Heydər Əliyev tolerantlığı strateji cəhətdən mühüm
istiqamətlərdən birinə çevirdi
(2)
Əvvəli
ötən sayımızda
Dini dözümlülüyü,
tolerantlığı daima dəstəkləyən
Heydər Əliyev gənclərimizin bu ruhda tərbiyə olunmasını həmişə
tövsiyə edib. Yeniyetmə və gənclərimizin
başqa dinlərə qarşı dözümlülük ruhunda
tərbiyə edilməsinin vacib məsələ
olduğunu vurğulayan
ulu öndər, eyni zamanda bu işin
mürəkkəb və çətin olduğunu
da vurğulayıb. Ulu öndər gənclərdə
tolerantlıq mədəniyyətinin uşaqlıqdan tərbiyə
edilməsini diqqətə çəkərək ünsiyyət
mədəniyyətinin formalaşdırılması və Azərbaycan
gənclərində bu xüsusiyyətlərin
tərbiyə edilməsinin vacib şərt
olduğunu bizlərə tövsiyə edib. Ümummilli lider bu məsələlərdən
bəhs edərək deyib: “Məlumdur
ki, yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin
təzahürüdür. İnsanlarda belə
bir mədəniyyətin
formalaşdırılmasını uşaqlıq illərindən
başlamaq lazımdır. Ölkəmizdə
yetişməkdə olan nəslin təhsillənməsində
müasir elmi-pedaqoji konfranslar
daxilində biz ünsiyyət mədəniyyətini,
dini dözümlülük
və əməkdaşlıq mədəniyyətini
formalaşdırmağa cəhd göstəririk və ümumən
desək, buna nail oluruq. Bunu demək çox asandır, lakin
gerçəkləşdirmək kifayət qədər
mürəkkəb bir prosesdir”.
Xristianların milad və pasxa
bayramının
keçirilməsini
ulu öndər dövlət səviyyəsində
dəstəkləyib
Ölkəmizdə dini tolerantlıq mədəniyyəti və başqa millətlərə qarşı milli dözümlülük tarixən çox yüksək səviyyədə olub. Qeyd edək ki, müstəqillik dövründə Heydər Əliyev başqa dinə mənsub olan insanların öz dini mərasimlərinin keçirilməsinə qayğı ilə yanaşıb. Məsələn, xristianların milad və pasxa bayramının keçirilməsini ulu öndər dövlət səviyyəsində dəstəkləyib. Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein Heydər Əliyevin pravaslavlara qarşı göstərdiyi bu qayğıdan bəhs edərək deyib: “Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda həyatın stabilləşməsinə doğru istiqamət formalaşdı. O, stabilliyin möhkəmlənməsi işində tolerantlığı strateji cəhətdən mühüm istiqamətlərdən birinə çevirdi. 1994-95-ci illərdə Heydər Əliyev bizə öz mərasimlərimizi kilsələrimizdən xaricdə daha geniş şəkildə keçirməyimiz təklifi ilə müraciət etdi. O vaxt bizə çox qəribə görünürdü, çünki iqtisadi və siyasi böhran dövründə belə mərasimlərin keçirilməsi bizim üçün çox çətin idi. Lakin Heydər Əliyevin yardımı ilə biz bu tədbirləri keçirdik. Get-gedə bu tədbirlər bizdə ənənəvi hal aldı və hər il keçirilməkdədir. Milad və Pasxa bayramları rəhbər dairələrin dəstəyi ilə artıq Azərbaycanda geniş şəkildə keçirilir”.
“Azərbaycan dini əmin-amanlığa və
sabitliyə ilham verən örnəkdir”
Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qurulmasında, respublikada dini əmin-amanlığın və sabitliyin yaranmasında Heydər Əliyevin mühüm rol oynadığını vurğulayan Moskva və Ümumrusiya sabiq Patriarxı mərhum II Aleksi Azərbaycanın bu sahədə nümunə olması ilə bağlı öz fikirlərini aşağdakı kimi şərh edərək deyib: “Azərbaycan qədim dini ənənələrə və mədəniyyətə malik bir ölkədir. Bu gün Azərbaycan dini əmin-amanlığa və sabitliyə ilham verən örnəkdir. Bunun əsası Azərbaycan prezidenti Heydər Əliyevin müdrik siyasəti sayəsində qoyulmuşdur. Dünyəvi hakimiyyət və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət-din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapmışdır. Belə zənn edirəm ki, bu sahədə Azərbaycanda toplanmış təcrübə diqqətlə öyrənilməli və təhlil olunmalıdır”.
