Azərbaycanın multikulturalizm siyasəti və ölkənin sosial-iqtisadi inkişafı

 

Azərbaycan çoxmillətli ölkədir, müxtəlif millətlərin və xalqların qarşılıqlı anlaşma şəraitində yaşadığı və fəaliyyət göstərdiyi dövlətdir.

 

Müasir müstəqil Azərbaycan dövləti onun yaradıcısı Heydər Əliyev hakimiyyətə qayıdışı ilə ölkəmizdə yaşayan azsaylı xalqların dilinə, mədəniyyətinə, adət-ənənələrinə diqqətlə yanaşdı, qayğı göstərdi. Belə ki, 1993-cü ildən etibarən keçmiş ittifaq respublikalarından fərqli olaraq Azərbaycanda vəziyyət tamamən fərqli istiqamətdə inkişaf etməyə başladı. Bu proses Azərbaycanda yaşayan milli azlıqların, azsaylı xalqların etnik azlıqların ictimai-siyasi, sosial-mədəni inkişafına stimul verdi.

 

Müstəqilliyin ilk günlərindən başlayaraq Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər olan zaman kəsiyində Azərbaycanda milli azlıqlarla bağlı yetərli görülmürdü. 1993-cü ildən sonra isə milli məsələlərdə irəliyə doğru dönüş yarandı. Hidayət OrucovHeydər Əliyev Azərbaycanda milli siyasət” (Bakı, 2001) kitabında yazır: “1993-cü ildən sonra milli azlıqların spesifik məsələlərinə ağır, iqtisadi çətinliklər içində yaşayan Azərbaycanda dövlət səviyyəsində kompleks müntəzəm qayğı göstərmək ənənəyə çevrildi”.

 

 Tarazlı milli siyasət kursu

 

Tarazlı milli siyasət kursu, milli azlıqların ən kiçik qayğılarından tutmuş ciddi sosial problemlərinə qədər bütün məsələlərin həlli artıq Kremlin barmaq silkələməsinə görə deyildi. Ölkəmizin müstəqillik illərində keçdiyi inkişaf yolu, o cümlədən müstəqilliyin ilk illərində vətəndaş müharibəsi, iqtisadi tənəzzül, ictimai-siyasi sabitliyin pozulması, Ermənistanın işğalı sair çoxsaylı problemlərlə üz-üzə qalan Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti sayəsində bütün çətinlikləri qısa müddətdə arxada qoydu hərtərəfli inkişafa başladı. 1994-cü ildən sonra bu siyasət Prezident Heydər Əliyevin iradəsi, cəsarəti ilə həyata keçirilirdi. Heydər Əliyevin təşəbbüsü göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Bu məqsədlə onlara maliyyə yardımları göstərildi. Milli azlıqların mədəni mərkəzləri kommunal xərclər, kirayə haqqı ödənilmədən yerlə təmin olundular. Onların əlifbaları, doğma dillərində dərslikləri hazırlandı, kitablarının, qəzetlərinin nəşri üçün dövlət büdcəsindən vəsait ayrıldı, respublika radiosunda, yerli özəl televiziyalarda qəzetlərdə doğma dillərində veriliş materiallar hazırlanmasına şərait yaradıldı, müxtəlif konfesiyaların sərbəst azad fəaliyyət göstərməsinə tam hüquqi təminat verildi.

 

 Mədəni etnik birliyə nail olmayan dövlət tolerantlıq olmadan sabitliyini   təmin edə normal inkişaf edə bilməz

 

Heydər Əliyev milli məsələlərlə bağlı fəaliyyətində beynəlmiləlçilik ruhunu milli azlıqlara diqqəti müdafiə edirdi. Məhz buna görə Azərbaycanda etnomühit bütün dövrlərdə sabit olub. Bu istər yuxarıların, istərsə aşağıların biri-digərinə olan münasibətinin birmənalı olaraq davam etməsinin göstəricisidir. Yəni topluma daxil olan həm türkə, həm qeyri-türkə ictimai mühitdə yanaşma tərzi eyni olub, etniklə, qeyri-etnik arasında fərq qoyulmayıb.

 

Akademik Ramiz Mehdiyev “XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstindəməqaləsində (25.06.2012) yazır: “Polietnik cəmiyyətdə vətəndaş millətçiliyi daxili birliyə malik olmuş Azərbaycan cəmiyyətinin ətraf mühiti qavraması üsuludur. Mədəni etnik birliyə nail olmayan dövlət tolerantlıq olmadan sabitliyini təmin edə normal inkişaf edə bilməz...”

