Azərbaycanlı gənclər
Norveçdə təmsil olundular
“Odlar Yurdu” növbəti beynəlxalq
layihənin tərəfdaşı
oldu.
“Odlar Yurdu Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə Norveçin
Trondheim şəhərində Avropa Komissiyasının “Erasmus
Plus” proqramı çərçivəsində
həyata keçirilən
“Sunrise” adlı Beynəlxalq
layihədə azərbaycanlı
gənclərdən ibarət
nümayəndə heyyəti
iştirak edib.
Mədəniyyət və idmana həsr olunan layihədə Sloveniya, Norveç, Belarus, Türkiyə,
Almaniya, Ukrayna və Gürcüstandandan
fəal gənclər
iştirak ediblər.
Azərbaycanı təmsil edən
, gənclərdən ibarət
nümayəndə heyyətinin
tərkibində “Odlar
Yurdu” GİB-in fəal
üzvü və könüllüləri, “Qan
Donorları Assosiasiyası”
İB-nin rəhbərliyi
və “Gənclər üçün Təhsil
Mərkəzi” İB-nin
üzvləri iştirak
ediblər.
21-29 iyun tarixlərini əhatə edən layihədə Gənclər Azərbaycan gecəsində ölkəni layiqincə təmsil etmiş, Bakı-2015 İlk Avropa Oyunları və “Gəncə-2016” Avropa Gənclər Paytaxtına aid video çarxlar nümayiş etdirmiş və iştirakçı gənclərə hədiyyələr təqdim etmişlər. Həmçinin ölkədə həyata keçirilən idman siyasəti, mədəniyyət sahəsində görülən işlər, zəngin mətbəximiz haqqında da təqdimatlar keçiriblər.
Qeyd edək ki, “Odlar
Yurdu” Gənclər İctimai
Birliyi 3 ilə yaxındır ki, fəaliyyət göstərir . Fəaliyyəti
müddətində davamlı olaraq gənclərin
beynəlxalq layihələrdə iştirakını təmin
etməklə, ölkənin təbliğində gənclərin
rolunu artırmaq istiqamətində uğurlu addımlar
atmış, Avropa Komissiyası tərəfindən
15 müxtəlif ölkədə keçirilən, gənclərə
həsr olunan beynəlxalq layihələrin
tərəfdaşı olmuşdur. Cari ilin aprel
ayından isə ölkənin Avropa
Komissiyasının Beynəlxalq Könüllülük
Proqramından akkreditasiya əldə etmiş ən gənc təşkilatıdır.
Zaman.-2015.- 1 iyul.- S. 7.