“Azərbaycanlılar başqa
dinlərə münasibətdə həmişə dözümlü olublar”
Tolerantlıq uzun illərdir ki,
insanları
düşündürən məsələdir. Dözümlülük ideyası heç də yeni deyildir. Bu haqda ilk fikirlər XVI- XVII
əsrlərdə Avropada
peyda olub. O vaxt dözümlülük
yalnız din və vicdan ilə əlaqələndirilirdi. 1648- ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı
ilk sənəd kimi qəbul edilir. Ancaq Vestfal sülhünün ardınca gələn
30-illik müharibə və
bu müharibə zamanı göstərilən
dini dözümsüzlük
həmin dövr üçün dini tolerantlığın yetişmədiyini
sübut etdi.
Müxtəlif qaynaqlarda tolerantlığın
bəzi əsas izahları diskusiya üçün yaxşı
başlanğıc nöqtə
sayıla bilər. Məsələn, Etnik Ensiklopediyada Susan Mendus göstərib ki, “Dözümlülük
beynəlxalq səviyyədə
bir şəxsin xoşlamadığı və
ya əxlaqi cəhətdən yanlış
saydığı hərəkətə
icazə verməsi və ya bu
hərəkətin qarşısını
almamağıdır”, buna
əlavə olaraq o qeyd edir ki,
“Dözümlülük tolerant şəxsin müdaxilə
etmə gücü olmasını, yalnız onun bu gücdən
istifadə etməkdən
imtinasını tələb
edir”. Digər bir qaynaqda, Fəlsəfə
Ensiklopediyasında Maurise
Kranston qeyd edir ki: “Dözümlülük
xoşlanılmayan və
ya bəyənilməyən
hər hansı bir şeyin mövcudluğunda təmkinlik
göstərmə siyasətidir”.
Məşhur siyasi xadim
Mahatma Qandi isə belə deyib: “Günümüzün ehtiyacı
yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına
qarşı qarşılıqlı
hörmət və dözümlülükdür”. Həqiqətən də dinlər
arasında dialoqun yaradılması, qarşılıqlı
hörmət göstərilməsi
müasir cəmiyyətdə
demokratik stabilliyin yaradılması üçün
çox vacibdir.
***
Tolerantlıq fikirlərinin yaranmasının
əsasını 1948-ci il İnsan Hüqularına dair Ümumi Bəyannamənin
qəbulu təşkil
edib. Bu bəyannamədə
göstərilirdi ki,
“insan ailəsinin bütün üzvlərinə
məxsus ləyaqətin
etirafı və onların bərabər, ayrılmaz hüquqları
azadlıq, ədalət
və ümumi dünyanın əsasını
təşkil edir”, “insan hüquqlarına qarşı etinasızlıq
və nifrət insanın vicdanını hiddətləndirən vəhşi
aktlara gətirib çıxarır”. İnsan hüquqlarına
dair bəyannamənin
qəbul edilməsindən
sonra dözümlülük
barəsində bir çox aktlar və bəyannamələr
qəbul edilib.
1993-cü il 8-9 Oktyabr
tarixində Vyanada keçirilmiş Avropa Şurasının üzv
Dövlətlərinin Dövlət
və Hökumət Başçılarının Zirvə
Toplantısında irqçiliyin
yüksəlişi, xaricilərə
qarşı qərəzli
münasibət və
antisemitizm, dözümsüzlük
mühitinin inkişafı,
əsasən, mühacirlərə
və mühacir mənşəli insanlara qarşı zorakılıq
aktlarının artması,
aqressiv millətçilik
və etnomərkəzçilik
formasında xaricilərə
qarşı yeni qərəzli münasibətin
inkişafı ilə
bağlı həyəcan
təbili səslənmiş
və bunun nəticəsi olaraq irqçilik, xaricilərə
qarşı qərəzli
münasibət, antisemitizm
və dözümsüzlüyə
qarşı mübarizə
üçün Fəaliyyət
Planı qəbul olunub. Bu Fəaliyyət
Planı cəmiyyətin
səfərbərliyi və
belə halların mübarizəsinə yönəlmiş
təminat və siyasətlərin təkmilləşdirilməsi
və səmərəli
icrası üçün
lazım olan geniş sayda görüləcək tədbirləri
özündə əks
etdirirdi.
***
1995-ci il noyabrın
16-da keçirilmiş UNESKO Baş Konfransının
28-ci sessiyasında Tolerantlıq
prinsiplərinə dair
bəyannamə qəbul
olunub. Bu bəyannamədə
vurğulanır ki, “dözümlülük, ilk növbədə
insan azadlıqları
və universal hüquqların
etirafı əsasında
formalaşan fəal münasibətdir”, bununla yanaşı “dözümlülük,
insan hüquqlarına
dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş
normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan
imtina edən bir anlayışdır”.
Baxmayaraq ki, beynəlxalq hüququn əsasını hüquq
bərabərliyinin pozulmaması
prinsipi təşkil edir, dərinin rəngi, irq, cins, dil, din, siyasi və digər əqidələr,
milli, sosial və digər mənşəli əlamətlərə
dair diskriminasiya demək olar ki, dünyanın hər bir ölkəsində
mövcuddur. İnsan Haqlarının BMT komissiyasının irqçililiyin
müasir formaları məsələlərinə dair
xüsusi məruzəçisinin
məlumatlarında müxtəlif
dövlətlərdə qaradərililər,
ərəblər, çinlilər,
müsəlmanlar, yəhudilər,
qaraçılar, mühacirlərə
qarşı dözümsüzlük
halları təhlil edilir.
