“Azadlıq - yazılmış və yazılmamış qanunlara hörmət və əməl edərək yaşamaqdır”

 

 ESMIRA HIDAYƏTOVA, MINGƏÇEVIR

 

Keçmiş Ermənistan SSR-nin Sisyan rayonunda anadan olub; Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Respublikanın bir sıra nüfuzlu mətbuat orqanlarında çalışıb. Hazırda AzTV-nin xüsusi müxbiri kimi fəaliyyət göstərir.Sevgi qəbiri”, “Ruhların qiyamı”, “Ömürdən izlər”, “Mənalı ömürlərYağış məni ağlayıradlı bədii publisistik kitabların müəllifidir; Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür; “Qızıl Qələmmükafatı laureatıdır.

 

- Sizə görə, həyatda ən asan ən çətin şey nədir?

 

- Bu suala birmənalı cavab vermək çox çətindir. İnsanların xarakterindən asılı olaraq, bu sual ətrafında cavablar dəyişir. Mənim fikrimcə, həyatda milli-mənəvi dəyərləri, insani keyfiyyətləri varlığında yaşadan insan üçün hər şey asan rahat ola bilər. Məncə, dünyada insan üçün könül rahatlığı çox önəmlidir. İnsanın qəlbinə dəymək, bilərəkdən düşünülmüş şəkildə kiməsə pislik etmək məndən ötəri çox çətindir.

 

- Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?

 

- Bu, ilk növbədə, Uca Tanrının qismətindən asılıdır. Səmimi desək, əlimdən yazı-pozudan başqa heç gəlmir. Sonrasını özünüz fikirləşin...

 

- Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

 

- Uşaqlıq illərində doğma yurd-yuvasını məcburən tərk edən, doğmalarının gor evlərinə belə həsrət qalan uzun illər bu ağrı-acılarla yaşayan nəyə üzülərsə, mən o səbəbdən üzülürəm. Həqiqətən, bu, çəkilməz yükdür.

 

- Valideyn müəllimlərdən başqa, özünüzü kimlərə borclu bilirsiniz?

 

- Həyatımda kim mənə bir yaxşılıq edibsə, üzdə olmasa da, ürəyimdə onlara həmişə baş əyirəm. Bu adi insanlıq borcudur.

 

- Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?

 

- Halva-halva deməklə ağız şirin olmur. Can şirin şeydir. İndi heç bir çətinliyə düşmədən, sınağa çəkilmədən gəlişi çox gözəl olan sözlər deyə bilərəm. Amma bu yəqin ki, qızım Sunay ola bilər.

 

- Özünüzü hansı peşədə daha çox ifadə edə bilərdiniz, indiki işinizdən razısınızmı?

 

- Mən seçdiyim ixtisasdan işimdən narazı deyləm. Sadəcə, bəzi adamların jurnalist peşəsinə utanc gətirən əməlləri məni çox üzür, həm qəzəbləndirir.

 

- Üzr istəmək sizə ağır gəlmir ki?

 

- Səhv etmişəmsə, təbii ki, üzr istəməliyəm. Səhvi etiraf etmək növbəti arzuolunmaz addımdan qorunmaq deməkdir.

 

- Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”. Siz necə düşünürsünüz?

 

- Ürək yanmasa, gözdən yaş çıxmaz. Həyatımızda elə dəyərlər var ki, həqiqətən, cinsindən asılı olmayaraq onlardan ötəri göz yaşı tökməyə dəyər. Bir az poetik desək, göz yaşı həm insan varlığının ucalığı deməkdir.

 

- “Kaş ki filan ölkədə doğulaydım, filan xalqın nümayəndəsi olaydımdediyiniz olurmu?

 

- Qətiyyən. İnsana ölkəni, milli mənsubiyyəti Allah bəxş edir. Bizdə seçim imkanı olmur axı!

 

- Evinizdə inciklik olurmu, olursa, birinci kim barışır?

 

- Desəm ki, olmur, bu, reallıqdan çox uzaq olardı. Birmənalı olaraq həmişə özüm barışıram.

 

- Özünüzü kimin qarşısında günahkar bilirsiniz kiminsə günahını bağışlamısınızmı?

 

- Təbii ki, səhvsiz insan yoxdur. Amma bildiyimə görə, bağışlanılmaz səhv etməmişəm. Bu üzdən kiminsə qarşısında günahkar deyləm. Bağışlamaq Allaha məxsusdur.

 

- Sizcə, azadlıq istədiyini eləməkdir, yoxsa istəmədiyini?

