“Multikulturalizmə giriş”
fənninin tədrisi genişləndirilir
Multikulturalizm elə bir siyasətdir
ki, o, mədəni plüralizmi qəbul edir və onun
inkişafına şərait
yaradır.Bu, ölkə
əhalisinin etnik irqi və dini
müxtəlifliyindən asılı
olmayaraq, onların hamısının hüquq
və azadlıqlarına
hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə
hər bir vətəndaş öz mədəniyyətini, dilini,
ənənəsini, etnik
və dini dəyərlərini inkişaf
etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər
hüquqlara malikdir.
Multikulturalizm siyasəti assimilyasiyanı
inkar edən inteqrasiyaya aparır.
Məhz buna görə də bu siyasəti
təkcə siyasi elita deyil, eyni
zamanda millətin yüksək vəzifə
tutmayan digər nümayəndələri ilə
yanaşı həm də milli və
dini azlıqlar da dəstəkləyirlər.
Multikulturalizm bir siyasət kimi öz mahiyyəti
baxımından tolerantlıqla
da sıx bağlıdır. O, müxtəlif
mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul
edən tolerant cəmiyyətin
başlıca xüsusiyyətlərindən
biridir. Tolerant cəmiyyətdə multikulturalizm
mədəniyyətlərin qarşılıqlı surətdə
zənginləşməsinə, xalqları birləşdirən
mədəniyyətin formalaşmasına
səbəb olur ki, bu da
insanların gələcək
mədəni birliyi məqsədilə bir mədəniyyətin digər
mədəniyyətə inteqrasiya
prosesi ilə əlaqədardır.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev 15
may 2014-cü il tarixdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması
haqqında Fərman imzalamışdır. Belə bir
Mərkəzin yaradılması
multikulturalizmin Azərbaycanda
əsrlərdən bəri
formalaşan, eyni zamanda bədii, psixoloji-mənəvi müstəvidən
kənara çıxmayan
dəyərlər toplusu
kimi mövcud olduğunu göstərdi.
Mövcud milli-mədəni müxtəliflik
və etnik-dini dözümlülük mühiti
Azərbaycanı çoxmillətli,
çoxkonfessiyalı diyar,
dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən
və uğurla həyata keçirilən
dövlət siyasəti
multikulturalizm sahəsində
əsrlərdən bəri
toplanmış böyük
tarixi təcrübənin
xüsusi qayğı
ilə əhatə olunmasını, zənginləşdirilməsini,
cəmiyyətdə bu
istiqamətdə qazanılmış
unikal nailiyyətlərin
beynəlxalq aləmdə
təbliğinin gücləndirilməsini
zəruri edir.
Azərbaycan multikulturalizmin elmi əsaslarla öyrənilməsi
və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin icrasına başladı. “Multikulturalizmə
giriş” və “Azərbaycan multikulturalizmi”
fənləri yaradıldı
və hər iki fənn üzrə
tədris proqramları
hazırlanaraq Təhsil
Nazirliyində təsdiq
olundu. Mərkəzinin imkanları hesabına
xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparıldı
və ilkin mərhələdə 10-a yaxın
universitet təklifi müsbət qarşıladı.
Tədrisinə başlanacaq fənlər yeni olduğundan bu fənləri tələbələri çatdıracaq
müəllimlərin hazırlığını
da öz üzərinə götürən
Mərkəz ölkəmizin
tanınmış alimləri
və xaricdən dəvət etdiyi mütəxəssislərlə birgə müntəzəm
treninqlərə başladı. Treninqlər
zamanı mütəxəssislər
dinləyicilərə “Multikulturalizmə
giriş” və “Azərbaycan multikulturalizmi”
fənlərinin tədris
proqramlarının əsasında
mühazirlər oxuyur,
onları lazımi dərs materialları ilə təmin edir və sonda
imtahanda onların biliklərini yoxlayırlar.
İmtahandan uğurla keçənlərə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
tərəfindən sertifikatlar
verilib. Treninqlərdə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi”
fənlərini tədris
edəcək müəllimlərin
hazırlanmasında bu
sahədəki hazırkı
tələbatı müəyyən
dərəcədə qarşlaya
bilib.
Mingəçevir Dövlət Universitetində
2015-2016-cı tədris ilndən
“Multikulturalizmə giriş”
fənni bir neçə ixtisasda tədris olunmağa başlanılıb. Fənnin tədrisi universitetin
“Humanitar fənlər”
kafedrasının baş
müəllimi İlham
Məmmədov tərəfindən
həyata keçirilir.
Qeyd edək ki, Mingəçevir
Dövlət Universitetinin
“Humanitar fənlər” kafedrasının
baş müəllimi
İlham Məmmədov
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
təşkil edilən
ölkəmizin tanınmış
alimləri və xaricdən dəvət edilən mütəxəssislər
tərəfindən treninqlərdə
iştirak edib. İmtahandan uğurla keçən İ.Məmmədova multikulturalizm
sahəsinin müətəxəssis
kimi sertifikat təqdim edilib.
Tələbələr tərəfindən maraqla
qarşılanan “Multikulturalizmə
giriş” fənninin bu dəfəki mühazirəsi “Dünya ölkələrində Multikulturalizmin
fərqli modelləri”
mövzusuna həsr edilib. Tələbələr baş müəllim
İ.Məmmədovun mühazirəsini
diqqətlə dinlədilər,
qeydlərini etdilər.
Bir neçə nəfər tələbə müəllim
tərəfindən sual-cavabla
qiymətləndirildi.
İ.Məmmədovun sözlərinə
görə, Azərbaycanda
multikulturalizm ənənələrinin
inkişafı və möhkəmlənməsi üçün
bütün zəruri
siyasi və sosial şərait yaradılıb: “Azərbaycanda
müxtəlif millətlərin,
dinlərin və mədəniyyətlərin nümayəndələrinin
sərbəst yaşamaları
üçün bütün
zəruri şərait
yaradılıb. Müasir Azərbaycanda
multikulturalizmin möhkəmləndirilməsi
və saxlanmasında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev xüsusi rol oynayıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir”.
Qeyd edək ki, ardıcıl
və məqsədyönlü
işin nəticəsində
yaxın gələcəkdə
həm xaricdə, həm də ölkəmizdəki ali təhsil ocaqlarında o cümlədən Mingəçevir
Dövlət Universitetində
“Multikulturalizmə giriş”
və “Azərbaycan multikulturalizmi” fənlərinin
tədrisi daha da genişlənəcək
“Multikulturalizmə giriş”
və “Azərbaycan multikulturalizmi” fənnləri
Prezident İlham Əliyevin “Azərbaycanı
dünyada multikulturalizm
mərkəzi kimi tanıtmaq” təşəbbüsü
öz real həllini tapacaq.
Zaman.- 2015.- 5 dekabr.- S.- 13