Azərbaycan - tolerantlıq məkanı

 

Millət vəkili Qənirə Paşayeva:  Azərbaycanda yaşayan müxtəlif dinlərin millətlərin nümayəndələri heç vaxt dözümsüzlük ya hansısa fobiyalarla rastlaşmayıblar. Neonasizmə, dözümsüzlüyə, ksenofobiyaya əks qüvvə olan tolerantlıq multikulturalizm Azərbaycanda əsrlərlə mövcud olub. Rasizmin dini dözümsüzlüyün artdığı cəmiyyətlər mütləq ciddi problemlər faciələrlə üzləşəcək”.

Bir müddət öncə ABŞ-ın “Hill” qəzetində ölkəmiz haqqında məqalə dərc olunmuşdu. Məqalə müəllifi Azərbaycanı XXI əsrin ən inkişaf etmiş müsəlman ölkəsi adlandırmışdı. Məqalədə bildirilir ki, Cənubi Qafqaz ölkəsi olan Azərbaycan qədimİpək yoluölkəsi kimi tanınır. Azərbaycanda yüksək səviyyədə tolerantlıq mühitinin olduğunu vurğulayan müəllif Bakıda müxtəlif dinlərə məxsus məbədlərin olduğunu önə çəkib.

Bəli, həqiqətən ölkəmizdə dünyanın əksər ölkələri üçün nümunə ola biləcək tolerantlıq mövcuddur. Bu, xalqımızın, insanlarımızın həyat tərzinə çevrilib. Azərbaycanda tolerantlıq ənənəsinin mövcudluğunun isə bir neçə səbəbi var. Bunlardan biri İslam dinindəki xoşgörünün xalqımızın mənəviyyatına hopmasıdır. Millət vəkili Qənirə Paşayeva deyir ki, Azərbaycanda yaşayan müxtəlif dinlərin millətlərin nümayəndələri heç vaxt dözümsüzlük ya hansısa fobiyalarla rastlaşmayıblar. Neonasizmə, dözümsüzlüyə, ksenofobiyaya əks qüvvə olan tolerantlıq multikulturalizm Azərbaycanda əsrlərlə mövcud olub: “Rasizm, nifrət duyğuları dözümsüzlüyün nələrə səbəb olduğunu dünya dövlətlərinin yaxşı anlaya bilməsi üçün qeyd etmək istərdim ki, məhz Ermənistanda təhsil kütləvi informasiya vasitələri ilə siyasətçilərin gənc nəsildə azərbaycanlılara qarşı yaratdıqları dözümsüzlük nifrətin nəticəsi olaraq 1988-ci ildə Ermənistandan 100 minlərlə azərbaycanlı silah gücünə, zorla öz doğma torpaqlarından çıxarılıb Ermənistan monoetnik bir dövlətə çevrilib. Bir milyondan çox azərbaycanlı isə öz evindən qovulub 20 ildən artıqdır ki, qaçqın məcburi köçkün həyatı yaşayır. Bundan sonra isə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirib, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirib. İşğal olunmuş ərazilərdə 4000 azərbaycanlı itkin düşüb. Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları məhv edirlər. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə, eləcə AŞPA-nın məlum 1416 saylı qətnaməsinə baxmayaraq, Ermənistan onların öz evlərinə qayıtmalarına imkan vermir. Məncə, bu qədər böyük insan faciəsi əslində hər şeyi tam izah edir.

Q. Paşayevanın sözlərinə görə, Azərbaycan müxtəlif millətlərə dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə olmaqla yanaşı, bu ölkədə təhsil, kütləvi informasiya vasitələri digər vasitələrlə tolerantlığın daha da artması istiqamətində ciddi işlər görülür: “Çünki biz hesab edirik ki, rasizmin dini dözümsüzlüyün artdığı cəmiyyətlər mütləq ciddi problemlər faciələrlə üzləşəcək. Azərbaycanda yaşayan müxtəlif dinlərin millətlərin nümayəndələri heç vaxt dözümsüzlük ya hansısa fobiyalarla rastlaşmayıblar. Neonasizmə, dözümsüzlüyə, ksenofobiyaya əks qüvvə olan tolerantlıq multikulturalizm Azərbaycanda əsrlərlə mövcud olub. Azərbaycan Prezidentinin Fərmanı ilə ölkədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis edilib”.

