Türk elləri: Telengit türkləri (3)

 

Xatırladaq ki, Rusiyanın ali orqanları hələ çarizm dövründə xaricdən alimlər gətirdərək, onlara türk tarixini saxtalaşdırmaq üçün pullar ödəyirdilər.

 

 Bu alimlər hər yerdə türkləri vəhşi köçərilər adlandırmağa türk xalqlarını parçalamağa başladılar. Onlardan biri Q. F. Miller idi. Rusiya Elmlər Akademiyasının sifarişini yerinə yetirən Miller “Sibir tarixi”ni yazdı. Bu “tarixiəsəri redaktə edən Lomonosov Millerdən tələb edirdi ki, orada Rusiyanın imicinə kölgə sala biləcək bütün faktlar yox edilsin bölgə xalqlarının  könüllü şəkildə Rusiyaya birləşdiyi barədə imic formalaşdırılsın. Guya Rusiya həmin xalqlara qarşı ancaq məcbur olanda ağır addımlar atıb. Ona görə Miller ruslara  qarşı azadlığı uğrunda mübarizə aparan Telengit türkləri ilə bağlı bütün faktları məhv etdi ya saxtalaşdırdı.

 

Təsərrüfat fəaliyyəti

 

Telengitlər yaşadıqları əraziyə uyğun olaraq, təsərrüfat fəaliyyəti ilə məşğul olurlar. Çöl dağ-çöl zonalarında yaşayan telengitlər yarıköçəri  (yaylaj-yaylaq) köçəri həyat keçirirlər. Köçəri həyat keçirən telengitlər əsasən heyvandarlıqla məşğul olurlar. Bundan əlavə, onlar ovçuluqla əkinçiliklə məşğul olurlar. Altayda yaşayan digər xalqlar kimi, telengitlər metaləritmə ilə məşğul olurlar onlar vaxtilə  mahir silah ustaları kimi tanınıblar. Vaxtilə Sibirdən tutmuş Manqışlaq yarımadasına kimi uzanan böyük bir ərazidə Telengit dövlətini quran telengitlər hazırda Altay Respublikasının Koş-Aqaç (Ere-Çuy) Ulaqan aymakında yaşayırlar. Koş-Aqaç Altayın cənub-şərqində yerləşir. Aymak Şərqdə Tuva Respublikası, cənub-şərqdə Monqolustan, cənubda Çin, qərbdə isə Qazaxıstanla sərhəddir. Bu ərazi dağlarla əhatə edilib. İqlimi az qarlı, ancaq olduqca sərtdir. Yayı qısa, quru sərindir. Ərazi dəniz səthindən 1400-2000 metr yüksəklikdə yerləşir.

Telengitlərin bu iqlim şəraitində yaşamaları onların həyatında, maddi mədəniyyətlərində özünəməxsus iz buraxıb. Məsələn, telengitlər üçün keçə yurtlar (evlər, kereqe ya kiyis aıl)) xarakterikdir. Onlarda da bütün türk xalqlarında olduğu kimi, evlərin qapısı şərqə, gündoğana açılır. Ənənəvi evlərindən biri konusvari şəkilli cum  (alançik-alaçıq) hesab edilir. Alaçığın üstü ağacdan hazırlanan  materiallarla, o cümlədən keçə ilə örtülür. Belə bir yaşayış evi ənənəsi telengitlərdə günümüzdə belə qalmaqda davam edir. Belə alaçıqlar, xüsusilə, toy mərasimləri zamanı önəmli rol oynayır.

Yuxarıda qeyd etdiyimiz kimi, telengitlər heyvandarlıqla, kənd təsərrüfatı ilə məşğul olur, dəvə yak saxlayırlar. Yak dəvədən yalnız təsərrüfat ehtiyaclarını ( ət, süd, yun) ödəmək üçün deyil, həm nəqliyyat vasitəsi kimi istifadə edirlər. Telengitlərdə ata böyük bir məhəbbət var. Onlar atıkijinin kanadı” (kişinin qanadı) erjine (daşqaş) adlandırırlar. Bundan əlavə, telengitlər xırdabuynuzlu mal-qara (qoyun, keçi) saxlayırlar.

 

Adət-ənənələri, din

 

Çarizm tərəfindən ardıcıl olaraq assimilyasiyaya, təzyiqlərə məruz qalmalarına baxmayaraq, telengitlər milli adət-ənənələrini günümüzə qədər qoruyub saxlaya biliblər. Etnik özünəməxsusluq telengitlərin gündəlik həyatında dəqiqəbaşı özünü hiss etdirir. Telengitlərdə yeni ilin gəlməsi münasibətilə keçirilən Çaqa (çaq-çağ, dövr) bayramı qədimlərdən geniş yayılıb. Hətta sovet hökumətinin qılıncının dalının da, qabağının da kəsdiyi dövrdə belə onlar Çaqa bayramını gizli şəkildə xüsusi mərasimlə qeyd ediblər. Çaqa bayramı həm ailə bayramıdır. Bu bayramda insanlar evlərini təmizləyir, özləri ruhən, mənən təmizlənir, pis adətlərdən uzaq dayanır, insana ağır söz demir, onunla mümkün qədər mehriban davranmağa çalışırlar. Bu bayrama “Sa-salaradlı xüsusi mərasim xasdır. Onlar odun qarşısında əyilərək ondan sülh, əmin-amanlıq   xoşbəxtlik diləyirlər. Çaqa bayramının keçirilməsi ulduzların hərəkətindən asılıdır. Belə ki, telengitlər tərəfindən Meçin yıldıs (  Pleyadı) Ayın yanından ötərkən bayram başlanır.

