“Sumqayıtda müxtəlif
millətlərdən olan insanlar
dostlaşıb, doğmalaşıblar”
Əvvəli ötən sayımızda
Sumqayıtda məhəllələrdə və mikrorayonlarda tikilən yaşayış
evlərində mənzillər əhali arasında bölüşdürülərkən mənzil alan adamların sosial, milli, peşə
və digər mənsubiyyətləri heç bir rol oynamırdı.
Burada yeganə meyar sırf istehsalat prinsipi olub. Müxtəlif sənaye müəssisələrinin
tikintisində çalışan
adamların ilk gündən
yaşadıqları baraklarda,
yataqxanalarda, sonradan tikilməyə başlayan
məhəllə və
mikrorayonlarda mənzillərdə
ailələr onların
sosial və milli mənsubiyyətindən,
peşəsindən asılı
olmayaraq yerləşdirilirdilər.
Ən vacibi odur ki, müxtəlif
millət və etnik qruplardan olan, müxtəlif dillərdə danışan,
adət-ənənələri və s. ilə fərqlənən insanların
qonşuluq münasibətləri
olub.
Sumqayıtda müxtəlif millətlərdən
olan insanların arasında daima mehriban qonşuluq münasibətləri olub. Sumqayıt
Dövlət Universitetinin
(SDU) elm və innovasiyalar
üzrə prorektoru, filologiya elmləri doktoru, professor Ramazan Məmmədov bildirdi ki, Sumqayıtda müxtəlif millətlərdən
olan insanların arasında mehriban qonşuluq münasibətləri
haqqında yazı və məlumatları o dövrün mətbuat səhifələrində tapmaq
olar. Gənc şəhərlərdə yaşayan insanların dostluq münasibətlərinin
əsas cəhətlərindən
biri onların bir-birlərinə hər gün və xüsusən də ekstremal hallarda dərhal kömək əli uzatmaq, mənəvi dayaq durmaq, maddi yardım
göstərməkdən ibarətdir.
Sumqayıt şəhərinin
fəxri vətəndaşı,
Sosialist Əməyi Qəhrəmanı azərbaycanlı
qadın Zəminə
Həsənovanın kimsəsiz
yetim bir rus qızına qarşı nəcib, doğma analıq hərəkəti sumqayıtlılar
arasında olan mənəvi münasibətlərin,
millətlərarası mehriban
qonşuluq əlaqələrinin
əyani nümunəsidir.
Zəminə Həsənova atası
müharibədə həlak
olan Nadejda Sevelyevanı qızlığa
götürərək ona
tərbiyə, təhsil
verib. Rus dili ilə yanaşı, Azərbaycan
dilini öyrədib, öz qızı kimi böyüdüb ərə vermiş, ona mənzil almış, onu təmtəraqla yola salmışdır. Beləliklə, Sumqayıtda yaşayan adamlar arasında millətlərindən asılı
olmayaraq, ümumbəşəri
əsl münasibətlər
formalaşıb. Müxtəlif millətlərdən olan insanlar elə dostlaşıb doğmalaşmışdı
ki, özlərini bir mehriban ailənin
üzvi kimi hiss etmişlər.Sumqayıt tikilməyə
başlanan ilk gündən
etibarən burada ailələrin müəyyən
hissəsi müxtəlif
millətlərdən olan
adamlar arasında qurulub. Millətlərarası qarışıq ailələr şəhərdə
yaşayan bütün
millətlərdən olan
adamlar arasında qurulurdu. Bu sahədə
heç bir məhdudiyyət olmamışdır.
Məsələn, 1980-1985-ci illərdə azərbaycanlı
oğlanlar 50-dən artıq
rus, ukraynalı, belarus, ləzgi, moldovan, gürcü, kabardin, noqay, qaqauz, udin, qaraçı,
xakas, osetin, başqırd, çuvaş,
latış, abxaz, kumık, avar və digər millət və etnik qruplardan olan qızlarla ailə qurublar. Millətlərarası ailə-nikah münasibətləri
Sumqayıtda yaşayan
digər millətlərdən
olan adamlar arasında da geniş yayılmışdır.
Məsələn, özbək-çuvaş,
ləzgi-eston, belarus-polyak,
polyak-mordvan, yunan-tatar,
qazax-alman, tacik-belarus,
osetin-koreyalı və
s. ailələr qurulmuşdur.
