Dinlərarası
dialoqun əhəmiyyəti
Bilindiyi kimi, dialoqun əsas xüsusiyyətlərindən
biri də burada mübahisənin olmamasıdır. Mübahisədə
həqiqətə çatmaq məqsədi güdülür.
Tərəflər öz iddialarının doğruluğunu
digərinin isə yanlış olduğunu müdafiə edir.
Hz. Peyğəmbərin (s.ə.s) Nəcran heyəti ilə
görüşmələri mübahisə tərzində
gerçəkləşmişdi. Yəni Nəcran
heyəti öz inanclarının doğruluğunu iddia edərkən
Hz. Peyğəmbər (s.ə.s) onların inanclarının
yanlışlığını vurğulamış, bu
yanlış inanclarını düzəltməyə
çalışmış və onları İslama dəvət
etmişdir. Halbuki dialoqda tərəflərin
öz inanclarını mütləqləşdirərək
bir-birləri haqqında hökm vermələri kimi bir vəziyyət
yaranmır.
Buradan anlaşıldığı üzrə Nəcran
heyətiylə aparılan danışıqların məqsədi
bir dostluq əlaqəsi və ya işbirliyi təsis etmək
deyil. Vurğuladığımız üzrə Nəcran
heyəti Hz. Peyğəmbəri (s.ə.s) öz
inanclarıyla əlaqəli yanlış qənaətlərə
sahib olduğu mövzusunda razı etmək üzrə Mədinəyə
gəlmişdir. Ancaq bu danışıqlar
qəlizləşincə toplantı lənətləməyə
(mübahələ) kimi getmişdir. Belə bir
toplantının dinlərarası dialoq toplantısı və
dialoq nümunəsi olaraq irəli sürülməsi nə qədər
doğru və məntiqli olduğu, həqiqətən,
çox düşündürücüdür.Lakin İskəndər
Oymak öz məqaləsində yazır: “Peyğəmbərin
(s.ə.s) Nəcran Xristianları ilə etdiyi bu anlaşma ilk
rəsmi müsəlman xristian dialoqu olub, inanc əsasları
ilə başlamış və siyasi durumlar ilə əlaqəli
olaraq davam etmişdir”Xristian dövlət adamlarıngöndərilən
məktublarHz. Peyğəmbər (s.ə.s) Mədinədə
İslam dövlətinin əsasını qoyduqdan və Mədinə
xalqını bu dövlət quruluşu içində təşkilatlandırdıqdan
sonra qonşu qəbilələrlə müxtəlif ələqələr
qurmağı hədəfə almışdır. Qonşu qəbilələrlə etdiyi anlaşmalar və
müharibələr nəticəsində İslam dövlətinin
əmin-amanlığını yaxşı təmin etdikdən
sonra girişdiyi əlaqələri daha da genişləndirmiş
və dövrünün həmsərhəd bölgələrdəki
dövlət başçılarına İslama dəvət
məqsədi ilə məktublar göndərmişdir. Həbəş
Kralı Nəcaşi, Bizans hökmdarı Herakl, İskəndəriyyə
valisi Mukavkıs, İran Kralı Kisra və Qassanilərin rəisi
Haris b. Əbu Şəmir kimi şəxslər məktub
göndərilən əhəmiyyətli dövlət
başçılarıdır.Məzmunlarına
baxıldığında məktubların tərəfmüqabilinə
görə müxtəlif üslub və möhtəvalarla
yazıldığını görürük. Nəcaşi
və Herakl kimi əhli-kitab əhatəsinə görə
liderlərə yazılan məktublar, Quranı-Kərimin
Əhli-Kitabla ən gözəl şəkildə mübahisənin
lazımi tərzdə, ümumiyyətlə, yumşaq bir
üslubda işlədilmişdir. Qarşı tərəfi
narahat və təhqiredici ifadələrdən çəkinərək
onların Hz. İsa (ə.s) və Hz. Məryəmlə əlaqəli
yanlış inancları üzərində durulmuş, bu
yanlış inanclar düzəldilməyə
çalışılmış və Allahdan başqa
heç bir tanrıya tapınmamaq və Ona heç bir şərik
qoşmamaq xüsuslarında birləşmə dəvəti edilmişdir.
