Nina Znamenskaya: “Azərbaycanı öz doğma vətənimdən də çox sevirəm”

 

Ölkəmizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş üçün demokratik, hüquqi mədəni-mənəvi şərait yaradılıb.

 

 Azərbaycan Respublikasının millətlərarası, multikultralizm dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin regionlarda şəhər ziyalıları ilə keçirdiyi görüşlərdə ölkəmizdə etnik-dini durum barədə ətraflı fikir mübadiləsi aparılır, sivilizasiyalararası mədəniyyətlərarası dialoqun, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin ayrı-ayrı dinlər etiqadlar arasında qarşılıqlı hörmət etimada əsaslanan əməkdaşlıq münasibətləri diqqətə çatdırılır. Eyni zamanda ölkə rəhbərliyi dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşır, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanması, təbliği təşviqi istiqamətində dövlət siyasəti, çoxşaxəli işlər, müxtəlif layihə proqramlar reallaşdırılır. O cümlədən Mingəçevirdə bu mövzularda tərbirlər keçirilir, “dəyirmi masa”lar təşkil edilir. Mingəçevir beynənilməl şəhərdir. Burada müxtəlif millətlərin nümayəndələri yaşayırlar. Onu da qeyd etməyə dəyər ki, heç bir vaxt bu millətlər arasında ayrı-seçkilik olmayıb, əksinə, bu millətin nümayəndələrinə həmişə hörmətlə yanaşılıb. Bu gün çoxmillətli çoxkonfessiyalı  Azərbaycan cəmiyyətini rus icması olmadan təsəvvür etmək mümkün deyil. Demək olar ki, Cənubi Qafqazda sayca ən çox rus məhz bizim ölkədə yaşayır. Hətta bir çox rus vətəndaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı əsl vətənpərvərlik qəhrəmanlıq nümunələri göstəriblər. Azərbaycanla Rusiya arasında mehriban dostluq qonşuluq münasibətləri zəngin tarixi ənənəyə malikdir. Hazırki mərhələdə həmin ənənələrə əsaslanan bütün sahələri əhatə edən çoxtərəfli əməkdaşlıq əlaqələrimizin inkişafında hər iki ölkədə fəaliyyət göstərən diaspor təşkilatları icmalar əhəmiyyətli rol oynayırlar. Müsahibimiz kordioloq Nina Znamenskaya ilə bu barədə söhbət edərkən onun ilk cümləsiAzərbaycanı öz döğma vətənimdən çox sevirəm oldu: “1987-ci ildən Mingəçevirə həyat yoldaşımla gəlmişəm. Yoldaşım hərbiçi olduğu üçün Rusiyanın müxtəlif şəhərlərində olmuşuq. Amma onu deyim ki, Azərbaycan mənə o qədər doğma gəlib ki, başqa yerə gedəndə çox darıxmışam. Elə bilirəm ki, burada doğulub boya-başa çatmışam. Övladlarım da Mingəçevirdə doğulublar. Onlar Azərbaycan dilini çox yaxşı bilirlər biz evdə həmişə bu dildə danışmışıq. Oğlum Bakı şəhərində yaşayır işləyir”.

 

 Milliyətcə rus olsam da Azərbaycanın bütün ənənələrini bilirəm

 

Adət-ənənələrimizdən danışan həkim bizim milli xörəklərimizi, qonaqpərvərliyimizi daha çox bəyəndiyini bildirdi: “Mən milliyətcə rus olsam da Azərbaycanın bütün ənənələrini bilirəm. Xeyir-şər işlərində iştirk edirəm. Qonşuların mənə münasibəti çox yaxşıdır. Bütün adət-ənənələrinizi mənə qonşularım öyrədiblər. Mən hətta bu dili öyrəndiyimə görə fəxr edirəm. Çünki bu millət uzun əsrlərdən bəri dözümlülük müdriklik nümayiş etdirmiş bir xalqdır”.

 

Dini tolerantlıq təkcə ölkədə müxtəlif təriqətlərin fəaliyyət göstərməsi demək deyil. Bu, həm dini müzakirələrdə dava-dalaş etməmək, qan tökməmək, bir-birinin fikirlərinə, əqidəsinə hörmətlə yanaşmaq deməkdir. Ümummilli lider Azərbaycanın ən başlıca sərvətlərini qeyd edərkən qədimlərdən bu torpaqlarda yaşayan, öz taleyini, həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən insanları xüsusi vurğulayırdı: “Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgidə avar da, kürd , udin , kumik , başqası da bütünlükdə hamısı azərbaycanlıdır. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”. Hətta ulu öndər deyirdi ki, dövlət, ölkə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə svilizasiyasına öz töhfəsini verir”.

