Azərbaycanın multikulturalizm
siyasəti və ölkənin sosial-iqtisadi
inkişafı
Əvvəli ötən sayımızda
Bu gün ölkəmiz
müstəqil siyasət
yürüdür, xalqla
iqtidarın birliyinə
nail olunmuşdur. Azərbaycanın
dövlət siyasətində
insan amili başlıca yer tutur.Respublikamızda əhalinin
güzəranı durmadan
yaxşılaşır, qısa
müddətdə yoxsulluq
49 faizdən 11 faizə
enib və böyük miqdarda yeni iş yerləri
yaradılıb. Məqsədyönlü siyasət nəticəsində
ölkəmizin paytaxtı,
eləcə də regionlar tanınmaz dərəcədə dəyişib
və müasirləşib.
Ölkə prezidentinin də
qeyd etdiyi kimi bu gün
Azərbaycanın regionda
lider dövlətə
çevrilib. Dünyada qlobal
maliyyə və iqtisadi böhranın hökm sürdüyü dövrdə də ölkəmizdə bütün
sahələrdə inkişaf
təmin olunur. Azərbaycan son illərdə
sıçrayışlı sosial-iqtisadi inkişafa
nail olmuşdur və hazırda dünyanın inkişaf etmiş ölkələri sırasında
yerini tutmaq üçün səylərini
daha da gücləndirir.
Azərbaycanda bütün xalqlara, milli azlıqlara daim yaxşı münasibət bəslənilir. Azərbaycan müxtəlif
dinlərin və millətlərin dostluq şəraitində birgə
yaşamaları baxımından
nümunə rolunu oynayır.
“Onların bir çoxu başqa millətlərdən
olduqları kimi, digər səmavi dinlərin də daşıyıcısıdırlar”
Hazırda Azərbaycanda ölkənin
əsas və çoxluq təşkil edən əhalisi - azərbaycanlılarla (Azərbaycan
türkləri) yanaşı,
bir sıra digər millət, xalq və etnik
azlıqlar da çiyin-çiyinə yaşayırlar. Azərbaycanda
yaşayan əhalinin
90,6%-ni azərbaycanlılar,
9,4%-ni isə milli azlıqlar və etnik qruplar,
o cümlədən ləzgilər
- 2,2%, ruslar - 1,8%, talışlar
- 1,0%, avarlar - 0,6%, türklər
- 0,5%, tatarlar - 0,4%, ermənilər
- 1,5%, gürcülər - 0,2%, kürdlər - 0,2%, ukraynalılar-
0,4%, yəhudilər - 0,2% və
başqa xalqlar təşkil edir. Bu gün Azərbaycan ərazisində kompakt halında yaşayan milli azlıq, azsaylı xalq və etnik azlıqlarla
yanaşı, sayının
azlığından və
çoxluğundan asılı
olmayaraq, həmçinin
özbəklər, qazaxlar,
litvalılar, latışlar,
moldovanlar, estonlar, qırğızlar, taciklər,
türkmənlər, abxazlar,
aqullar, buryatlar, inquşlar, darginlər, kabardinlər, komilər, qumuqlar, marilər, noqaylar, rutullar, udmurtlar, çeçenlər,
çuvaşlar, adıgeylər,
çərkəzlər, qaqauzlar,
Orta Asiya yəhudiləri, qaraçılar,
ərəblər, aysorilər,
əfqanlar, bolqarlar, macarlar, vyetnamlar, yunanlar, koreyalılar və kubalılar da yaşayır. Onların bir çoxu başqa millətlərdən
olduqları kimi, digər səmavi dinlərin də daşıyıcısıdırlar.
Avropa dəyərlərinə, dünyəvi
və hüquqi dövlət quruculuğu yoluna üstünlük verilməsi
Bu gün ölkədə yürüdülən iqtisadi,
siyasi, sosial, milli və s. siyasətin xarakteri və effektivliyi də xüsusi vurğulanmalıdır. Azərbaycan özünün
müsbət və pozitiv iqtisadi inkişaf meyllərini-iqtisadiyyatının
liberallaşdırılmasını, Qərblə iqtisadi əlaqələrini və
bazar iqtisadiyyatı mexanizmlərini inkişaf etdirilməklə yanaşı,
həm də ölkə daxilində sabit vətəndaş birliyinin yaradılması istiqamətində mühüm
nailiyyətlər qazanmışdır.
Ölkədə həyata keçirilən
düzgün və fəal siyasət onun daxili ictimai-siyasi
mühitini nəzərəçarpacaq
dərəcədə modernləşdirmiş,
dövlət və cəmiyyət həyatını
demokratikləşdirmiş, sosial-mənəvi sahələri
yeniləşdirmiş, vətəndaş
cəmiyyəti təsisatlarını
formalaşdırmış və müasir dövrün tələblərinə
uyğunlaşdırmışdır.
Avropa dəyərlərinə,
dünyəvi və hüquqi dövlət quruculuğu yoluna üstünlük verməsi,
vətəndaşlarının təhsil, mədəni və intellektual səviyyəsini yüksəltməsi
və s. amillər ölkənin dünyəvi
geosiyasi əhəmiyyətini
və planetar imicini xeyli artırmış
və geosiyasi xarakteristikasına müsbət
təsir göstərmişdir.