Bunu edərkən də “Ali İmran” surəsinin
64-cü ayəsində olan müştərək inanclara
vurğu edilərək, hər iki tərəfin bir-birinə
olan yaxınlığına toxunulmuşdur. Digər yandan İran Kralı Kisra və qassanilərin
Kralı Haris b. Əbu Şəmir kimi bütpərəst
liderlərə yazılan məktublarda isə üslubun daha sərt
olduğu və heç bir şərt qoşmadan
inanclarını tərk edərək İslama girmələrinin
istəndiyi görülür. Ayrıca əhli-kitabı
dəvətdə onların yanlış inancları düzəldilib
ortaq məsələlərə vurğulanarkən
müşrik liderlərə göndərilən dəvət
məktublarında belə bir yanaşma tərzindən
söhbət gedə bilməz .Əhli-kitab olan Həbəş
kralı Nəcaşiyə göndərilən məktubun mətni
belədir:“Allahın elçisi Muhəmməddən
Həbəşistan hökmdarı Nəcaşiyə!Ondan
başqa heç bir ilah olmayan həqiqi Məlik, Qüddüs,
Bağışlayan, Xilaskar olan Allaha həmd edərək
sözlərimə başlayıram. Şübhəsiz,
təsdiq və şəhadət edirəm ki, Məryəm
oğlu İsa Allahın Ruhu və Kəlamıdır və
o, iffətli Məryəmə verilmişdir. Uca Allah necə ki, Hz. Adəmi öz əlilə və
nəfəsilə yaratmışdır, Məryəm də eləcə
hamilə qalmış və İsa Allah tərəfindən
eyni şəkildə yaradılmışdır.Səni tək
olan Allaha çağırıram. Onun
heç bir şəriki yoxdur. Ona itaət
etməkdə yardımlaşmağa dəvət edirəm.
Mənə tabe ol və mənə göndərilənə
iman gətir. Çünki mən
Allahın elçisiyəm. Buna görə
də mən səni və sənin tabeliyində olanları
Qadir olan Allaha dəvət edirəm. Təklif
və tövsiyələrimi qəbul etməyinizi məsləhət
görürəm. Sənə yanında
bir neçə müsəlmanla birlikdə əmimin oğlu Cəfəri
göndərirəm. O, sənin yanına gələndə
öz qonaqpərvərliyini göstər!Salam
həqiqi hidayət yoluna tabe olub, onun izində gedənlərin
üzərinə olsun!”Bütpərəst Qassanilərin
kralı Haris b. Əbu Şəmirə göndərilən məktubun
mətni belədir:
“Rəhman və Rəhim olan Allahın adı ilə. Allahın Rəsulu Muhəmməddən
Haris b. Əbu Şəmirə,
Allahın
Salamı hidayət yoluna girmiş olan, Allaha inanan və bunu
iqrar edənin üzərinə olsun! Buna görə
sənin mülkünün (yəni ölkən və
krallığın) sənin əlində qalması
üçün heç bir şəriki olmayan bir və tək
olan Allaha inanmağa səni dəvət edirəm”.
Ümumi olaraq məzmunları incələndiyində məktubların
Hz. Peyğəmbərin (s.ə.s) bütün insanlığa
elçi olaraq göndərilişinin bir nəticəsi
olduğu və təbliğ etməklə mükəlləf
olduğu İslamı bütün dünyaya duyurmaq əsasından
qaynaqlandığı görülür. Yoxsa məktubların
yazılış məqsədi günümüzdə
anlaşıldığı şəkliylə, sadəcə,
bir dialoq əlaqəsi qurmaq deyildir. Məktubların
təbliğ məzmununda dəyərləndirilməsinin daha
doğru olacağını belə bir nümunə izah etmək
istəyirik.
Katolik kilsəsinin və Vatikan dövlətinin
başçısı olan Papa bir müsəlman dövlət
başçısına “Sizi xristianlığa dəvət
edirəm. Xristianlığa girin, nicat tapın. Əslində hamımız bir Tanrıya
inanırıq. Oğul və İsa Məsih
bütün insanların günahlarına kəffarə olaraq
ölmüşdür. İsa Məsihə
iman edərsəniz, nicat taparsınız” şəklində
bir məktub yazsa, bu məktubu dinlərarası dialoq məzmunundamı,
yoxsa missionerlik məzmunundamı dəyərləndirərik?