 

- Məncə, azadlıq yazılmış yazılmamış qanunlara hörmət əməl edərək yaşamaqdır. Xoşbəxt o adamdır ki, ruhu azaddır.

 

- Sevgi nədir, ümid, qorxu yoxsa xoşbəxtlik?

 

- Hamısı.

 

- Ən çox zaman utanırsınız?

 

- Vallah, çox səmimi deyirəm, kimsə məni tərifləyəndə. Bu anda üzümə baxsanız, yanaqlarım qıpqırmızı qızarır.

 

- Ölüm nədir?

 

- Olum nədirsə, ölüm odur. Başqa mənada ölüm insanın ruhi fiziki dincliyidir.

 

- Çoxlu pulunuz olsaydı, hara xərclərdiniz?

 

- Allah qismət eləsin, xərcləməyin yerlərini bir yerdə taparıq.

 

- “Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaqdüşüncəsi nəyi ifadə edir?

 

- Haradasa, deyimdə həqiqət var. Bu mənada ki, ümumən əvəzolunmaz adam yoxdur. Bir anlıq dünyada olmadığınız illərə nəzər yetirin. Fotoların, videomaterialların, tarixi faktların gözü ilə. Sizsiz həyat dayanıb? Təbii ki, yox.

 

- Həyatda ən böyük təsəlliniz?

 

- Cavab verməkdə çətinlik çəkirəm. O üzdən ki, hələ torpaqlarımız işğal altında sızlayır. O üzdən ki, hələ doğulduğum torpağa ayaq basa bilmirəm.

 

- Siz hansı mövzuda sual verilməsini heç arzulamırsınız?

 

- Şəxsi həyatla bağlı.

 

- Yubiley ad günlərində özünüzü necə hiss edirsiniz?

 

- Çox pis. İnanın, ad günlərini qeyd etməyi qətiyyən  xoşlamıram qeyd etmirəm. Kiminsə ad gününün təbriki məni qıcıqlandırır.

 

- Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, yazardınız?

 

- Yazardım, ey insanlar bir Allahımız, bir dünyamız, Tanrı da bizə yalnız bircə dəfə yaşamaq şansı verir. Nədən gözəl yaşamayaq?

 

- Sizə görə, insanda ən yaxşı ən pis xarakter hansıdır?

 

- Ən yaxşı xarakter sadəlik, ən pis xasiyyət ikiüzlülük nadanlıqdır.

 

- vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran  ya aşiq olmusunuzmu?

 

- Korifey sənətkarlarımızın hər birinin sənəti qarşısında baş əyirəm. Onların yaradıcılıq dünyasında yaşamaq gözəldir.

 

- Övladlarınız sizi atsalar, onlara deyərdiniz?

 

- Bağışlayardım onları.

 

- Ən çox sevdiyiniz sevmədiyiniz sözlər?

 

- Mücərrəd sualdır. Kifayət qədər sevdiyim sevmədiyim sözlər var.

 

- Fürsət olsa, ölümqabağı vəsiyyət edəcəksiniz?

 

- Hələ fikirləşməmişəm.

 

- Ən çox nədən qorxursunuz?

 

- Mənəvi zəlillikdən. Bir kiməsə möhtac olmaqdan.

 

- Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

 

-Xoşbəxtlik, bədbəxtlik... bunlar mücərrəd anlayışlardır. İnsan gün ərzində əhvalından, yaşadıqlarından asılı olaraq özünü həm xoşbəxt, həm bədbəxt saya bilər.

 

- Sizin kimlərə kimi xeyriniz var?

 

- Onu ətrafımdakılar bilər.

 

- Bu dünya bir insan şəklində qarşınızda dursa, ona deyərdiniz?

 

- Bu anda ürəyimdən keçənləri. Bir ki dünya hansı keyfiyyətlərə malik insanın qiyafəsində gözümə görünəcək?

 

- Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

 

- Bəli.

 

- Gənclik hansı yaşda bitir?

 

- İnsanın mənən ruhən tükəndiyi vaxtda.

 

- Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?

 

- Dostlarım çox deyil, təbii ki, əsl dostdan söz gedirsə, burada insanları bir-birinə mənəvi tellər bağlayır. Məqsədli dostluq isə tam fərqli bir şeydir.Bağda ərik var idi, salam məlik var idi, bağdan ərik qutardı, salam məlik qurtardıbu təməl üzərində qurulan dostluq, təbii ki, uzunmüddətli ola bilməz...

 

Esmira Hidayətova, Mingəçevir

Zaman.-2015.-17 fevral.-S.9.