Dinlərarası və mədəniyyətlərarası
dialoq tolerantlığın əsasıdır
(3)
Əvvəli ötən sayımızda
Keçmiş postsovet məkanında formalaşan kulturoloji nəzəriyyələrin müxtəlif
regionlarda yayılmasında
mədəni əlaqələrin
genişləndirilməsi mühüm
rol oynayıb. Məsələn, müxtəlif ölkələrdə
mədəniyyət günlərinin
keçirilməsi mədəni
əlaqələrin genişlənməsində
əsas amillərdən
biridir. Azərbaycan mədəniyyətinin başqa ölkələrdə,
xüsusən, Yaxın
və Orta Şərq ölkələrində
təbliğində, həmin
ölkələrdə keçirilən
mədəniyyət günləri
mühüm əhəmiyyət
kəsb edib. Əsasən
2000-ci ildən sonra müxtəlif ölkələrdə
keçirilən Azərbaycan
mədəniyyət günlərinin
sayı çoxalıb,
coğrfiyası isə
genişlənib. Mədəniyyət günləri həm Qərb, həm də Şərq ölkələrində keçirilib.
Məsələn, 2010-cu ilin 30 noyabrından
dekabrın 2-dək İordaniyada
keçirilən Azərbaycan
mədəniyyət günləri
milli mədəniyyətimizin
təbliği sahəsində
çox uğurlu olub. Mədəniyyət günləri çərçivəsində
İordaniyanın Əmman
və Zərka şəhərlərində bir
çox tədbirlər
keçirilib, Əmmanın
Kral Mədəniyyət
Mərkəzində yerləşən
sərgi salonunda “Azərbaycan ənənə
və müasirliyin qovuşuğunda” adlı fotosərgi açılıb.
Tədbirin açılışında iştirak edən respublikamızın Mədəniyyət
və Turizm naziri Ə. Qarayev ölkəmizin mədəniyyəti,
incəsənəti, muğamlarımız,
eyni zamanda işğal olunmuş ərazilərimizdə erməni
vandalistləri tərəfindən
dağıdılan tarixi
və mədəni abidələr haqqında məlumat verib.
Azərbaycanın
Pribaltika ölkələri
ilə mədəni əlaqələri son illərdə
xeyli genişlənib
Azərbaycan qərb ölkələri
ilə də öz mədəni əlaqələrini həmişə
genişləndirməyə çalışıb ki,
bu da Qərbin
Azərbaycan mədəniyyətinə
marağının getdikcə
artması ilə şərtlənir. 2009-cu ilin 17-19 noyabr tarixində Macarıstanın paytaxtı
Budapeşt şəhərində
“Azərbaycan-Macarıstan: mədəniyyətlərin
dialoqu” mövzusunda IV
elmi konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının
Macarstandakı səfirliyinin
təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi ilə keçirilib. Konfransın
işində tarix, iqtisadiyyat, hüquq, siyasət, etnoqrafiya, ədəbiyyat və s. sahələr üzrə
AMEA-nın tanınmış
alimləri iştirak edib. Konfrans iştirakçılarına təbrik
məktubu göndərən
Macarıstanın xarici
işlər naziri P. Balayin Azərbaycanla mədəni əlaqələrin
əhəmiyyətindən bəhs edərək konfransa göndərdiyi məktubda bildirib: “Azərbaycan mədəniyyətinin
nadir dəyərlərini, o cümlədən onun memarlığını, ədəbiyyatını,
xalq musiqisini, xalq ənənələrini
və dil irsini nəzərə alsaq qarşımızda elə bir əlvan
mənzərə açılar
ki, Azərbaycan xalqı haqlı olaraq onunla fəxr
edə bilər”. Qeyd edək ki, Şərqdə,
İslam ölkələrində
bəzi şəhərlərin
İslam mədəniyyətinin
paytaxtı elan olunduğu kimi, bu ənənə Qərbdə, Avropa ölkələrində də
həyata keçirilir.
