Ömrünü musiqiyə həsr etmiş alim

 

Əməkdar incəsənət xadimi, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq doktoru İmruz Əfəndiyeva

 

 Onunla bir dəfə görüşüb həmsöhbət olanlar istər-istəməz yeni görüşlərə can atırlar. Sinəsi hikmət xəzinəsidir. Danışanda doğma dilimizin gözəlliyinə bir daha valeh olursan. Zərgər dəqiqliyi ilə seçib cilaladığı sözləri mirvari kimi sapa düzür. Onun ecazkar nitqində adi sözlər belə yeni məna daşıyır. İti məntiqi, əxlaqi dəyərlərə verdiyi ölçüsüz qiymət adamı ovsunlayır. Həmsöhbətinin ruhuna elə sığal çəkir, varlığına elə qeyri-adi rahatlıq gətirir ki, sözünün sehri altına düşürsən.

Sənətinə şəxsiyyətinə böyük hörmət rəğbət bəslədiyim, 40 ildən artıq tanıdığım Əməkdar incəsənət xadimi, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq doktoru İmruz Əfəndiyeva həyatında çox uğurlara imza atıb.

- Bir qədər keçmişə qayıdaq. İmruz xanım necə oldu ki, sənətşünaslıq elmini ömrünün mənası, mahiyyəti bildi, həyatını bu elmə həsr etdi.

- Anam Məsalət xanım həkim, atam Məmməd Sadıq Əfəndiyev dövrünün görkəmli dövlət xadimi, teatrşünas alim, maarifçi dramaturq olmuşdur. Onu xüsusi vurğulamaq istərdim ki, uşaqlıq illərim musiqi, teatr aləmindən aldığım təəssüratlarla dolu idi. Atamın peşəkar fəaliyyəti ilə bağlı konsertlərdə olur, eşitdiyim musiqilər yaddaşıma yazılırdı. Atam hətta mənim musiqi ilə məşğul olmağım üçün evə piano da almışdı. O dövrdə atamın işlədiyi Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki 2 saylı musiqi məktəbində təhsil almağa başladım. Artıq pianoda əsərləri, sadəcə, ifa etməklə kifayətlənməyərək, onların metodik xüsusilə harmonik quruluşuna diqqət yetirməyə başladım. Əsas diqqətimi cəlb edən ilk əsər Şopenin 4 saylı prelyüdü olmuşdur. Burada aldığım musiqi təhsili sənət yolumu müəyyənləşdirdi. Konservatoriyanın musiqi nəzəriyyəsi tarixi fakültəsinə daxil oldum.

İlk gündən respublikada çıxan qəzet jurnalları alıb, mədəniyyət sahəsində baş verən məlumatları toplayırdım. Konservatoriyada ilk aldığım təqaüdə B. V. Asafyevin 5 cilddən ibarət kitablarını aldım. Hələ bu əsərlər mənim stolüstü kitablarımdır. Mənim sənət taleyimdə N. Çumakov, Arnold Soxor, V. Siroviçin xüsusi xidmətləri olmuşdur.

- Hər il yeni tələbə komandası ilə qarşılaşan İmruz xanımın ilk öncə onlara deyiləsi sözü olur?

- İlk növbədə, onları bu müqəddəs musiqi məbədinə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmaları münasibətilə təbrik edir, böyük sənətkar haqqında qısaca məlumat verirəm. Ü. Hacıbəyli alimliyi, səmimiliyi ilə bərabər, xeyriyyəçi insan olub, maddi cəhətdən tələbələrinə çox köməyi dəyib. 1948-ci ildə dünyasını dəyişənədək, o bu sənət ocağının rektoru olub. Ü. Hacıbəylidən sonra konservatoriyaya dahi bəstəkarlar - Qara Qarayev, Cövdət Hacıyev, hazırda isə görkəmli musiqiçi Fərhad Bədəlbəyli rəhbərlik edir. Bu mövzuda onlarla sual-cavab aparıb, bilik səviyyələrini yoxlayıram.

