“Azərbaycanda mövcud
olan tolerantlıq ruhu daim yüksək qiymətləndirilir”
Azərbaycanda dini radikalizmə qarşı mübarizə
qanun çərçivəsində
aparılır və bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə
işidir. Bu işdə
tək hüquq mühafizə orqanları
və din xadimləri deyil, eləcə də ziyalılar, ağsaqqallar, müəllimlər
fəallıq göstərirlər.
Müstəqil Azərbaycanda hazırda
2000-dən artıq ibadət
məkanı fəaliyyət
göstərir.
Azərbaycanda hökm sürən tolerantlıq mühitinin nəticədir ki, ölkəmizdə ayrı-ayrı
dinlər və etiqadlar arasında qarşılıqlı hörmət
və etimada əsaslanan əməkdaşlıq
münasibətləri hökm
sürür. Azərbaycandakı tolerantlıq bütün
dünyaya nümunədir.
Dünya
dövlətlərində terror, zorakılıq və ekstremizm hallarının baş alıb getdiyi bir vaxtda
Azərbaycanda mövcud
olan tolerantlıq ruhu daim yüksək
qiymətləndirilir. Azərbaycan müxtəlif dinlər və mədəniyyətlərin
yanaşı yaşaması
timsalında özünəməxsus
nümunə təqdim
edir ki, bu da onu
dialoq üçün
mühüm platformaya
çevirir. Azərbaycanın
mədəniyyətlərarası dialoqu gücləndirən,
sivilizasiyalar arasında
əlaqələri inkişaf
etdirən, bəşər
mədəniyyətinin zənginləşdirən
mənəvi, mədəni
və əqidə müxtəlifliyinin təmin
olunmasının əhəmiyyətini
vurğuluyan bir sıra mühüm beynəlxalq tədbirlərə
ev sahibliyi
etməsi dediklərimizi
bir daha təsdiqləyir.
Fərqli
dinlərə, mədəniyyətlərə
malik insanların birgə sülh şəraitində yaşaması
Azərbaycanda tolerantlıq mövzusunda keçirilən tədbirlər,
aparılan müzakirələr,
maarifləndirmə tədbirləri
regionlarımızda da
öz bəhrəsini
verir. Bölgələrdə
keçirilən bu cür tədbirlərdə
rayon ictimaiyyətinin nümayəndələri,
ziyalılar, din xadimləri
iştirak edirlər. Bu cür tədbirlərdə
qloballaşan dünyada
tolerantlığın və
multikulturalizmin təbliğinin
əhəmiyyəti müzakirə
olunur, fərqli dinlərə, mədəniyyətlərə
malik insanların birgə sülh şəraitində yaşamasına
dair fikir mübadiləsi aparılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyir ki, Azərbaycanda tarixən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət
və etimada əsaslanan əməkdaşlıq
münasibətləri hökm
sürüb. Dini dözümlülüyün Azərbaycan
xalqının milli keyfiyyəti olduğunu vurğulayan S. Salahlı dövlətimizin digər
dinlərə aid ibadət
ocaqlarının təmiri,
tikintisi və yenidən qurulmasına ayırdığı diqqəti
xüsusi qeyd edir: “Bu işlər regionlarımızda da yüksək səviyyədə
həyata keçirilir”.
Milli Tolerantlıq Mərkəzinin
icraçı direktoru
Elmin Əliyev deyir ki, müxtəlif
məkanları, tarixləri
birləşdirən tolerantlıq
prinsipləri eyni zamanda islami dəyərləri də özündə əks etdirir: “Getdikcə kiçilən, qloballaşan
dünyada sülhün
və əmin-əmanlığın
bərqərar olması
üçün dini və milli ekstrimizmə
qarşı maarifləndirmə
işinin labüdlüyü
vacibdir. Tarixi kökləri və nəzəri əsasları
baxımından Azərbaycanın
tolerantlıq modeli bu gün bütün
dünyaya nümunə
ola bilər.
Azərbaycan dövləti fərqli
dinlərə və etnik qruplara qarşı bərabərhüquqlu
mövqe nümayiş
etdirir, inanc azadlığı mövcud
qanunvericiliklə təmin
edilir”.
“Azərbaycan müəyyən
mənada nümunə
rolu oynaya bilər”
Bəli, etnik və dini
tolerantlıq Azərbaycanda
dövlət səviyyəsində
təbliğ edilir və hökumət bütün dini və etnik azlıqlar
üçün bərabər
imkanları və bərabər hüquqları,
o cümlədən dinc
və rahat yaşamaq şəraitini təmin edir. Etnik azlıqlar
doğma dildə təhsil hüququ da daxil olmaqla,
azərbaycanlılarla bərabər
bütün hüquqlardan
sərbəst istifadə
edirlər. Talışlar,
avarlar, ləzgilər,
ruslar, ukraynalılar, gürcülər, polyaklar
və digərləri
də daxil olmaqla, Azərbaycanda 40-dan
çox azlıq və etnik qrup
var. Şərqlə Qərbin
kəsişməsində yerləşən
Azərbaycan müsəlman
azərbaycanlıların üstünlük
təşkil etdiyi çoxmədəniyyətli bir
cəmiyyətdir. Azərbaycanın tolerant ölkə olması faktı bir çox elm adamları, siyasətçilər, jurnalistlər
və ictimai xadimlər tərəfindən
tanınır. Bir çoxları
inanır ki, Azərbaycan dünyada etnik və dini
tolerantlığın yaxşı
bir nümunəsi kimi xidmət edə bilər.