Hazırda Azərbaycan
öz ictimai-siyasi və sosial-mənəvi vəziyyəti, yekdil milli-dini-vətəndaş birliyi,
tolerant daxili vəziyyəti
və s. ilə
“Dini dözümlülüyün hökm
sürdüyü coğrafi
məkan”
Cənubi Qafqazın ən sabit və lider
ölkəsi hesab olunur. Azərbaycan Cənubi Qafqazda
həm də xristianlıqla islamın sərhədlərinin bitdiyi
və sivilizasiyaların
qovuşduğu, müxtəlif
millətlərin, dinlərin
və mədəniyyətlərin
bir arada inkişaf etdiyi, dini dözümlülüyün
hökm sürdüyü
coğrafi məkan olaraq, öz multikulturalist və tolerant
cəmiyyəti, sabit ictimai mühiti ilə seçilir. Bu istiqamətdə ölkə rəhbərliyinin
yürütdüyü ardıcıl
siyasət ölkənin
regionda geosiyasi nüfuzunu artırmaqla yanaşı, həm də Cənubi Qafqaz və Xəzər hövzəsində
regional sabitlik və təhlükəsizliyin təmin
olunmasına ciddi təsir göstərir.
Bütün bunlar da Azərbaycanın xarici aləmlə geosiyasi tərəfdaşlığına müsbət təsir göstərən əsas
amil hesab olunur.
Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının
Prezidentinin regionların
inkişafı ilə
bağlı sərəncamlarını
da xüsusi qiymətləndirmək lazımdır. Azərbaycan
Respublikasının Şəki
şəhərinin, Balakən,
Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan respublikası
Prezidentinin sərəncamları
nəticəsində Balakən
rayonunun Katex kəndində Beretbinə
əsas məktəbi,
Zaqatala rayonunun Makov ,Qınır kəndlərində məktəblər
tikilmiş,Mamrux kəndində
uşaq baxçası
inşa olunmuşdur.
“Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir”
2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir.
Avar dilində ümumilikdə 260 sinfi olan 19 məktəb fəaliyyət göstərir və bu məktəblərdə 7 minə yaxın şagird təhsil alır. 2009-cu il ümumölkə əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən talışlar Azərbaycanda yaşayan de-fakto III, de-yuri isə IV azsaylı etnik qrupdur. Azərbaycanda hazırda tədris proqramında talış dili öyrənilən 248 məktəb fəaliyyət göstərir. Bu məktəblərin ibtidai siniflərində həftədə 2 dəfə talış dili tədris edilir. Bu məktəblərdə 1 716 sinif vardır ki, onlardan 248-i ibtidai sinifdir. Məktəblərdə ümumən 29 min 120 şagird təhsil alır.
1993-cü ildən başlayaraq Azərbaycanda ləzgi dilində dərsliklər çap edilir. Hazırda 94 məktəbdə (891 sinif) ləzgi dilində dərslər keçirilir. Həmin məktəblərdə 15 000-ə yaxın şagird təhsil alır. Ləzgilərin sıx yaşadığı Quba-Xaçmaz iqtisadi rayonunun sənayesinin əsasını yüngül və yeyinti sənayesi təşkil edir. Başlıca olaraq meyvə-tərəvəz, şərab və süd məhsulları emal edilir. Rayonun kənd yerlərində xalçaçılıq ənənəvi sənətkarlıq növü kimi inkişaf etməkdədir. Qafqazın qədim xalqlarından olan ləzgilər bu bölgənin iqtisadi inkişafında mühüm rol oynayırlar.
“Milli azlıqların dilində
qəzet və jurnallar nəşr olunur”
Postsovet məkanında ilk dəfə
olaraq Azərbaycan Respublikasında milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması,
həmçinin dilinin
və mədəniyyətinin
inkişafına dövlət
yardımı haqqında
prezident fərmanlar imzalayıb. Azərbaycanda milli azlıqlar
həm parlamentdə, həm də icra hakimiyyəti orqanlarında geniş təmsil olunurlar. Azərbaycan dövlətinin milli siyasətinin əsas istiqamətlərindən biri
ölkəmizdə yaşayan
bütün milli azlıqların dil və mədəniyyətinə
müvafiq dəstəyin
göstərilməsidir. Azərbaycanın milli azlıqların məskunlaşdığı
bir sıra rayonlarında ali
təhsil müəssisələri
və kolleclərin filialları açılmış,
ölkənin radio və
televiziya kanallarında
milli azlıqların dillərində verilişlər
yayımlanır. Həmin ərazilərdə
yerli telekanallar fəaliyyət göstərir.
Milli azlıqların dilində
qəzet və jurnallar nəşr olunur. Bu mənada
Azərbaycan bütün
dünyada nümunəvi
multikulturalizm məkanı
kimi tanınır.
Xüsusi
olaraq “Zaman-Azərbaycan”
üçün Asim
MƏMMƏDOV Siyasi elmlər
üzrə fəlsəfə
doktoru Gəncə Dövlət Universiteti Sosial fənlər kafedrasının müəllimi
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Vüqar Nəbiyev
Zaman.-2015.-27 fevral.-S.13.