Azərbaycanın tolerantlıq nümunəsı

 

Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili böyük rol oynamışdır. Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş yaranmış şərait onları, dünya görüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar etmişdir. Sovet İttifaqının dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı əsl dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni təcavüzü yaradırdı.

 

Barışmaz erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, güya Azərbaycandanislam təhlükəsigözlənilir. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi.

 

Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılmış digər dinlərə qayğı göstərir.

 

Azərbaycan müstəqillik qazandıqdan sonra dinlərarası mədəniyyətlərarsı dialoqun inkişaf etdirilməsi üçün çoxsaylı konfranslara ev sahibliyi etməyə başladı. Həmin konfranslarda iştirak edən məxtəlif dinlərərin liderləri Azərbaycandakı torantlığı öz gözləri ilə gördülər. İndi dünya Azərbaycanın tolerant bir ölkə kimi örnək olduğunu qəbul edir. Bunu müxtilif inanclara mənsub din xadimlərinin dedikləri sübur edir. Aşağıda müxtilıf illərdə Azərbayacanda olmuş buradakı tolerantlığa şahidlik etmiş məhşur şəxsiyyətlərin fikirlərini təqdim edirik.

 

 - Rus Pravoslav Kilsəsinin Bakı Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein: “1913-cü ildə Bakı şəhərində 76 965- müsəlman, 76 927 - xristian, 9592 - yəhudi, 3801 - lüteran, 2902 - katolik, 4496 - sektant, 262 - köhnə təriqətçi yaşayırdı. Həmin illərdə Azərbaycanda məscidlər, pravoslav baş kilsələri, kiçik kilsələr, kirxa sinaqoqlar, məbədlər fəaliyyət göstərmişlər. Məhz həmin illərdə Roma katolik, lüteran bir sıra protestant cəmiyyətləri formalaşmışdı. Bu göstərir ki, Azərbaycan hələ bu dövrlərdən başlayaraq çoxkonfessiyalı bir ölkə idi. Maraqlıdır ki, bu dövrdə tolerantlıq prinsipinə nəinki riayət olunurdu, hətta bu prinsip Azərbaycanda inkişaf edirdi”.

 

 - Moskvanın bütün Rusiyanın Patriarxı Kirill: “Azərbaycan dövlətində insanların əksəriyyəti İslam dininə etiqad edir. Lakin burada pravoslav yəhudi icmaları da ənənəvi olaraq mövcuddur Azərbaycanda heç vaxt dinlərarası münaqişələr olmamışdır. Müasir terminalogiyadan istifadə

 

etsək, bu gün tolerantlığın yüksək səviyyədə olduğunu deyərdik. Azərbaycanda provaslav xristianlar heç vaxt təqib edilməmişdir. Buradakı ruslar heç vaxt həyati təhlükə ilə üzləşib öz evlərini tərk etməmişlər. Tarixi vərəqləyəndə məlum olur ki, əcdadlarımız ümumi təhlükələrə qarşı çiyin-çiyinə vuruşmuşlar. 1905-ci ildə müsəlman provaslav ruhaniləri millətlərarası dinlərarası ayrı-seçkiliyin qızışdırılmasına qarşı birgə çıxış etmişdilər”.

 

 - Rum patriarxı I Varfolomey: “Azərbaycanda dövlət- dini konfessiyalar münasibətləri, habelə ənənəvi qeyri-ənənəvi dini konfessiyalar arasındakı mövcud münasibətlər nümunəvidir. Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir

 

 - Gürcüstan Patriarx Katalikosu II İlya: “Mən elə bir ailədə böyümüşəm ki, bizimən çox qonağımız məhz müsəlmanlar olurdu. Məhz öz uşaqlıq illərimi yada salıb onların bizə təşrif buyurduqlarını xatırlayıram. Bizim böyüklərimiz dost müsəlmanlar üçün ən gözəl otaqlarını hazırlayırdılar. Orada xalçalar döşəyirdilər ki, qonaqlar burada öz müsəlman qaydaları ilə ibadətlərini etsinlər”.

