Ətlik-südlük istiqamətli
müasir ailə fermer
təsərrüfatları yaradılır
Sahibkarların öz məsullarını ixrac
etməsi üçün imkanlar
genişlənir
Bu il “Kənd
təsərrüfatı” ili
elan edilib. Bu da bu sahəyə göstərilən
diqqətin təzahürüdür.
Sənaye, kənd təsərrüfatı
hər bir ölkənin uğurlu iqtisadi inkişafını
təmin edən sahələrdir. Xüsusilə Azərbaycan kimi ölkənin - bizim əhalimizin təxminən
yarısı bölgələrdə,
kəndlərdə yaşayır.
Ərzaq
təhlükəsizliyi bizim
üçün prioritetdir.
Çünki biz hələ tam şəkildə ərzaq
təhlükəsizliyimizi təmin
edə bilməmişik.
Ancaq bu istiqamətdə böyük yol keçmişik. Azərbaycan özünü
əsas ərzaq məhsulları ilə təmin edir. Düzdür,
bəzi hallarda bu məhsulların komponentləri idxal edilir. Bu, əlbəttə,
birinci mərhələ
üçün məqbul
variantdır. Ancaq çalışmalıyıq
ki, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün
komponentləri Azərbaycanda
istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsullara
qədər. Ona görə
də bütün bu zənciri yaratmaq lazımdır.
İlk növbədə, əlbəttə
ki, sənaye, yəni, emal müəssisələri yaradılır.
Bəzi hallarda o müəssisələrdə
istehsal olunan mallar xaricdən xammal kimi gətirilir,
burada paketlənirdi.
Bu, birinci mərhələ
idi. Biz indi
əsas mərhələyə
keçirik, lokalizasiya
100 faiz olmalıdır.
Çünki ərzaq təhlükəsızliyi
bundan sonra dünya üçün ən böyük məsələ olacaq, o ölkələr ki, ərzaq təhlükəsizliyini
təmin etməyib, onlar böyük problemlərlə üzləşəcəklər.
Azərbaycan Prezidenti İlham
Əldiyev müxtəlif
tədbirlərdə çıxış
edərkən bu məsələlər barədə
dəfələrlə danışıb
və kənd təsərrüfatının inkişafını
prioritet sahə hesab edib. Aqrar sektorun inkişafının
ölkəmizin ərzaq
təhlükəsizliyi üçün
vacibliyini vurğulayıb.
Aqrar sektorun dirçəldilməsi istiqamətində isə ardıcıl tədbirlər
görülür. «Ona görə ərzaq təhlükəsizliyi
birinci məsələdir.
Yerli istehsalın artırılması
prosesi gedir. Müxtəlif yerlərdə emal
müəssisələri yaradılır
və ixrac imkanlarımız da genişlənir. Biz indi ixrac nomenklaturamızı
da genişləndirməliyik.
Azərbaycandan ənənəvi olaraq meyvə-tərəvəz
ixrac edilirdi. İndi isə daha çox
hazır məhsul və digər, yəni, süd məhsulları ixrac edilməlidir. Gələcəkdə ət məhsulları və digər məhsullar ixrac edilməlidir»,-Azərbaycan Prezidenti
Nazirlər Kabinetinin
2015-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunan iclasında deyib. Göründüyü kimi dövlət
başçısı heyvandarlığın
inkişafını vacib
sayır. Buna uyğun olaraq da uğurlu aqrar islahatlar aparılır.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 25 avqust 2008-ci il tarixli
sərəncamı ilə
təsdiqlənmiş "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin
ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda
qarşıya qoyulan əsas məqsədlərdən
biri ət, süd və süd məhsullarının
istehsalının artırılmasıdır.
Südlük və ətlik
istiqamətli cins heyvandarlıq komplekslərinin
yaradılması İqtisadi
İnkişaf Nazirliyi
Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitlərinin əsas
istifadə istiqamətlərindəndir. Güzəştli kreditlər hesabına
isə heyvandarlıq sahəsində uğurlu işlər görülür.
Məsələn, 2015-ci ilin Azərbaycanda
“Kənd təsərrüfatı
ili” elan edilməsi ilə bağlı tədbirlər
planına uyğun olaraq Ağcabədi, Bərdə və İmişli rayonlarında
ətlik-südlük istiqamətli
müasir ailə fermer təsərrüfatlarının
yaradılması üzrə
pilot layihə həyata
keçirilir. Pilot layihə
Ağcabədi rayonunda
25, Bərdə rayonunda
27, İmişli rayonunda
isə 17 ailə kəndli təsərrüfatını
əhatə edir. Layihəyə əsasən bu
təsərrüfatlara lizinq
yolu ilə 516 baş cins heyvanın
verilməsi nəzərdə
tutulur. Avstriyadan gətirilmiş 189 baş ətlik-südlük
istiqamətli “Simmental” cinsli
heyvanlar Bərdə rayonunun Kolayır kəndində yaradılmış
27 ailə fermer təsərrüfatına verilib.
