“Böyük futbolçu olmaq
üçün çox şeylərdən imtina etmək
lazımdır”
ƏSGƏR HÜSEYNOV,
8-9 yaşlarında futbola başlayan Nazim Süleymanov
Sumqayıtın Sintetik Kauçuk Zavodunun komandasında
debüt edib.
Bu zaman Süleymanovun hələ 17 yaşı
var idi. Daha sonra istedadlı futbolçu Mingəçevirin
“Avtomobilçi”, bundan sonra isə Bakının “Neftçi”
komandasına transfer olunur. Futbol azarkeşlərinin
böyük rəğbətini qazanan Süleymanovun ən
böyük uğurları isə Rusya çempionatı ilə
bağlıdır. 1995-ci ildə
Vladiqafqazın “Alaniya” komandası ilə Rusya çempion olan
futbolçu, həm də klubun ən sərrast
hücümçusu ünvanını alıb.
Süleymanov cəmi bir il sonra komandadan
ayrılıb. Nazim Süleymanovun “Alanya”dan
ayrılmasına səbəb isə 1996-cı ildə “Spartak”
(Moskva) ilə keçirilən oyun idi. “Qızıl
oyunda” “Spartak”ın qapısına qol vurmağa yaxın olan,
ancaq hədəfdən yayınan Nazim Süleymanovu o zaman
“Alanya”nın baş məşqçisi
bağışlamadı. Daha sonra Rusyanın
“Jemçujina” komandasında karyerasını davam etdirən
Seleymanov elə bu komanda da futbolçu karyerasını sonlandırdı.
Nazim Sülemanov Azərbaycan futbolunun
yetişdirdiyi ən yaddaqalan oyunçulardan biridir, desək yəqin
ki, yanılmarıq. Futbolçu karyerası ərzində
386 oyunda iştirak edən Nazim Süleymanov rəqib
qapılarında 100 top keçirməyi bacarıb. Məşqçilik
karyerasında isə Nazim Süleymanov Rusyanın
“Jemçujina”, Lənkəranın “Xəzər Lənkaran”,
Bakının “Olimpik-Şüvəlan”, paytaxtın
“Neftçi” klubları ilə yanaşı Azərbaycan
millisində də çalışmışdır. “Çempion” qəzeti hazırda işsiz olan təcrübəli
mütəxəsislə əlaqə saxlayaraq, ona gələcək
karyerası ilə bağlı suallar ünvanlayıb.
- Nazim
müəllim, sizin fevralın 17-də əlli
yaşınız tamam olur. Bu yubiley münsabətiylə
sizi “Çempion” qəzeti adından təbrik edir, gələcək
karyeranızda sizə bol-bol uğurlar arzulayırıq.
- (Gülür) Diqqətinizə görə təşəkkür
edirəm. Çox sağolun.
- Doğum günündə
özünüzə ən çox nə arzulardınız?
- İnsan həyatdan nə istəyə bilər? Təbii ki,
can sağlığı, ailə səadəti və
uşaqlarımın xoşbəxtliyi.
- Son bir neçə ay ərzində
Nazim Süleymanovun adı U-21 millisi, Məşqçilər
Komitəsi, AZAL klubu və “Xəzər Lənkəran”
komandası ilə yanaşı çəkildi. Ancaq bu komandaların heç birində yeni işə
başlamadınız?
- Sizin
söylədiklərinizin bəziləri şayədir, bəziləri
isə həqiqət. Bilirsiniz ki, U-21 millisini
çalışdırmağa mənimlə yanaşı
Əsgər Abdullayev, Şahin Dınıyev və Yaşar
Vahabzadənin namizədliyi irəli
sürülmüşdü. Bu dörd
namizəddən hər biri U-21-də işləməyə
layiq olan mütəxəssislərdir. Mən bir daha
“Çempion” qəzeti vasitəsilə Yaşar Vahabzadəni
bu posata təyin olunması münasibətilə təbrik edir
və ona uğurlar
arzulayıram. O ki, qaldı iş məsələsinə
fakt odur ki, mən bu gün işsizəm. Məşqçi
işi belədir, bəzən elə aylar, yaxud elə illər
olur ki, işsiz qalırsan. Bizim üzərimizə
yalnız gözdəmək düşür. Hər hansı bir təklif gələrsə, onu dəyərləndirməyi
düşünürəm.
