Dini tolerantlıq qloballaşan dünyada stabilliyin əsas şərtlərindəndir

 

Dünyada baş verən terror hadisələrinin, düşmənçilik siyasətinin kökündə duran əsas amillərdən biri dini tolerantlığın olmamasıdır.

 

Dünyada baş verən bir çox hadisələrdən nümunə gətirərək bu fikri daha geniş izah etmək olar. Qısa olaraq onu demək yerinə düşər ki, ötən günlərdə baş verən Paris hadisələri dünyamızın tolerantlığa qədər ehtiyacı olduğunu bir daha sübüt etdi. Fransanın “Charlie Hebdosatirik jurnalının Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s. ə. s) karikaturasını çəkməsi, müsəlmanları terroristlər kimi tanıtmağa cəhd göstərməsi bir başa dini azadlığa, insanların dini inancına qarşı edilən hörmətsizlikdir. Çünki müsəlmanlar peyğəmbərinin kinoda, şəkildə üzünü göstərmirlər axı. Buna baxmayaraq “Charlie Hebdojurnalının vəkili bildirdi ki, jurnalın növbəti sayında da Həzrəti Məhəmmədin (s. ə. s) karikaturaları dərc olunacaq.  Adıçəkilən jurnalın bu addımını da, terrorçuların əməlini həmin cəmiyyətdə tolerantlığın olmamasının, insanların bunun mahiyyətini kifayət qədər anlamamasının nəticəsi kimi xarakterizə etmək mümkündür.

 

”Charlie Hebdosatirik jurnalının əməkdaşlarının qətlə yetirilməsi, şübhəsiz ki, terror hadisəsidir. Terrordan əziyyət çəkən xalq olaraq bunu qınayırıq. Azərbaycan Prezidenti İlham Əliyev, həmkarına başsağlığı verərək, terrorizmə qarşı qətiyyətlə mübarizə aparılmasına hər cür dəstək verdiyini ifadə etdi. Erməni terrorundan əziyyət çəkən bir xalq olaraq, demokratiyanın, tolerantlığın carçısı kimi çıxış edən dövlətlərin əksəriyyətindən hər qədər lazımi  dəstək görməsək , dövlət rəhbərliyi səviyyəsində vurğulandığı kimi terrorizmə qarşı mübarizə  Azərbaycan siyasətinin tərkib hissələrindəndir.

 

 Tolerantlığın tarixinə qısa nəzər

 

Tolerantlıq uzun illərdir ki, insanları düşündürən məsələdir. Dözümlülük ideyası heç yeni deyildir. Bu haqda ilk fikirlər XVI- XVII əsrlərdə Avropada peyda olub. O vaxt  dözümlülük yalnız din vicdan ilə əlaqələndirilirdi. 1648- ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəd kimi qəbul edilir. Ancaq Vestfal sülhünün ardınca gələn 30-illik müharibə bu müharibə zamanı göstərilən dini dözümsüzlük həmin dövr üçün dini tolerantlığın yetişmədiyini sübut etdi.

 

Müxtəlif qaynaqlarda tolerantlığın bəzi əsas izahları diskusiya üçün yaxşı başlanğıc nöqtə sayıla bilər. Məsələn, Etnik Ensiklopediyada Susan Mendus göstərib ki, “Dözümlülük beynəlxalq səviyyədə bir şəxsin xoşlamadığı ya əxlaqi cəhətdən yanlış saydığı hərəkətə icazə verməsi ya bu hərəkətin qarşısını almamağıdır”, buna əlavə olaraq o qeyd edir ki, “Dözümlülük tolerant şəxsin müdaxilə etmə gücü olmasını, yalnız onun bu gücdən istifadə etməkdən imtinasını tələb edir”. Digər bir qaynaqda, Fəlsəfə Ensiklopediyasında Maurise Kranston qeyd edir ki: “Dözümlülük xoşlanılmayan ya bəyənilməyən hər hansı bir şeyin mövcudluğunda təmkinlik göstərmə siyasətidir”.

