İncə və zərif naxışlı Azərbaycan xalçaları turistlərin diqqətini çəkir

 

 

İncə zərif naxışlarla toxunan xalçalarımız tarixən Azərbaycanın əsrarəngiz təbiətinin bütün gözəlliklərini - səmanın maviliyini, meşələrin yaşıllığını, dağ yamaclarının əlvanlığını, qarlı zirvələrin bəyazlığını əks etdirib. Bu xalçalarda qırmızı nar gilələrinin, qızılı heyvanın, kəhrəba üzümün, sarı zəfəranın rəngləri ecazkar şəkildə qovuşaraq bir vəhdət təşkil edir.

 Təsadüfi deyildir ki, uzaq keçmişimizdən bizə miras qalanGülüstan”, “Qollu çiçək”, “Şirvan”, “Tirmə”, “Xiləfşan”, “Zeyvə”, “Qarabağ nəlbəkigül digər Azərbaycan xalçaları boyalarının tükənməz zənginliyi, naxışlarının təkraredilməz qovuşuğu, yaradıcılıq təxəyyülünün gücü yüksək sənətkarlığı ilə fərqlənir. Elə buna görədir ki, tarixən Yaxın Şərq, Orta Asiya, Avropa bazarlarını bəzəyən bu gözəl sənət inciləri - Azərbaycan xalçaları bu gün dünya bazarında özünəməxsus yer tutur.

İsmayıllı şəhərində sahibkar Ruhiyyə Süleymanovanın təsisçisi olduğuXoşbəxt-X” xalçaçılıq müəssisəsi bu qədim el sənətini yaşadan məkanlardan biridir. Nəsillikcə xalçaçı olmaları, 4 yaşından bu sənətinsirlərinəyiyələnməsi, Ə.Əzimzadə adına Rəssamlıq Akademiyasını, habelə İncəsənət İnstitutunun qrafika-rəssamlıq fakültəsini bitirməsi Ruhiyyə Süleymanovanı bu qədim el sənətinə qəlbən bağlayıb. 1995-ci ildən fəaliyyət göstərən müəssisədə hazırda 5 növ xalça məmulatı - kilim, sumağ, palaz, vərni xalça toxunur. Xalçanın Şirvan, Quba, Qazax qrupları ilə yanaşı, Türkiyə İran çeşniləri hazırlanır.Yeddi dağın çiçəyi”, “Xəzan”, “Güllü bağça”, “Güllüzar bir sıra digər çeşnilərə maraq heç az deyil. Son illər xalçaçılıq müəssisəmizə sifarişlər artmaqdadır. Bu sifarişlər əsasən turistlər tərəfindən verilir.

Ruhiyyə SüleymanovaAzərtac-a bildirib ki, Azərbaycan xalçaları incə zərif naxışları ilə digərlərindən fərqlənir. Müəssisədə hazırlanan xalçalar ipək təbii boya ilə işlənir. Dünyada nadir əl işlərindən olanÜmidxalçası da burada toxunub. Onun ölçüsü 17 kvadratmetrdir. Bu xalçaların 200 il ömrü var. Hazırda 24 kvadratmetr ölçüdə yenisi toxunur.

Müəssisə rəhbəri, həmçinin gələcəkdə milli ornamentlərdən istifadə olunmaqla hazırlanacaq çeşnilərin növlərinin artırılacağını vurğulayıb. “Xoşbəxt-X” müəssisəsi həm də xalçaçılıq sənəti həvəskarları üçün əsl məktəbdir. Hazırda burada çalışan Əsli Məhərrəmova, Şükufə Ələkbərova kimi onlarla təcrübəli xalçaçı bu peşənin “sirlərini” gənclərə həvəslə öyrədirlər. Müəssisənin kollektivi İsmayıllının təbiətinə uyğun, habelə məişət janrında yeni çeşnili modellər üzərində işləyir. “Köçəri”, “Laləzar”, “Novruz”, “Xonça” adlı bu cür təzə çeşnili xalçalar peşəkarlar və alıcılar tərəfindən yüksək qiymətləndirilir.

 

Zaman.- 2015.- 22 iyul.- S.5.