İslamda
yəhudi və xristianlara münasibət
Bu
müqavilə sənədi beş əsas
məsələni özündə ehtiva edir:
1. Yəhudilər
İslam dövlətinin vətəndaşlarıdırlar,
dini müstəqilliyə sahibdirlər və dövlət
onları himayə və müdafiə edir;
2. Təcavüzün
dəf edilməsi üçün yəhudilər İslam
dövlətinə kömək etməlidirlər;
3. Yəhudilər
İslam dövləti ilə xoş münasibət qurmalı,
ona qarşı sui-qəsd qurmamalı və
başqalarının dövlətə qarşı məkrli
planlarından xəbərdar olduqları zaman bunu gizlətməməlidirlər;
4. Yəhudilər
icbari olaraq ölkədə yaşamalı, İslam dövlətinin
icazəsi olmadan ölkəni tərk etməməlidirlər;
5.
İslam dövlətinin hökmranlığı; (bu
hökmranlıq müsəlmanlar və yəhudilər
arasındakı ədavətin aradan qaldırılmasına əsaslanır)
Hər nə
qədər bu anlaşma ümumi olaraq Mədinədəki
müsəlman, müşrik və yəhudi və az sayda
xristian öz inancına və inanclarının şərtlərinə
görə yaşamasına və tərəflərin bir- birlərinin
hüququna və yaşam tərzinə qarışmamasına
imkan tanısa da, məzmunu və yuxarıda ifadə etdiyimiz əsas
imzalanmış məqsədi nəzərə
alındıqda bu anlaşmanın təməldə
plüralist bir mühit meydana gətirib bu mühitdə müsəlmanların
rahat yaşaması və İslamın rahat təbliğ edilməsinə
zəmin hazırlamaq üçün edildiyi söyləmək
mümkündür. Xüsusilə də belə
bir məqsəd üçün edilən bir anlaşmanın
günümüzdə başa düşüldüyü
şəkliylə tamamilə bir dinlərarası dialoq əlaqəsi
olaraq dəyərləndirilməyəcəyi şübhəsizdir.
Bununla birlikdə, müdafiə edildiyi üzrə Mədinə
Sənədi, bir dinlərarası dialoq nümunəsi olaraq qəbul
ediləcəksə, onun təşkilati dialoq fəaliyyəti
məzmununda deyil, fərdi dialoqçuların nəzərdə
tutduğu cəmiyyətdə sülh və ədaləti təmin
etmək, insan haqlarını qorumaq və müxtəliflik
içərisində birlikdə sülh içində
yaşamaq prinsipi çərçivəsində dəyərləndirilməsi
doğru olacaqdır.
Hüdeybiyyə
sülh müqaviləsi
Müsəlmanlara Məkkədə təzyiq və
zülm edən məkkəli müşriklər müsəlmanları
Mədinədə də rahat buraxmamış, onları tarix səhnəsindən
silmək üçün Mədinəyə qarşı bir
çox səfərlər təşkil etmişdirlər. Müşrik
təhlükəsinin yanında Mədinədən
sürgün edilən yəhudilər də özlərinə
iştirakı ilə və zəngin əkinçilik ərazilərdən
əldə etdikləri gəlirlərlə Xeybər vadisində
yaşayan yəhudilər də müsəlmanlara qarşı
potensial bir təhlükə meydana gətirməyə
başlamışdır. Peyğəmbərimiz
(s.ə.s) bu təhlükənin fərqində idi. Muhamməd
Hamidullah belə yazır: “Müsəlmanların vəziyyəti
də o qədər də qənaətbəxş deyildi. Belə ki, cənubda mütəmadi olaraq pisniyyətli
Məkkə İslam dövlətinin və yeni İslam dininin
sükünətini təhdid edirdi. Şimalda isə
sırf işğal və qarətlə məşğul olan
Qatafan və Fərazə qəbilələrinin ilkin xəyanət
planları Xəndək müharibəsində puça
çıxarılmışdı, lakin Mədinənin gələcəyi
baxımından heç etimad edilməyən xeybərli yəhudilərin
güclərini bir az daha artırmışdılar” . Ancaq xeybərlilərə
qarşı müharibə etmək onlarla anlaşma
imzalamış məkkəli müşrikləri də
qarşısında görmək anlamında gəlirdi. Bunun üçün də Xeybərə
qarşı bir əməliyyatdan öncə məkkəliləri
sıradan çıxarılması gərəkirdi.
