Azərbaycandakı
tolerantlıq və multikulturalizm mühiti düşmən gücləri narahat edir
Azərbaycanın tolerant ölkə olduğu və bunun müasir sivilizasiyanın inkişafında böyük əhəmiyyət daşıdığı heç kəsə sirr deyil.
Bütün hallarda bəşəriyyətin gələcəyinin məhz fərqli dinlərə, inanclara malik olan, müxtəlif dillərdə danışan, irqindən və dinindən asılı omayaraq bütün insanların tolerant, multikulturalizm şəraitində yaşamasından asılı olduğu beynəlxalq səviyyədə də dönə-dönə vurğulanmaqdadır. Bununla belə, son illərdə Qərbdə islamofobiyanın baş qaldırması, digər dinlərə və inanclara, irqlərə malik insanlara qarşı zorakılıq hallarının artması narahatlıqla qarşılanır. Qərbdə ən çox müsəlman ölkələrindən gələn insanlara münasibətdə ayrı-seçkiliyə baş vurulmaqdadır. Belə demək mümkünsə, Fransada, Almaniyada, Danimarkada və digər Qərb ölkələrində antimüsəlman obrazının formalaşdırılması prosesi, mətbuatda tez-tez müsəlmanların ünvanına xoşagəlməz ifadələr işlədilməsi prosesi genişlənməkdə davam edir. Neomillətçilik, islamofobiya Qərbdə hətta radikal neofaşist kütlə çərçivəsindən dövlət səviyyəsinə qaldırılmaqdadır. Bunu bu ilin oktyabr ayında Almaniyanın kansleri xanım Angela Merkelin münaqişə bölgəsindən qaçmağa məcbur olan Suriya və İraqdan olan qaçqınları yalnız dinlərini dəyişəcəkləri və xristianlığı qəbul edəcəkləri halda ölkəsində sığınacaq verəcəyini bəyan etməsi də sübut edir. Merkelin adıçəkilən təşəbbüsü ağır vəziyyətdə olan və bir tikə çörək üçün müharibə zonasından qaçaraq Almaniyada sığınacaq axtaran müsəlmanlara dinindən dönməyi təklif etməsi, onların ağır vəziyyətlərindən istifadə edərək heysiyyətləri ilə oynaması Avropada tolerantlığın nə qədər böyük dərəcədə aşınmaya uğradığını göstərir. Amma müsəlmanlara münasibətdə düşmən mövqedən çıxış edən yalnız Angela Merkel deyil. Belə ki, bir neçə gün bundan əvvəl ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkiqabağı çıxışında prezident seçiləcəyi təqdirdə, müsəlmanları ölkəyə buraxmayacağını bəyan edib. Dünyada özünü demokratiya, insan hüquqlarının müdafiəçisi, sivil dövlət kimi qələmə verən ABŞ-da prezidentliyə namizədin bəşəriyyətin fəlakətə sürüklənməsinə yol açan antitolerant mövqedən çıxış etməsi, həqiqətən də, Qərbdə multikulturalizmin, bəşəri dəyərlərin aşınmaya məruz qaldığını bir daha sübut edir.
Erməni lobbisi bəzi beynəlxalq təşkilatları təsiri altına alıb
Bu baxımdan Azərbaycanın tolerant ölkə olmasından narahat olan güclər respublikamıza qarşı çirkin
məqsədlərini həyata keçirmək, ölkəmizdə
daxili sabitliyi pozmaq niyyətində olduqlarını nümayiş etdirməkdədirlər. Bu baxımdan
son illərdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycana
qarşı qərəzli
hesabatlar hazırlamaqda,
bəzi məqamlarda isə bir başa
Azərbaycanın daxili
işlərinə müdaxilə
etməyə cəhd edirlər. Xüsusilə, bir neçə il əvvəl ABŞ səfirinin ölkəmizdəki
tolerant, multikulturalizm mühitini
şübhə altına
almaq istəyən açıqlamaları, Avropa
Parlamentində Azərbaycandakı
milli azlıqlarla bağlı həqiqətdən
uzaq iftira dolu dinləmələrin təşkili diqqəti cəlb edir. Təbii ki, bütün bunların arxasında ölkəmizə düşmən
olan ermənilər və erməni lobbisi, onların müxtəlif yollarla ələ aldıqları
lobbilər, daha dəqiq desək, muzdlu nökərləri olan yüksək səviyyəli bəzi Qərb dövlətləri
rəsmiləri və
beynəlxalq təşkilatların
səlahiyyətli nümayəndələri
dayanırlar. Qərblə İslam əleyninə çıxışların, islamofobiyanın
arxasında erməni lobbisi və onlar tərəfindən ələ alınan mətbu orqanların, yüksək səviyyəli
dövlət rəsmilərinin
dayandığı da
heç kəsə sirr deyil. Azərbaycandakı tolerantlıqdan
ermənilərin narahat
olduğunu və onların Qərbdə ölkəmizdəki tolerant, multikulturalizm
mühitini şübhə
altına almaq cəhdlərinə baş
vurduqlarını separatçılıq
əməllərinə görə
həbs edilən, azadlığa çıxandan
sonra xaricə gedərək ermənilərin
çaldıqlarına oynayan,
onların sifarişlərini
həyata keçirən
Əlikram Hümbətovun
ölkəmizə qarşı
atdığı iftiralar
da sübut edir. Bu müstəvidə
də bir neçə il öncə Ermənistana səfər edən Əlikram Hümbətov Yerevanda talışlarla bağlı keçirilən
“beynəlxalq konfrans”da
iştirak edib və orada ölkəmiz
əleyhinə böhtanlar
yağdırıb. Bunun ardınca
isə erməni lobbisinin təşkilatçılığı
və Ermənistan xüsusi xidmət orqanlarının hazırladığı
ssenari əsasında Avropa Parlamentində Azərbaycanda yaşayan talışlarla bağlı
dinləmələr təşkil
edilib. Bu dinləmələrdə ölkəmizdə
yaşayan talışların
nümayəndələri iştirak
etməsələr və
hansısa ayrı-seçkiliyə
məruz qalmaları barədə heç bir beynəlxalq təşkilata müraciət
etməmələrinə baxmayaraq,
onların guya hüquqlarının pozulduğu
barədə hay-küy
qaldırılır. Belə
vəziyyətdə dərhal
da hiss olunur ki, Avropa parlamentində
üzdəniraq belə
dinləmələr və
talışların guya
“ayrı-seçkiliyə” məruz
qalmaları barədə
hay-küy erməni lobbisinin təsiri altına düşən bu qurumdakı bəzi muzdlular tərəfindən qaldırılıb.
