Tolerantlıq, ilk
növbədə, başqasının azadlıq və
hüquqlarına hörmətlə yanaşmaqdır (1)
İlahiyyat üzrə fəlsəfə
doktoru, dosent Mübariz Camalov: “Mahiyyət etibarilə tolerantlığın ən
gözəl nümunələri
İslamın yaranmasından
sonra müşahidə
olunsa da bir termin kimi
Qərb mənşəlidir.
Bu terminin yaranma prosesi pluralizmlə yaxından əlaqəlidir. Belə ki,
Qərb dünyasında
xristian məzhəblər
arasında baş verən uzun və çoxsaylı müharibələrin ardından
fərqli anlayışa
sahib olan insanların birgə yaşama zərurəti gündəmə
gəlmişdir. Bunun mümkün
olması üçün
isə cəmiyyətdəki
bütün fərdlərin
digərlərinə qarşı
dözümlü davranması
lazımdır. Tolerantlıq da məhz budur”.
Son illər bütün
dünyada tolerantlıq
daha aktual mövzuya çevrilib. Çünki ekoloji və iqtisadi böhranların, münaqişələrin artdığı
bir zamanda dünya xalqlarının dialoqa, hər hansı dinə mənsub insana hörmət göstərilməsinə
çox ehtiyac var. Bu,
bütövlikdə insanlığı
bir çox bəlalardan qorumağa kömək edir. Ona görə ki, tolerantlıq başqasının
azadlıq və hüquqlarına qayğı
və hörmətlə
yanaşmaqdır. Azərbaycan ikinci
dəfə müstəqillik
qazandıqdan sonra ölkəmizdə tolerantlıq
mühiti daha da möhkənlənib.
Çünki respublikamızda azsaylı
xalqların, etnik qruplarin hüquq və azadlıqlarının
qorunması, eyni zamanda onların dil və mədəniyyətlərinə
dövlət tərəfindən
yardım göstəriməsi
haqqında ölkə
başçısı xüsusi
fərman imzalayib.
Həmin
sənəd həm də ölkəmizdə fəaliyyət göstərən
dini qurumların fəaliyyətinin səmərəliliyinə
təkan verib.
Azərbaycanda toleratlıq və dinlərarası dialoqla bağlı tez-tez beynəlxalq tədbirlər-
simpoziumlar, konfranslar keçirilir. Məsələn, 2010-cu ildə
keçirilən Dünya
Dini Liderlərinin Zirvə Görüşü,
bir il
sonra düzənlənən
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçirilməsi ölkəmizin
bu məsələyə
necə önəm verməsini diqqətə çatdırır. Digər tərəfdən,
artıq dünya Azərbaycanın toleranlığın
ən gözəl nümunəsi olduğunu qəbul edir. Azərbaycanda müxtəlif dinə
mənsub xalqların,
millətlərin və
azsaylı xalqların
bərabər hüquq,
anlaşma şəraitində
yaşaması dövlərimizin
bu sahədə apardığı siyasətin
çox düzgün
olduğunu sübut edir. Bundan əlavə, Azərbaycada
tolerantlıq mühitinin
münbitliyi tarixi keçmişimizdən, milli-mənəvi
dəyərlərimizin köklərinin,
belə demək olarsa, daim humanizmdən
“su” içməsi ilə bağlıdır.
Azərbaycan Respublikasının Ali Qanunlar toplusu olan Konstitusiyasından tutmuş, vətəndaşların
azadlıqlarını təsbit
edən sənədlərin
demək olar ki, hamısında insanların hüquqlarının
bərabərliyi dönə-dönə
qeyd olunur. Məsələn, «Azərbaycan
Respublikasının vətəndaşlığı
haqqında» qanunun
3-cü maddəsində belə
yazılıb: “Azərbaycan
Respublikasının vətəndaslığı
onun əldə edilməsi əsaslarından
asılı olmayaraq, hamı üçün bərabərdir. Azərbaycan
Respublikası vətəndaşlarının
hüquqları, azadlıqları
və vəzifələri
onların mənşəyindən,
sosial və əmlak vəziyyətindən,
irqi və milli mənsubiyyətindən,
cinsindən, təhsilindən,
dilindən, dinə münasibətindən, siyasi
və başqa əqidələrindən, məşğuliyyət
növündən və
xarakterindən, yaşayış
yerindən, həmin yerdə yaşadığı
müddətdən və
basqa hallardan asılı olmayaraq bərabərdir».
Azərbaycan dünyaya daha
geniş inteqrasiya etdikcə onun iqtisadi uğurları ilə yanaşı, ölkəmizdə mənəvi
dəyərlərin, insan
hüquqlarının yüksək
səviyyədə qorunması
da alqışlanır.
Ölkəmizdə yüksəlişə kömək edən başlıca amillərdən
biri də ölkədə milli və dini zəmində
tolerantlıq mühitinin
yaradılmasıdır.
İlahiyyat üzrə fəlsəfə
doktoru, dosent Mübariz Camalovla söhbətimizdə tolerantlığın
tarixi kökləri, tolerantlığın Azərbaycan
modeli və bu mövzuda digər suallara cavab almaq istədik.
- Mübariz müəllim, məlumdur ki, tolerantlıq geniş anlayışdır. Buna görə də istərdik ki, əvvəlcə oxucularımıza
tolerantlığın nəzəri
məsələləri barədə
söhbət açasınız.
- Tolerantlıq qloballaşan
dünyanın mühüm
terminlərindən biridir.