Sumqayıt şəhərində millətlərarası ailələrin
ikinci generasiyası da müşahidə edilir. Belə ki, millətlərarası
qarışıq ailədə
doğulan uşaqlar böyüyüb ailə qurarkən öz ata və analarının
mənsub olduqları millətlərin qızları
ilə deyil, üçüncü bir millətdən olan qızlarla evlənirlər.
Yaxud da oğlana ərə gedirlər.
Məsələn, azərbaycanlı rus qızı ilə ailə qurub, onların qızı isə ukraynalı oğlana ərə gedib. Bu qəbildən olan ailələr az
deyildir. Qeyd edək ki, şəhərdə millətlərarası
qarışıq ailələrin
qurulması meyilləri
zəifləsə də,
davam edir. Azərbaycanlıların başqa
millətlərdən olan
adamlarla heç bir maneə olmadan asanlıqla ailə qura bilməsi onunla bağlıdır ki, bizim ölkəmizdə Azərbaycan Respublikasının
ərazisində tarixən
təbii, obyektiv proseslər nəticəsində
çoxmillətlilik vəziyyəti
yaranıb, beynəlmiləlçilik
ənənələri inkişaf
edib.Çoxmillətli Azərbaycan
xalqının beynəlmiləlçilik
ənənələrinə yüksək qiymət verən Azərbaycan Respublikasının ümummilli
lideri Heydər Əliyev belə demişdir: “Bizim Azərbaycanın müsbət
xüsusiyyətlərindən biri də odur
ki, respublikamız çoxmillətli, beynəlmiləl
dövlətdir. Mən öz
rəsmi bəyanatlarımda,
nitqlərimdə dəfələrlə
qeyd etmişəm ki, bu respublikamızın
üstünlüyüdür, milli sərvətidir.
Biz bununla fəxr edirik və bu tərkibi qoruyub saxlamalıyıq”.Sumqayıtda
insanların beynəlmiləlçiliyini,
dostluğunu, mehribanlığını
öz bədii yaradıcılığında ön plana çəkən
Xalq şairi Nəbi Xəzri heç də əbəs yerə deməyib:
Zəhmətdir, zəfərdir eşqi,
muradı,
On ildə adlamış
yüz-yüz illəri.
Əgər olmasaydı Sumqayıt
adı,
Mən ona deyərdim dostluq şəhəri.
Dostluq şəhəri
olan Sumqayıtda belə bir ənənə
də var idi - şəhər, respublika və ölkə miqyasında xüsusi xidmətləri olan adamlara şəhərin
fəxri vətəndaşı
adı verilirdi. Beynəlmiləlçilik və dostluq rəmzi olan bu şərəfli ad insanlara onların milli mənsubiyyətindən
asılı olmayaraq verilirdi.
Sumqayıtda hal-hazırda 10 millətin
nümayəndəsi yaşayır. Bunlar Azərbaycan
vətəndaşlarıdır və hər kəsin hüququ qorunur. Hər kəs öz
dinini yaşayır.
İslam
dinində heç kimə zorakılıq yoxdur. İslam dini bütün
dinlərdə olan yaxşıları özündə
birləşdirir. İbadət insanla yaradanın arasındakı münasibətdir.
İnsanların bir-birlərinə olan insani münasibətlərini
çərçivədə saxlamaq əxlaqın əsas missiyasıdır.
Başqasının hüququna hörmət
eləməliyik və
ehtiyac sahiblərinə
kömək etməliyik.
İbadət edirsən, namaz
qılırsan, Allah qəbul
eləsin və bu, Allahla sənin
aranda olan münasibətdir. Bunu siyasiləşdirmək
lazım deyil. Beləliklə, çoxmillətli və çoxkonfessiyalı
dövlət kimi Azərbaycan Respublikası
bu gün dünya birliyinə hərtərəfli inteqrasiya
siyasəti həyata keçirir. Azərbaycan hökumətinin
din siyasəti demokratik
dövlət quruculuğu
kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi
və hüquqi müstəvidə tənzimlənməsi
prinsipinə əsaslanır.
Ölkədə mövcud ictimai-siyasi
sabitlik, vətəndaş
həmrəyliyi və
etnik-dini dözümlülük
mühiti mütərəqqi
tarixi ənənələrdən
bəhrələnən milli
siyasətin məntiqi
nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı.
Zaman.-
2015.- 23 dekabr.- S. 13