Dinlərarası və mədəniyyətlərarası dialoq tolerantlığın əsasıdır (2)

 

 ƏVVƏLI ÖTƏN SAYIMIZDA,

KonfransdaMədəniyyət siyasəti və mədəniyyətlərarası dialoq: müxtəlif mədəniyyətlərin idarə edilməsinə dair yeni konsepsiya”, “İrs və mədəniyyətlərarası dialoq: hamımız birgə milli irsdən dünyəvi irsə doğrubaşlıqlı mövzular müzakirə olunub.

 

Bu mövzuları müzakirə edən konfrans iştirakçıları belə qərara gəliblər ki, millətlərarası dialoqa regionların davamlı inkişafına təkan verən amillərdən biri millətlərin bütün dəyərlərini göstərən milli irsdir. Milli irsin qorunub saxlanılması isə hər bir millətin xalqın prinsipial məsələsidir. Konfransda fəal iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyətlərarası dialoq, milli dini tolerantlığın möhkəmlənməsində Azərbaycanın təcrübəsindən

 

danışaraq deyib: “Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra əlbəttə, millətlərarası münasibətlərə, milli dini tolerantlığın möhkəmlənməsi işinə çox böyük diqqət verilmişdir. Bu gün Azərbaycan sözün əsl mənasında dostluq, qardaşlıq məkanıdır. Burada bütün xalqlar,dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Mən əminəm ki, Azərbaycanın bu istiqamətdə əldə etdiyi təcrübə çox önəmlidir. Şübhə etmirəm ki, konfrans zamanı bu barədə geniş söhbət açılacaqdır”.

 

Şərqlə Qərb arasında körpü rolu oynayan Azərbaycanın mədəniyyətlərin dialoqunda mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan AŞ-nın sabiq baş katibi T. Devis konfransdakı çıxışında deyib: “Bakı, Azərbaycan qeyri-adi bir məkandır. Bura tarix boyu müxtəlif mədəniyyətlərin qovuşma nöqtəsi, Şərq Qərb, Şimal Cənub arasında təbii bir körpüdür”. Tarixi reallıq göstərir ki, hər hansı bir xalq, hər hansı bir millət o halda mövcud olub inkişaf edə bilir ki, həmin millət xalqlar öz mədəniyyətinin özünəməxsusluğunu itirmədən, öz mədəni identikliyini qoruyub saxlamaqdadır. Bu baxımdan bütün xalq millətlər öz mədəni sərvətlərini başqa xalqlarla mübadilə edərək qarşılıqlı fəaliyyət əsasında ömür sürürlər. Buradan belə çıxır ki, tarixdə ayrı-ayrı ölkələr, xalqlar, sosiumlar ayrı-ayrı şəxslər bəşəriyyətin mədəniyyətlə bağlı olan dialoq fəaliyyətinin konsepsiyasını hazırlamağa onu həyata keçirməyə həmişə israrla səy göstəriblər.

 

Tarixi inkişaf prosesində kulturoloji nəzəriyyələrin, bütövlükdə müxtəlif mədəniyyətlərin biri-birinə təsirində dialoq amili mühüm rol oynayıb. Məhz dialoq vasitəsilə ayrı-ayrı xalqların mədəniyyətləri öz milli xüsusiyyətlərini saxlamaq şərtilə biri-birini zənginləşdirmiş inkişaf etdirmişdir.

 

 

 

Dialoq anlayışının fəlsəfi mahiyyəti...

 

Dialoq anlayışının fəlsəfi mahiyyətini şərh etmək üçün, hər şeydən əvvəl monoloq poliloq anlayışına diqqət yetirmək lazımdır. Monoloq dedikdə bir nəfərin müəyyən fikir

 

irəli sürməsi, yaxud fərdin özünə, ya da ki bir qrup dinləyicilərə müraciəti başa düşülür. Poliloq - iki nəfərdən çox tərəflərin müəyyən ünsiyyət prosesində iştirakıdır. Dialoq ünsiyyət prosesində iki, yaxud daha çox fərdlərin bir-biri ilə fakir mübadiləsinə deyilir. Rus alimi professor V. M. Pivoyev dialoqu fəlsəfi anlamda şərh edərək yazır ki, dialoqda ünsiyyətin iki subyekti, ikişüuruiştirak edir onlar öz fikirlərini ifadə etmək, bir-birini başa düşmək anlamağa nail olmağa çalışırlar. Hər bir dialoq iştirakçısı üçün vacib şərt birincisi, öz fikrinin başqası tərəfindən eşidilməsi, sonra isə başqasını düzgün anlamaq arzusudur. Dialoqözününözgəninşüurunun dialektik ziddiyyətidir. Dialoq - hər biri ayrı-ayrılıqda mövcud olan, biri-digərindən asılı olmayanözgəni  anlamağa onun fikrini mənimsəməyə, “özünün fikrinin suverenliyini saxlamağa cəhd edən prosesdir. Biz dialoq anlayışını əgər mədəniyyətə tətbiq etsək V. M. Pivoyevin yuxardakı fikri ilə razılaşmamaq mümkün deyildir. Tarixi təkamül prosesində bütün mədəniyyətlər qarşılıqlı təsir nəticəsində bir-birini zənginləşdirib. Bu qarşılıqlı təsir prosesi eyni regionda yerləşən bir-birinə qonşu olan xalqların mədəniyyətində daha çox özünü göstərmişdir. Məsələn, Qərbin Şərqin təsiri ilə formalaşan Rusiya mədəniyyətinin inkişafını buna misal göstərmək olar. Bu fikri Azərbaycan mədəniyyətinə aid etmək olar. Belə ki, Şərq Qərbin qovuşuğunda yerləşən Azərbaycanın mədəniyyətinin formalaşması inkişafında həm Şərq, həm Qərbin təsiri tarixən özünü göstərib.