 

- Rusiya Federasiyası Dağıstan Respublikasının sabiq Prezidenti Muxu Əliyev: “Hörmətli İlham Heydər oğlu, əsasən, Sizin Şeyxülislamın səyləri sayəsində Azərbaycan bu gün dünyaya sivilizasiyalararası, konfessiyalararası razılığın, tolerantlığın ictimai həyatın adı vəziyyətinə çevrildiyi ölkə kimi qəbul olunur. Hesab edirik ki, Bakı İslam Konfransı Təşkilatı tərəfindən haqlı olaraq 2009-cu ilin İslam mədəniyyəti paytaxtı elan olunmuşdur bu işdə Sizin xidmətləriniz böyükdür”.

 

 - AŞ-nın sabiq baş katibi T.Devis: “Bakı, Azərbaycan qeyri-adi bir məkandır. Bura tarix boyu müxtəlif mədəniyyətlərin qovuşma nöqtəsi, Şərq Qərb, Şimal Cənub arasında təbii bir körpüdür”.

 

- İKT-nin Baş Katibi E.İhsanoğlu: “Humanist islam dəyərləri zəngin ənənələrdən formalaşan nadir Azərbaycan modeli müasir dünya üçün qiymətli örnək ola bilər. Azərbaycanın böyük sivilizasiyalar arasında əməkdaşlıq sahəsində simvola çevrilib. Bu amil onun yerləşdiyi coğrafi məkan, həm burada müxtəlif mədəniyyətlərin qovuşması ilə əlaqədardır”.

 

 - Avropa Xalq Parlament Assambleyasındakı Avropa Xalq Partiyasının sədri Luka Volente: “Azərbaycanda tolerantlıq ənənəsinin qədimliyi müasirliyi bu gün bütün dünya, xüsusilə Avropa üçün örnək ola biləcək səviyyəsindədir. Dinlərarası dialoq bu gün yaxşı düsturdur onun üzərində müntəzəm işləmək lazımdır. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərdən öyrənmək lazımdır. Azərbaycan tolerantlığının ən böyük dəyəri isə ondadır ki, o, siyasi qərar deyil, xalqın təbii həyat tərzidir. Tolerantlığın Azərbaycan modeli bizim üçün çox maraqlıdır. Bu model bir çox ölkələrə, o cümlədən müsəlman ümmətinə örnək olabilər. Biz Avropada görmək istədiklərimizi Azərbaycanda görürük”.

 

 - Alban-Udin xristian icmasının sədri Robert Mobili: “Tolerantlıq fransız sözü olsa da, onun vətəninin Azərbaycan olduğunu hesab etmək mümkündür. Hazırda Oğuz rayonunun Nic kəndində cəmi 100 kvadratmetirlik balaca bir sahədə üç dinə -iudaizm, xristianlıq islam dininə aid məbədlər yanaşı inşa edilmişdir, belə bir fakta dünyada çoxaz halda şahid ola bilərsiniz. 1836-cı ildə Çar Rusiyası Alban kilsəsinin erməni Eçmiədzin kilsəsinə tabeliyinə verməsi qəbuledilməz bir addım idi. Bununla alban-udinlərin qriqoryanlaşdırılması erməniləşdirilməsi prosesi başladı ki, bu da reallıqların üstündən xətt çəkməkdən başqa bir şey deyildi. Amma mən qədim Azərbaycan mədəniyyətinin varisi olan bir xalqın nümayəndəsi kimi avropalı deputatların diqqətinə çatdırmaq istərdim ki, bu ölkənin yerli xalqı bizik, ermənilər deyil, bu gün malik olduğumuz milli-dini dözümlülük keyfiyyəti Azərbaycan gerçəkliyini əsrlər boyu öz mənəvi dəyərlərində yaşadan alban-udinlərin yaşayış tərzindədir”.

 

 - Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva: “Azərbaycan Böyük İpək Yolu üzərində yerləşən ölkə kimi tarix boyu yüksək tolerantlıq mühitini yaratmışdır. Bu, həm mədəniyyətimizdə, həm cəmiyyətimizdə dərin iz qoymuşdur. Indi bizim cəmiyyətdə belə bir tolerantlıqab-havası hökm sürür. Bakı unikal şəhərdir. Artıq uzun müddətdir ki, burada müsəlman məscidi atəşpərəst məbədi, katolok kilsəsi sinaqoq, pravoslav məbədi kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlığı faktı belə, yüksək tolerantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir hər bir dinin əsas dəyərlərinin ümumbəşəri dəyərlərlə üst-üstə düşdüyünü təsdiq edir”.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Elvin Əliyev  

 

Zaman.-2015.-5 fevral.-S.13.