Dinlərarası və mədəniyyətlərarası dialoq tolerantlığın əsasıdır (1)

 

“Qloballaşan dünyada hamımız bir-birimizə daha yaxın olmuşuq. Xalqlararası, mədəniyyətlərarası, dinlərarası dialoqun bu gün dərin məna kəsb etməsi məhz bununla bağlıdır. Bu dialoqu inkişaf etdirərək, bu dialoqa dəstək verərək biz müəyyən mənada terrorizmin formalaşmasına xidmət edən bütün qaynaqları araşdırıb onu kökündən məhv etməyə can atmalıyıq”. Heydər Əliyev

 

Dini tolerantlıq mədəniyyətinin formalaşmasında mühüm rol oynayan amillərdən biri dinlərarası dialoqun genişlənməsidir. Hazırkı qloballaşma dövründə dinlərarası dialoqun genişlənməsi həm nəzəri, həm praktiki cəhətdən mühüm əhəmiyyət kəsb edir. Dinlərarası dialoq prosesində əvvəlcə müxtəlif dinlər arasında qarşılıqlı anlaşma yaranır, sonra isə birgə əməkdaşlığa doğru fəaliyyət birliyinə səy göstərilir. XXI əsrin başlanğıcında bəşəriyyətin qarşısında duran mühüm məsələlərdən biri sivilizasiyalar arasında yarana biləcək mümkün münaqişələrin qarşısının alınması, eyni zamanda dinlərarası mədəniyyətlərarası dialoqun həyata keçirilməsindən ibarətdir. Qeyd etmək lazımdır ki, hazırda dinlərarası mədəniyyətlərarası dialoq əvvəlki dövrlərlə müqayisədə daha çox aktuallıq kəsb edən qlobal problemlərdən biridir. Hazırki şəraitdə mədəniyyətlərarası dialoq zərurətinin əsas səbəblərindən biri planetdə kütləvi qırğın (nüvə s.) silahlarının həcminin çoxalması, müxtəlif regionlarda terror hadisələrinin baş verməsi, planetdə qlobal ekoloji gərginliyin artması, təbii fəlakətlərin çoxalması s. ilə şərtlənir. Bu baxımdan qeyd etmək lazımdır ki, müasir dövrdə sivilizasiyalar arasında dialoq qlobal səviyyədə bəşəriyyətin ehtiyaclarından birinə çevrilib.

 

ABŞ-da 11 sentyabr terroru dialoqun zərurətini daha da aktuallaşıb

 

ABŞ-da baş verən 2001-ci il 11 sentyabr hadisələrindən sonra dinlərarası sivilizasiyalararası dialoq zərurəti daha da aktuallaşıb bu istiqamətdə aparılan elmi-nəzəri tədqiqatların əməli tədbirlərin dəyəri daha da mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Təsadüfi deyildir ki, XXI əsrin ilk ili - 2001-ci il BMT Baş Assambleyası tərəfindən “Sivilizasiyalararası dialoq ili” elan olunub 2001-ci il 9 noyabr tarixdə BMT Baş Assambleyasında “Sivilizasiyalararası dialoq üçün qlobal gündəlik” adlanan qətnamə qəbul edilib. Bunlar onu göstərir ki, qloballaşma dövründə sivilizasiyalararası dialoqun həyata keçirilməsi daha çox əhəmiyyət kəsb edir.

 

Azərbaycan Avropa ilə İslam

 

mədəniyyətləri arasında körpüdür

 

“Dünyanın hazırki inkişaf mərhələsində sivilizasiyalar arasında dialoqdan çox danışılır. Lakin reallıqda bəzi hallarda biz təhlükəli meyillər: toqquşmalar, təcrid olma, münaqişələr digər hallar görürük bunları bəzən dini mənsubiyyətlə bağlayırlar. Bu çox təhlükəli meyllərdir. Çünki, bunun çox gözlənilməyən nəticələri olur. Mən hesab edirəm ki, dünyanın aparıcı intellektual dairələri - alimlər, qabaqcıl insanlar birgə yaşayış prinsiplərinin, dinlər, xalqlar, millətlər arasında anlaşmanın təşviq olunmasında müəyyən rol oynaya bilərlər”. Azərbaycan Prezidenti İlham Əliyev

 