 

Tarixən həm Şərq, həm də Qərb sivilizasiyası ilə bağlı olan Azərbaycan indiki dövrdə də, həm Qərb, həm də Şərq mədəniyyətinin daşıyıcısı kimi çıxış edir. Bu fikri əsaslandırmaq üçün Prezident İ. Əliyevin 7-9 aprel 2011-ci il tarixində Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında söylədiyi fikirlərə diqqət yetirək. Forumdakı çıxışında Azərbaycanın İslam dünyasının, Şərq mədəniyyətinin tərkib hissəsi olduğunu vurğulayan Prezident İ. Əliyev bu haqda deyib: “Azərbaycan İslam dünyasının tərkib hissəsidir. İslam dəyərləri, milli dəyərlər bizim üçün çox əzizdir. Müstəqillik dövründə Azərbaycan çox böyükuğurlu yol keçmişdir. Müstəqillikdən əvvəlki dövrdə milli mənsubiyyətimizi, milli xarakterimizi qoruyub saxlamaq üçün bizim tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz müstəsna rol oynamışdır”. Azərbaycanın İslam ölkələri ilə siyasi-iqtisadi və mədəni əlaqələrinin hazırki şəraitdə çox geniş olduğunu qeyd edən İ. Əliyev Azərbaycan mədəniyyətinin Şərq mədəniyyətinin tərkib hissəsi olmaqla yanaşı, həm də Qərb mədəniyyətinə çox yaxın olduğunu vurğulayaraq deyib: “Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür və müsəlman ölkələri ilə bizim çox sıx əlaqələrimiz vardır. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib. 2018-ci il üçün isə bu şərəfli ada Azərbaycanın qədim şəhəri Naxçıvan layiq görülmüşdür. Eyni zamanda, Azərbaycan bütün dövrlərdə Qərb dünyasına da çox bağlı, çox yaxın olubdur. Müsəlman şərqində ilk demokratik respublika 1918-ci ildə Azərbaycanda yaradılmışdır. İlk teatr məhz Azərbaycanda yaranmış, ilk opera burada səhnəyə qoyulmuşdur. Qadınların səs vermək hüququ müsəlman aləmində ilk dəfə məhz Azərbaycanda təmin edilmişdir.”

 

Azərbaycan mədəniyyət tədbirlərinin keçirildiyi mərkəzə çevirilib

 

Son illərdə Azərbaycan bir çox beynəlxalq mədəniyyət tədbirlərinin keçirildiyi mərkəzə çevirilmişdir. Məsələn, təkcə, 2010-cu ildə Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ II Beynəlxalq Musiqi Festivalı, Bakı Birinci Teatr konfransı, Milli Teatr Festifalı, Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi, Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsi, IV Beynəlxalq Rostropoviç Festivalı və s. Bütün bunlar mədəni əməkdaşlıq və mədəniyyətlərarası dialoqda Azərbaycanın rolunu və əhəmiyyətini göstərən mühüm hadisələrdir. Xüsusən, “Euronews” telekanalının 2010-cu ilin yekununa həsr olunan verilişində Avropanın ən nüfuzlu mədəniyyət hadisələrinin sırasında Bakıda Beynəlxalq Caz Festivalının keçirilməsinin xüsusi qeyd edilməsi də Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyası və  beynəlxalq mədəniyyət tədbirlərindəki fəaliyyətini göstərən faktlardan biridir. Azərbaycan mədəniyyətinin genişmiqyaslı təbliği ilə bağlı həyata keçirilən tədbirlər mədəniyyətimizin hərtərəfli inkişafının geniş vüsət alması ilə şərtlənir.

 

Davamı növbəti sayımızda 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Elvin Əliyev

Zaman.-2015.-21 fevral.-S.13.