***
Tarixən Azərbaycanda islam dini ilə yanaşı xristianlıq, yəhudilik dinlərinə mənsub olan insanlar həmişə
əminamanlıq şəraitində
dolanıb və bir-birinin dini əqidəsinə ehtiramla
yanaşıblar. Azərbaycanda müxtəlif dinlərin birgə yaşayış
şəraitinin nümunəvi
xarakter daşıdığını
vurğulayan ulu öndər bu xüsusiyyətlərin xalqımızın
dini dözümlülüyünü
göstərən əsas
şərt hesab edib. Heydər Əliyev 1998-ci ilin mayın 13-də prezident sarayında ölkənin din xadimləri
ilə görüşündə
söylədiyi nitq zamanı müxtəlif dinlərin birliyini vurğulayıb və Azərbaycandakı dini tolerantlığı aşağıdakı
kimi şərh edib: “Azərbaycanda müxtəlif dinlərin bu cür birliyinin
olması müstəsna
dərəcədə nümunəvi
xarakter daşıyır.
Bu, əslində Azərbaycanın reallığını,
eyni zamanda Azərbaycan xalqının
dini dözümlülüyünü
göstərir. Azərbaycanda
əhalinin əksəriyyətini
islam dininə
etiqad edən azərbaycanlılar təşkil
edir. Ancaq eyni zamanda Azərbaycanda xristian-pravoslav,
yəhudi dininə etiqad edən insanlar, müxtəlif millətlərin nümayəndələri
də yaşayırlar.
Azərbaycanlılar başqa dinlərə
münasibətdə həmişə
dözümlü olublar
və bunu bizə Quran, Həzrəti-Məhəmməd
vəsiyyət edibdir.
Amma ən mühüm odur ki, bu
xeyirxah, müqəddəs
vəsiyyət yerinə
yetirilsin. Azərbaycanlıların bu vəsiyyəti müqəddəs tutması
xalqımızın çox
mühüm keyfiyyəti,
xüsusiyyətidir və
biz bununla fəxr edə bilərik.
***
Xalqımızın dini cəhətdən
tolerant olduğunu respublikamıza
səfərə gələn
tanınmış dünya
dini liderləri də təsdiq edirlər. Qeyd edək ki,
2010-cu ilin 26-27 aprel tarixində Bakıda keçirilən Dünya dini liderlərinin sammitində iştirak edən qonaqlar da bunun şahidi
olublar. Sammitdə
iştirak etmək üçün Bakıya
gələn Moskva və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevlə
görüşərkən ona müraciət edərək Azərbaycanda
dinlərarası münasibətlərin
yaxşı olduğunu
və bu işdə İlham Əliyevin rolunu xüsusi vurğulayaraq deyib: “Mən dinlərarası münasibətlərdə
sizin rolunuzu xüsusi vurğulamaq istərdim. Azərbaycan dövlətində insanların əksəriyyəti
İslam dininə etiqad edir. Lakin burada pravoslav və yəhudi icmaları da ənənəvi olaraq mövcuddur və Azərbaycanda heç vaxt dinlərarası münaqişələr olmayıb.
Müasir terminalogiyadan istifadə
etsək, bu gün tolerantlığın
yüksək səviyyədə
olduğunu deyərdik”.
***
Azərbaycanda dini tolerantlığın
formalaşmasında Heydər
Əliyevin xidmətini
dəyərləndirən ümumgürcüstan
Katalikos Patriarxı II
İlya Azərbaycanda
mövcud olan dini tolerantlıqdan və bu sahədə
də Heydər Əliyevin və onun davamçılarının
xidmətindən bəhs
edərək demişdir:
“Bu gün Azərbaycanda
mövcud olan tolerant mühitin formalaşmasında
Heydər Əlirza oğlu Əliyevin xidməti böyükdür.
Azərbaycanın öz ənənəvi
dəyərlərini qoruyub
saxlamaqla müasir dünyanın çağırışlarına
ləyaqətli cavab verə bilməsi şəxsən onun və onun davamçılarının
müdrik və uzaqgörən siyasətinin
nəticəsidir”. Bütün
Qafqazın şeyxi Şeyxülislam Allahşükür
Paşazadə Azərbaycanda
dini tolerantlıq siyasətinin formalaşmasında
Heydər Əliyevin rolunu izah edərək
göstərmişdir: “Tolerantlığın
bir dövlət strategiyası olaraq əsasını ümummilli
liderimiz Heydər Əliyev qoymuş və bu zəngin
ənənə hazırda
İlham Əliyev həzrətləri tərəfindən
böyük ləyaqətlə
davam etdirilir. Ölkəmizdə demokratik-hüquqi prinsiplərin, din və vicdan azadlığının
ardıcıl həyata
keçirilməsinin təminatçısı
olan möhtərəm
dövlət başçımızın
qayğı və diqqəti sayəsində dini baxışından asılı olmayaraq bütün vətəndaşlara
bərabər münasibət
bəslənilir, ayrı-seçkiliyə
yol verilmir, insanlara dini ayinləri sərbəst yerinə yetirmək üçün şərait
yaradılır. Məhz
Azərbaycanda dini sahəyə münasibətdə
yürüdülən müdrik
siyasətin nəticəsidir
ki, dünya ictimaiyyəti, o cümlədən
nüfuzlu beynəlxalq
təşkilatlar, habelə
dünya miqyasında tanınmış dini liderlər ölkəmizin
sülhpərvərliyini, tolerantlığını,
başqa dinlərə
dialoqa hazırlıq ruhunu etiraf edir,
bunu yüksək dəyər kimi qiymətləndirirlər”.
Allahverdi Cəfərov
Zaman.-2015.- 15 iyul.- S. 15.