 

1995-ci ildə bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan Azərbaycan Konstitusiyası da mənşəyindən, irqindən, dinindən dilindən asılı olmayaraq hər kəsin hüquq azadlıqlarına hörməti təmin edir. Konstitusiyanın 25-ci maddəsinə əsasən, Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən mənşəyindən asılı olmayaraq hər kəsin hüquq azadlıqlarının bərabərliyinə təminat verir. İnsan vətəndaş hüquqlarını azadlıqlarını irqi, milli, dini, dil, mənşəyi, əqidə, siyasi sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Konstitusiyanın 44-cü maddəsinə əsasən, “hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”.

 

 İndi biz özümüzü azad sərbəst hiss edirik

 

Heydər Əliyevin milli siyasətinin əsas istiqamətlərindən biri ölkəmizdə yaşayan bütün milli azlıqların dil mədəniyyətinə müvafiq dəstəyin göstərilməsi idi. Bu məqsədlə, az sonralar, Mədəniyyət Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası fəaliyyət göstərdi. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbə yaradıldı.

 

Heydər Əliyevin milli azlıqlara qarşı münasibəti təkcə rəsmi sənədlər görüşlərlə təsdiq olunmur. Ümummilli lider milli azlıqların yaşadığı bölgələrə səfərlər edir, onlarla görüşlər keçirirdi. Qəbələ rayonunda yaşayan azsaylı udin xalqının nümayəndələri ümummilli liderlə görüşlərini belə xatırlayırlar: “Tanrı özü dualarımızı eşidərək Heydər Əliyevi bizə göndərmişdir. İndi biz özümüzü azad sərbəst hiss edirik”.

 

 Ölkə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar

 

Heydər Əliyev milli azlıqların nümayəndələri ilə keçirdiyi görüşlərinin birində deyirdi: “Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar…”. Və yaxud da ümummilli lider milli azlıqlarla keçirdiyi görüşləri belə xarakterizə edirdi: “…Mən görüşlərimi milli azlıqların nümayəndələri ilə görüş adlandırmaq istəməzdim. Bu, Azərbaycanın, Azərbaycan xalqının nümayəndələri ilə görüşüdür…”

 

Göründüyü kimi, Heydər Əliyevə  həm Azərbaycanda normal həyatı bərqərar etmək, sosial-iqtisadi inkişafı təmin etmək, həm də millətlərarası sülhə nail olmaq, xalqlar və ölkələrarası münasibətləri tənzimləmək nəsib oldu. Buna görə də xalq ona Dahi Beynəlmiləlçi, müsəlman dünyasının lideri, “Qafqazın Atası” adını verdi.

 

 Milli azlıqlar üçün ölkəmizdə reallaşdırılan layihələrin əhəmiyyəti

 

Bu gün də ölkənin ictimai-siyasi həyatındakı demokratik dəyişikliklər Azərbaycanda yaşayan azsaylı xalqlara olan marağın da artmasına şərait yaradır. İnsan hüquqlarının müdafiəsi, müxtəlif etnosetnik qrupların saxlanılması yalnız sosial - mədəni deyil, həmçinin siyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin milli siyasəti yalnız ayrı-ayrı etnosxalqlara deyil, milli mənsubiyyətindən asılı olmayaraq, ölkə vətəndaşlarının həyatının bütün sahələrində bərabərhüquqlu inkişafına xidmət edir.

 

Qeyd etmək lazımdır ki, əsrlər boyu Azərbaycanda bütün xalqlaramilli azlıqlara tolerant münasibət bəslənir. Tarixən ölkəmizdə müxtəlif millətlərin nümayəndələri dinc yaşayır və bu ənənə indiuğurla davam etdirilir və nümunəvi xarakter daşıyır. Milli azlıqlar üçün ölkəmizdə reallaşdırılan layihələr xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət edir.

 

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Azərbaycanda tolerantlığın möhkəmləndirilməsi üçün ardıcıl siyasət həyata keçirir.

 

Xüsusi olaraq “Zaman-Azərbaycan” üçün Asim MƏMMƏDOV Siyasi elmlər üzrə fəlsəfə doktoru Gəncə Dövlət Universiteti Sosial fənlər kafedrasının müəllimi

 

Davamı növbəti sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Vüqar Nəbiyev

 

Zaman.-2015.-26 fevral.-S.13.