Buradan göründüyü kimi, dövlət-din siyasətinin
formalaşmasında Azərbaycan modelini
nümunə kimi göstərən II Aleksi bu siyasətin
yaradılmasında Heydər Əliyevin rolunu
önə çəkib və bu sahədə
Azərbaycanda toplanmış təcrübənin öyrənilməsini
tövsiyə edib.
“Azərbaycanda heç vaxt dinlərarası
münaqişələr olmayıb”
Xalqımızın dini cəhətdən tolerant olduğunu respublikamıza səfərə gələn tanınmış dünya dini liderləri də təsdiq edirlər. Qeyd edək ki, 2010-cu ilin 26-27 aprel tarixində Bakıda keçirilən Dünya dini liderlərinin sammitində iştirak edən qonaqlar da bunun şahidi olublar. Sammitdə iştirak etmək üçün Bakıya gələn Moskva və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşərkən ona müraciət edərək Azərbaycanda dinlərarası münasibətlərin yaxşı olduğunu və bu işdə İlham Əliyevin rolunu xüsusi vurğulayaraq deyib: “Mən dinlərarası münasibətlərdə sizin rolunuzu xüsusi vurğulamaq istərdim. Azərbaycan dövlətində insanların əksəriyyəti İslam dininə etiqad edir. Lakin burada pravoslav və yəhudi icmaları da ənənəvi olaraq mövcuddur və Azərbaycanda heç vaxt dinlərarası münaqişələr olmayıb. Müasir terminalogiyadan istifadə etsək, bu gün tolerantlığın yüksək səviyyədə olduğunu deyərdik”.
“Tolerantlığın
bir dövlət strategiyası olaraq əsasını
ümummilli liderimiz Heydər Əliyev qoyub”
Azərbaycanda
dini tolerantlığın formalaşmasında Heydər
Əliyevin xidmətini dəyərləndirən
ümumgürcüstan Katalikos Patriarxı II İlya Azərbaycanda
mövcud olan dini tolerantlıqdan və bu sahədə də
Heydər Əliyevin və onun davamçılarının
xidmətindən bəhs edərək demişdir: “Bu gün Azərbaycanda
mövcud olan tolerant mühitin formalaşmasında Heydər
Əlirza oğlu Əliyevin xidməti böyükdür. Azərbaycanın
öz ənənəvi dəyərlərini qoruyub saxlamaqla
müasir dünyanın çağırışlarına ləyaqətli
cavab verə bilməsi şəxsən onun və onun
davamçılarının müdrik və uzaqgörən
siyasətinin nəticəsidir”. Bütün Qafqazın
şeyxi Şeyxülislam Allahşükür Paşazadə
Azərbaycanda dini tolerantlıq siyasətinin
formalaşmasında Heydər Əliyevin rolunu izah edərək
göstərmişdir: “Tolerantlığın bir dövlət
strategiyası olaraq əsasını ümummilli liderimiz Heydər
Əliyev qoymuş və bu zəngin ənənə hazırda
İlham Əliyev həzrətləri tərəfindən
böyük ləyaqətlə davam etdirilir. Ölkəmizdə
demokratik-hüquqi prinsiplərin, din və vicdan
azadlığının ardıcıl həyata keçirilməsinin
təminatçısı olan möhtərəm dövlət
başçımızın qayğı və diqqəti sayəsində
dini baxışından asılı olmayaraq bütün vətəndaşlara
bərabər münasibət bəslənilir,
ayrı-seçkiliyə yol verilmir, insanlara dini ayinləri sərbəst
yerinə yetirmək üçün şərait
yaradılır. Məhz Azərbaycanda dini sahəyə
münasibətdə yürüdülən müdrik siyasətin
nəticəsidir ki, dünya ictimaiyyəti, o cümlədən
nüfuzlu beynəlxalq təşkilatlar, habelə dünya
miqyasında tanınmış dini liderlər ölkəmizin
sülhpərvərliyini, tolerantlığını, başqa
dinlərə dialoqa hazırlıq ruhunu etiraf edir, bunu yüksək
dəyər kimi qiymətləndirirlər”.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı: Elvin Əliyev
Zaman.-2015.-12 fevral.-S.13.