Hz. Peyğəmbər h. 6-cı ilin Zülqadə
ayında ümrə həccini ifa etmək üçün təqribən
1500 nəfərlik səhabə ilə Məkkəyə tərəf
yola düşmüşdü. Təbii ki, Peyğəmbərimiz
(s.ə.s) müharibə istəmirdi. Məkkəyə
çatdıqlarında məkkəli müşriklər
göndərdikləri elçilərlə müsəlmanların
ümrə etmələrinə icazə vermədiklərini
bildirdilər. Bunun üzərinə uzun
müddət müzakirə, münaqişə və
qarşılıqlı elçi göndərmələr
davam etmiş və nəticədə sülh müqaviləsinin
imzalanmasına qərar verilmişdir.
Hz.
Peyğəmbər (s.ə.s) imzalanan anlaşmanın
başına bəsmələ və anlaşmanın Müsəlman
tərəfindən olaraq adını Mühəmməd Rəsulullah
deyə yazdırmaq istəmiş, ancaq müşriklərin
etirazı üzərinə bəsləməyi yazmaqdan imtina
etmiş, adını da Mühəmməd b. Abdullah deyə
yazdırmışdır. Yenə müsəlmanlardan Məkkəyə
üz tutanların müsəlmanlara geri
qaytarılmayacağı, bunun müqabilində məkkəlilərdən
müsəlmanlara pənah aparanlar Məkkəyə geri
qaytarılacağı maddəsi də anlaşmaya daxil edilmişdir . Eyni sülh
anlaşma üçüncü şəxslə ediləcək
müharibələrdə hərə iki tərəfin də
tərəfsiz qalacaqları hökmə
bağlanmışdır.
Beləliklə, imzalanan bu anlaşma günümüzdə
bir dinlərarası dialoq səyi olaraq qələmə
verilir. Ancaq Hüdeybiyyə sülh anlaşması ilə əlaqəli
yuxarıda verdiyimiz məlumatlar bu anlaşmanın
günümüzdə başadüşülən bir dialoq fəaliyyəti
olaraq qələmə verilməsini çətinləşdirir.
Müqavilədə məkkəli müşriklərlə
bir sülh mühitinin təmin edilməsi üçün Hz.
Peyğəmbərin (s.ə.s) öz şərtlərində
israr etmədən müşriklərin şərtlərini qəbul
etdiyi və bir çox güzəşt etdiyi bilinməkdədir.
Halbuki dialoq müddətinin xüsusiyyətlərindən
bəhs edərkən ifadə etdiyimiz üzrə bir güzəşt
əldə etmək və güzəştə getmək fəlaiyyəti
deyildir. Yenə dialoqda tərəf
müqabilin öhdəsindən gəlmə və onu təsirsiz
hala salmaq kimi bir düşüncə məqsədi
güdülmür.
Bu xüsuslar nəzərə alındığında
Hz. Peyğəmbərin (s.ə.s) bu fəaliyyətinin bir dinlərarası
dialoq fəaliyyəti məzmununda dəyələndirilməsinin
nə qədər doğru olduğu müzakirəyə
açıqdır. Əgər iddia üzrə Peyğəmbərin
(s.ə.s) tək məqsədi müşriklərlə
sülh əldə etmək və uzlaşmaq olsaydı, bunu Məkkədə
olanda həyata keçirər, Mədinəyə hicrət etməzdi.
Necə ki, məkkəli müşriklər təbliğin
ilk illərində öz ilahları haqqında mənfi
danışmaması şərtiylə Hz. Peyğəmbərə
(s.ə.s) uzlaşma təklif etmişdirlər. Ancaq Allah Rəsulu (s.ə.s) bu təklifi rədd
etmişdir. Ən zəif və gücsüz olduğu
dövrdə belə müşriklərə qarşı
heç bir güzəştə getməyən və
onların güzəştə getmə istiqamətindəki
heç bir təklifi qəbul etməyən Hz. Peyğəmbərin
(s.ə.s) sadəcə bir sülh mühiti təmin etmək
üçün Hüdeybiyyə öz şərtlərini
bir kənara buraxıb müşriklərin şərtlərini
qəbul etdiyi söyləmək məcbur etmə bir yorumdan
başqa şey olmaması gərəkir. Bu səbəblə
Peyğəmbərin (s.ə.s) bir dövlət
başçısı olduğu xüsusunu da xatırlataraq bu
sülh anlaşmasının düşməni təsirsiz hala
gətirmə anlamında siyasi bir manevr olaraq qəbul edilməsi
daha doğru olduğu düşünməkdəyik.
