Elbəyi Maqsudov - dilçi alim, vətənpərvər
şair 60 yaşın işığında
MEHMET ŞIMŞEK,
Fevral ayının 16-da görkəmli dilçi alim, şair Elbəyi Sadıq oğlu Maqsudovun anadan olmasının 60 ili tamam olur.
Naxçıvan Dövlət
Universitetinin kafedra müdiri, pedaqogika üzrə elmlər
doktoru, professor Elbəyi Sadıq oğlu Maqsudov da XX əsr Azərbaycan
pedaqoji fikrinin inkişafında böyük xidmətləri
olan görkəmli alim, professor Əziz Əfəndizadənin
layiqli davamçılarından biridir.
Elbəyi Sadıq
oğlu Maqsudov 16 fevral 1955-ci ildə Naxçıvan Muxtar
Respublikası Babək rayonunun sərhəd bölgəsində
yerləşən Gərməçataq
kəndində anadan olub. İbtidai təhsilini
doğma kəndlərində, orta təhsilini isə
Naxçıvan şəhərində başa vurub. İbtidai sinifdə oxuyarkən Azərbaycan dili
müəllimi olmaq arzusu ilə yaşayıb. 1972-ci ildə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
Naxçıvan filialının qiyabi şöbəsinə
daxil olub, həmin ildən də 17 yaşlı gənc məktəbdə
müəllimə ciddi ehtiyac olduğu üçün
doğma kəndlərində ana dilimizi öyrətməyə
başlayıb. Kənd məktəbində işləyərkən
Babək rayonu, Naxçıvan şəhəri və
Bakıda keçirilən müxtəlif tədbirlərdə
qabaqcıl, təcrübəli Azərbaycan dili və ədəbiyyat müəllimi
kimi həmişə fəal iştirak edib.
“Azərbaycan dili və
ədəbiyyatı tədrisi” jurnallarında maraqlı metodik
məqalələrlə müntəzəm
çıxışlar edib. 1980-1990-ci illərdə
Azərbaycan Respublikasında, eləcə də VIII
Ümumittifaq pedaqoji mühazirələrində maraqlı
çıxışları ilə fərqlənib.
Bütün pedaqoji fəaliyyəti boyu qabaqcıl iş təcrübəsi
ilə fərqlənən, dil tədrisi jurnallarında,
bülleten və qəzetlərdə çıxışlar
edən Elbəyi müəllim bir çox dilçi tədqiqatçılar
kimi Azərbaycan Respublikasının Əməkdar müəllimi,
görkəmli metodist alim, pedaqoji elmlər doktoru, professor
Əziz Əfəndizadənin diqqət və
qayğısından da yayınmadı. Mərhum
professor Ə. Əfəndizadənin təklifi ilə ucqar kənd
müəllimi 1986-cı ildə Azərbaycan Elmi Tədqiqat
Pedaqoji Elmlər İnstitutunun (indiki Azərbaycan Respublikası
Təhsil Problemləri İnstitutunun) aspiranturasına daxil
oldu. 1992-ci ildə “Azərbaycan dili dərslərində
fənlərarası əlaqədən (rus dili fənni ilə)
istifadənin imkanları və səmərəli yolları” mövzusunda dissertasiya
müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi
aldı.
Metodist alim kimi bir neçə il Gərməçataq
kənd orta məktəbində, Naxçıvan şəhərindəki
“Xanım qızlar”, “Türk oğlanlar liseyi”ndə və 3
saylı rus məktəbində Azərbaycan dili və ədəbiyyatı
müəllimi işləmişdir. Hələ
orta məktəbdə işləyərkən namizədlik
dissertasiyası müdafiə edən Elbəyi müəllim
haqqında, onun elmi-pedaqoji fəaliyyəti barədə həmişə
xoş sözlər, ürəkaçan fikirlər səslənib.
Gərməçataq kəndindən Naxçıvan şəhərinə
müəllim işləməyə gəlməsi heç də asan başa gəlməyib.
Məktəbə üç müəllim
götürülməli idi. Bu yerlərə elan
edilmiş müsabiqəyə 30-dan çox müəllim sənəd
təqdim etmişdi. Bu müəllimlərin seçilməsi
üçün müsabiqə komissiyası bir ay ərzində onların
açıq dərslərini dinləmişdi. Komissiya
ilə yanaşı, müsabiqəyə sənəd təqdim
etmiş müəllimlərin özləri də bu
açıq dərsləri dinləmişlər. Müsabiqə olduqca obyektiv və ciddi
keçirilmiş, həmin müsabiqədə Elbəyi
müəllimin komissiya və müsabiqə
iştirakçıları tərəfindən dinlənilən
bütün dərsləri əla qiymətləndirilmişdi.