 

 Müxtəlif ölkələrin insanları bir ailə kimi yaşayıblar

 

“Bu gün Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə öyrənilməsinin vacibliyi qeyd olunarsa, bu, dövlətimizin uğurlu siyasətinin göstəricisidir”. Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyevin dediyinə görə, şəhər yarandığı gündən çoxmillətli olub. Burada müxtəlif ölkələrin insanları bir ailə kimi yaşayıblar. Statistik rəqəmlərə nəzər salsaq bu gün Mingəçevirdə rus 413, ləzgi 52, talış 1, türk 16, tatar 38, ukrayna 20, saxurlar 1, gürcü 6, yəhudi 1, digər millətlər isə 41 nəfər təşkil edir. Bu millətlər şəhərimizdə müxtəlif müəssisələrdə çalışır heç bir fərqlilik bilmədən özlərini öz ölkələrindəki kimi hiss edirlər. Bu yaxınlarda Bakıda rus icmasının IV qurultayı keçirilib. Həmin qurultaya şəhərimizdən nümayəndələr seçilmişdi. 7 nəfərdən ibarət qeyri millətin nümayəndəsi qurultaydan çox böyük əhvali-ruhiyyə ilə qayıtmışdı.

 

Məlum olduğu kimi, ötən əsrin sonlarında sovetlərin dağılması ilə yaranan, dünya birliyi üçün yeni proses olsa da çox sürətlə yayılan qlobal dəyişikliklər iqtisadi, siyasi, demoqrafik sahələrdə olduğu kimi, dini dözümlülük ənənələrinin qorunması üçün əsl sınağa çevrildi. Bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərin qorunması üçün dinlər mədəniyyətlərarası dialoqun yaranmasına ehtiyac artdı. Bu baxımdan tolerantlıq dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bir çox millətlərin dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərildi. Ölkəmizin ev sahibliyi etdiyi dini sammitlərdə, sivilizasiyalararası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda da tolerantlıq təcrübəsi yüksək dəyərləndirilərək bildirilir ki, Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşər dəyərlərə hörmət meyilləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət göstərir. Prezident İlham Əliyev bildirir ki, milli dəyərlərimizə sadiq olmalı, qloballaşma adı altında milli mentalitetə xas olmayan keyfiyyətlər aşılanmalıdır.

 

 “Hamılıqla ifşa etməliyik”

 

Sovetlər dövründə xalqımız nə qədər mərhumiyyətlərlə, çətinliklərlə  üzləşsə belə dininə, mənəvi dəyərlərinə sadiq qalıb. Müstəqillik əldə etdikdən sonra dini ənənələrimizin təbliği, islami dəyərlərə hörmət və ehtiram güclənib. İslam xalqımıza xöşbəxtlik, inkişaf, müqəddəs dəyərlər bəxş edib. Bütün bu sadalananlar qürurvericidir, təəssüflə onu da qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş həmrəyliyi, dinimilli tolerantlıq mühiti bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin maraqlarına cavab vermir. Son zamanlar ölkəmizin hüdudlarından kənarda yaradılan və sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları və dini təriqətlər Azərbaycana da ayaq açıb və onlar respublika ərazisində şəbəkələşməyə cəhd göstərirlər. Bu gün dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə formalaşmış milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, millidini hislərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları doğru yoldan sapdırmaq və üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrdə iştiraka meyilləndirmək və təhrik etmək istəyənləri hamılıqla ifşa etməliyik. Belələrinin üzündən bu gün nə qədər ana-bacılarımızın gözü yaşlı qalıb, övladları belə təhriklərə uyaraq müxtəlif yerlərdəki münaqişələrə qoşularaq özlərini də məhv ediblər. Bizim vətənimiz, xalqımız heç vaxt bu kimi münaqişələri qəbul etmir və etməyəcək də. Həmin radikal dini qruplar məhz gəncləri hədəf seçərək öz çirkin əməllərinə sövq etmək istəsələrdə artıq gənclərimiz belə qruplaşmaların niyyətini başa düşməkdədirlər. Onlar çiçəklənən Azərbaycanda təhsil almağı, yaşamağı daha üstün tutaraq ölkə rəhbərliyinin gənclərə, vətəndaşlarına yaratdığı şərati bu gün hər şeydən üstün tuturlar. Azərbaycan kimi ölkənin vətəndaşı olmaqdan qürur hissi keçirən hər kəs ölkə rəhbərliyinin ətrafında sıx birləşərək Azərbaycanın bayrağını daima yüksəkdə saxlayacaq.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Esmira Hidayətova  

 

Zaman.-2015.-4 fevral.-S.13.