbəsinin
müdiri, filologiya elmləri doktoru Seyfəddin Rzasoy, Jurnalist Seymur Verdizadə, fəlsəfə
üzrə fəlsəfə
doktoru Elvüsal Məmmədov, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutu “Şərq-Qərb”
şöbəsi, aparıcı elmi işçi, şərqşünas-islamşünas,
ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı, qonaqlar və mətbuat nümayəndələri
iştitak ediblər.
Zaman.-
2015.- 1 dekabr.- S.2