1988-ci ildə
VIII ümumittifaq pedaqoji mühazirələrində fəal
iştirakına görə Babək rayonu Gərməçataq
kənd orta məktəbinin müəllimi E. Maqsudov Azərbaycan
Pedaqoji Cəmiyyətinin, SSRİ Təhsil Nazirliyi və Pedaqoji Elmlər
Akademiyasının fəxri fərmanları ilə təltif
olunub.
1989-cu ildən Naxçıvan şəhər
3 saylı rus məktəbində pedaqoji fəaliyyətə
başlayan E.Maqsudovun qabaqcıl iş təcrübəsi,
yüksək pedaqoji fəaliyyəti bir cox digər məktəb
rəhbərlərinin də diqqətini cəlb etdi. O,
Naxçıvan şəhər məktəblərinin rəhbərliyi
tərəfindən ana dili dərslərini tədris etmək
üçün təkliflər alırdı.
1994-cü ildə
NDU-nun rektoru professor Qasım Hüseynov tərəfindən E.
Maqsudov universitetə müəllim kimi dəvət olundu.
Ali təhsil müəssisəsində fəaliyyətə
başlayan Elbəyi müəllimi elə həmin il də Universitet Elmi Şurasının katibi
seçdilər. Bu təcrübəli müəllim
həm öz ixtisasının tədrisində, həm elmi
şuraların təşkili və keçirilməsində,
həm də ictimai işlərdə çox fəal
iştirak edirdi. Onu da qeyd edim ki, öz ixtisasının
ustadı olan təcrübəli müəllim kimi o, dəfələrlə NDU-da buraxılış
imtahanları zamanı Dövlət İmtahan Komissiyasına sədrlik
etmişdir.
Elbəyi Maqsudov Universitet Elmi Şurasınin katibi
işlədiyi müddətdə tez-tez müxtəlif elmi
konfranslara dəvətlər alır və maraqlı
mövzularda çıxışlar edirdi.
SSRİ Təhsil Nazirliyi və Elmlər
Akademiyasının, Türkiyə Cümhuriyyəti
Kültür Bakanlığının, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin, pedaqoji cəmiyyətlərin
müxtəlif fəxri fərmanları ilə təltif
olunmuşdur.
O, 1984-cü ildən metodist müəllim kimi pedaqoji fəaliyyət
göstərir.
“Azərbaycan
və türk dilinin müqayısəli tədrisinin tələbələrin
linqvistik təfəkkürünün inkişaf
etdirilməsinə təsiri (ali məktəblərin filologiya
fakültələrində)” adlı mövzuda namizədlik
dissertasiyası müdafiə edib.
Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının qərarı ilə 2010-cu ildə ona pedaqogika ixtisası üzrə
elmlər doktoru elmi dərəcəsi
verilib.
O, Azərbaycan
dilçiliyi tarixində ilk dəfə olaraq poetik-praktik
qrammatika yaratmış, dilin bütün bölmələrini
elmi, bədii və praktik sintezlə poetikləşdirmişdir.
“Poetik-praktik Azərbaycan dili” kitabı dövlət
dilinin tətbiqi baxımından poetik dillə
yazılmış ilk fundamental əsər kimi məktəblilər,
abituriyentlər, müəllimlər və xaricdə yaşayan
həmvətənlərimiz üçün əvəzedilməz
mənbədir. Onun bu kitabı
2014-cü ildə Azərbaycan Respublikası Dövlət
Mükafatı Komissiyasına təqdim olunmuşdur.
“Poetik-praktik Azərbaycan
dili” kitabının 09 aprel
2012-ci il tarixdə keçirilən ilk təqdimatında akademik İsa Həbibbəyli
öz fikrini belə açıqlamışdı: : “Mən deyərdim ki, “Poetik-praktik
Azərbaycan dili” kitabı Elbəyi Maqsudovun
yaratdığı dil abidəsidir. Ana dili
abidəsidir, ana dili çırağıdır. İşıq saçır ana dilinə -
bütövlükdə ana dilimizin mühitinə, incəliklərinə,
dərinliyinə, zənginliyinə işıq saçır.
Bu, çox böyük zəhmətin nəticəsidir.
Azərbaycanda, eləcə də dünyada ana dili elminin
qrammatikasını poetik dillə yaratmağa girişən adamlar, ümumiyyətlə,
azdır və ya yoxdur.Dünyada
barmaqla sayılacaq qədər azdır elmi poeziyaya gətirənlər. Bu, çox ciddi bir
işdir. Mən bunu universitetimizin, dilçiliyimizin, metodikamızın ,bizim elmi mühitimizin
böyük nailiyyəti hesab edirəm. Bu, Azərbaycan
dili elmində böyük nailiyyətdir”.