“Tolerant Azərbaycan gənci

Bir millətin tolerant olması yaxşı haldır. Ancaq çox təəssüf ki, bir çox hallarda ermənilər daim bundan ölkəmizə qarşı məqsədli şəkildə istifadə ediblər. Çünki başımıza oyunlar açılsa da, ağlagəlməz iddialar irəli sürülsə , sonradan bizim xoşgörülüyümüz nəticəsində bunlar tədricən unudulub. Bir müddət sonra isə yenidən hər şey təkrar olunub. Azərbaycan gəncliyi tolerant ab-havada böyüyür bu, artıq dünyanın bir çox ölkələrində təbliğ edilir. Məsələn, bir müddət öncə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə gənc rəssamların əsərlərindən ibarət “Tolerant Azərbaycan gənciadlı bədii sərgi bundan xəbər verir. Mərkəzin rəhbəri Leyla Qasımova deyir ki, qədimdən bəri Azərbaycanda müxtəlif xalqların, mədəniyyətlərin dinlərin nümayəndələri dinc şəraitdə birgə yaşayıblar. Tolerantlığın, multikulturalizm etnik rəngarəngliyin Azərbaycan xalqının həyatının tərkib hissəsidir. Sərgidə gənc rəssamların bu mövzularda ən uğurlu əsərləri toplanmışdı.

Layihənin müəllifi sənətşünas Dilarə Müzəffərlidir. O, bu layihə üzərində uzun müddət aparıldığını, mövzu üzrə ən maraqlı əsərlərin bir araya gətirildiyini deyir: “Azərbaycanda müxtəlif dinlərə dillərə mənsub insanlar hər zaman hörmət qarşılıqlı anlaşma şəraitində yaşayıblar, tolerantlığın ölkəmizdə dərin tarixi kökləri olub. Ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsi məhz beynəlxalq ictimaiyyətin Azərbaycana göstərdiyi etimadın bariz nümunəsidir. Azərbaycanda əsrlərlə yaşı olan multikulturalizmin inkişafına ümummilli lider Heydər Əliyevin dövründə xüsusi diqqət ayrılıb. Hazırda dövlətimizin başçısı tərəfindən bu istiqamətdə uğurlu işlər görülür”. TədbirdəAzərbaycan - tolerantlıq məkanıadlı sənədli film nümayiş etdirilib. Sevindirici haldır ki, sərginin digər Avropa ölkələrində nümayiş etdirilməsi nəzərdə tutulur: “Tolerant Azərbaycan gəncilayihəsinin məqsədi ölkəmizdə mövcud olan milli, etnik, irqi, dini tolerantlığın geniş ictimaiyyətə çatdırılmasına yaradıcı gənclərin cəlb olunmasıdır. Bununla yanaşı, Azərbaycanın tolerantlıq modelinin dünyanın inkişaf etmiş ölkələrinə nümunə kimi təqdimatıdır”.

Tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas üstün dəyəri kimi təqdim olunur

Azərbaycan millətlərarası dinlərarası dialoq baxımından da nümunəvi bir ölkədir. Qonşu dövlətin işğalçılıq siyasətindən əziyyət çəkən Azərbaycanın dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Azərbaycan elə bir ölkədir ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas üstün dəyəri kimi təqdim olunur. Azərbaycan öz üstünlüyünü ölkənin çoxmədəniyyətli çoxkonfessiyalı olmasında görür. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə eyni yanaşma tətbiq olunur. Ölkəmizdə milli mənəvi dəyərlərə, tarixi-dini abidələrə, eləcə dini icmaların din xadimlərinin fəaliyyətinə yüksək qayğı göstərilir. Azərbaycan tolerant ölkədir burada bütün dinlərin nümayəndələri azad, sülh, qarşılıqlı hörmət şəraitində yaşayırlar. Regionlarımızda dini maarifçilik sahəsində, vətəndaşların radikal dini qruplaşmaların, qeyri-ənənəvi təriqətlərin təsirinə düşməməsi, mövhumata xurafata meyillənməməsi üçün mütəmadi işlər aparılır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində hazırda ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyəyə çatıb.

 

Davamı növbəti sayımızda

 

Nicat İntiqam

Zaman.-2015.- 7 iyul.- S. 13.