“Yaxşını nümunə göstərirəm ki, pisona baxsın ibrət götürsün

 

 BABƏK ƏSGƏR,

Alik Rzayev 1951-ci ildə Hacıqabul rayonunun Qarasu kəndində anadan olub.

 

 Əli Bayramlı (Şirvan şəhəri) pedoaqoji məktəbinin bədən tərbiyəsi şöbəsini fərqlənmə ilə bitirib. Daha sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib. 38 ildir pedaqoji sahədə çalışır. Hazırda Şirvan 18 saylı təbiət humanitar təmayüllü məktəb-liseydə müəllim işləyir. 1969-cu ildən dövri mətbuatda çıxış edir. Müxtəlif qəzetlərdə müxbir, redaktor müavini, redaktor, baş redaktor müavini vəzifələrində işləyib. HazırdaŞərqin səsiqəzetinin müxbiridir. Respublika Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələmmükafatı laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin fəxri fərmanına, Azərbaycan Jurnalistlər Birliyinin fəxri diplomuna digər nüfuzlu mükafatlara layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 

Jurnalistika çətin peşədir. Günümüzdə ikinci plana keçsə mətbuat sahəsi əxlaq qaydalarına həm riayət etməyi tələb edir. Jurnalistika yazanların, yazmağı bacaranların, qabiliyyətli insanların sənətidir. Əsl jurnalist cəmiyyətin gözü, qulağı dili olmalıdır. Xalqın eşitmədiyini eşitməli, görə bilmədiyini görməli yazmalıdır. Ən əhəmiyyətlisi tərəfsiz, qələmini satmayacaq qərəzsiz olmalıdır. Bu sahəyə illərini sərf edən, zəhmət çəkən jurnalistlərdən biri Şirvan şəhər sakini Alik Rzayevdir. O, 1951-ci ildə Hacıqabul rayonunun Qarasu kəndində anadan olub. Əli Bayramlı (Şirvan şəhəri) pedaqoji məktəbinin bədən tərbiyəsi şöbəsini fərqlənmə ilə bitirib. Daha sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib. 38 ildir pedaqoji sahədə çalışır. Hazırda Şirvan 18 saylı təbiət humanitar təmayüllü məktəb-liseydə müəllim işləyir. 1969-cu ildən dövri mətbuatda çıxış edir. Müxtəlif qəzetlərdə müxbir, redaktor müavini, redaktor, baş redaktor müavini vəzifələrində işləyib. HazırdaŞərqin səsiqəzetinin müxbiridir. Respublika Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələmmükafatı laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin fəxri fərmanına, Azərbaycan Jurnalistlər Birliyinin fəxri diplomuna digər nüfuzlu mükafatlara layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 

- Alik müəllim, jurnalistika xüsusi zəhmət tələb edən sahədir. Sizdə bu sahəyə maraq necə yaranıb?

 

- 1969-cu ildən dövri mətbuatda çalışıram. İlk addımlarımı Şirvanın yerliİşıqqəzetində atmışam. Sonralar respublika səviyyəsində çıxan qəzetlərdə - “Azərbaycan müəllimi”,” Azərbaycan gəncləri”, “İdmanqəzetlərində yazılarım çap olunub. Redaktor müavini, redaktorluq təcrübəm var. HazırdaŞərqin səsiqəzetinin müxbiriyəm. Hələ orta məktəbdə oxuyanda, uşaqlıq illərində mənim qəzet oxumağa böyük həvəsim var idi. Qəzet köşklərindən o dövrdə çıxan qəzetləri alıb oxuyurdum. Demək olar ki, mütəmadi olaraq oxuyurdum. 1969-cu ildəZəkaadlı kiçik bir hekayə yazdım İşıqqəzetinin şöbə müdiri Çingiz Ələkbərzadəyə göstərdim. Hekayəni oxuyandan sonra o: “Xoşuma gəldi, ancaq bədii cəhətdən zəifdir. Lakin hiss edirəm ki, səndə yazmaq qabiliyyəti var”,-deyib məni həvəsləndirdi. Səhərisi gündən etibarən məni buruqlara, müəssisələrə göndərdilər məqalə yazmaq üçün istiqamətləndirdilər. Artıq 45 ilə yaxındır ki, ixtisasca jurnalist təhsilim olmasa da, bu sahədə addımlayıram. Təhsil, mədəniyyət, səhiyyə, milli-mənəvi dəyərlərimizə aid bütün sahələrdə yazılarım var. Mən həmişə təcrübəli jurnalistlərdən örnək götürmüşəm. Qəzetlərdə məqalələri oxuyanda həmişə ürəyimdən bir arzu keçirdi ki, görəsən vaxtsa mənim yazılarım yayınlanacaq, oxunacaqmı. Bu arzu ilə yaşadım məqsədimə çatdım. Jurnalist fəaliyyətimə ara verməmişəm, fasiləsiz işləmişəm. Hərbi xidmətdə olanda hərbi ilə, tələbəlik illərində isə universitetlə bağlı yazılarım çıxıb.

 

- Günümüzdə reket jurnalistlərin sayı çoxalıb. Bu sizi narahat edirmi?

