Azərbaycanda tolerantlıq dövlət səviyyəsində
dəstəklənir (2)
ƏZIZ MUSTAFA ,
Əvvəli ötən sayımızda
Aqarunov Xankəndi, Daşaltı,
Cəmilli istiqamətində
gedən döyüşlərdə
erməni işğalçılarının
xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edir. 8 may 1992-cu ildə Şuşa uğrunda
gedən döyüşlərdə
Albert Aqarunov snayper gülləsinə tuş
gəlir və döyüş meydanında
həlak olur.
Albert Aqarunov Qarabağ
müharibəsində əfsanəyə
çevirilmişdi. O dövrdə
tankçılar tanklarını
“Albert” adlandırırdılar. Ermənilər onun başına
pul mükafatı qoymuşdular. Döyüş dostları onu məhəbbətlə “yəhudi
buterburodu” adlandırırdılar.
Dostlarının dediklərinə görə, düşmənin
iki tankı bir-birinə yaxınlaşan
zaman Albert bir mərmi ilə iki tankı vurdu. Şuşaya hücum edən vaxtı, 9 tank, 7 BMP və bir çox
texnikanı məhv etdi.
Azərbaycan Respublikası prezidentinin
7 iyun 1992-ci il
tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç
ölümündən sonra
“Azərbaycan Milli Qəhrəmanı” adına
layiq görülmüşdür.
Bakıda Şəhidlər xiyabanında
dəfn edilmişdir. Vaxtilə təhsil
aldığı 154 saylı
məktəb onun adını daşıyır,
məktəbin önündə
büstü qoyulub.
Onu da deyək ki,
müharibə qəhrəmanı
Albert Aqarunov və digər tanınmış
yəhudi şəxsiyyətlərinin
yaşadıqları binalara
xatirə lövhələri
vurulub və onların xatirəsi daim hörmətlə yad edilir.
Ümumiyyətlə ölkəmizdə
yəhudilərə göstərilən
tolerant münasibətdən danışarkən Quba rayonunun Qırmızı qəsəbəsini (”Krasnaya
sloboda”) dünyaya
nümunə kimi göstərmək olar. Bu qəsəbə Qafqazda yəhudilərin yığcam yaşadığı,
nadir ərazilərdən hesab
edilir. Burada 4 min nəfərə yaxın yəhudi yaşayır. Azərbaycan bolşeviklər
tərəfindən işğal
olunana kimi Qırrmızı qəsəbədə
11 sinaqoq fəaliyyət
göstərirdi. Amma SSRİ dövründə
bu sinaqoqların 10-u belə demək mümkünsə məhv
edildi və ya müxtəli məqsədlər üçün
istifadə edilməyə
başladı. Nəticədə SSRİ zamanında bu sinaqoqlardan biri yalnız formal olaraq saxlanıldı. Azərbaycan müstəqilliyini
əldə etdikdən
sonra dövlət səviyyəsində daha bir tolerantlıq nümunəsi göstərildi.
Belə ki, 1996-cı ildə ölkə rəhbərliyinin
göstərişi ilə
varlığını qoruyub
saxlaya bilən sinaqoqlardan ikisi əsl sahiblərinə - qəsəbədə yaşayan
yəhudilərə qaytarıldı.
Bu da tolerantlığın
daha bir numunəsi oldu. Eyni zamanda da yarı
dağınıq halda
olan sinaqoqlardan biri təmir edildi. Bu müstəvidə
də təmir edilən sinaqoqlardan birinin 2001-ci ilin oktyabr ayında təntənəli şəkildə
açılışı oldu. Azərbaycanın hökümət nümayəndələrinin və
dünyanın bir çox ölkələrindən
gələn qonaqların
iştirakı ilə
keçirilən ikimərtəbəli,
altıgümbəzli sinaqoqun
bərpasına həsr
olunmuş təntənəli
mərasimdə qeyd edildi ki, Azərbaycanda
tolerantlıq yüksək
səviyyədədir. Belə bir fikir vurğulandı
ki, Azərbaycan antisemitizm olmayan dünyanın yeganə ölkələrindən biridir.
Burada istər yəhudiərə, istərsə
də müxtəlif etnik qruplara və dinlərə mənsub olan xalqlara münasibətdə
heç vaxt pis münasibət olmayıb və olmayacaq.
“Azərbaycanda tolerantlıq
var və olacaq”
Monoetnik dövlət olan və öz ərazilərində digər
etnik xalqların yaşamasına dözülməz
münasibət bəsləyən
ermənilər dəfələrlə
Azərbaycanda yaşayan
xalqlar arasında münaqişə salmaq, onları müxtəlif yollarla bir-birlərinə qarşı qoymaq siyasətini həyat keçiriblər və keçirməkdə də
davam edirlər.
