Yevlaxda region KİV-ləri
üçün maarifləndirici
regional konfrans keçirilib
Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondu Yevlax Şəhər İcra Hakimiyyəti ilə birgə “İnformasiya əldə etmək haqqında” qanunun şərhi sahəsində region KİV-lərin
maarifləndirilməsi mövzusunda
regional konfrans keçirib.
Tədbirdə mətbuatın maddi
texniki problemlərinin
həllindən, bu sahədə qanunvericilik bazasının yaxşılaşdırılmasından
danışılıb.Konfrans iştirakçıları, əvvəlcə,
ümummilli liderimiz Heydər Əliyevin Yevlax şəhərindəki
heykəli önünə
tər güllər düzüblər. Yevlax Şəhər
İcra Hakimiyyətinin
başçısı Qoca
Səmədov milli mətbuatın inkişafına
göstərilən dövlət
qayğısından, jurnalistlərin
sosial problemlərinin həlli istiqamətində
atılan addımlardan
danışıb; belə
maarifləndirici tədbirlərin
əhəmiyyətini yüksək
qiymətləndirib. Azərbaycan Respublikası
Prezidenti yanında
KİV-lərin inkişafına
Dövlət Dəstəyi
Fondunun icraçı
direktoru Vüqar Səfərli rəhbərlik
etdiyi qurumun həyata keçirdiyi layihələr barədə
ətraflı məlumat
verib. Bildirib ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanunvericiliyinin
izahı ilə bağlı maarifləndirmə
tədbirlərinin həyata
keçirilməsi və
informasiya almaq hüququnun səmərəli
təmin edilməsi icra orqanı kimi fonda həvalə
olunub.Konfransda
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri
Əflatun Amaşov, fondun Müşahidə Şurasının sədri
Umud Mirzəyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Jurnalistlərin
Həmkarlar İttifaqının
sədri Müşfiq
Ələsgərli və
digərləri çıxış
edərək, informasiya
əldə etmək haqqında qanunvericilik, jurnalistlərin hüquqi məsuliyyət normaları,
informasiya əldə etmək sahəsində
real vəziyyət və
praktiki fəaliyyət
imkanları barədə
geniş məlumatlar veriblər. Sonra müzakirələr aparılıb.
Esmira Hidayətova
Zaman.- 2015.- 29 dekabr.-
S.- 4