“Müasir Rusiya nəyi mütaliə edir?”
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanasının
(MEK), Rusiyanın “Sodeystvie”
Mədəniyyət-təhsil proqramlarına yardım Fondunun, Rusiya Dövlət Kitabxanası
və Rusiya Federasiyasının regional kitabxanalarının
birgə təşkilatçılığı
ilə “Müasir Rusiya nəyi mütaliə edir?” mövzusunda tədbir keçirilib.
Bu barədə “Zaman-Azərbaycan”a AMEA Mərkəzi Elmi Kitabxanasının Mətbuat xidmətinin əməkdaşı Ruslan
Kərimov məlumat verib. Onun sözlərinə
görə, tədbirdə
Rusiyanın ədəbiyyat
və mədəniyyət
sahələrindən mütəxəssislər, eləcə
də Azərbaycandakı
rus icmalarından, kitabxanalardan, nəşriyyat
evlərindən və
ali məktəblərdən
nümayəndələr iştirak
ediblər. İlk olaraq tədbiri
giriş sözü ilə açan MEK-in direktoru, tibb üzrə fəlsəfə
doktoru Leyla İmanova qonaqları salamlayaraq birgə təşkil olunan bu görüşün böyük maraqla qarşılandığını nəzərə çatdırıb.
L. İmanova bildirib ki, tədbir Rusiya Federasiyasının Prezidentinin sərəncamına
uyğun olaraq Rusiyanın “Bilik” cəmiyyəti tərəfindən
keçirilmiş müsabiqə
əsasında ayrılmış
qrant vəsaiti hesabına Rusiya Dövlət Kitabxanası
tərəfindən həyata
keçirilən “Müasir
Rusiya nəyi mütaliə edir?” adlı layihə çərçivəsində təşkil edilib. Sonra “Sodeystvie” Mədəniyyət-təhsil proqramlarına
yardım Fondunun müdir müavini, həmçinin sözügedən
layihənin rəhbəri,
kulturologiya üzrə
fəlsəfə doktoru
Tatyana Kozlova layihənin
məqsədləri barədə
qısa məlumat verib.
Azərbaycanda rus dilinə və ədəbiyyatına
böyük maraq olduğunu bildirən layihə rəhbəri Akademiyanın kitabxanasında
rus dilində kitabların nümayiş
etdirilməsini yüksək
qiymətləndirib. Qonaq bütün
bunların Rusiya-Azərbaycan
münasibətlərinin təbii
xarakterindən və xalqlarının tarixi dostluğundan qaynaqlandığını
deyib. Qeyd edib ki, bu kimi tədbirlər
hər iki ölkənin mədəniyyət
sahəsində münasibətlərinin
inkişafına şərait
yaradır.
Sonra Rusiya Yazıçılar Birliyinin
üzvü, filologiya elmləri doktoru Tatyana Mironova”Müasir Rusiya nəyi mütaliə edir?” adlı təqdimatla çıxış
edib. Bədii əsərlərə münasibətdə rusların
hər zaman həssas olduğunu deyən alim müasir rus oxucusunun mütaliə üçün müraciət
etdiyi ədəbiyyatdan
danışıb. Alim bildirib
ki, rus oxucusunun
bütün tarixi dövrlərdə öz kitabları olub. Hər bir dövrün baş verən ən mühüm hadisələri rus cəmiyyəti ilə bərabər rus ədəbiyyatını da
formalaşdırıb. Sovet dönəmində daha çox bir istiqamətli ədəbiyyatla tanış
olan rus oxucusu bugün tamam fərqli ədəbiyyatla tanış
olur. Həm klassik həm
də müasir rus ədəbiyyatı ilə yanaşı xarici əsərlər də rus dilinə
çevrilərək oxucuların
ixtiyarına verilir.
Tədbirdə T. Mironova
müasir rus yazıçılarının yaradıcılıq istiqamətlərindən
də danışıb.Sonra
Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzinin rəhbəri
Valentin Denisov, Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova, “Akademkitab”
MMC-nin direktoru, filologiya elmləri doktoru Əliağa Cəfərov, Bakı Slavyan Universitetinin rus dili kafedrasının
dosenti Kəmalə Umudova,
”Literaturnıy Azerbaydjan”
jurnalının əməkdaşı
Alina Talıbova və digər qonaqlar çıxış
edib. Birgə əməkdaşlıq istiqamətində həyata
keçirilən bu kimi tədbirlərin Azərbaycan-Rusiya mədəni
əlaqələrinin inkişafına
yeni töhfə verəcəyinə əminlik
ifadə ediblər.
Zaman.- 2015.- 23 dekabr.-
S.- 10