Ölkədə bütün azadlıqlar, o cümlədən din azadlığı təmin edilib

 

Hazırda dünyanın əksər ölkələri çoxsaylı problemlərlə baş-başadır.

 

Başqa sözlə desək, düşünülməmiş addımların atılması onların başağrısına çevrilib desək, yanılmarıq. Bu kimi problemləri yoluna qoymaq, daha doğrusu, onların qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Bir zamanlar bu məqsədlə keçirilən tədbirlərə dünyanın müxtəlif ölkələri ev sahibilik edirdilər. Son illər həmin dövlətlərin sırasına daha bir ölkə - Azərbaycan da daxil olub. Qısa zaman kəsiyində Bakı - Azərbaycan bu sahədə örnək olacaq fəaliyyətini ortaya qoymaqla belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq etibarlı, həm ənənəvi bir məkana çevrilib. Bir-birinin ardınca Bakıda təşkil olunan beynəlxalq tədbirlər buna sübutdur. Həmin beynəlxalq tədbirlər sırasında dini milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu isə o deməkdir ki, ölkəmiz yalnız coğrafi anlamda Şərq ilə Qərb arasında körpü rolunu oynamır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi inkişaf etmiş Azərbaycan bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla onların vəhdətini təcəssüm etdirir.

 

Əhalisinin əksəriyyətinin müsəlmanlardan ibarət olduğı respublikamızda başqa dinə mənsub olan xalqların nümayəndələri yaşayırlar. Fəxrlə qeyd etmək istərdik ki, indiyədək onlara qarşı heç bir dini ayrı-seçkiliyə yol verilməyib, dini baxışa görə təqib olunmayıb. Yəni müxtəlif dinlərin nümayəndələri azərbaycanlılarla əmin-amanlıq şəraitində yaşayırlar. Müharibə vəziyyətində olmasına baxmayaraq, hazırda ölkəmizdə minlərlə erməni yaşayır. İki il öncə Qusar rayonuna səfərində ölkə başçısı deyib: “Heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək verilmir. Bunun qarantı mənəm - Azərbaycan prezidenti! Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar. Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Biz bunu qiymətləndirməliyik ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bəlkə bizim ən böyük sərvətimizdir. Hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır. Bizi bəzi başqa ölkələrdən fərqləndirən məhz budur... Bizim təcrübəmiz dünya ictimaiyyəti tərəfindən öyrənilir. Necə ola bilir ki, müxtəlif dillərdə danışan, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi, problemsiz yaşayırlar?! Biz öz həyatımızla siyasətimizlə sübut edirik ki, bu, mümkündür... Özü yaxşı yaşamaq mümkündür... Biz istəyirik ki, dünya ictimaiyyəti bizim təcrübəmizi bilsin harada lazımdır öyrənsin, tətbiq etsin. Bu baxımdan da Azərbaycan dünyada seçilən ölkələrdəndir”.

 

 Azərbaycan - nadir ölkələrdən biri

 

Bəli, bizim məmləkətimizdə müxtəlif dinlərə məxsus insanlar dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə olunub onların dini məbədləri qorunur. Bu gün Azərbaycan dünyada məscid, kilsə sinaqoqun üçünün bir arada olduğu, eləcə müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biridir. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Bakı şəhərindəkiMüqəddəs Məryəmkatolik kilsəsində yenidənqurma bərpa işləri aparılması dediklərimizə sübutdur. Azərbaycan bununla kifayətlənmir. Xarici ölkərlərdə bu istiqamətdə mühüm işlər görür. Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakı, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların konfessiyaların qarşılıqlı hörmət dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir. Tolerantlığın özünəməxsus modelini yaradan Azərbaycan hər bir belə abidəni ümumbəşəri dəyər kimi qəbul edir. Bu mənada Azərbaycan tolerantlıq keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş bu gün fərqlənməkdədir. Elə buna görə Roma papası ll İhonn Pavel 2002-ci ildə ölkəmizə səfəri zamanı dinlərə qarşı tolerantlığımızı yüksək qiymətləndirib Azərbaycanda dinlər arasında dözümlülüyün qarşılıqlı anlaşmanın mövcud olmasını fəxr etməli hal kimi qiymətləndirib. O, bununla da Azərbaycanın Şərq Qərb arasında qapı olmasını bir daha təsdiqləyib.

 

Bəli, Azərbaycan çoxmillətli dövlətdir. Ölkədə bütün azadlıqlar, o cümlədən din azadlığı təmin edilib. Ölkəmizdə 1000-dən çox məscid, 22 kilsə, altı sinaqoq, həmçinin digər dini məbədlər fəaliyyət göstərir. Bu mənada bəzi dövlətlərin ölkəmizə həsəd aparmaları başadüşüləndir. Halbuki torpaqlarımızın iyirmi faizini işğal etmiş Ermənistanda bu rəngarəngliyə rast gəlmək mümkün deyil. O da qeyd edilməlidir ki, bu gün Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması, nəticədə bir milyondan çox soydaşımızın məcburi köçkün həyatı yaşaması, işğal altındakı tarixi-dini abidələrimizin məhv edilməsi təkcə Azərbaycanda deyil, bütün regionda sülh sabitliyin bərqərar olmasına, eləcə tolerantlıq ənənələrinin möhkəmlənməsinə, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaradır. Lakin dünyanın mötəbər qurumları, aparıcı dövlətləri hələ buna göz yumur, dolayısı ilə işğalçı ölkəni dəstəkləyir.