Heydər
Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın Azərbaycandakı tolerantlıq
mühiti haqqındakı
fikirləri bu baxımdan diqqət çəkir: “Tolerantlıq
bizim üçün
qürur mənbəyi
deyil, bu, bizim həyat tərzimizdir, normadır, ona görə ki, burada tarixən
müxtəlif xalqları,
müxtəlif dinləri
təmsil edən insanlar yaşayır. Bizdə atəşpərəstlik, zərdüştilik
olmuşdu. Xristianlıq
Azərbaycana IV əsrdə,
islam VIII əsrdə gəlmişdir,
iudaizm iki min illik tarixə malikdir. Bu gün
Azərbaycanda məscidlər,
sinaqoqlar, kilsələr,
atəşpərəst məbədləri
vardır. Onlar hamısı
bir-birinin yaxınlığında
yerləşir. Bizdə müxtəlif
dillərdə danışırlar.
Azərbaycanda 21 qeyri-müsəlman dini icma vardır.
Bu, çox vacib
və qiymətlidir.
Təəssüf ki, müasir
dünyada fikir ayrılıqları, münaqişələr
bəzən məhz bir-birini qəbul etmək və anlamaq arzusunun olmaması üzündən
yaranır. Buna görə də hesab edirəm ki, Azərbaycan müəyyən mənada
model rolu oynaya bilər”.
“Dünyanın mədəni
müxtəlifliyinə dərin
ehtiram bəsləyirik”
“Mənim
fikrimcə, səmimi,
təmiz insani münasibətlər ən
başlıca məsələdir.
Azərbaycanda müxtəlif millətlərə,
dinlərə, mədəniyyətlərə
mənsub insanlar həmişə sülh və həmrəylik şəraitində yaşayıblar.
Tolerantlıq bizim üçün
nailiyyət deyil, həyat normamızdır.
Çoxları bilmir ki, hələ 1918-ci ildə Azərbaycanda qadınlar səsvermə hüququ qazanmışlar. Müsəlman Şərqində ilk opera və
balet Azərbaycanda yaradılmış, müsəlman
qızlar üçün
ilk məktəb Azərbaycanda
açılmışdır”.
“Ölkəmiz
həmişə öz
qonaqpərvərliyi ilə
məşhur olmuşdur.
Tarixən Şərq ilə
Qərbin qovuşuğunda
yerləşən Azərbaycan
həmişə müxtəlif
mədəniyyətləri, ənənələri və
sivilizasiyaları özündə
cəmləşdirmişdir. Tolerantlıq,
dözümlülük və
dostluq kimi anlayışlar bizim üçün adi sözlər deyil. Təsadüfi deyildir ki, Bakıda müsəlman məscidləri ilə yanaşı, xristian kilsələri və sinaqoqları da görə bilərsiniz.
Son vaxtlar Bakı
beynəlxalq forum və
görüşlərin keçirildiyi
yerə çevrilmişdir.
Biz, əlbəttə, öz soy-kökümüzə
və ənənələrimizə
çox hörmət
edir və onlara qayğı ilə yanaşırıq.
Bununla bərabər biz dünyanın
mədəni müxtəlifliyinə
dərin ehtiram bəsləyirik”.
“Şərqin
və Qərbin ayırcında yerləşən
ölkəmizdə şərqin
müdrikliyi, qərbin
tərəqqisi var. Ötən
müddətdə Azərbaycan
tarixi İpək Yolunda əsas bir mərkəzə çevrilib. Azərbaycanın tolerantlıq, dialoq və yeni fikirlər
ölkəsinə çevrilməsi
mədəniyyətimizin inkişafına
böyük təsiri
olub”.
Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə ölkəmizdəki
tolerantlıq mühiti
barədə bunları
deyir: “Tolerantlıq yalnız dinlə bağlı deyil, həm də geniş anlayışdır.
Azərbaycan həm də
multikultural dövlət
olduğu üçün
müxtəlif mədəniyyətlər
vahid Azərbaycançılıq
ideyası ətrafında
birləşiblər. Bu
mədəniyyətlərin ayrı-ayrılıqda olması
onların qarşıdurmasına
deyil, birliyinə səbəb olur. Ölkəmizdə radikal qrupların
öz fikirlərini və ideyalarını yaymaq cəhdləri iflasa uğrayıb. Cəmiyyətin buna münasibəti
bir daha göstərdi ki, sosial dayağı olmayan radikal qruplaşmalar Azərbaycanda
yaşaya və ölkənin imicinə zidd fəaliyyət göstərə bilməz.
Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad
etdiyi İslam dini və mədəniyyətinin
təbliği prioritet
məsələlərdəndir. Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı,
biz öz milli mənəvi dəyərlərimizi
də qoruyuruq. Dini maarifləndirmə işinə
daha diqqətli yanaşılmalı, bu sahədə görülən
işlər davam etdirilməlidir. Biz milli mənəvi, dini adət-ənənələrimizi,
tolerantlıq mühitimizi
qorumalı və yaşatmalıyıq”.
Nicat İntiqam
Zaman.-2015.- 8 iyul.- S. 13.