 

- Əsl jurnalist obyektiv olmalıdır. Yazdığı yazının məlumatlarını toplayarkən mənbələrə əsaslanmalıdır. Yazdığı   göstərdiyi faktları mənbələrlə əsaslandırmalıdır. Jurnalist ancaq parçada qara ləkə axtarmamalıdır. Əldə olunan nailiyyətləri, uğurları, müvəffəqiyyətləri görməlidir. Ancaq elə jurnalist var ki, gözü yaxşının yerinə xırda nöqsanı görməyə çalışır. Əsl jurnalist yaxşını da, pisi özündə görməlidir. Özündə, əməlində nöqsanı görməyən insan gedib haradasa problem axtarırsa, bu, doğru deyil. Mən həmişə yazılarımla yaxşını təbliğ edirəm, yaxşını nümunə göstərirəm ki, pis ona baxsın ibrət dərsi götürsün. Mən həmişə bu ideyanı təbliğ etmişəm. Bu gün Azərbaycanda mətbuatın inkişafı üçün geniş imkan, şərait yaradılıb. Ancaq çox təəssüflər olsun ki, bundan sui-istifadə edən öz şəxsi maddi mənfəətləri üçün istifadə etməyə çalışan jurnalistlər var. Ona görə Mətbuat Şurası hər il reket qəzetlərin siyahısını çıxarıb şəhər rayonların dövlət orqanlarına göndərir. Hamı belə dırnaqarası jurnalistlərə qarşı mübarizə aparmalıdır. Bunun üçün ictimai qınaq olmalıdr. Bu dırnaqarası jurnalistlərin mətbuat sahəsində yeri olmamalıdır. Bunlar həm jurnalistin, həm jurnalistikanın adına xələl gətirirlər.

 

- Tənqid nöqsanı yazarkən bəzi jurnalistlər təhqirə yol verirlər...

 

- Tənqid obyektivliyin aynasıdır. Tənqid olmasa, insan nöqsanlarını düzəldə bilməz elə bilər ki, hər şey düzdür. Ancaq tərif olmamalıdır. Tənqid ancaq insanın gördüyü işində olan nöqsanına olmalıdır. Tənqid eləyəndə , jurnalist öz prizması nöqteyi-nəzərindən o nöqsanın aradan qaldırılması yollarını da göstərməlidir. Jurnalist qərəzli mövqe tutmamalıdır. Ümumi işin inkişafı naminə tənqid olmalıdır. Tənqidin arxasında başqa niyyət durmamalıdır. Mən hesab edirəm ki, hər bir jurnalist öz əməyini obyektivcəsinə cəmiyyətimizin, dövlətimizin inkişafı naminə sərf etməlidir. Tənqid olmasa, insan nöqsanlarını düzəldə bilməz elə bilər ki, hər şey düzdür.

 

- Alik müəllim, eşitdiyimizə görə pedaqoji sahədə öz sözünüzü deyirsiniz?

 

- 40 ilə yaxındır pedaqoji sahədə çalışıram. Pedaqoji sahədə sıravi müəllim, təşkilatçı, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəb direktoru, metodist vəzifələrində çalışmışam. Ali kateqoriyalı müəllim ali kateqoriyalı metodist adına layıq görülmüşəm. Bu günə qədər 29 kitabın müəllifiyəm, 1 toplu, 3 almanaxın tərtibçisiyəm. Bundan başqa, 22 kitabın ön söz müəllifiyəm, redaktoruyam bu kitabların işıq üzü görməsində zəhmətim əməyim var. Tanınmış insanlar haqqında kitablar hazırlayıram. Haqqında yazdıqlarımın içərisində həkim, müəllim, inşaatçı, mühəndis, dövlət işçisi müxtəlif peşə sənət sahibləri var. Qeyd edim ki, mənim kitablarımda Şirvanın inkişafında əməyi olan öz sözünü deyən insanlar yer alırlar. Elə adamlar olub ki, görmüşəm ki, fitri istedadları var, ancaq nədənsə çəkinirlər. Həmin şəxsləri tapıb onların kitablarını çap etdirmişəm. İlk kitabım 1994-cü ildə Əli Bayramlının (indiki Şirvan) milli qəhrəmanları haqqındadır. Şirvandan başqa, yaxın regionlardan mənim yanıma gəlib kitab çap etdirmək üçün kömək istəyirlər. Mən onların kitablarını hazırlayıram, yığdırıram, redaktə tərtib edirəm. Çap etdirib, gətirib həmin şəxslərə verirəm. Şeir, poeziya həvəskarlarına kitab çıxartmaqda həmişə kömək etmişəm. Mən vətənimə, dövlətimə sədaqətimi bu yolla bildirirəm gördüyüm işlərlə sevgimi büruzə vermək istəyirəm. Şirvanda mənim üçün geniş imkanlar yaradıblar. Yubileylərimi keçiriblər. Bəzi kitablarımın təqdimatı keçirilib şəhər rəhbəri Mərdan Camalov da tədbirdə iştirak edib. Bu isti münasibət, bu cür diqqət qayğı məni həmişə ruhlandırıb. Bir növ mənə ikinci ürək verib. qədər ki, Allah mənə ömür verib, ta ayağım tutub yeriyənə, əlim yazana, gözüm görənə qədər bu həvəslə çalışacağam. Sizə dərin minnətdarlığımı bildirirəm. Mənimlə maraqlanmağınız, mənə göstərdiyiniz diqqət məni bir daha ruhlandırdı...

 

Babək Əsgər

Zaman.-2015.-4 fevral.-S.12.