- Bəzi
mətbu orqanlarda belə bir xəbər yayıldı ki, sizə
“Xəzər Lənkəran”da idman direktoru vəzifəsi təklif
edilib, amma siz bu işdən imtina etmisiniz. Bu məlumat
doğrudurmu?
- Xeyir, bu
məlumat doğru deyil. Mənə belə bir təklif
olunmayıb.
- Hazırda Topaz Premyer
Liqasının oyunlarını izləyirsinizmi, yoxsa futboldan
bir az uzaqlaşıb istirahət etmək
istəyirsiniz?
- İmkanım olan kimi stadiona gedib Topaz Premyer Liqasının
oyunlarını canlı şəkildə izləyirəm. Bizim işimiz
futboldur, buna görə də bu oyundan aralı düşmək
mümkün deyil. Biz bu sənəti
seçmişik və ömrümüzün axrına qədər
bu peşənin arxasınca gedəcəyik. Yaşımızın bu vaxtında başqa peşə
seçə bilmərik.
- Güləşlə
məşğul olmusunuz və bu idmanda ciddi nailiyyətləriniz
də olub. Bir-birindən tamam fərqli iki idman növündə
uğur qazanmaq hər kəsə nəsib olmur...
- Mən Sumqayıt şəhərində
böyüyüb başa çatmışam və elə
orada da sərbəst güləşlə məşğul
olmuşam. Sumqayıt şəhərinin birinciliyində ikinci
yer tutaraq Azərbaycan birinciliyində iştirak etmişəm.
Ancaq güləşlə bərabər mən
həm də futbolla məşğul olurdum. Eyni anda həm futbol oynayırdım, həm də
güləşə gedirdim. Həftənin
bir günü güləş, bir günündə isə
futbol dərslərinə qatılırdım. Sonradan güləşi tərk edib futbolla məşğul
olmağa başladım.
- Nazim Süleymanov Azərbaycan
futbol tarixinin ən yaxşı hücumçularından biri
olub. Hazırda Azərbaycan futbolunda ciddi
şəkildə hücumçu problemi var. Necə fikirləşirsiniz,
bu problemin kökündə nə dayanır?
- Mən
deməzdim ki, indi Azərbaycanda hücumçu yoxdur. Əlbbəttə ki, Azərbaycan futbolunda kifayət
qədər istedadlı forvardlar var. Ancaq burda çox sayda
amillər var ki, onlar hücumçunun özünü təsdiq
etməsinə mane olur. Hər şeydən
əvvəl hucumçu öz üzərində daim
çalışmalıdır. Qazandıqları
ilə kifayətlənməməlidir. Hücumçunun
uğur qazanması üçün əsas şərtlərdən
biri onun həyatda və meydançada nizam-intizamlı
olmasıdır. Nizam-intizam olmayan yerdə
hər hansı bir nailiyyətdən söhbət belə gedə
bilməz.
- Siz, Sumqayıt və Mingəçevirdə
futbol oynamısınız, Ləkəranda isə baş məşqçi
vəzifəsində çalışmısınız. Bəzi
futbol adamları deyir ki, Azərbaycan çempionatı balaca
Bakı çempionatına çevrilib, klubların əksəriyyəti
paytaxta toplaşıb. Necə
düşürüsünüz, bunu bölgələrdə
futbol inkişafına əngəl saymaq olarmı?
-
Bilirsiniz, həyatda çox şey maddiyata bağlıdır.
Bölgələrdə futbolu inkişaf etdirmək
üçün də maddi vəsait tələb olunur. Azərbaycanın ikinci şəhəri Gəncənin
komandası hazırda birinci dəstədə
çıxış edir. Futbol üzrə
bütün (cari çempionatdan başqa) Azərbaycan
çempionatlarında iştirak etmiş Tovuzun “Turan”
komandası hazırda birinci divizionda mübarizə aparır.
Ölkə futboluna çox sayda futbolçu
qazandıran Mingəçevir şəhərinin komandası
da hazırda çətin günlərini yaşayır.