Mədəniyyətlərarası dinlərarası dialoqla bağlı respublikamızda son illərdə xeyli tədbirlər keçirilib, beynəlxalq elmi konfranslar, genişmiqyaslı forumlar təşkil edilib. Azərbaycanda bu cür tədbirlərin keçirilməsi Avropa mədəniyyəti ilə İslam ölkələrinin mədəniyyəti arasında respublikamızın körpü rolunu oynadığını göstərən faktlardır. İki sivilizasiya arasında mədəniyyətlərin dinlərin dia loqunun təşkil edilməsində mühüm rol oynayan Azərbaycanın beynəlxalq aləmdə nüfuzu da getdikcə artmaqdadır. Son illərdə Azərbaycan Respublikası dinlərarası mədəniyyətlərarası dialoqla bağlı bir çox beynəlxalq konfranslara, forumlara ev sahibliyi edib. Bu tədbirlərdən biri 2006-cı ilin aprelində Bakıda keçirilən “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi bu günü” adlı konfransıdır. Heydər Əliyev fondunun dəstəyi ilə keçirilən bu konfransda Latın Mədəniyyəti Akademiyasının böyük bir nümayəndə heyəti iştirak edib. Qeyd edək ki, Latın Mədəniyyəti Akademiyası (LMA) 2000-ci ildə latın mənşəli ölkələrin mədəni irsini qorumaq məqsədilə formalaşdırılıb. Latın Mədəniyyət Akademiyası son illərdə “Latın dünyası islam aləmi” mövzusunda konfranslar keçirməklə latın islam sivilizasiyaları arasında dialoqun genişləndirilməsi sahəsində xeyli işlər görüb. İndiyədək Latın Mədəniyyət Akademiyası - Tehran, İskəndəriyyə, İstanbul, Ankara s. şəhərlərdə konfranslar keçirərək mədəniyyətlərarası dialoqa xidmət edən dəyərlərin araşdırılmasına diqqət yönəldib. Əsas məqsədlərdən biri - Qərb rasionalizmini islam mədəniyyəti ilə zənginləşdirmək sivilizasiyalararası yarışda hegemonçuluğun qarşısını almaqdır. Latın Mədəniyyət Akademiyasının nümayəndə heyətini Prezident İ. Əliyev qəbul edib. Görüş zamanı ölkəmizin tarixi, mədəniyyəti, zəngin adət-ənənələri haqqında qonaqlara geniş məlumat verən Prezident İ. Əliyev, respublikamızda yaşayan xalqların sülh, dostluq mehribançılıq şəraitində yaşadığını, dinlər mədəniyyətlər

 

arasında tolerantlığın hökm sürdüyünü bildirib. Ölkəmizdə hökm sürən millətlərarası dostluqdan dinlərarası anlaşmadan danışan Prezident Azərbaycanın bu sahədəki təcrübəsinin dünyanın başqa ölkələrində bir örnək kimi öyrənilməsini xüsusi olaraq vurğulayıb.

 

Sözügedən konfransda çıxış edən Latın Mədəniyyət Akademiyasının baş katibi Kandido Mendes Azərbaycanda mədəniyyətlərarası vəziyyətin yaxşı olduğunu vurğulamaqla yanaşı konfransa sədrlik edən H.Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək deyib: “Böyük gələcək perspektivlərə malik bir ölkə kimi, Azərbaycan xüsusi diqqətə layiqdir. Siz sırf Avrasiya ölkəsi deyilsiniz. Siz bu iki geosiyasi xətlərin tarazlaşdırılmasını təmin edə biləcək bir ölkəsiniz. Məhz buna görə Latın Mədəniyyəti Akademiyası slavyanların, türklərin, digər Avrasiya millətlərinin arasında körpü yaratmağa çalışır.... Tarixincür, nə məcrada inkişaf etməsinin məhz Azərbaycandan görünüşü bizim üçün vacibdir. Buna görə, qarşınızda baş əyirik və bu gözəl dialoqu məhz sizin ölkənizdə həyata keçirdiyimizə görə təşəkkürümüzü bildiririk”.

 

“Azərbaycan sözün əsl mənasında dostluq, qardaşlıq məkanıdır”

 

Aparılan müşahidələr göstərir ki, Azərbaycan Respublikası dinlərarası və mədəniyyətlərarası dialoqa artıq öz töhfəsini verməkdədir. 2008-ci il 2 dekabrda Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropaonun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda beynəlxalq konfransın Bakıda keçirilməsi Azərbaycanın mədəniyyətlərarası dialoqda müəyyən rol oynadığını göstərən faktdır. Bakıda keçirilən və 250-dən çox nümayəndəni əhatə edən konfransda Avropa Şurasının üzvü olan ölkələrdən başqa, İslam ölkələrinin yüksək rütbəli rəsmiləri, müxtəlif beynəlxalq qeyri-hökümət təşkilatlarının təmsilçiləri o cümlədən, 16 nazir, 18 nazir müavini, 10 beynəlxalq təşkilatın rəhbəri iştirak edib. Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa Şurasının sabiq Baş katibi Terri Devis, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri, ALESKO-nun baş direktoru Mondi Busnina, YUNESKO-nun Mədəniyyət siyasəti və beynəlxalq dialoq bölməsinin direktoru xanım Katerina Stenou, Avropa Şurasının beynəlxalq mədəniyyətlərarası əlaqələndiricisi xanım Qabriella Batteni-Draqoni, BMT-nin sivilizasiyaların ittifaqı ofisinin direktoru Mark Şuer və başqalarının çıxışları maraqla qarşılanıb. Qeyd edək ki, müzakirə olunan mövzuların mahiyyətinə, iştirakçıların tərkibi, əhatə olunan regionların miqyasına görə Bakıda keçirilən bu konfransı Avropaİslam ölkələrinin tarixində mədəniyyətlərarası dialoq mövzusunda ilk beynəlxalq tədbir kimi dəyərləndirmək olar.

 

Davamı növbəti sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Elvin Əliyev

Zaman.-2015.-20 fevral.-S.13.