Ədalət dini və
tolerantlıq anlayışı
Dinlər arasında ən
ciddi fərq hansı nöqtədədir,
bilirsinizmi? - İnsana
Allahı tanıtma məsələsində.
Yəni sən hansı Allahın bəndəsisən, sənin
Allahın necə Allahdır... Təbii ki, söhbət üç səmavi dindən, yəhudi, xristian və müsəlman dinlərindən
gedir. Bu məsələ,
yəni Allah anlayışı
bu dinlər arasında ən prinsipial məsələ,
yəni “olmazsa-olmaz”dır.
Yəhudilər Həzrəti
İsa ilə gələn xristianlığı
qəbul etmədilər,
bu ikisi də Həzrəti Məhəmmədlə (s.ə.s)
gələn Quranı
və İslamı. Tarixi ardıcıllıqla
diqqət etsək, görərik ki, hər kəs özündən sonrakını
meydana buraxmamaq üçün bütün
gücü ilə müqavimət göstərir.
Bütün dinlərin, endirilən
kitabların tək qaynağı isə Allah-Təaladır.
Sual oluna bilər ki, bəs onda Allah niyə müxtəlif zamanlarda müxtəlif kitablar endirdi? Sualın ən
doğru cavabı
“Allah bilir”dir. Bizim bildiyimiz isə Allah-Təalanın bildirdiklərinin
bir hissəsindən artıq deyil. İnandığımız bir həqiqət
var ki, Quran necə nazil olubsa, o cür də var, Qiyamata
qədər də elə qalacaq. Bizim bu əminliyimizin qaynağı da Allah-Təaladır. Çünki Qurani-Kərimdə bildirilir
ki, bu Kitabı
Allah endirdi və Qiyamətə qədər
də onu qoruyacaq. Yəni bir müsəlmanın
Quran haqqında şübhəsi
onu imandan çıxarar. Qurana tam təslimiyyət,
orada deyilən hər şeyin həqiqət olduğuna qəlbdən inanmaq müsəlman üçün
imanın şərtlərindən
biridir. Demək, Quran bizim üçün
meyardır. Bilmədiyimiz bir fikrin, iddianın
doğru olub-olmadığını
dəqiqləşdirk üçün
onu Quranla ölçəcək, yəni
müqayisə edəcəyik.
Qurana zidd olan hər
hansı iddia, fikir birmənalı şəkildə yalandır,
həqiqətdən uzaqdır.
Öncəki kitablara münasibət
məsələsi dinimizin
ən həssas nöqtələrindən biridir.
Belə ki, bir müsəlman
Allahın endirmiş olduğu bir kitabı, bir səhifəni, bir əmri zamanından, məkanından asılı
olmayaraq inkar edərsə, kafir sayılır. Amma bir məsələ də var ki, o kitablarda
yer almış bəzi məsələlər
Qurana tamamən ziddir. Belə olan halda bizim üçün ölçü Qurandır.
Onu da unutmayaq ki,
öncəki kitablarda
yer almış bəzi tarixi hadisələr o kitabın
nazil olmasından xeyli sonra baş
verdiyi məlumdur.
Məsələn, bu gün xristianlığın təməl
kitabı kimi tanınan İncilin dörd variantı var və bu
dörd variant yüzə
yaxın kitab içindən seçilib,
qalanları isə yandırılıb. Bəli,
biz öncəki kitabların,
yəni Tövratın
da, İncilin də Allah-Təala tərəfindən endirildiyini
qəbul edəcəyik,
o kitablar haqqında ancaq hörmətlə danışacağıq, amma
qərarımızı Quranla
verəcəyik, meyar olaraq Quranı götürəcəyik.
***
Bütün dinlərin təməlində
ədalət anlayışı
dayanır. Ədalət təkcə hər kəsə əməyinin
qarşılığını vermək deyil, həm də hər kəslə doğru məsafədə
dayanmaqdır, hər kəsi layiq olduğu qədər sevməkdir, hər kəsə borcunu dəqiq bilmək və o anlayışla davranmaqdır.
Bir insanın
Allaha qarşı ədalətli davranması
hər şeyini Ona borclu olduğunu
bilməsi və həyatını Allahın
əmrləri istiqamətində
qurmasıdır. İnsanın Peyğəmbərinə qarşı ədalətli
davranışı isə
Onun yolunu tutması və dinini doğru-düzgün
yaşamasıdır, cəmiyyətə
qarşı ədalətli
davranışı isə
kimsənin haqqına müdaxilə etməməsidir.
Əslinə qalanda bir insanın Allah qarşısında
borcu anlayışı
digər bütün borcları da özündə ehtiva edir. Çünki insanın insana
qarşı ədalətsizliyi
müəyyən mənada
Allaha qarşı da haqsızlıqdır.
Çünki Allah bütün zülmləri, bəndənin
bəndəyə qarşı
haqsız davranışını
yasaqlayır. Allah-Təala hər zaman haqlı olanın və haqlı olduğu halda məzlum duruma düşənlərin
tərəfin tutar.
Ola bilsin ki,
kimlərsə bu həqiqəti dünyada
hiss eləməsinlər, amma
axirət həyatında
bu həqiqətə mütləq inanacaqlar.
İslam dini irqindən, rəngindən, dinindən
asılı olçmayaraq
Allahın yaratdığı
hər kəsə, hər canlıya qarşı ədalətli
davranmağı əmr
edir. Dinimiz sənə haqq
vermir ki, sənin dinindən olmayan bir başqasına
qarşı haqsız
davranasan. Allah hamının Allahıdır,
dindarın da, dinsizin də. Qurani-Kərimdə buyurulan “Dində
məcburiyyət yoxdur”
həqiqəti də əslində insanın insan üzərində təzyiqini, haqsızlığını
önləmək üçündür.