Çox bölgələrimiz var ki, orada futbolun
inkişafına sərmayə qoymaq lazımdır. Düzdür, elə bölgələr var ki, orada
futbola ciddi şəklidə sərmayələr qoyulur. Ancaq mən belə düşünürəm ki, bu
hal sistemli şəklidə bütün bölgələrdə
həyata keçirilməlidir. Bölgədə
işləyərkən nəyəsə dözüb, nəyisə
qurban verməklə nailiyyət qazanmaq olar.
- 1995-ci ildə Rusya çempionu
oldunuz. Ondan əvvəlki illərdə isə
bu çempionatın ən sərrast hücumçusu
ünvanını əldə etdiniz. Bu cər
uğurlara imza atmaq üçün peşəkar
futbolçu nələrə diqqət etməlidir?
- Hər
bir insan əvvəcə öz həyatını qaydasına
salmalıdır. Yəni idmançı əvvəlcə
bədən tərbiyəsinə diqqət etməlidir. Bədənini tərbiyə edə bilməyən
futbolçu həyatda və idmanda heç bir uğur qazana
bilməz. Amma futbolda yazılmayan qanunlar
var. Bu qanunları bütün peşəkar futbolçular
bilir. Bunlara diqqət etmək
lazımdır. Bəzi anlarda səbirli, bəzi
anlarda isə dözümlü olmaq lazımdır. Uğur qazanmaq istəyən idmançı dayanmadan
daima öz üzərinə çalışmalıdır.
Baxın dünyanın ən yaxşı
futbolçusu Kristiano Ronaldoya. Mən onun məşqçisinin
açıqlamalarından oxumuşam ki, məşqə
hamıdan tez Ronaldo gəlir, məşqi ən gec tərk edən
də yenə Ronaldodur. Onun
çalışmalarının və əziyyətinin nəticəsində
“Qızıl top” yenidən Ronaldoya verildi. Böyük
futbolçu olmaq üçün çox şeylərdən
imtina etmək lazımdır. Sözümün
canı odur ki, insan dayanmadan daima özünü inkişaf
etdirməlidir.
- 2015-ci ilin yanvar ayından etibarən
Lənkəran komandası strategiyasını dəyişərək,
gəncləşdirmə siyasətinə başladı. “Xəzər Lənkəran”da
çalışmış bir mütəxəsis kimi bu
strategiyanı dəyərləndirərdiniz?
- Hər
bir klubun öz planları, məqsədləri və
strategiyası var. Ona görə də mənim kənardan nəsə
deməyim düzgün olmaz. Ancaq mən deyərdim
ki, “Xəzər Lənkəran” Azərbaycan
çempionatına böyük gözəllik və rəng
qatır. Azərbaycan çempionatı
azarkeş baxımından hər zaman əziyyət çəkib.
Ancaq ən çox azrkeş “Xəzər Lənkəran”
oyunlarında olur. Bundan başqa, Lənkəran
komandası çempionatda iştirak etdiyi bütün
zamanlarda böyük hədəflər üçün
yarışıb. Strategiyanın dəyişməyinə
qalanda isə, mən belə düşünürəm ki, bu
klub rəhbərliyinin gələcəyə hesablanmış
bir planıdır. Bizə qalır
yalnız və yalnız Lənkəran komandasına
uğurlar arzulamaq.
- Siz Azərbaycanın əsas
millisində də məşqçi vəzifəsində
çalışmısınız. Ölkəmizin əsas millisinə yeni təyin
olunmuş baş məşqçi xorvatiyalı Robert
Prosineçki sələfi Berti Foqsdan fərqli olaraq milliyə
daha çox uğur qazandıra biləcəkmi?
- Milli komanda təkcə Prosineçkinin deyil. Azərbaycan milli komandası bizim hamımızındır. Ona görə də biz hamımız bu gün Prosineçkiyə dəstək olmalıyıq, əlimizdən gələn köməyi əsrgəməməliyik. Əgər siz öz sahənizdə, biz öz sahəmizdə, futbola aidiyyatı olan digərləri də illərində olan imkanlarla ona öz köməyimizi təklif etsək, bu tamlaşar yüz faiz edər. Bu zaman milli komandamız uğur qazana bilər. Belə düşünürəm ki, Robert Prosineçkinin zamana ehtiyacı var. Mən ona ancaq uğurla arzulayıram.
Əsgər
Hüseynov
Zaman.-2015.-7 fevral.-S.15.