Tolerantlığın Azərbaycan modeli dünya mediasında (2)
Rusiyanın “Nezavisimaya qazeta” saytında Azərbaycanda keçirilən I Avropa Oyunları ilə bağlı məqalə dərc olunub.
Yazıda
sözügedən oyunların
Azərbaycanın necə
tolerant, qonaqpərvər və
zəngin mədəniyyətə
malik olduğunu göstərmək üçün
böyük imkanlar açdığı qeyd
olunur: “Azərbaycan azərbaycanlıların daha
çox yaşadığı
ölkədir, lakin bu ölkə təkmillətli deyil. Burada ləzgilər, avarlar, talışlar, tatarlar və digər xalqlar yaşayır.
Lakin ən böyük icma ruslara məxsusdur.
Azərbaycanda təxminən
120 min rus var. Hazırda
Azərbaycanda 16 rus və 356 qarışıq
dilli məktəb var.
Bütün universitetlərdə
isə rusdilli fakültələr fəaliyyət
göstərir. Bu fakültələrdə 16 min tələbə
təhsil alır.
İudaizmə etiqad edən
əhalinin sayı isə 16 mindir və dağ yəhudilərinin yaşadığı
ən böyük yaşayış məntəqəsi
Qırmızı qəsəbədir.
Bu qəsəbə “Forbes” jurnalına düşən
bir sıra Rusiya milyarderlərinin vətənidir”.
“Bura Azərbaycandır!”
Bu ilin 18-19 may tarixlərində
Bakıda keçirilmiş
III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştirak etmiş Misirin İsgəndəriyyə
universitetinin prof. d-ru Suleyman Əbdülmunimin
Misirin nüfuzlu “Əl-Əhram” qəzetində
“Bura Azərbaycandır!”
başlıqlı məqaləsi
dərc edilib.
YUNESKO-nun dəvəti ilə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatıldığını bildirən
S.Əbdülmunim Sovet
İttifaqı dağılandan
sonra öz müstəqilliyini yenidən
bərpa edən Azərbaycanın demokratiya
yolunda əldə etdiyi nailiyyətlərə
və ölkənin sürətlə inkişaf
edən iqtisadiyyatına
toxunub.
Müəllif Azərbaycanın müxtəlif
mədəniyyətlərin qovşağı olduğunu,
ayrı-ayrı dinlərin,
milli azlıqlarının
nümayəndələri ilə
zəngin ölkə olduğunu qeyd edərək, ölkədə
əmin-amanlığın, sabitliyin hökm sürdüyünü vurğulayıb. Şəhərin gözəlliyindən və
təmizliyindən danışan
müəllif gözəl
memarlıq və incəsənət əsərlərinin
şahidi olduğunu, şəhərdə bir-birindən
gözəl və yaraşıqlı parkların
salındığını qeyd edib.
S.Əbdülmunim Azərbaycanın qarşısında
duran əsas problemin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi olduğuna
da ayrıca toxunub.
“Azərbaycan firavan, Qərbə yönələn,
tolerant və dünyəvi
ölkəyə çevrilib”
Böyük Britaniyanın “Politics First” jurnalının iyul buraxılışında bu
ölkənin keçmiş
enerji naziri, Baş nazirin Azərbaycandakı sabiq ticarət nümayəndəsi,
2001-2015-ci illərdə parlamentin
üzvü olmuş Çarlz Hendri “Avropa Oyunları: Azərbaycan Qərbi salamlayır” adlı məqalə ilə çıxış edib.
Müəllif yazır:
“Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət nümayəndəsi
vəzifəsində çalışdığım
zaman mənim Bakıya dəfələrlə
səfərlərim olub.
Böyük Britaniyanın
Azərbaycana ən çox sərmayə yatıran ölkə olduğunu və bu ölkənin “Cənub Qaz Dəhlizi”nin yaradılmasında mərkəzi
yer tutduğunu nəzərə alsaq, deyə bilərəm ki, səfərlərimin əsas məqsədi daha çox işgüzar xarakter daşıyıb. 2020-ci ildən etibarən bu layihə çərçivəsində Xəzər dənizinin Azərbaycana məxsus hissəsindən qaz İtaliyada bağlayıcı
vasitəsilə Avropaya
nəql ediləcək,
bununla da Avropanın təchiz olunmasında müxtəliflik
yaradılacaq”.
Ç.Hendri qeyd edib ki, 1991-ci ildə Sovet İttifaqından ayrılaraq müstəqillik
əldə edən Azərbaycan firavan, Qərbə yönələn,
tolerant və dünyəvi
ölkəyə çevrilib:
“Bu ölkə Avropa Şurasına üzv olub, həmçinin Avropa İttifaqının
“Şərq tərəfdaşlığı”
proqramına qoşulub.
Bundan əlavə, o, öz sülhməramlı qüvvələrini
Kosovo, İraq və Əfqanıstana da göndərib. Bütün
bu səbəbləri
nəzərə alaraq
deyə bilərik ki, 2012-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ilk Avropa
Oyunlarının 12-28 iyun
2015-ci il tarixində Bakıda keçirilməsi barədə
qərar verməyi təəccüb doğurmadı.