Nəcran xristianlarıyla münasibət
Əvvəlcə bunu da xüsusi olaraq qeyd etmək
lazımdır ki, Peyğəmbər (s.ə.s) və müsəlmanlar
xristianlarla da dialoq aparmışlar. Bu dialoqların ən əhəmiyyətlisi
Peyğəmbərin Nəcrandan gəlmiş xristian heyətlə
dialoqudur.
H. 8-ci ildə
Məkkənin fəthindən sonra İslamın və müsəlmanların
ən böyük düşməni olan müşriklərin
müqavimət etmə gücü qırılınca bir
çox Ərəb qəbiləsi İslamı qəbul
etmiş və İslam dövlətinə
bağlılığını elan etmək üzrə Mədinəyə
axın etmişdir. Bundan ötrü h. 9-cü
ilə “heyət ili” deyilmişdir. Daha
öncə özləriylə bəzi hərbi hərəkət
və məktub göndərmə şəklində təmaslar
qurulmuş olan Nəcran Xristianları da gələn bu heyətlərdən
biridir.
Nəcranlı Xristianlar Hz. Peyğəmbəri (s.ə.s)
qane etmək və ya ən azından öz inanclarıyla
Quranın etirazları arasında bir uzlaşma təmin etmək
məqsədi ilə Mədinəyə gəlmişdir. Bu məzmunda Nəcranlı
Xristianlar ilə Hz. Peyğəmbər (s.ə.s) arasında
xüsusilə İsa və anası Məryəm mövzusu
müstəvisində teoloji mübahisələr davam edərkən,
Nəcranlı Xristianlar ibadət vaxtlarının gəldiyini
söyləyərək Hz. Peyğəmbərdən (s.ə.s)
özlərinə bir ibadət yeri göstərmələrini
istəmişdirlər. Bunun üzərinə
Hz. Peyğəmbər (s.ə.s) məscidində onların
öz inancları çərçivəsində ibadət
emtələrinə izn vermişdir.
Burada bir xüsusu da diqqətinizə çatdırmaq
istəyirik ki, bunlar Mədinəyə gəlincə
birbaşa Məscidi-Nəbəviyə getdilər. Üstlərində
ipək paltar var idi. Məsicidin içərisində
bunlar Şərq tərəfə yönəlib ibadət etdilər.
Bunu xoş qarşılamayan səhabələrə Hz.
Peyğəmbər (s.ə.s): “Öz hallarına buraxın!”- deyə buyurdu... İkinci gün bunlar ruhban
paltarında Rəsulullahın (s.ə.s) hüzuruna gəldilər
və salam verdilər. Rəsulullah
da (s.ə.s) salamlarını salamla qarşıladı. Daha sonra İslama dəvət etdi.
Mübahisə
davam edərkən Hz. İsanın (ə.s) şəxsiyyəti
və Xristianlıqla əlaqəli bir çox məsələni
içinə alan “Ali-İmran” surəsinin
başından etibarən 80-dən çox ayə nazil
olmuşdur. Aparılan mübahisələrin nəticəsinə
gəlməyincə Nəcran heyətinə qarşı
Qurandan qəti əmrlər alan Hz. Peyğəmbər
(s.ə.s) davasında haqlı olduğunu daha qəti olaraq
göstərmək, onların doğru olduğunu iddia etdikləri
yanlış inanclarını sarsıtmaq və onları
İslamın inanc əsaslarına çağırmaq
üçün “Ali-İmran” surəsini 61-ci ayəsinə əsasən
Nəcranlıları lənətləməyə (mübahələ)
dəvət etmişdir. Bu təklif
qarşısında aralarında görüşmək üzrə
izn istəyən Nəcran heyəti anlaşmağa razı
olmuşdurlar.
Göründüyü
kimi, nəcranlı xristianların Mədinəyə gəliş
məqsədi günümüzdə iddia edildiyi üzrə
Hz. Peyğəmbərlə (s.ə.s) bir dialoq
taplantısı qurmaq deyil, İsa (ə.s) və anası Məryəm
(ə.s) ilə əlaqəli öz inanclarının
doğru, bu inancların yalnış olduğuna dair Hz.
Peyğəmbərin (s.ə.s) bəyanatlarının isə
doğru olmadığı mövzusunda onu razı etmək
idi. Yəni bu görüşmələr dialoq
üçün deyil, razı etmək üçün
edilmişdir. Edilən mübahisələrdə isə nə
nəcranlı xristianlar Hz. Peyğəmbəri (s.ə.s)
razı edə bilmiş, nə də Hz. Peyğəmbər
(s.ə.s) onları inanclarının yalnış olduğuna
inandıra bilmişdir.
Ruslan Abdulov
Zaman.- 2015.- 9 dekabr.-
S.13