 

 Tarixə müraciət etsək...

 

Belə bir mehribançılıq, dini milli tolerantlığa sayğı isə ölkəmizdə yeni formalaşmayıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, müqəddəs islami dəyərlərdən bəhrələnib, faydalı ünsiyyət sarsılmaz əməkdaşlığa söykənən tolerantlıq ölkəmizdə çox qədim tarixi köklərə zəngin ənənələrə malikdir. Tarixə müraciət etsək görərik ki, tarixən bu torpaqlarda yaşayan xalqımız, doğrudan da, insansevərliyi ilə müxtəlif millətlərin nümayəndələrinə öz tarixi yurdlarında yaşamaq üçün yer verib. Sayca az olan bu millətlər özlərinə Vətən saydıqları bu məmləkətdə daim dinc, əmin-amanlıq şəraitində yaşayıblar, öz mədəniyyətlərini qoruyub saxlayıblar. Hazırda respublikamızın müxtəlif şəhərlərində milli azlıqların 20-yə yaxın mədəniyyət cəmiyyəti var. Bu məsələ həm ulu öndər Heydər Əliyev, həm onun layiqli davamçısı İlham Əliyevin həmişə diqqət mərkəzində olub. (Təkcə bir faktı qeyd edək ki, bütün regionda ilk dəfə 16 noyabr Beynəlxalq tolerantlıq günü kimi ölkəmizdə qeyd edilib). Onu da qeyd etmək istəyirik ki, Azərbaycanın tolerantlığa bu qədər həssas ciddi yanaşması əslində təkcə keçmişinə hörmətindən deyil, həm sağlam gələcək qurmaq istəyindən irəli gəlir. Çünki tolerantlıq prinsipləri bərqərar olmayan cəmiyyətdə dinlər mədəniyyətlərarası dialoqun baş tutması, ən əsası ictimai-siyasi sabitliyin qorunması, sürətli inkişafın təmin olunması qeyri-mümkündür.

 

Bəli, Azərbaycan bu gün bu sahəyə çoxlu töhfələr verməyə səy göstərir. Elə dövlətimizin təşəbbüsü təşkilatçılığı ilə 2012-ci ilin aprelində 500-ə yaxın din xadimi, siyasətçi, mətbuat, elm xadimlərinin iştirakı ilə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu buna bir daha sübutdur. Bu gün Bakı iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Sammitinə bununla bağlı çoxsaylı beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Təsadüfi deyil ki, dünyada analoqu olmayan Beynəlxalq Multikulturalizm Mərkəzi Bakıda yaradılıb. Azərbaycan belə tədbirlər təşkil etməklə xalqları bir-birinə yaxınlaşdırmağa sülhün qorunub saxlanmasına səy göstərir, bu istiqamətdə hər vasitədən istifadə etməyə çalışır. Yeri gəlmişkən, siyasətçilər tərəfindənyumşaq qüvvəadlandırılan humanitar əməkdaşlıq ölkələri xalqları ədalət tolerantlıq, həmrəylik qarşılıqlı hörmət dəyərləri əsasında birləşdirməklə sivilizasiyaların dialoqundakı maneələri aradan qaldırmaqda mühüm rol oynayır.

 

Sözdin azadlığı ölkə Konstitusiyasında təsbit edilib. Bu tarixi ənənələrin qorunmasında dövlətin rolu böyükdür. Dini dözümlülüyün və tolerantlığın möhkəmlənməsinə ümummilli lider Heydər Əliyevin dövlət və din münasibətlərini əlaqələndirən konsepsiyası şərait yaradıb. Ona görə də Azərbaycan bu iki sivilizasiyanın müsbət dəyərlərini özündə birləşdirib. Həm Qərbin, həm də Şərqin həyatına və mənəvi aləminə işıq tuta bilib. Söz yox ki, ölkəmiz bu mühüm missiyanı gələcəkdə də davam etdirəcək. Rus yazçıçısı Fyodor Dostoyevskinin belə bir kəlamı var: dünyanı gözəllik xilas edəcək. Bu gün bu fikri qəbul etməyənlərin sayı sayı kifayət qədərdir. Mən də elə bir qənaətdəyəm ki, dünyanı gözəllik xilas edə bilər. Amma məsələ burasındadır ki, dünyanı xilas edəcək gözəlliyin özününindi xilasa ehtiyacı var. O gözəlliyin xilaskarının əsas adı isə dinimilli tolerantlıq, millətlərarası münasibətlərin inkişafıdır. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

Qvami Məhəbbətoğlu  

Zaman.-2015.-6 fevral.-S.13.