Necə deyərlər,
erməni lobbisi insan haqlarının müdafiəsi bəhanəsi
adı altında müəyyən beynəlxalq
təşkilatlarda müxtəlif
vasitələrlə ələ
aldığı bəzi
yüksək səviyyəli
rəsmilərin əli
ilə Azərbaycanda insan haqlarının durumu və həmçinin milli azlıqların hüquqları
ilə bağlı
hay-küy qaldıraraq
bu yolla ölkəmizdəki tolerant, multikulturalizm
mühiti, şübhə
altına salmaq, bununla da ictimai
rəyə mənfi təsir göstərməyə
çalışırlar.Halbuki Avropa Parlamentində Azərbaycanda etnik azlıqların hüquqlarının
pozulması ilə bağlı erməni lobbisi tərəfindən
maliyyələşdirilən bəzi yüksək səviyyəli
qurum rəhbərlərinə
də Ermənistanda da fərqli dinlərdən və irqlərdən olan insanların təzyiq, şantaj, qətliamlar yolu ilə bu
ölkəni tərk etməyə məcbur edildiyi, bir milyondan
yuxarı insanımızı
doğma yurd-yuvalarından
didərgin salmaları,
ərazilərimizi işğal
etməsi, Xocalıda orta əsrlər cəlladlarına xas olan tərzdə qətliamlar həyata keçirməsi yaxşı
məlum idi.Amma buna baxmayaraq, islamofobiyaya uğrayan və ermənş lobbisi tərəfindən
pulla ələ alınan Avropa parlamentindəki bəzi yüksək səviyyəli
rəsmilər bunu görməməzliyə vuraraq,
heç bir əsas olmadan ölkəmiz əleyhin əsassız iftira dolu ifadələr işlətdilər,
insan hüquqlarının
pozulması barədə
hay-küy qaldırdılar.
lakin Azərbaycandakı
tolerant mühitin mövcud
olduğunu heç kim inkar edə bilməz və ölkəmizə Qərbin
ən qabaqcıl ölkələrindən gələnlər
belə multikulturalizmlə
bağlı respublikamızda
gördüklərindən məmnun qaldıqlarını vətənlərinə
qayıtdıqdan sonra
dönə-dönə vurğulayırlar.
Azərbaycandakı tolerantlığıvə multikulturalizmi dəstəkləyənlər
də çoxdur
Xarici ölkələrin
mətbuatında Azərbaycanda
mövcud olan tolerantlıq yüksək
qiymətləndirilir və
bunu əks edən materiallar olduqca çoxdur, lakin erməni lobbisi çirkin siyasətini həyata keçirməkdə, Azərbaycanı
gözdən salmaq, ölkəmizdəki tolerant, multikulturalizmi
şübhə altına
almaq üçün
çirkin oyunlarını
davam etdirməkdədirlər.
Onu da deyək ki, Qərbdə hazırda ksenofobiyanın güclənməsinə,
islamofobiyanın artmasına
baxmayaraq, beynəlxalq
səviyyədə buna
qarşı çıxan
ğüclər də
kifayət qədərdir. Belə
ki,
1995-ci ildə YUNESKO tərəfindən
“Dözümlülük Prinsipləri
Bəyannaməsi” qəbul
olunmuş və 16 noyabr Beynəlxalq Tolerantlıq Günü elan edilmişdir. 2008-ci ildə
isə Avropa Tolerantlıq və Barışıq Şurası
Tolerantlıq medalı
təsis etmişdir. Bu mükafata Avropada
dözümlülük və
qarşılıqlı hörmət
ideyaları uğrunda,
həmçinin ksenofobiya,
irqi və dini ayrı-seçkiliyə
qarşı mübarizə
sahəsində xidmətləri
olan görkəmli şəxslər layiq görülür. Avropa
Tolerantlıq və Barışıq Şurası
Tolerantlıq medalını
alanlar arasında İspaniyanın Kralı
I Xuan Karlos, Serbiyanın eks-prezidenti
Boris Tadiç və
digərləri də
var.
Lakin
yenə də təəssüflər olsun
ki, Qərbdə islamofobiya genişlənməkdədir
və bu bəşəriyyətə yaxşı
heç nə vəd etmir. Buna paralel olaraq,
erməni lobbisi Azərbaycanda yəhudilərin
belə ayrı-seçkiliyə
məruz qalması barədə rəy formalaşdırmağa cəhd
edir.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı
Zaman.- 2015-.15 dekabr.-
S.13