Məsələn, 2009-cu ildə Litvanın
paytaxtı Vilnüs şəhəri də Avropa mədəniyyətinin
paytaxtı elan olunub. Göstərmək lazımdır ki,
Azərbaycanın Litva
ilə o, cümlədən
Pribaltika ölkələri
ilə mədəni əlaqələri son illərdə
xeyli genişlənib.
Məsələn, Azərbaycanla Litva
arasında mədəniyyət
və turizm sahəsindəki əlaqələri
buna misal göstərmək olar.
Məsələn, Litvanın
Turizm Departamentinin direktoru xanım Niele Klikine 2009-cu il aprel ayında
Bakıda səfərdə
olarkən Litva Respublikasının Azərbaycandakı
səfirliyində keçirilən
mətbuat konfransında
Litva və Azərbaycanın mədəni
əlaqələrindən danışaraq,
Litva şəhərlərinin
mədəni-tarixi abidələri,
turizm imkanları haqqında geniş məlumat verib. Qeyd edək ki, son vaxtlar beynəlxalq turizm əməkdaşlığında
mühüm rol oynayan Litva respublikası
ilə mədəni əlaqələrin genişləndirilməsi
məqsədəuyğundur. Həm də Litva 2007-ci ildən Şengen ölkələri ailəsinə
üzv olub. Hazırda Litvanın Azərbaycandakı
səfirliyi hüquqi və fiziki şəxslərə ümumi
qısamüddətli vizalar
vermək səlahiyyətinə
malikdir.
Azərbaycanın
Rusiya ilə mədəni-humanitar əlaqələri
uzun bir tarixi dövrü əhatə edir
Azərbaycan-Rusiya münasibətləri tarixində
qarşılıqlı humanitar
və mədəni əlaqələrin araşdırılmasına
gəldikdə qeyd etmək lazımdır ki, bu əlaqələr
geniş bir tarixi dövrü əhatə edir. Azərbaycanın Rusiya ilə mədəni-humanitar əlaqələrinin
uzun bir tarixi dövrü əhatə etməsini tanınmış elm adamlarımız
da qeyd edirlər.
Azərbaycan-Rusiya mədəni-kulturoloji
əlaqələrinin uzun
tarixə malik olduğunu vurğulayan akademik Ramiz Mehdiyev Humanitar əməkdaşlıq üzrə
birinci Azərbaycan-Rusiya
Forumunun açılışındakı
çıxışında bu əlaqələrin mahiyyətindən bəhs
edərək deyib: “Azərbaycan-Rusiya münasibətlərinin
tarixinə humanitar əməkdaşlıq baxımından
nəzər salmağa
cəhd göstərsək,
bu münasibətlərə
hətta ekskurs belə çoxillik tədqiqatlar aparılmasını
tələb edərdi.
Burada biz Rusiya maarifçilərini, Sankt-Peterburq
və Kazan universitetlərinin
professoru Mirzə Kazımbəyin fəaliyyətini,
Lermontovun Azərbaycan
dastanının motivləri
əsasında yaratdığı
gözəl “Aşıq
Qərib” əsərini,
Yeseninin Bakı haqqında ürəkdən
gələn sətirlərini
və ümumi tariximizin iki əsrdən çox dövrünə aid bir çox əlamətdar hadisələri və təzahürləri xatırlaya
bilərik”.
Azərbaycan dinlər və mədəniyyətlər arası
dialoq məkanı kimi tanınır
Müasir qloballaşma şəraitində
mühüm amillərdən
biri mədəniyyətlərarası
dialoqun genişlənməsidir. Azərbaycan başa
sahələrdə olduğu
kimi dinlərarası və mədəniyyətlərarası
dialoq sahəsində də beynəlxalq tədbirlərdə fəal
iştirak edir və bu baxımdan
Azərbaycan artıq mədəniyyətlərarası dialoq məkanı kimi tanınıb. Son illərdə dinlərarası
və mədəniyyətlərarası
dialoqa həsr edilmiş böyük beynəlxalq tədbirlərin
Bakıda keçirilməsi
dediklərimizə sübutdur.