Əlbəttə, belə bir hadisə gerçəkləşmiş
olsa, bu məktub dialoq deyil, missionerlik fəaliyyəti kimi dəyərləndiriləcəkdir.
Xüsusilə də, Hz. Peyğəmbərin
dövrün dövlət adamlarına göndərdiyi dəvət
məktublarının da günümüzdə
anlaşıldığı şəkliylə dinlərarası
dialoq məzmununda deyil, İslamı təbliğ məzmununda
dəyərləndirilməsinin daha doğru olduğunu
düşünməkdəyik.
Ancaq bunu da qeyd edək ki, “Allah Rəsulunun (s.ə.s)
xristian hökmdarlara göndərdiyi məktubları da dialoq qəbilindən”
hesab edənlər də vardır.
Nəticə
olaraq, Bayram Sevinçin “Dinlerarası Diyalogda Yerli Söylem
İnşası” adlı məqaləsində
yazdığı bu sözləri qeyd etmək istəyirəm:
“Tarixi dialoq deyiminə görə, Hz. Muhəmmədin (s.ə.s)
“yəhudi və xristianlar ilə etdiyi siyasi, sosial, mədəni
və ekonomik məzmunda görüşmələrin,
anlaşmanın və məktubların hamısı ilə
XXI yüzilliyin məşhur məfhumu dinlərarası dialoq
olduğuna təməl zəmin yaratmağa
çalışmaqdır”. Uçar bu deyimi təndiq
edir və Hz. Muhəmmədin (s.ə.s) tək məqsədi təbliğ
olduğunu ifadə edər. Aydın da Hz.
Muhammədin (s.ə.s) hərəkətlərinin
bugünkü mənada dialoq olaraq deyil, təbliğ fəaliyyəti
olaraq anlaşılması gərəkdiyini bildirir. Aydın, nəcranlı xristianlarla bir araya gəlməsinin
də bugünkü mənada dialoq üçün deyil, qane
etmək üçün olduğunu bildirir. Ayrıca heyətə məsciddə öz ibadətlərini
etmələrinə izn verilməsinin də normal bir
İslamın tolerantlıq (xoş rəftar) olduğunu,
şişirdilmənin lazım olmadığını qeyd
edir. Bir dialoq anlaşması olaraq ifadə
edilən Hüdeybiyyə müqaviləsinin də
günümüzdəki dialoq formasıyla əlaqənin
olmadığını bildirir. Bundan əlavə, bu
siyasi anlaşmanı “Hz. Peyğəmbərin bir sülh
ortamı təmin etməsi üçün güzəştlər
verdiyini iddia edənlərin əslində dialoq adı
altında özü verdikləri güzəştləri
qanuniləşdirməyə
çalışdırdıqlarını rahatlıqla
söyləyə bilərik” şəklində dəyərləndirən
Aydın təməldə Hz. Muhəmmədin (s.ə.s) təbliğ
mahiyyətli həyatının qarşı tərəfə
həqiqəti anlatmaq şəklində
sürdüyünü ifadə edir. Aydüz,
Hüdeybiyyə Müqaviləsinin mətninə Rəsulullah
sifətinin yazılmasına qarşı çıxılması
üzərinə yazılmamasını qəbul edən Hz.
Muhəmmədin mövqeyi, bir dialoq mövqeyinin İslam
üçün lüzumu yöndən dəyərləndirir.
Canan, Vakidinin Hüdeybiyyə öncəsi müharibə
şəraitindən ötrü çətinliklə edilən
təbliğin rahatlıqla və qarşılıqlı əmin-amanlıq
ab-havasında edildiyi izahını qəbul edir və
müqaviləni Hz. Muhəmmədin “dialoq imkanı əldə
etmək üçün, yəni müsəlmanlarla
müşrikləri bir araya gətirən, aralarında
danışma, bir-birlərinə daha yaxından tanıma
imkanı əldə etmək məqsədilə hər nə
bahasına olursa-olsun sülh” istəməsi şəklində
izah edir”.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı: Ruslan Abdulov
Ruslan Abdulov
Zaman.- 2015.- 10 dekabr.- S.- 13