Bu söz Latın dilindəki “tolerare” felindən törəyib,
“söykənmək”, “dözmək”,
“həzm etmək” kimi mənalara gəlir. Bir termin kimi tolerantlıq ilk növbədə
başqasının azadlıq
və hüquqlarına
hörmətlə yanaşmaqdır.
Bu termin din sözü
ilə bir tərkibdə dini tolerantlıq mənasında
daha çox istifadə edilir. Dini tolerantlıq hər bir din mənsubunu öz mövqeyində qəbul etmə və düşüncədir.
Bununla birlikdə tolerantlıq sərhədsiz bir anlayış da deyil.
- Təbii ki, tolerantlığın müəyyən
tarixi kökləri vardır. Bu haqda
nə deyə bilərsiniz?
- Mahiyyət etibarilə tolerantlığın ən
gözəl nümunələri
İslamın yaranmasından
sonra müşahidə
olunsa da bir termin kimi
Qərb mənşəlidir.
Bu terminin yaranma
prosesi pluralizmlə yaxından əlaqəlidir.
Belə ki, Qərb dünyasında
xristian məzhəblər
arasında baş verən uzun və çoxsaylı müharibələrin ardından
fərqli anlayışa
sahib olan insanların birgə yaşama zərurəti gündəmə
gəlmişdir. Bunun mümkün
olması üçün
isə cəmiyyətdəki
bütün fərdlərin
digərlərinə qarşı
dözümlü davranması
lazımdır. Tolerantlıq da məhz budur.
Əvvəldə qeyd etdiyim kimi, bu anlayışın
izlərini təqib etdiyimiz zaman Peyğəmbər dövrünə
qədər uzanıb
gedən uzun bir keçmiş olduğunu görürük.
Peyğəmbərin həyatında bütün
saysız nümunələrini
görmək mümkündür.
Məsələn, Rəsulullah
belə buyurmuşdur:
“Kim bir zimmini incitsə, məni incitmiş olar. Məni incidən də Allahı qəzəbləndirər.”
Məlum olduğu kimi, zimmi islam ölkəsində
yaşayan qeyri-müsəlmana
deyilir. Müasir dünyanın hələ
də gəlib çata bilmədiyi bu ülvi anlayış
Peyğəmbərimizin başqa
dindən olanlara qarşı münasibətini
göstərir və bizə də necə davranmalı olduğumuzu əmr edir. Yenə Peyğəmbərimiz, “Zimmilərə
zülm edən, onların hüquqlarını
tapdalayan, olara ağır iş taşıran və ya istəmədiyi halda ona zorla
çalışdıran kimsəni
Qiyamət günü
qəbul etməyəcəyəm”
buyurmuşdur. Zimmilərin
canlarının toxunulmaz
olduğunu göstərən
başqa bir hədis də belədir: “Zimmini öldürən cəhənnəmin
qoxusunu ala bilməz”. Bütün bunların tolerantlığın
kökünün məhz
İslamla bağlı
olduğunu göstərir.
- Dinimiz dözümlülüyə
necə yanaşır?
Başqa
sözlə İslamda
insanların fərqli
inanclara sahib olmasına
necə yanaşılır?
- Bir mənada əvvəlki sualın davamı olaraq demək olar ki, İslamda dini tolerantlıq “Dində məcburiyyət
(zorakılıq) yoxdur.
Artıq
doğruluq (iman) azğınlıqdan (küfrdən)
ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha
iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən)
yapışmış olur.
Allah (hər şeyi
olduğu kimi) eşidəndir, biləndir!”
(Bəqərə, 2/256) ayəsi ilə prinsip və təcrübə kimi ortaya qoyulmuşdur. Müsəlmanların siyasi və
hərbi güc əldə etməsindən
sonra nazil olan bu ayə
həzrət Peyğəmbər
tərəfindən fərqli
din mənsublarına qarşı
tətbiq olunmuşdur.
Müfəssirlər də ayədəki
“məcburiyyət” sözünü
təfsir edərkən
dinin sahəsinin məcburi deyil, ixtiyari olduğundan çıxış edərək
heç kimin İslam dininə girməyə məcbur edilə bilməyəcəyini
vurğulamışlar.
Kafirun surəsinin
6-cı ayəsi də
dini tolerantlığın
əsasını dəstəkləyən
başqa bir hökm gətirmişdir. Ayədə
“Elə isə sizin dininiz sizə,
mənim dinim də mənə” buyrularaq insanların fərqli inanclara sahib ola biləcəkləri
təsdiqlənmişdir. Bu inanc və anlayışlar
nə qədər yanlış olsa da, varlıqları inkar edilə bilməz.
Praktik həyatda
da həzrət Peyğəmbər və onun davamçıları
Quranın gətirdiyi
bu düsturu mümkün olduğu qədər tətbiq etməyə çalışmışlar. Xüsusilə, həzrət Peyğəmbərin
qeyri-müsəlmanlarla bağladığı
müqavilələrdə qarşı
tərəfə heç
bir təzyiq göstərmədiyi çoxsaylı
hadisələrdə öz
əksini tapmışdır.
Hətta
bir müqavilə əsnasında onun adının qarşısındakı
“rəsul” sözünün
müqavilə mətnindən
çıxarılmasına belə etiraz etməmişdir.
Davamı
növbəti sayımızda
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Səməd Məlikzadə
Zaman.-2015.- 16 iyul.- S. 15.