- Sizcə, məsuliyyət genlə keçir, yoxsa o da ideoloji tərbiyənin nəticəsidir.

- Təbii ki, məsuliyyət genlə keçir. Ailəmdə gördüyüm ab-hava məni peşəkar musiqişünas səviyyəsinə qaldırdı.

- Elmi-tədqiqat işlərinizin nəticələri barədə məlumatlarınız oxucularınız üçün maraqlı olardı.

- 1982-ci ildə TbilisidəAzərbaycan sovet mahnısımövzusunda namizədlik dissertasiyasını müdafiə etmişəm. Elmi rəhbərim Leninqrad Dövlət Konservatoriyasının professoru Arnold Naumoviç Soxor idi. 1974-cü ildəAzərbaycan mahnısında yenilik”, 1981-ci ildə isəAzərbaycan Sovet mahnısıkitabım çapdan çıxır. 2005-ci ildəVasif Adıgözəlovun yaradıcılığı milli ənənələr kontekstindəmövzusunda doktorluq dissertasiyasını müdafiə edib, sənətşünaslıq doktoru alimlik dərəcəsinə layiq görüldüm.

- İmruz xanım, bu yaxınlardaZərdabinəşriyyatı tərəfindən işıq üzü görmüşAxtarış yollarının bəhrəsikitabı diqqətimizi cəlb etdi. Bu kitab hansı zərurətdən yarandı?

- Bu kitabda qəzet, jurnal, məcmuə kitablarda çap olunmuş elmi-publisistik məqalələrim, esselər, böyük şəxsiyyətlər haqqında xatirələrim dərc edilmişdir. Kitabda iki dildə Azərbaycan rus dillərində elmi məqalələr toplanmışdır.

Kitabda tanınmış teatrşünas Məmməd Sadıq Əfəndiyev, dünya şöhrətli dahi bəstəkar Qara Qarayev, XX əsrin tanınmış musiqiçisi Arnold Soxor, dünya şöhrətli Fərhad Bədəlbəyli, xalq artistlərindən Firəngiz Əlizadə, Ramiz Quliyev, görkəmli bəstəkar Tofiq Quliyev digər sənətçilərin fəaliyyəti önə çəkilib, təhlil edilmişdir.

- Hazırda tələbələrin bilik səviyyəsi, hamını düşündürür. Məhz bu yönümdə tələbələrlə işləmək sizi dərəcədə qane edir?

- 1960-cı ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışıram. 1983-cü ildən Tələbə Elmi Cəmiyyətinin sədriyəm.

O zamankı tələbələrlə, indiki tələbələr arasında kəskin fərq var. Tələbələr qəzet, jurnal oxumurlar. Yalnız internetlə işləyirlər. Bu məni pedaqoq kimi çox narahat edir. Mən tələbələrimi çox sevirəm.  Tələbələrlə müxtəlif elmi konfranslar keçiririk, bu işdə fəlsəfə elmləri doktoru, professor hörmətli Gülnaz Abdullazadə bizə çox kömək edir. HazırdaAzərbaycanbəstəkarlıq məktəbi XX-XXI əsrlərdə: Yeni tendensiyalar, ənənə novatorluqmövzusunda konfransın materialları üzərində gedir.

- Sizə bir tribuna verilsə imkan yaradılsa, həyat görmüş insan, bir ziyalı, millətini, xalqını sevən böyük alim kimi hamıya vacib bir kəlmə söz deyərdiniz, bu zaman həmin kəlmə olardı?

- Həmişə məsuliyyətlə, səmimi inamla yaşamaq... Səmimi insan heç vaxt yalan danışmır. Onda həyatda yaşamaq asan olur. İnsan hər şeyə öz savadı ilə, biliyi ilə yiyələnir. Mən bunu öz şəxsi təcrübəmdə müşahidə etdim.

- Sağ olun. Ulu Tanrı sizi heç vaxt tələbələrsiz, tələbələri isə elmsiz etməsin.    

Şövkət Hüseynova H. B. Zərdabi mükafatı laureatı.

 

Zaman.-2015.- 7 iyul.- S. 9.