Müntəzəm
olaraq öz
üzərində çalışan Elbəyi müəllim
Azərbaycan dilinin tədrisi metodikası ilə
bağlı maraqlı tədqiqatların
müəllifidir. “Ana dili dərslərində
dillərarası əlaqədən istifadənin ümumi məsələləri”,
“XXI əsrin öyrənciləri üçün Azərbaycan
dili və ədəbiyyatdan testlər”, “Azərbaycanca-türkcə,
türkcə-azərbaycanca qarşılıqlı
dilçilik terminləri lüğəti” , “Dillərarası
əlaqə təliminin metodikası”
,”Dillərin müqayisəli tədrisi: imkanlar və
vasitələr”, “Ürək bir dünyadır”, “Sözlər
də insan kimidir”, “Azərbaycan dilinin Türkiyə türkcəsi ilə
əlaqəli tədrisi üçün
çalışmalar”, “Təmsillər”,
“Poetik türkəçarələr”, “Azərbaycan dilinin tədqiqi
və tədrisi məsələləri”,”Poetik-praktik Azərbaycan
dili” kitablarının, “Cümlələrin söhbəti”
adlı qrammatik poemanın,”Durğu işarələri”
adlı birpərdəli mənzum
pyesin və s. elmi-metodiki, bədii
əsərlərin müəllifidir.
Elbəyi
Sadiq 24
iyun 2002-ci ildən Azərbaycan
Yazıçılar və Jurnalistlər Birliyinin
üzvüdür.
2007-ci ildə “Azərbaycan
Pespublikası qabaqcıl təhsil işçisi” döş
nişanı ilə təltlif edilib.
Görkəmli alim müntəzəm
olaraq beynəlxalq elmi tədbirlərdə
çıxışlar edir.Türkiyə, Rusiya, İran, Özbəkistan və Pakistanda keçirilən qurultay,
konfrans və simpoziumlarda ana dilinin tədrisi ilə
bağlı elmi-metodik çıxışları yüksək səviyyədə
qarşılanmışdır.
Elbəyi Maqsudov
Pakistanda keçirilən Beynəlxalq Həzrət Sultan Bahu
Konfransında da iştirak edib. Konfransdakı
çıxışında E. Maqsudov deyib ki, Həzrət Sultan Bahu
insanları dincliyə, sülh və mərhəmətə
çağıran əsərlərində nəfsin tərbiyəsi
vasitəsilə insan və cəmiyyətin kamilləşməsini,
birlik və həmrəylik duyğularının dərinləşməsini
qarşıya əsas məqsəd qoymuşdur. E. Maqsudov
konfransda dahi Azərbaycan mütəfəkkirləri - Xaqani
Şirvani, Nizami, Nəsimi, Şah İsmayıl Xətai və
digər şəxsiyyətlərin sufilik düşüncələrini
tərənnüm edən ölməz əsərləri ilə
bəşəriyyətə mühüm töhfə verdiklərini
də qeyd edib.
Müntəzəm olaraq öz üzərində çalışan, beynəlxalq və respublika miqyaslı elmi konfranslarda çıxış edən Elbəyi müəllim Azərbaycan dilinin tədrisi metodikası ilə bağlı maraqlı tədqiqatların müəllifidir. Onun 150-dən çox elmi məqaləsi, 15 kitabı və 4 proqramı (magistr və bakalavr hazırlığı üçün) nəşr edilmişdir.
Elbəyi Maqsudovun dərin məzmunlu, həzin, lirik şeirlərinə tanınmış bəstəkarlar musiqi bəstələmiş və müxtəlif dövlət tədbirlərində ifa edilmişdir. Bəstəkar Kamal Əhmədovun “Vətəndir”, “Anacan”,“Zəfər marşı”, Şəmsəddin Qasımovun “Ata”, Nazim Quliyevin “Naxçıvanlılar”, Əqidə Ələkbərovanın “Həbibə” və s. mahnıları belə uğurlu əsərlərdəndir
Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 17 yanvar 2008-ci il tarixli qərarı ilə “Fənlərin tədrisi metodikası “ kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru Elbəyi Sadıq oğlu Maqsudova 2007-ci ildəki elmi nailiyyətlərinə görə “İlin alimi” fəxri adı, 2014-cü ildə isə Azərbaycan Pespublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilmişdir.
E.Maqsudov
10-dan çox doktorant və dissertanta elmi rəhbərlik
edir.
Metodist, dilçı alim, pedaqoq-şair Elbəyi
Maqsudovu 60 illik yubileyi münasibətilə təbrik edir, ona
yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Mehmet
Şimşek
Zaman.-2015.-7 fevral.-S.11.