Bu, Prezident İlham Əliyevin aqrar sahənin inkişafına
göstərdiyi diqqət
və qayğıdan,
respublikamızda ərzaq
təhlükəsizliyinin təmin
edilməsi istiqamətində
görülən işlərdən
xəbər verir. Dövlətimiz həmişə sahibkarlığın inkişafı
üçün güzəştlər
tədbiq edir, fermer və sahibkarların güzəştli
şərtlərlə kredit,
toxum, gübrə və texnika ilə təmin olunması ilə yanaşı onlara cins heyvanların verilməsini də vacib sayır. Sahibkarların gediş-gəlişinin asanlaşdırılması, vaxt
itkisinin qarşısının
alınması məqsədilə
cins heyvanlar kəndlərdə verilir.
Bu da dövlətimizin
sahikarlara qayğısının
göstəricisidir.
Kənd
Təsərrüfatı Nazirliyi
yanında Kənd Təsərrüfatı Layihələri
və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin Beynəlxalq layihələr şöbəsinin
müdir müavini Orxan Mikayıl bildirir ki, müasir
ailə fermer təsərrüfatlarının yaradılması layihəsinin
məqsədi ailə-kəndli
heyvandarlıq təsərrüfatlarında
mövcud olan az məhsuldar heyvanları yüksək məhsuldar heyvanlarla əvəz etmək yolu ilə pay torpaqlarına malik ailələr üçün
kiçik həcmli, müasir quruluşlu heyvandarlıq təsərrüfatlarının
yaradılmasının stimullaşdırılmasıdır.
Aqrar sektorda fəaliyyət
göstərən sahibkarlara
yalnız Avstriyadan gətirilən cins inəklər güzəştli
şərtlərlə verilmir,
Almaniyadan da cins heyvanlar gədirilir. Yerli inəklərlə
müqayisədə Almaniyadan
idxal olunmuş cins mal-qaranın məhsuldarlığında böyük
fərq var. Digər Avropa ölkələri ilə yanaşı, Fransadan da damazlıq
cins heyvanların gətirilib. İlkin
olaraq gətirilmiş
160 baş damazlıq heyvanların 100 başı
Biləsuvar rayonunda yerləşən heyvandarlıq
kompleksinə və 60
başı isə Bərdə rayonunda yerləşən
dövlətin güzəştli
kreditləri hesabına
yaradılmış heyvandarlıq
kompleksinə verilib. Sonrakı dövrdə daha 500 cins heyan gətirilərək
fermerlərə verilib.
Fermer Tərbiyə Yusifova deyir ki, imkanı
çatsa, inəklərin
sayını 100-ə çatdırıb
kompleks ferma yaratmaq istəyər.
Dövlətin bu sahədə
fermerə etdiyi güzəştdən də
narazı deyil. 35 ildir ki, təsərrüfatla məşğul
olan fermer emal sahələrinin olmamasını başlıca
problem hesab edir. Deyir ki, günə 35 litr süd verən
inəklərdən əldə
olan məhsulların hamısının pərakəndə
satışı mümkün
olmur. « Artıq
biz 7-8 litr süd verən inəkdən 35 litr süd verən
inəyə keçdik.
Bizim emal sexlərimiz də olsa, ikitərəfli
qazanarıq. Bölgədə süd qıtlığı
da var, emal
sexlərinə ehtiyac
da. Fermerin mal-qara ilə
yanaşı, emal sexi də olmalıdır.
Satış yeri olmalıdır».
Artıq bu istiqamətdə də işlər görülür. Regionda güzəştli kreditlər hesabına emal müəssisələrinin
sayı sürətlə
artır. Fermerin südü
satmaq üçün
problemləri də demək olar ki, aradan qalxıb. Bildirilir ki, heyvanların
saxlanılması üçün
təsərrüfatlarda müasir
tipli tövlələr
tikilib, yem bazasının formalaşdırılması
təmin olunub. Heyvanlardan əldə olunan ət və südün məhsuldarlığının yüksək olması üçün müvafiq
qida rasionu tərtib edilib, qarğıdalıdan silos hazırlanması
üçün tədbirlər
həyata keçirilib.
Ailə-fermer təsərrüfatları müasir metodlarla qarğıdalı silosu hazırlanması vərdişlərinə
yiyələnib. Fermerlər portativ
sağım aparatları
və yemi xırdalayaraq qarışdıran
aqreqatlarla təmin edilib.
Xatırladaq ki, cins heyvanlar
hər ailəyə
5-10 baş olmaqla lizinq yolu ilə,
güzəştli şərtlərlə
verilir. Əldə edilən südün
marketinqini təşkil
etmək üçün
süd qəbulu məntəqələri yaradılıb.
Məntəqədə toplanmış və
soyudulmuş süd emal müəssisələrinə
satılır.
Kənd Təsərrüfatı Nazirliyinin
apardığı hesablamaların
nəticəsinə görə
müəyyən olunub
ki, istər maddi-texniki, istərsə də praktiki dəstək sayəsində
ailə-fermer təsərüfatları
qarşıya qoyulan hədəflərə çatacaq
və layihənin gəlirliliyi təmin olunacaqdır.
Üç nöqtə.- 2015.- 9 dekabr.- S.9