Məcburi din olmaz, din iradə
ilə seçimdir, könüllüdür və
hər kəs də öz seçiminə məsuldur.
***
Sevimli Peyğəmbərimizin (s.ə.s.)
müharibəyə gedərkən
öz əsgərlərinə
verdiyi təlimlər
son dərəcə humanist və mərhəmət doludur: Aman diləyəni
öldürməyəcəksiniz; qocalara, qadınlara, uşaqlara toxunmayacaqsınız;
heyvanlara zərər verməyəcəksiniz; ağacları
qırmayacaqsınız; əkinlərə
toxunmayacaqsınız...
Diqqətlə araşdıqsanız, görəcəksiniz
ki, sevimli Peyğəmbərimizin (s.ə.s.)
bütün həyatı
boyunca apardığı
müharibələrin cəmi
müddəti 13-14 saatı
keçmir. Üstəlik də Rəsulullah
(s.ə.s.) heç zaman müharibə təşəbbüsündə olmayıb. Sadəcə Allahın dinini
qoruyub saxlamaq üçün lazım olan tədbirləri həyata keçirib.
Yəni ya hücumların qarşısını alıb,
ya hücum hazırlıqları xəbərini
aldığı üçün
təhlükəni yerindəcə
zərərsizləşdirmək üçün hərəkətə
keçib, ya da xəyanət edən müttəfiqlərə
layiq olduqlarını
verib.
Deyirlər ki, səfər zamanı Rəsulullah (s.ə.s.) yol üstündə bir itin balaladığını
görür. Ordudan iki əsgər
ayırıb o itin başına qoyur və bir müddət
o iti qorumalarını,
hər şey tamamlandıqdan sonra gəlib orduya yetişmələrini tapşırır.
Allah- Təala (c.c.) Qurani-Kərimdə
sevimli Peyğəmbərinə
“Onlar iman etmirlər deyə sən az qala
özünü parçalayacaqsan”
buyurur və hidayətin ancaq Allaha məxsus olduğunu bildirir.
Bəli, müsəlmanlığın önündə
bu qədər böyük, bu qədər möhtəşəm
və mərhəmət
dolu uca bir şəxsiyyət gedir. Peyğəmbərimizin yolu sevgi yoludur, mərhəmət yoludur, xeyirxahlıq yoludur, əldən tutmaq, ac doyurmaq, yetim sevindirmək, kafir belə olsa, qarşı tərəfin xeyiri üçün çalışmaq
yoludur. Amma nə yazıq ki, bu qədər
möhtəşəm bir
şəxsiyyətin, sevimli
Peyğəmbərimizin (s.ə.s.)
yolunda getdiyini iddia edən bəziləri haqlı-haqsız
demədən cana qıyırlar,
mal qəsb edirlər,
insanlara əzab, işgəncə verirlər.
Onlar Peyğəmbərimizi tanımırlar,
Allah-Təala haqqında
anlayışları doğru
deyil, ona görə də bu qədər cinayətə, günaha girməkdən çəkinmirlər.
Bunun nəticəsidir ki, bu gün zavallılar
uca dinimizi terrorla eyni çəkir
və bu ilahi təlimi təhrif halı ilə təqdim etməyə çalışırlar.
***
Allah-Təala
(c.c.) sonsuz mərhəmət
sahibidir. Bəndələrini sevər. Halimdir, yəni günahkar
bəndəsini o andaca
cəzalandırmaz, günahından
dönməsi, tövbə
edib, yalvarıb, təmizlənməsi üçün
ona möhlət verər. Adildir, buynuzsuz qoçun
qisasını buynuzlu
qoçda qoymaz.
İnanmış bəndələrini düşməndən qoruyar.
Bəzən də sevdiyi
qullarını elə
hikmət işlədərək
qoruyar ki, heyrətdən quruyub qalarsan. Onun sevgisi sonsuzdur,
Onun mərhəməti
hüdud tanımaz, amma bir istehzası
da var. Bir istehzası var ki, anlatmağa dil acizdir.
Bizi yaradan, yaşadan, sonsuz mərhəməti ilə bürüyən, yedirən, içirən,
öldürüb, sonra
da dirildəcək olan Allaha sonsuz
həmd olsun! O, bizim Rəbbimiz, yəni Sahibimizdir. “Fənafillah” deyilən bir anlayış var, yəni Allahda yox olmaq,
əriyib Allaha qarışmaq, şəkər
suda əriyən kimi Allah əmrlərində
əriyib yox olmaq, onun dediyi
olan yerdə başqa seçim, başqa məntiq axtarmadan təslim olmaq, O varkən, mən yoxam, O, hər şey, mən heç nə, O, əbədi, mən fani... Faninin qurtuluşu Əbədiyə
dönüşü ilə
mümkündür. İnsan dediyin
bu fani varlığın
dəyəri Allaha təslimiyyəti ilə bağlıdır. İnsanın
azadlığı da,
xoşbəxtliyi də
Allah ilə münasibətlərinə
görə tənzimlənər:
Kim Allaha nə qədər təslim ola bilirsə,
o qədər azaddır;
kim Allah əmrini həyatına nə qədər hakim qıla bilirsə, o qədər xoşbəxtdir.
Davamı növbəti sayımızda
Azərbaycan
Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə
ni hazırladı: Əli Çərkəzoğlu
Zaman.-2015.-7 fevral.-S.13.