 

Məşhur siyasi xadim Mahatma Qandi isə belə deyib: “Günümüzün ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət dözümlülükdür”. Həqiqətən dinlər arasında dialoqun yaradılması, qarşılıqlı hörmət göstərilməsi müasir cəmiyyətdə demokratik stabilliyin yaradılması üçün çox vacibdir.

 

Tolerantlıq fikirlərinin yaranmasının əsasını 1948-ci il İnsan Hüqularına dair Ümumi Bəyannamənin qəbulu təşkil edib. Bu bəyannamədə göstərilirdi ki, “insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət ümumi dünyanın əsasını təşkil edir”, “insan hüquqlarına qarşı etinasızlıq nifrət insanın vicdanını hiddətləndirən vəhşi aktlara gətirib çıxarır”. İnsan hüquqlarına dair bəyannamənin qəbul edilməsindən sonra dözümlülük barəsində bir çox aktlar bəyannamələr qəbul edilib. 1993-cü il 8-9 Oktyabr tarixində Vyanada keçirilmiş Avropa Şurasının üzv Dövlətlərinin Dövlət Hökumət Başçılarının Zirvə Toplantısında irqçiliyin yüksəlişi, xaricilərə qarşı qərəzli münasibət antisemitizm, dözümsüzlük mühitinin inkişafı, əsasən, mühacirlərə mühacir mənşəli insanlara qarşı zorakılıq aktlarının artması, aqressiv millətçilik etnomərkəzçilik formasında xaricilərə qarşı yeni qərəzli münasibətin inkişafı ilə bağlı həyəcan təbili səslənmiş bunun nəticəsi olaraq irqçilik, xaricilərə qarşı qərəzli münasibət, antisemitizm dözümsüzlüyə qarşı mübarizə üçün Fəaliyyət Planı qəbul olunub. Bu Fəaliyyət Planı cəmiyyətin səfərbərliyi belə halların mübarizəsinə yönəlmiş təminat siyasətlərin təkmilləşdirilməsi səmərəli icrası üçün lazım olan geniş sayda görüləcək tədbirləri özündə əks etdirirdi.

 

1995-ci il noyabrın 16-da keçirilmiş UNESKO Baş Konfransının 28-ci sessiyasında Tolerantlıq prinsiplərinə dair bəyannamə qəbul olunub. Bu bəyannamədə vurğulanır ki, “dözümlülük, ilk növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir”, bununla yanaşı “dözümlülük, insan hüquqlarına dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan imtina edən bir anlayışdır”. Baxmayaraq ki, beynəlxalq hüququn əsasını hüquq bərabərliyinin pozulmaması prinsipi təşkil edir, dərinin rəngi, irq, cins, dil, din, siyasi və digər əqidələr, milli, sosial və digər mənşəli əlamətlərə dair diskriminasiya demək olar ki, dünyanın hər bir ölkəsində mövcuddur. İnsan Haqlarının BMT komissiyasının irqçililiyin müasir formaları məsələlərinə dair xüsusi məruzəçisinin məlumatlarında müxtəlif dövlətlərdə qaradərililər, ərəblər, çinlilər, müsəlmanlar, yəhudilər, qaraçılar, mühacirlərə qarşı dözümsüzlük halları təhlil edilir.

 

 Tolerantlıq liberal cəmiyyətin nail olmaq istədiyi məqsəddir

 

Tolerantlıq hər cəmiyyətdə yüksək qiymətləndirilir. Amma əksər hallarda tam dərk edilmir. Bununda əsas səbəbi qeyri sabit müvəffəqiyyətsiz azadlıq təcrübəsidir. Təcrübə elə bir təsis edilmiş nümunədir ki, o, özündə formal qeyri formal qaydaları, davranış tərzini, qarşılıqlı münasibəti ehtiva edir. Dözümlülüyün formal qaydaları hüquqi konstitusional, qeyri formal qaydaları isə sosial normalardır. Bütün bunlar göstərir ki, dözümlü davranış tərzi liberal cəmiyyətin nail olmaq istədiyi əsas nailliyyətdir dözümlülük münasibəti onun açarıdır.

 

Davamı növbəti sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Elvin Əliyev 

 

Zaman.-2015.-31 yanvar.-S.13.