Amma Azərbaycanda
yaşayan etnik qruplara münasibətdə
özünü göstərən
yüksək səviyyədə
tolerantlıq ermənilərə
öz məkrli niyyətlərini həyata
keçirməyə imkan
vermədi. Bununla bağlı Azərbaycan
Dağ Yəhudiləri
İcmasının rəhbəri
Semyon İixilov deyir ki, Azərbaycandakı
tolerantlığın, dini
icmalar arasındakı
münasibətlərin gücü
hamımızın bir
ailə olmasındadır.
Onun sözlərinə görə,
bu isə böyük, çox böyük güc deməkdir. Semyon İixilov: “Azərbaycanda tolerantlıq var və olacaq. Eyni zamanda, ölkəmizdəki
tolerantlıq bütün
dünyaya nümunə
olaraq qalmağa davam edəcək”.
Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri
Semyon İixilovun dediklərinə yenə onu da əlavə
edək ki, bu məsələdə ölkə rəhbərliyinin
apardığı uğurlu
siyasət önəmli
rol oynayır və oynamaqdadır. Məsələn, ölkə rəhbərliyi
mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların
ehtiyac və problemlərinə maraq göstərir. Bunu ulu öndər Heydər Əliyev
o dövrdə müntəzəm
olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə
təbrik edirdi.
Belə ki, dini bayramlarla
əlaqədər ulu
öndərin Azərbaycandakı
yəhudi və pravoslav icmalarınan ünvanladığı müraciətlərdə
həmişə tarixən
respublikada formalaşmış
tolerantlıq və dözümlülük Azərbaycan
cəmiyyətini səciyələndirən
gözəl bir ənənəyə çevrilib. Günümüzdə bu xoş ənənə
Prezident İlham Əliyev tərəfindən
davam etdrilir. Ulu öndərin ölkəmizdə
tolerantlığa verdiyi
yüksək qiyməti
o dövrdə Bakıda
keçirilən “İslam
sivilizasiyası Qafqazda”
mövzusunda Beynəlxalq
simpoziumdakı çıxışı
zamanı dedikləri də bir daha
sübut edir.
Həmin simpoziumdakı çıxşında ulu öndər demişdi ki, dünyada bir çox böyük dinlər mövcuddur, onların arasında hər dinin özünəməxsus yeri var. Amma biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Heydər Əliyev simpoziumda iştirak edənlərin diqqətinə çatdırmışdı ki, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətlərindən biri, Azərbaycan xalqnın bəşəriyyətəin mədəni mənəvi irsinə verən böyük və zəngin dəyərləridir. Belə bir dəyərlərə malik olmaq isə dünyada çox az xalqlara və millətlərə nəsib olur.
Heydər Əliyev: “Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar”.
Bu müstəvidə də ümummilli lider Heydər Əliyev və onun layiqli siyasi varisi Prezident İlham Əliyevin ölkəmizdə tolerantlığı inkişaf etdirməsi ölkəmizin gələcəyinə yönələn uzaq gedən bir strategiyadır. Qeyd edək ki, ictimai-siyasi həyatımızın bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin sivil prinsiplərinə uyğun olaraq tənzimlənməsində, dini etiqad və vicdan azadlığının maneəsiz təminatında Heydər və İlham Əliyevin böyük xidmətləri var. Bu da Azərbaycanda tolerantlığa nə qədər böyük qiymət verildiyini bir daha parlaq nümayişidir. Bir sözlə Heydər və İlham Əliyevlər dini-mənəvi, əxlaqi-etik dəyərlərin prioritet yaşayış normalarına çevrilməsində müstəsna xidmətlər göstərmiş, böyük dövlətçilik təcrübəsinin təməlini qoymuş və bununla da Azərbaycanı tolerantlıq sahəsində dünyanın lider ölkəsinə çevirmişlər. Bütün bunlar isə ölkəmizdə yaşayan bütün xalqlar üçün Azərbaycanın ana, müqəddəs vətənə çevrilməsinə gətirib çıxarıb. Məsələnin bu tərəfinə xüsusi diqqət yetirən ümummilli lider deyirdi ki, Azərbaycanın həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən insanları ölkəmizin ən böyük mədəni, mənəvi sərvətlərimizdir, onları eyni tale birləşdirir: “Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqaları da bütünlükdə hamısı azərbaycanlıdır. Azərbaycanlı sözü bizi həmişə birləşdirib.”
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Əziz Mustafa
Zaman.-2015.-19 fevral.-s.13