 “Sa-salar”a gəlincə, bu mərasim yaşayış məskəninin şərqində hündür yerdə həyata keçirilir. Əvvəlcə, oraya daşlar yığır bir qaba bənzər daş hazırlayırlar. Günəşin ilk şüaları düşəndə ev sahibi evdə yaşayanlarla birgə milli paltarda həmin yerə gəlir orada mojjevelnık (arçın) yandırırlar. Sonra ora süddən hazırlanan yeməklər, o cümlədən ət  qoyurlar. Oda süd çay çiləyir, ətrafında 4 dəfə dairə vururlar. İrəlidə gedən odun ətrafına fırlandıqca onun üstünə su çiləyə-çiləyə yeni ildən səadət xoşbəxtlik diləyir. Bundan sonra ora , sarı mavi çiçək rəngində lent bağlayırlar. Bununla mərasim başa çatır onlar evə gələrək milli bayram üçün hazırlanan xüsusi  yeməkləri yeyirlər. Sonra bir-birilərindən soruşurlar: “Yıldı kandı çıkkan?” (İli necə keçirdin?) Bundan sonra xalq gəzintisi, idman bayramları başlayır.

Telengitlərdə toy ənənəsi özünəməxsusdur. Nişan mərasimi zamanı qızın yaxın qohunlarına, xüsusən dayısına oğlan tərəfindən dəri qablar  hədiyyə edilir. Bu, dayının razılığını almaq üçün edilir. Toy da bütün türk xalqlarında olduğu kimi, xüsusi təmtəraqla keçirilir. Telengitlər ruslar tərəfindən xristianlaşdırılsa da, onlar şamanizm adət-ənənələrini indi qoruyub yaşatmaqda davam edirlər.

 

Folklor

 

Koş-Aqaç Rusiyada qədim folkloru, boğaz oxumaları, qəhrəmanlıq nağıllarını olduğu kimi günümüzə çatdıran tək-tük yerlərdən biridir. Qeyd edək ki, Altay Respublikasında hər il “El-Oyınxalq Jaearfolklor bayramları keçirilir. Bayrama dünyanın hər yerindən qonaqlar dəvət edilir. Bayram ağsaqqalların  iştirakı ilə mərasim yerinin işıqlandırılması ilə başlanır. Sonra milli oyunlar keçirilir, qəhrəmanlıq eposlarından teatrlaşdırılmış səhnələr göstərilir. Jaear”da milli mahnılar oxunur, xalq yaradıcılığı nümayiş etdirilir. Koş-Aqaç rayonunda milli ənənələri qoruyub saxlamaq inkişaf etdirmək üçün 2000-ci ildə Telengit Mədəniyyət Mərkəzi yaradılıb. Mədəniyyət Mərkəzinin nəzdində Tala  Folklor Ansamblı fəaliyyət göstərir. Ansambl Ulan-Udedə keçirilən folklor festivalında 2-ci, Ufada təşkil edilən “Ural-mono-2004” türk xalqları festivalında isə birinci yeri tutub. Mədəniyyət Mərkəzinin nəzdində milli geyim suvenir sexi, muzey var. Burada həmçinin yerli şairlərin şeirlərindən ibarət almanax buraxılır. Bir sözlə, Telengit türkləri tarixin səhnəsində qalmaq yox olub getməmək üçün mübarizə aparırlar.  Bu məqsədlə onlar keçmişdəki adət-ənənələrini dirçəltmək, yaşatmaq istəyirlər. Bu müstəvidə Telengit türkləri arasında hər il yayda qədim idman növlərindən biri olan at üstündə güləş (kurəş) ot üstündə güləşi yarışları keçirilir. Bu yarışların qalibləri milli dildə elan olunur bayramda hamı bir-biri ilə milli dildə danışır.  Telengitlər yay istirahətlərini dədə-baba qaydasında keçirməyə cəhd edir, səfalı yerdə, dağın ən yüksək yerində ya çay kənarında çadır quraraq orada dincəlməyə, yeyib-içməyə üstünlük verirlər.  Özü onlar istirahətlərini tək-başına deyil, yaxın qohum-qardaşlar, dostlarla birlikdə keçirirlər. Telengit türkləri arasında ailəvi istirahət geniş yayılıb. Belə ənənəvi ailəvi istirahətlərdə milli ənənələrə xüsusi riayət edilir. Gündəlik avropasayağı geyimlərlə müqayisədə ailəvi istirahətlərdə milli geyimlərə üstünlük verilir, eyni zamanda bir neçə, bəzən 5-10 ailə bir süfrə arxasında oturmağa üstünlük verirlər. Süfrənin bəzəyi, ən ləzzətli yeməkləri isə milli yeməklər olur. Belə ənənəvi ailə istirahətləri telengitlər arasında milli adət-ənənələrin yenidən dirçəldilməsinə qorunub saxlanılmasına xidmət edir.

Bununla belə, assimilyasiya siyasətinin davam etməsi Telengit türklərinin saylarının gündən-günə azalması ilə müşahidə olunmaqdadır. Bu isə şanlı tarixə, keçmişə malik olan telengit bütün türk dünyası üçün faciə deməkdir...

 

Əziz Mustafa

 

Zaman.- 2015.- 9 iyul.- S. 6.