Azərbaycan bu vəzifənin
öhdəsindən gəlməyə
bilməzdi”.
“Azərbaycan mədəni və dini birgəyaşayışın
modelidir”
İtaliyanın “Daily cases” saytında Azərbaycandakı
multikultural muhitdən
bəhs olunan məqalə yayılıb. Məqalədə Azərbaycan mədəni və dini birgəyaşayışın
modeli, məscidlərlə
yanaşı, sinaqoqların
və kilsələrin
fəaliyyət göstərdiyi
fəxr ediləsi bir ölkə kimi təqdim olunur. Ölkəmizin
əlverişli coğrafi
mövqeyi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi, paytaxt
Bakının özəllikləri
və respublikamızla
bağlı digər məqamlara toxunan müəllif İtaliya Coğrafiya Cəmiyyətinin
(ICC) nümayəndələrinin Azrəbaycana səfəri
ilə bağlı bu ay Romada keçirilmiş
konfrans haqqında da məlumat verir. Diqqətə çatdırır ki, ICC-ni təmsil
edənlər Azərbaycanda
ongünlük səfərdə
olublar.
Azərbaycandakı mövcud mədəni müxtəlifliyi, tolerant mühiti
dərindən öyrənən
italiyalı mütəxəssislər
öz təəssüratlarını
konfransda bölüşüblər. Milli Məclisin
deputatı, Azərbaycan-İtaliya
parlamentlərarası dostluq
qrupunun rəhbəri Azər Kərimlinin də qatıldığı
tədbir iqtisadiyyatla yanaşı, turizm potensialına görə də fərqlənən Azərbaycanı daha yaxından tanımağa imkan yaradıb.
Yazıda qeyd olunur ki,
bu gün Bakı Avropaya hər zamankından daha yaxındır. Bu şəhərin zənginliyi,
möhtəşəm tikililəri,
qədim tarixi abidələri, müasir göydələnləri, geniş
parkları sanki səmada əks olunan cənnəti xatırladır. Azərbaycan, eyni zamanda, TAP və TANAP layihələri
vasitəsilə Avropanın
enerji təhlükəsizliyinin
təminatında mühüm
ölkəyə çevrilib.
Müəllif yazır ki, bu gün Bakı
müxtəlif mədəniyyətlərə
mənsub insanların
eyni məkanda toplaşdığı, qlobal
movzuların müzakirə
olunduğu bir şəhərə çevrilib. Belə tədbirlərdən
biri də cari ilin mayında
keçirilmiş III Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumudur. Tədbir haqqında ətraflı məlumat verən müəllif qeyd edir ki,
Azərbaycandakı multikultural
atmosfer bu cür tədbirlər vasitəsilə daha çox hiss olunur.
“Azərbaycandakı tolerantlıq
dünya üçün
bir nümunədir”
ABŞ-ın nüfuzlu
“Washington Times” qəzetinin bu
ilin əvvəl çıxan sayında Azərbaycandan bəhs edən toplu məqalələrin yer aldığı xüsusi
buraxılış dərc
olunub.
“Müstəqilliyini
bərpa etdikdən 25
il sonra ABŞ-ın çiçəklənən
müttəfiqi” başlığı
altında dərc olunan məqalələr toplusunda yer almış yazıların
müəllifləri arasında
Azərbaycanın ABŞ-dakı
səfiri Elin Süleymanov, ABŞ-da fəaliyyət göstərən
Azərbaycan-Amerika Alyansının
İdarə Heyətinin
sədri, ABŞ Respublikaçılar
partiyasının tanınmış
xadimi Den Berton, ABŞ
Nümayəndələr palatasının
üzvləri Rendi Veber və Robert Aderholt,
senator, “Caspian Group Holdings”in rəhbəri Rob Sübhani,
tanınmış tədqiqatçı
Aleks Vatanka və digərləri var.
ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika
Alyansının təşəbbüsü
ilə işıq üzü görən bu məqalələrdə
Azərbaycanın həyata
keçirdiyi daxili və xarici siyasət, ölkəmizin
turizm potensialından danışılır, Azərbaycan
və ABŞ arasında
mövcud olan müttəfiqlik münasibətlərinin
tarixindən və gələcək perspektivlərindən
bəhs edilir.
Məqalədə qeyd olunur ki, Rusiya və
İranla sərhəddə
yerləşməsi və
bu dövlətlərin
siyasəti Azərbaycanı
daha vacib edir: “Bizim Azərbaycanla
münasibətlərə dəyər
verməyimiz üçün
bir çox digər səbəblər
də var. Azərbaycan
tolerantlıq və anlayış nümayiş
etdirən və əhalisinin 96 faizi müsəlman olan bir ölkədir. İsrailin Azərbaycandakı
səfiri Rafael Harpaz
ABŞ-a səfəri zamanı bildirib ki, Azərbaycandakı tolerantlıq dünya üçün bir nümunədir. Tolerantlıq bütün millətlər
üçün davam
etməkdə olan öyrənmə prosesidir,
lakin 23 illik müstəqilliyi ərzində
Azərbaycan bu sahədə çox güclü addımlar atıb”.
Bəylər Məcidov
Zaman.-2015.- 14 iyul.- S. 13.