Erciyez Universitetində
multikulturalizm fənninin
monitorinqi keçirilib
Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin xarici
və yerli universitetlərdə Azərbaycan
multikulturalizmi fənninin
tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris
edilir.Azərbaycan multikulturalizmi
fənninin universitetlərdə
aktuallığını və
onun uğurlu layihə kimi davamlılığının təmin
edilməsi və fənni tədris edən müəllimlərin
fərdi öhdəliklərinin
yoxlanılması məqsədi
ilə hər semestrin sonunda Mərkəzin müəyyən
etdiyi şəxslər
tərəfindən monitorinqlər
aparılır. Mərkəzdən verilən məlumata görə, fənnin xarici ölkə universitetlərində ilk monitorinqi
noyabrın 26-da Türkiyənin
Kayseri şəhərində yerləşən Erciyez Universitetində aparılıb.
Erciyez Universitetində monitorinqi
professor Möhsün Nağısoylu
həyata keçirib.
Monitorinq zamanı dərsin gedişatı ilə tanış
olan professsor Möhsün Nağısoylu
eyni zamanda “Azərbaycan ədəbiyyatında
multikulturalizm” mövzusunda
mühazirə oxuyub. Möhsün
Nağısoylu Türkiyə
və Azərbaycanın
qardaş ölkə olduğunu, buna görə də Azərbaycanda olduğu kimi, Türkiyədə də tolerantlıq ənənələrin, multikultural
dəyərlərin xüsusi
önəm daşıdığını
vurğulayıb. Həmçinin tariximizdə, taleyimizdə,
baxış bucağımızda
və inanclarımızda
bir çox ortaq nöqtələrimiz
olduğu üçün
Azərbaycan multikulturalizmi
fənninin tələbələr
üçün çox
vacib olduğunu söyləyib. Tələbələr bu fənnin materiallarının onların
gələcək fəaliyyəti
üçün lazım
olacaqlarını bildirib
və Azərbaycan multikulturalizmi fənninin onlar üçün çox maraq doğurduğunu söyləyiblər.
Mövzu
ətrafında geniş
diskussiya aparılıb.
Dərsdə fənnin tədris
edildiyi magistrlardan başqa, Erciyez Universitetinin ədəbiyyat
və tarix fakültələrindən 50-yə yaxın tələbə və müəllim iştirak edib.
Professor Möhsün Nağısoylu
tələbələrin çoxsaylı
suallarını cavablandırıb.Azərbaycan
multikulturalizmi fənni
Erciyez Universitetinin Ədəbiyyat və Sosial elmlər fakültələrində oxuyan
magistr səviyyəli
tələbələrə cari dərs ilinin ilk semestrindən tarix üzrə fəlsəfə doktoru, dosent Qafar Mehdiyev
tərəfindən tədris
edilir.
Zaman.- 2015.- 4 dekabr.- S.- 3