Məlumdur ki, bu sahədə geniş beynəlxalq tədbir sayılan Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu 7-9 aprel 2011-ci il
tarixində Bakı şəhərində keçirilib.
Tədbirdə iştirak
edən Prezident İ.Əliyev öz nitqində bu tədbirin mədəniyyət
sahəsindəki beynəlxalq
əhəmiyyətindən bəhs edərək deyib: “Mədəniyyətlərarası
Forumun Azərbaycanda keçrilməsi böyük
əhəmiyyət kəsb
edir... Ümid edirəm ki,
forumun nəticələri
çox müsbət
olacaq və mədəniyyətlərarası dialoqun inkişafına yeni imkanlar yaranacaqdır.
Təsadüfi deyil ki, mədəniyyətlərarası dialoqun keçrilməsi ilə məhz Azərbaycan həm coğrafi, həm tarixi baxımdan, həm bugünkü reallıqlar baxımından
mərkəzə çevrilir.
Biz bunu çox
alqışlayırıq”.
Qeyd edək ki, “Mədəniyyətlərin dialoqu”
Dünya Forumu çərçivəsində “Müasir Dünyada Mədəniyyətlərin Müxtəlifliyi
və Dialoq Fəlsəfəsi” mövzusunda
2011-ci il aprelin 7-9-da Bakıda keçirilən konfrasın
iştirakçıları Memorandum imzalayıblar. Memorandumda deyilir: “Avropa, Asiya və Afrikanın
tanınmış filosoflarının
iştirak etdiyi “Müasir dünyada Mədəniyyətlərin Müxtəlifliyi
və Dialoq Fəlsəfəsi” mövzusunda
keçirilmiş Beynəlxalq
Konfrans qeyd etdi ki, qloballaşma
şəraitində dünya
mədəniyyətlərinin özgürlüyü və
müxtəlifliyinin mühafizəsi
üzrə ciddi səylərin göstərilməsi
ilə yanaşı, mədəniyyətlərin qarşılıqlı
əlaqələri genişlənir.
Əminliklə bildirildi
ki, bu şəraitdə
mədəniyyətlərin dialoqunun məntiqi və konstruktiv alternativi yoxdur... Konfrans qeyd etməyi
lazım bilir ki, Dünya Forumu və “Müasir dünyada Mədəniyyətlərin Müxtəlifliyi
və Dialoq Fəlsəfəsi” Beynəlxalq
Konfransının Bakıda
keçirilməsi Azərbaycanın
dünyada əməkdaşlığın
möhkəmləndirilməsi və qarşılıqlı
etimad mühitinin bərqərar edilməsi,
dialoq fəlsəfəsinin
dərinləşdirilməsi üzrə səylərin
tamamilə düzgün
və tədqirəlayiq
olduğunu bir daha təsdiq edir. Konfrans yalnız fəlsəfənin,
tərbiyə işində
dialektik təfəkkür
və müxtəliflik
mədəniyyətinin (multikulturalizmin)
üstünlüyünü təmin edərək, mədəniyyətlərin dialoqunun
ümumi anlayışları,
forma və məzmununu
işləyib meydana çıxardığını qeyd edərək:
-Çıxış və
müzakirələrdə səsləndirilmiş
fikirlərin elmi-nəzəri
və praktiki əhəmiyyətini nəzərə
alaraq konfransmateriallarının
dərc olunmasını
lazım bilir;
-Fəlsəfə təşkilatları
arasında əməkdaşlıq
və qarşılıqlı
etimadın yaradılmasına
çalışan bir
təşkilat kimi Avropa və Asiya Fəlsəfə İnstitutları Beynəlxalq
assosiasiyasının fəaliyyətini
dəstəkləyir;
-Filosofları mədəniyyətlərin
dialoqu problemlərinin
tədqiqində əməkdaşlığa
kömək etməyə
və bununla da dünyada mədəniyyətlərin qarşılıqlı
əlaqəsi və özgürlüyünün qorunub
saxlanması işinə
töhvə verməyə
çağırır”.
Davamı növbəti sayımızda
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı: Elvin Əliyev
Zaman.-2015.-24 fevral.-S.13.